Yatırımsız pul qazanmaq üçün – 10 İdeya
Yatırımsız pul qazanmaq haqqında araşdırma!
Məqalənin içindəkilər!
Müasir dövrdə pul qazanmağın yolları sonsuzdur. Texnologiyanın sürətli inkişafı həyatımızda, həyat şərtlərimizdə, münasibətlərimizdə, şəxsi və karyera inkişafımızda, eləcə də pul münasibətlərimizdə bir çox şeyləri dəyişdirdi. Bəzi ənənələr sıradan çıxaraq yenilərini formalaşdırdı. Əgər əvvəllər arzuladığın yaxud yüksək maaş vəd edən işdə çalışmaq kifayət edirdisə, hazırda insanlar daha az əmək tələb edən ancaq böyük gəlirlər qazandıran işlərə, biznes sahələrinə maraqlıdır. Bu isə müxtəlif səbəblərdən qaynaqlanır. İlkin məqamda bunun tənbəllikdən qaynaqlandığını düşünə bilərsiniz.
Hazırda insan həyatının rəngarəng keçməsi, əylənməsi, zövq alması, müxtəlif biliklər qazanması istiqamətində sonsuz seçimlər yaranmışdır. Bu səbəbdən də, insanların vaxtını standart 8-9 saatlıq iş rejiminə həsr etmək istəməməsi, sərbəst rejimdə çalışmaq istəyi, infilyasiyalar fonunda gəlirlərini artırmaq istəyi və digər səbəblərdən dolayı bu istiqamətlərdə məqsədlərinin formalaşması olduqca normal hadisələrdir. Odur ki bu dəfəki məqaləmizdə yatırımsız pul qazanmaq üsullarından danışacağıq.
Yatirimsız pul qazanmaq yollari
Onlayn mağaza açaraq yatırımsız pul qazanmaq
Uzun əsrlər, min illiklər keçsə də, insan təbiətində dəyişməyən bir çox qanunauyğunluqlar var. Bunlardan biri də daim alış-veriş etmək istəyidir. Əslində yaşamaq üçün həyat standartları da bu proseslərin ətrafında formalaşır. Qidalardan tutmuş paltarlara, ev əşyalarına, məktəb ləvazimatlarına və digər istifadə etdiyimiz əşyalara və xidmətlərə qədər hər şeyi buraya aid etmək olar. Odur ki özünüz üçün nəyi və kimlərə satacağınızı dəqiqləşdirib onlayn mağaza açmaq işlərinə başlaya bilərsiniz. Bunun üçün sosial media kanalları (Instagram, Facebook, Tiktok və s.), onlayn mağazalar ( Amazon, Trendyol, Tap.az, Bina.az və s. işlərinizi asanlaşdıracaq.
Onlayn mağaza açarkən mütləq mənada müəyyən hərəkət planı qurmağınız vacibdir. Audioriyanı seçmək, həmin auditoriyanı tapacağınız onlayn və oflayn məkanları dəqiqləşdirmək və digər nüansları nəzərə alaraq addımlasanız gələn ilin bu vaxtı artıq sizi minimum halda kiçik sahibkar adlandıra bilərik.
Onlayn mağaza açmaq fikirləri
Köhnə əşyalarınızı satın (paltar, kitab, texniki avadanlıq, əntiq əşyalar vəs.)
Yeni məhsullar hazırlayıb satın (toxuduğunuz paltarlar, gildən hazırladığınız məhsullar, aksesuarlar, rəsmlər və s.)
Məsləhətlərinizi satın (İşə qəbulla bağlı, qanunvericiliklə bağlı, düzgün qidalanma ilə bağlı və s.)
Qida və içkilər hazırlayıb satın (kompot, şərab, mürəbbə, turşu, şirniyyatlar, milli yeməklər və s.)
Xidmətlərinizi satın (müəllimlik, peşəkarı olduğunuz sahələrin tədrisi, tərcümələr və s.)
Sayt açaraq yatırımsız pul qazanmaq
Günümüzdə sayt açaraq və onun içərisini kontentlərlə dolduraraq həyatınızı əsl sehrbaz kimi dəyişə bilərsiniz. Necə? Gəlin, ətraflı danışaq. Saytınız üçün mövzu, kontent tipi və ümumilikdə fəaliyyət istiqamətini dəqiqləşdirdikdən sonra işin 90%-ni görmüş olacaqsınız. Bu, səyahət, sağlam qidalanma, texnologiya, həyat tərzi, şəxsi inkişafa qədər istənilən istiqamət ola bilər. Əsas odur ki, sizin maraq dairənizə daxil olan istiqamət olsun. Bu, peşəkar yanaşma tətbiq etməyinizə və davamlılığınıza şərait yaradacaq.
