Ev girovu ilə kredit verən banklar haqqında araşdırma!
Məqalənin içindəkilər!
Maddi çətinliklərin öhdəsindən gəlmək üçün kredit götürmək nisbətən işləri asanlaşdırır. Borcalanlar arasında biznesi böyütmək üçün yaranan xərclərdən, gözlənilməz ödənişlərdən və digər oxşar səbəblərdən dolayı da kredit götürmək ənənəsi də geniş yayılmışdır. Kredit məhsulları arasında daha çox istehlak krediti (yaxud nağd pul krediti) populyardır. Bu səbəbdən də banklar bu istiqamətdə kredit götürmək istəyən müştərilərə müxtəlif növ kredit məhsullarını təqdim edir. Bu zaman isə banklar borcalanların qarşısında müxtəlif tələblər irəli sürə bilər ki, bunlardan biri də daşınmaz əmlak təminatıdır. Mövzunun aktuallığını nəzərə alaraq fiziki şəxslər üçün ev girovu ilə kredit verən banklar haqqında araşdırma etdik. Araşdırmamız ev təminatlı nağd kredit məhsullarını əhatə edir. Odur ki gəlin, ev girovu ilə kredit verən banklar barədə ətraflı tanış olaq.
“Accessbank”da ev girovu ilə kredit
Ölkəmizdə ev girovu ilə kredit verən banklar arasında yer alan “Accessbank” vətəndaşlara illik faiz dərəcəsi 18%-dən başlayaraq “Təminantlı kredit” adlı kredit məhsulunu təqdim edir. Borcalanlar öz adına olan və ya birinci dərəcəli qohumunun adına olan daşınmaz əmlakı təminat olaraq təqdim edərək kredit əldə edə bilər. Ancaq borcalan girov olaraq təqdim etdiyi evin bazar dəyərinin 65%-ni ötməməmək şərtilə kredit məbləği seçə bilər. Qeyd olunan 65%-ə, həmçinin kreditin faiz ödənişləri də daxildir. “Accessbank”da ev girovu ilə kredit məbləği 10.000-70.000 AZN aralığında dəyişir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“AFB Bank”da ev girovu ilə kredit
“AFB Bank”ın “Təminatlı istehlak kredit” məhsulu daşınmaz əmlakınızı girov qoyaraq 5.000-80.000 AZN aralığında kredit əldə etməyinizi təmin edir. Ev girovu ilə istehlak kreditinin müddəti 3-60 ay aralığındadır. İllik faiz dərəcəsi 14%-dən başlayır. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Azərbaycan Beynəlxalq Bankı”nda ev girovu ilə kredit
“Azərbaycan Beynəlxalq Bankı” vətəndaşlara daşınmaz əmlaklarını girov qoyaraq kredit əldə etmək imkanı yaradır. Bu üsulla vətəndaşlar bankdan 200.000 AZN-dək məbləğdə istehlak krediti götürə bilər. Kredit müddəti olaraq maksimum 59 aya qədər zaman aralığını seçmək mümkündür. Borcalandan rəsmi iş yerinin və 20-70 yaş aralığında olması tələb edilir. ABB-də ev girovu ile kredit faizi 24 aylıq 10%, 25-36 aylıq 11%, 37-59 aylıq isə 12% təşkil edir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Azərbaycan Sənaye Bankı”nda ev girovu ilə kredit
“Azərbaycan Sənaye Bankı” borcalanlara maliyyə çətinliklərinin öhdəsindən gəlmək üçün daşınmaz əmlak təminatı ilə istehlak krediti təklif edir. Daşınmaz əmlak təminatı kreditin 150%-i dəyərindən az olmamalıdır. Kreditin müddəti 48 aya qədər, məbləği isə 75.000 AZN-ə qədərdir. ASB-də ev girovu ile kredit faizi 1-24 aylıq 16%, 25-48 aylıq 17% təşkil edir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Bank Avrasiya”da ev girovu ilə kredit
