Lizinq şirkətləri və lizinq haqqında məlumatlar!
Müasir dövrdə işimizə yarayan sonsuz sayda maliyyə alətləri vardır. Xüsusilə kredit götürməklə bağlı imkanları vurğulamaq yerinə düşər. Fərdi şəxslərdən tutmuş sahibkarlara qədər hamı üçün əlçatan təkliflər və məhsullar var. Bunlardan biri də lizinq kredit məhsuludur. Lizinq biznes qurmaq və ya biznesini inkişaf etdirmək istəyənlər, hətta fərdi şəxslər üçün də əsl göydəndüşmə təklifdir.
Məqalənin içindəkilər!
- Lizinq nədir?
- Lizinqə nələr götürmək olar?
- Lizinq növləri hansılardır?
- Lizinq şirkətləri hansılardır?
- Online lizinq krediti sifarisi etmək olurmu?
Lizinq nədir?
Lizinq əmlakın lizinqalana müəyyən müddət ərzində kirayə verilməsi və yas atın alınması üçün müəyyən ödənişin edilməsini nəzərdə tutan maliyyə alətidir. Lizinq, əsasən, mülkiyyət hüququnu tamamilə əldə etmədən aktivlərdən istifadə etməyə imkan verir. Eyni zamanda, lizinq vasitəsilə müxtəlif adavadanlıqları aylıq kredit ödənişləri həyata keçirərək satın almaq mümkündür. Beləliklə, lizinq şirkətlərindən əldə olunan lizinq kreditləri istəkdən asılı olaraq borcalana ya məhsulun (avadanlığın) özünü satın almağa imkan verir. Ya da məhsulu (avadanlığı) kirayə götürərək hədəflərə çatmağı təmin edir. Bu zaman müştəri ilkin mərhələdə böyük məbləğdə ödəniş həyata keçirmir. Hissəli ödəniş sayəsində işlərini daha rahat və sürətli həyata keçirmiş olur.
Lizinqə nələr götürmək olar?
Lizinq borcalanın ehtiyaclarındana sılı olaraq müxtəlif avadanlıqlar və məhsullar üçün əldə oluna bilər.
Avtomobil və nəqliyyat vasitələri: Adi avtomobillər, yük maşınları, qaldırıcı kranlar, ekskavatorlar və s.
Tikinti texnika və avadanlıqları: Buldozerlər, beton qarışdırıcılar və s.
Kənd təsərrüfatı texnikası: Traktorlar, kombaynlar, suvarma sistemləri, toxum səpənlər və s.
Tibi avandalıqlar: Labaratoriya avadanlıqları, rentgen cihazları və s.
Lizinq növləri hansılardır?
Təcrübədə lizinq şirkətləri tərəfindən 3 lizinq məhsulu geniş şəkildə tətbiq olunur:
- Operativ lizinq
- Maliyyə lizinqi
- Sublizinq
Operativ lizinq nədir?
Operativ lizinq müqaviləsində lizinq şirkətləri borcalanın müəyyən müddətə hər hansısa avadanlığı icarəyə götürməsini təmin edir. Borcalan avadanlıqdan ehtiyacı üzrə istifadə edir və müqavilə bitdikdə müvafiq avadanlıq lizinq şirkətinə geri qaytarılır. Lizinq şirkəti öz növbəsində avadanlığın bütün cari və əsaslı təmir xərclərini qarşılayır və bu xərclər lizinq ödənişlərinə əlavə edilir. Nəzərdə saxlamaq lazımdır ki, operativ lizinqdə kredit müddəti qısa və ödənişlər nisbətən yüksək olur. Operativ lizinqin üstünlüyü odur ki, burada həm borcalan, həm də lizinq şirkəti qazanmış olur. Borcalan yüksək məbləğli texniki avadanlıqları satın almaq əvəzinə texnikadan yalnız ehtiyacı üzrə istifadə edir və daha az ödəniş edir. Lizinq şirkəti isə eyni avadanlığı daha çox müştəriyə icarəyə vermək və daha çox qazanmaq imkanı əldə edir.
Maliyyə lizinqi nədir?