Saytınızın interfeysi, məlumatlılığı, peşəkarlılığı istifadəçi yönümlü olduğu halda daimi ziyarətçi axını sayəsində saytınız sizə pul qazandırmağa başlayacaq. Saytdan pul qazanmaq üçün isə bir çox imkanlar mövcuddur:
Reklamdan pul qazanmaq: “Google” kimi platformalar saytınızda reklam yerləşdirə bilər ki, bu zaman istifadəçilərin həmin reklam linklərinə keçid etməsi ilə hər baxış sizə pul qazandıracaq.
“Affiliate Marketing”dən pul qazanmaq: Saytınızda müxtəlif şirkətlərin məhsul və ya xidmətlərinin təşviqatını apara bilərsiniz. Nəticədə gerçəkləşəcək hər satışdan bonuslar qazanmağınız mümkündür. Bonus və fazilərin hesablanma şəkli isə əməkdaşlıq etdiyiniz şirkətlərlə razılaşma şərtlərinizdən asılı olaraq dəyişir.
Sponsorlu məzmunlar paylaşaraq pul qazanmaq: Saytınızda dərc etdiyiniz məqalələr arasında müxtəlif məhsul və ya xidmətlər barədə kontentlər hazırlayıb paylaşa bilərsiniz. Bu bir növ gizli reklam kimi qəbul edilir və effektivliyi yüksəkdir. Saytınızda ziyarətçi dinamikası yüksəkdirsə, bu yolla yaırımsız pul qazanmaq imkanınız da artır.
Məhsul və ya xidmətlətinizi sataraq pul qazanmaq: Elektron kitablar, kurslar, əl işi məhsulları kimi bir çox xidmət və məhsullarınızı öz saytınız vasitəsilə sata bilərsiniz. Bu müştərilər arasında daha peşəkar olduğunuzu göstərəcək, həmçinin müştərilərə təqdim etdiyiniz hər məhsul barədə ətraflı məlumat vermək şansınız olacaq.
Abunəçilərin hesabına pul qazanmaq: Dünya təcrübəsi göstərir ki, bir çox peşəkar saytların istifadəçiləri onlar üçün təklif olunan özəl kontentlər üçün abunəçi haqqı ödəməyə hazırdır. Bu hazırda ölkəmizdə də tanınmış sayt və portallar tərəfindən tətbiq olunur. Məsələn, müxtəlif hesabatları, araşdırmaları və s. abunəçilərinizə əlavə ödəniş qarşılığında sata bilərsiniz. Bu, isə sizin yatırımsız pul qazanmaq istiqamətində edə biləcəyiniz ən rahjat və sadə işlərdəndir. Çünki günümüzdə bir çox məlumatları “Google”dan tapmaq mümkündür. Sizin öhdəliyinizdə olan isə öz yaradıcı yanaşmanızı tətbiq etmək və məlumatları istifadəçi yönümlü hala çevirməkdir.
Virtual köməkçi olaraq yatırımsız pul qazanmaq
Kiçik, orta və iri olmasından asılı olmayaraq şirkətlər və sahibkarlar daim virtual köməkçilərin xidmətindən yararlanmağa üstünlük verirlər. Şirkətlərdə imeyl kampaniyalarının idarə olunması, görüşlərin planlaşdırılması, sosial media kanallarının idarə edilməsi, məlumatların toplanması, müştəri xidmətləri kimi bir çox işləri həyata keçirmək üçün virtual köməkçilərə ehtiyac duyulur. Təcrübə və bacarıqlarınızdan asılı olaraq şirkətlərin təkliflərini dəyərləndirə, yaxud öz virtual xidmətlərinizi onlara təklif edə bilərsiniz.
Bu istiqamətdə işlər tapmaq üçün “Upwork”, “Freelancer” və “FlexJobs” kimi platformalar köməyinizə çatacaq.