“Bank Avrasiya” vətəndaşlara yaşayış və ya qeyri-yaşayış daşınmaz əmlakını girov qoyaraq 100.000 AZN-dək nağd pul krediti götürmək imkanı yaradır. “Bank Avrasiya”da ev girovu ile kredit faizi illik 12%-dən başlayır. Kreditin müddəti 12-59 aya qədər, məbləği isə 5.000-100.000 AZN-ə qədərdir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Bank of Baku”da ev girovu ilə kredit
Ölkəmizdə ev girovu ilə kredit verən banklar arasında yer alan “Bank of Baku” dövlət qurumunda və özəl şirkətlərdə çalışmasından asılı olmayaraq, rəsmi gəliri olan hər kəs üçün, həmçinin təqaüdçülər üçün daşınmaz əmlak təminatı ilə nağd pul krediti götürmək fürsəti yaradır. Krediti əldə etmək üçün yaş həddi minimum 20, maksimum 70-dir. Sözügedən nağd kreditin müddəti 3-59 aya qədər, məbləği isə 3.000-70.000 AZN-ə qədərdir. “Bank of Baku”da ev girovu ile kredit faizi illik 14%-dən başlayır. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Bank BTB”də ev girovu ilə kredit
“Bank BTB”də borcalanlar daşınmaz əmlak təminatlı kredit məhsulu üzrə daşınmaz əmlaklarını girov qoyaraq 70.000 AZN-dək məbləğdə nağd pul krediti əldə edə bilər. Sözügedən nağd krediti 36 aya qədər geri ödəmək mümkündür. “Bank BTB”də ev girovu ile kredit faizi illik 16%-dən başlayır. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Bank Respublika”da ev girovu ilə kredit
Ölkəmizdə ev girovu ilə kredit verən banklar arasında yer alan “Bank Respublika” iri məbləğlərdə nağd kredit götürmək istəyən vətəndaşlar üçün daşınmaz əmlak krediti təklif edir. Girov qismində təqdim ediləcək ev borcalanın öz adına olan daşınmaz əmlak və ya mənzil ola bilər. “Bank Respublika”da daşınmaz əmlak kreditinin məbləği 50 000 AZN-dək, müddəti isə 36 aya qədərdir. Kredit məbləği əmlakın dəyərinin maksimum 70%-i səviyyəsində ola bilər. “Bank Respublika”da ev girovu ile kredit faizi illik 23%-dən başlayır. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Premium Bank”da ev girovu ilə kredit
“Premium Bank” ölkəmizdə ev girovu ilə kredit verən banklar sırasına daxil deyil. Odur ki bankda daşınmaz əmlak təminatlı kredit məhsulu mövcud deyil.
“Bank VTB Azərbaycan”da ev girovu ilə kredit
“Bank VTB Azərbaycan” ölkəmizdə ev girovu ilə kredit verən banklar sırasına daxil deyil. Odur ki bankda daşınmaz əmlak təminatlı kredit məhsulu mövcud deyil.
“Expressbank”da ev girovu ilə kredit
“Expressbank” təhsil almaq, səyahət etmək, tibbi xərcləri qarşılamaq, avtomobil almaq və digər bütün növ maliyyə xərclərini asan və sürətli qarşılamaq üçün borcalanlara nağd pul krediti götürmək imkanı təklif edir. Beləliklə, illik 9.9%-dən başlayaraq, 10.000 manatdan 70.000 manatadək məbləğdə və 59 aya qədər zaman müddəti çərçivəsində “Expressbank”da ev girovu ile kredit götürmək mümkündür. Bank əsasən 20.000 AZN-dən çox kredit əldə edən müştərilərə “Expresso Platinum” kredit kartını hədiyyə edir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Kapitalbank”da ev girovu ilə kredit
Hazırda “Kapitalbank”da daşınmaz əmlak təminatlı kredit məhsulu mövcud deyil.