Podkastlar hazırlayaraq yatırımsız pul qazanmaq
Son dövrlər podkastlar hazırlamaq cəmiyyətlə yeni ünsiyyət vasitəsinə çevrilib desək, yanılmarıq. Podkast şəklində müəyyən hekayələr danışmaq, fikirlərini bölüşmək, müxtəlif mövzuları müzakirə etmək, xarici dillərdə öyrənmək istəyənlər üçün materiallar hazırlamaq olar. Podkastların istifadə çevrəsi genişdir. Mövzularınızı seçmək, hərtərəfli araşdırma aparmaq, ardıcıllığı qorumaq üçün ssenari yazmaq, mətnləri planlaşdırmaq, səsləri redaktə etmək auditoriya qazanmağınızı asanlaşdıracaq. Müəyyən auditoriya topladıqdan sonra podkastlarınızda məhsul və xidmətlərin reklamını həyata keçirə bilərsiniz. Tövsiyə olunur ki, bələd oldğunuz, güvəndiyiniz, araşdırdığınız şirkətlərlə və ya şəxslərlə əməkdaşlıq edəsiniz. Çünki sizi sonsuz sayda kütlə dinləyəcəyi üçün yaxşı olar ki, bu işə məsuliyyətlə yanaşasınız. İşinizi peşəkar şəkildə icra etdikdə pul qazanmaq üçün qarşınıza çıxan fürsətlər də bol olacaq.
SEO mütəxəssisi olaraq yatırımsız pul qazanmaq
SEO mütəxəssisi olaraq yatirimsiz pul qazanmaq günümüzün asan pul qazanmaq üsullarından biridir. Hazırda müxtəlif brendlər və markalar sosial media üzərindən təşviqat işləri apararaq rəqiblərini geridə qoymağa çalışır. Burada veb saytlarda SEO yönümlü məqalələrin yayımlanmasının da böyük rolu vardır. Beləliklə, SEO istiqamətində biliklərə yiyələnməklə asanlıqla pul qazanmaq yatırımsız şəkildə gerçəyə çevrilir. SEO üzrə mütəxəssis olaraq yetişmək üçün isə “Udemy”, “Coursera” kimi onlayn tədris platformalarından yararlana bilərsiniz.
Canlı reklam personajı olaraq yatırımsız pul qazanmaq
Qulağa ilk dəfədən qəribə yaxud başa düşülməyəcək formada səslənə bilər. Canlı reklam personajı olmaq dedikdə bir çox istiqamətlərə üz tuta bilərik. Belə ki, yolda gedərkən çantasının üzərində smart ekran vasitəsilə reklam göstərən insanlarla yəqin ki, qarşılaşmısınız. Gəzməyi sevirsinizsə, şəhərin müxtəlif nöqtələrini kəşf etmək həvəsiniz varsa, o zaman müxtəlif şirkətlərlə əməkdaşlıq etməyə başlayın. Reklamdan pul qazanmaq üçün təkcə çanta üzərində ekran yerləşdirməklə kifayətlənmir. Müxtəlif içkiləri, qidaları, geyimləri ictimaiyyət arasında istifadə edərək gizli reklam işlərindən asanlıqla pul qoymadan pul qazanmaq mümkündür. Necə deyərlər, pulu maqnit kimi özünüzə doğru çəkəcəksiniz.
Təşkilatı bacarıqlarınızla yatırımsız pul qazanmaq
Aramızda bəzi insanlar vardır ki, onlara bütün dünyanın işini etibar etsən, asanlıqla planlama həyata keçirib, işin içindən ustalıqla çıxa bilər. Bəzi insanlar, doğulandan lider doğulur deyə ifadəni də tez-tez eşidirik. Əgər ətrafınızdakı insanlardan bu və oxşar cümlələr eşidirsinizsə, özünüzü əsl lider, rəhbər kimi hiss edirsinizsə, bu bacarığınızı pula çevirmək üçün zaman itirməyin. Belə ki, rayonlara və şəhərlərə turlar təşkil etməklə, müxtəlif tədbirlərin həyata keçirilməsini və ya digər bənzər işləri təşkil etməklə investisiyasız pul qazanmaq olar.
Məsələn, ölkəmizdə yeni layihələrə büdcə ayırmağa maraqlı olan qurumlara müraciət etməklə bir çox layihələr həyata keçirə bilərsiniz. Buraya şahmat yarışı, yeni texnologiyaların tətbiqi, kənd yerlərində tədrisin yaxşılaşdırılması və s. aid ola bilər. Təbii ki, işlərin yekununda siz də öz zəhmət haqqınızı əldə eəd biləcəksiniz ki, bu həm sizə daha çox pul qazandıracaq, həm də yeni dostluqlar qurmağınıza şərait yaradacaq.