“Bank Melli İran”da ev girovu ilə kredit
“Bank Melli İran”da borcalanlara 100.000 ABŞ dollarının manat ekvivalentinədək məbləğlərdə daşınmaz əmlak təminatlı kredit ayrılır. Kreditin müddəti 60 aya qədərdir. “Bank Melli İran”da ev girovu ile kredit faizi illik 12%-dən başlayır. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Yelobank”da ev girovu ilə kredit
Ölkəmizdə ev girovu ilə kredit verən banklar arasında yer alan “Yelobank” böyük məbləğlərdə kredit götürmək istəyənlər üçün daşınmaz əmlak girovlu kredit məhsulunu təklif edir. Girov borcalanın yaxud borcalanın birinci dərəcəli qohumlarının adında olmalıdır. Daşınmaz əmlak təminatlı kredit götürmək üçün məbləğ 5.000-100.000 AZN aralığında dəyişir. Kreditin müddəti 12-54 ay təşkil edir. “Yelobank”da ev girovu ile kredit faizi illik 14%-dən başlayır. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Paşa Bank”da ev girovu ilə kredit
Hazırda “Paşa Bank”da daşınmaz əmlak təminatlı kredit məhsulu mövcud deyil.
“Rabitəbank”da ev girovu ilə kredit
“Rabitəbank”dan borcalanlar daşınmaz əmlak təminatlı nağd pul krediti götürmək üçün 20-65 yaş aralığında olmalıdır. Kreditin maksimum məbləği 200.000 AZN, müddəti isə 3-48 ay aralığı təşkil edir. “Rabitəbank”da ev girovu ile kredit faizi 3-12 ay müddətinədək 18%, 13-24 ay müddətinədək 19%, 25-48 ay müddətinədək isə 20% təşkil edir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“TuranBank”da ev girovu ilə kredit
“TuranBank”da daşınmaz əmlak girovlu istehlak krediti əldə etmək üçün kənd təsərrüfatı təyinatlı torpaqlar və tikililər istisna olmaqla, digər daşınmaz əmlak növləri girov olaraq təqdim edilə bilər. Kreditin məbləği 5.000 AZN-100.000 AZN, müddəti isə 12-59 ay aralığı təşkil edir. “TuranBank”da ev girovu ile kredit faizi minimum şərtlərlə 12 aylıq 14%, 13-24 aylıq 15%, 25-36 aylıq 15%, 37-48 aylıq 17%, 49-59 aylıq isə 19% təşkil edir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Unibank”da ev girovu ilə kredit
Hazırda “Unibank”da daşınmaz əmlak təminatlı kredit məhsulu mövcud deyil.
“XalqBank”da ev girovu ilə kredit
Ölkəmizdə ev girovu ilə kredit verən banklar arasında yer alan “XalqBank” borcalanlara daşınmaz əmlak təminatı ilə 150.000 AZN-ə qədər nağd pul krediti əldə etmək imkanı təklif edir. Kredit müddəti 60 aya qədərdir. “XalqBank”da ev girovu ile kredit faizi illik 12-16% təşkil edir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
“Yapı Kredi Bank Azərbaycan”da ev girovu ilə kredit
“Yapı Kredi Bank Azərbaycan” ölkəmizdə ev girovu ilə kredit verən banklar sırasına daxil deyil. Odur ki bankda daşınmaz əmlak təminatlı kredit məhsulu mövcud deyil.