Müxtəlif yarışlara və müsabiqələrə qoşularaq yatırımsız pul qazanmaq
Sosial mediada həyata keçirilən “giveaway”lərdən tutmuş rəsm, məqalə müsabiqələrinə, idman, şahmat yarışlarına qədər müxtəlif tədbirlərə qoşularaq pul xərcləmədən pul qazanmaq mümkündür. Ölkəmizdə dövlət qurumları və özəl şirkətlər tərəfindən mütəmadi olaraq müsabiqələr təşkil olunur. Bacarıqlı olduğunuz, marağınız olan istiqamətlərdə təşkil edilən bu kimi yarışlara qoşuıa bilərsiniz. Adətən belə hallarda mükafat məbləği də yüksək olur. Yaxud qaliblər başqa qiymətli hədiyyələrlə təltif olunur. Bu istiqamətdə olan yerli məlumatlarla tanış olmaq üçün dövlət qurumlarının, şirkətlərin sosial media kanallarına, xəbər saytlarına, “eventeam” mobil tətbiqinə və digər mənbələrə nəzər yetirə bilərsiniz. Beynəlxalq müsabiqə və yarışlar barədə isə youthop.com, unric.org, internationalcompetitionnetwork.org kimi saytlardan yararlana bilərsiniz.
Könüllü olaraq yatırımsız pul qazanmaq
Könüllü olaraq pul qazanmaq son dövrlərin ən aktual tendensiyaları sırasında yer alır. Daha çox tələbələr, abituriyentlər, şagirdlər və ümumilikdə gənclər üçün nəzərdə tutulan könüllülük proqramları həm təcrübə qazanamq, həm də pul qazanmaq üçün ideal seçimdir. Şəxsi həyat və karyera inkişafı vəd edən könüllülük proqramlarında məbləğlər layihələrə, ölkələrə görə dəyişir. Ölkəmizdə və beynəlxalq səviyyədə könüllü olaraq pul qazanmaq mümkündür. Bunun üçün “Azərbaycan Könüllü Təşkilatları İttifaqı”na üzv ola, həmçinin “VolunteerMatch”, “Idealist”, “Create the Good”, “Google Ad Grant” kimi qlobal veb saytlardan müxtəlif ölkələrdə keçiriləcək tədbirləri, layihələri izləyə bilərsiniz.
Dərs keçərək yatırımsız pul qazanmaq
Günümüzdə online pul qazanmaq kifayət qədər asan və sürətlidir. Bunun üçün sonsuz sayda resurslar mövcuddur. Kifayət qədər bilikli və bacarıqlı olduğunuz sahələr, peşələr üzrə tədris xidmətlərinizi insanlara satmaqla yatirimsiz pul qazanmaq yolunda addımlaya bilərsiniz. Məsələn, abituriyent hazırlığı, məktəbəqədər hazırlıq, xarici dil dərsləri, “Excel” dərsləri və s. Eyni zamanda, tədris etmək bacarıqlarınızı ənənəvi şəkildə də icra edə bilərsiniz.
Sadəcə olaraq onlayn şəkildə dərs keçək həm sizin, həm də tələbələrinizin vaxtına və xərclərinə qənaət etməsi deməkdir. Bu istiqamətdə işlərə sosial media hesabları açmaqdan başlayın. Daha geniş auditoriyaya öz tədris xidmətinizi təklif edərək pul xərcləmədən pul qazanın. Bir müddətdən sonra isə veb saytınızı açmaq insanlar arasında sizin daha peşəkar mütəxəssis olmağınız barədə fikir formalaşdıracaq.
Sonluq – Yatırımsız pul qazanmaq
Bu dəfəki məqaləmizdə yatirimsiz pul qazanmaq barədə məlumatlarla tanış oldunuz. Bildiyiniz kimi, həm onlayn, həm də oflayn formada gəlir əldə etməyin müxtəlif yaradıcı yolları mövcuddur. İdeyalarınız üzrə araşdırmalar aparın, onu rəngləndirin və günümüzün tələblərinə uyğunlaşdırın. Unutmayın ki, pul qazanmaq üçün sehr baş verməsini gözləmiyinizə ehtiyac yoxdur. Davamlı olaraq araşdırmaq, çalışmaq, insanlarla müzakirələr etmək, yeniliklərə açıq olmaq, davamlı olaraq təcrübə toplamaq və s. istənilən istiqamət üzrə uğur qazanmağınıza kömək olacaq. İlk olaraq pul qazanmağın yollarını inşa etmək üçün çalışsanız, pul mütləq ki, sizə həmin yol ilə axıb gələcək.
Həmçinin oxu: Pul qoymadan pul qazanmaq üçün – 10 İdeya
Müəllif: Aida İsaq, budcedostu.az