“Ziraat Bank Azərbaycan”da ev girovu ilə kredit
“Ziraat Bank” borcalanlara maliyyə çətinliklərinin öhdəsindən gəlmək üçün ev girov qoyub pul goturmek fürsəti yaradır. Minimum 22 yaşı tamam olan şəxslər 25.000 AZN-50.000 AZN məbləğində kredit götürə bilər. “Ziraat Bank”da ev girovu ile kredit faizi illik 12.9% təşkil edir. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
Azərbaycanda ev girovu ilə kredit verən banklar
Azərbaycanda ev girovu ilə kredit verən banklar (nağd kreditlər) və onların şərtləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Bank | Kredit məbləği | Kredit faizi | Kreditin müddəti |
Accessbank | 10.000-70.000 AZN-dək | İllik 18%-dən başlayır. | 12-59 ay |
AFB Bank | 5.000-80.000 AZN-dək | İllik 14%-dən başlayır. | 3-60 ay |
Azərbaycan Beynəlxalq Bankı | 200.000 AZN-dək | 24 aylıq-10% 25-36 aylıq-11% 37-59 aylıq-12% | 59 ayadək |
Azərbaycan Sənaye Bankı | 75.000 AZN-dək | 24 aylıq-16% 25-48 aylıq-17% | 48 ayadək |
Bank Avrasiya | 100.000 AZN-dək | İllik 12%-dən başlayır. | 2-59 ayadək |
Bank of Baku | 3.000-70.000 AZN-dək | İllik 14%-dən başlayır. | 3-59 ayadək |
Bank BTB | 3.000-70.000 AZN-dək | İllik 14%-dən başlayır. | 3-59 ayadək |
Bank Respublika | 50.000 AZN-dək | İllik 23%-dən başlayır. | 36 ayadək |
Premium Bank | – | – | – |
Bank VTB Azərbaycan | – | – | – |
Expressbank | 10.000-70.000 AZN-dək | İllik 9.9%-dən başlayır. | 59 ayadək |
Kapital Bank | – | – | – |
Bank Melli İran | 100000 ABŞ dollarının manat ekvivalentinədək | İllik 12%-dən başlayır. | 60 ayadək |
Yelobank | 5.000-100.000 AZN-dək | İllik 14%-dən başlayır. | 12-54 ay |
Paşa Bank | – | – | – |
Rabitəbank | 200.000 AZN-dək | 3-12 aylıq-18% 13-24 aylıq-19% 25-48 aylıq-20% | 3-48 ay |
TuranBank | 5.000 AZN-100.000 AZN-dək | 12 aylıq 14% 13-24 aylıq 15% 25-36 aylıq 15% 37-48 aylıq 17% 49-59 aylıq 19% | 12-59 ay |
Unibank | – | – | – |
XalqBank | 150.000 AZN-dək | İllik 12-16% təşkil edir. | 60 aya qədər |
Yapı Kredi Bank Azərbaycan | – | – | – |
Ziraat Bank Azərbaycan | 25.000 AZN-50.000 AZN-dək | İllik 12.9% təşkil edir. |
Qeyd edək ki, ev girovu ilə kredit verən banklar haqqındakı məqaləmizdə yer alan məlumatlar bankların rəsmi veb saytlarından əldə olunub.
Mənzil girovu ilə kredit faizini hesablamaq – Ev girovu ilə kredit verən banklar
Ev girovu ilə kredit faizini hesablamaq üçün onlayn kredit kalkulyatorundan istifadə etmək tövsiyə olunur. Bu zaman banka müraciət etməzdən öncə kredit məbləğini, kredit faizini, aylıq və ümumi ödənişləri asanlıqla hesablaya və buna uyğun qərarınızı verə bilərsiniz. Həmçinin bankların xüsusi kampaniyalarını və şərtlərini araşdırmaq da faydalı olacaqdır.
Sonluq – Ev girovu ilə kredit verən banklar
Ev girovu ilə kredit götürmək daşınmaz əmlak sahibi olan hər kəs üçün olduqca əlverişlidir. Çünki daşınmaz əmlak təminatı verdikdə banklar tərəfindən kreditin dəyərləndirilməsi adətən müsbət cavablanır. Həmçinin borcalanların istədikləri böyük məbləğləri əldə etmək şansı çoxalır. Ümumilikdə “Google”axtarış sistemində “ev girovu ile kredit veren banklar 2024” yaxud “ev girovu ile kredit veren banklar 2025” yazaraq bankların bu istiqamətdə olan müxtəlif təkliflərinə nəzər yetirə bilərsiniz.
Müəllif: Aida İsaq, budcedostu.az
Həmçinin oxu: Tək şəxsiyyət vəsiqəsi ilə kredit pul verən banklar hansılardır?