Maliyyə lizinqi lizinq şirkətləri tərəfindən təcrübdə daha çox istifadə olunan lizinq növüdür. Burada borcalan müqavilə müddətinin sonunda müvafiq texniki avadanlığı satın almış olur. Maliyyə lizinqində müqaviləni daha uzunmüddətə bağlamaq mümkündür. Nəticədə aylıq ödənişlər də nisbətən az olmuş olur. Bu isə lizinqalanın xeyrinə olan nüansdır. Ümumiləşdirsək, maliyyə lizinqində lizinq şirkəti borcalanın arzusunda olduğu avadanlığı satın alıb ona verir.
Sublizinq nədir?
Sublizinq lizinq lizinq vasitəsilə əldə olunan avadanlığın üçüncü tərəflərə lizinqə verilməsini dəstəkləyən maliyyə alətidir. Sublizinq üzrə müqavilənin bağlanma müddəti və ümumi şərtləri əsas müqavilə ilə bənzərlik təşkil edir. Kredit müddəti isə ümumi lizinqin müddətindən çox ola bilməz.
Lizinq şirkətləri hansılardır?
Hazırda ölkəmizdə fəaliyyət göstərən lizinq şirkətləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz. Bu şirkətlər avto lizinq sirketleri, aqrar lizinq sirketleri, kend teserrufati lizinq sirketleri olmaqla müxtəlif cür lizinq krediti sertleri təklif edir. Ətraflı məlumat üçün lizinq şirkətlərinin adlarının üzərində yerləşdirilən linklərə daxil ola bilərsiniz. Serfeli lizinq tapmaq üçün yaxşı olar ki, bir neçə şirkətə sorğu götürüb şərtlərlə tanış olasınız.
Azerbaycanda lizinq sirketləri
Lizinq verən şirkətlər | Ünvan | Əlaqə | Vebsayt |
Faktor Lizinq | Xətai metrosu yaxınlığı, Dəmirçi plaza, 15-ci mərtəbə | 012 404 75 21 | faktorlizinq.az |
Fintech Lizinq | Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi | 050 220 78 02 | fintechleasing |
Ekolizinq | Babək prospekti 31 | 050 555 63 33 | Ekolozinq |
Baku Lizinq | Əhməd Rəcəbli küçəsi | 012 311 26 21 | |
Parex Lizinq | Cəlil Məmmədquluzadə küçəsi | 012 598 82 82 | parexleasing.az |
Finans Lizinq Baku | Mikayıl Müşfiq küçəsi 1C, Pullman Residence | 055 424 92 57 | finans_lizinq_baku/ |
Sara Lizinq | Ə.Qayıbov küçəsi 1222 | 051 240 28 82 | saraleasing.az |
Prior Lizinq | Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi | 050 878 88 00 | priorleasing.az |
MCB BOKT | Tbilisi prospekti 49B | 0502701415 | mcbbokt |
Aqroservis | Ziya Bünyadov, 1965 “Çinar Park” biznes mərkəzi, 1-ci bina, 4-cü mərtəbə | 012 562 48 88050 234 48 88 | aqroservis.gov.az |
Azmash Lizinq | Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi ev1 | 050 273 77 12 | azmashlizinqmmc |
Grand Motors | Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Mədən küçəsi 4 | 012 404 14 14 | grandmotors.az |
Standart Lizinq | Bakı şəhəri, Süleyman Rüstəm küç 4 | 012 441 44 78 | standardleasing.az |
TBC Kredit | 012 460 70 11 | tbckredit.az/leasing/auto-leasing/ | |
İDEAL BOKT | Bakı şəhəri, Həsən Əliyev küçəsi 34, (1 Saylı ASAN Kommunalın 1-ci mərtəbəsi) | 012 526 26 25 | idealkredit.az |
Legion Financial | Bakı: Həsənbəy Zərdabi küçəsi 25A Qazax: H.Əliyev prospekti 163A | Bakı : 012 310 52 53 Qazax: 012 310 52 53 | legion.az/haqqimizda |
Kredlizinq | Bakı şəhəri, İnşaatçılar prospekti 22 | 012 510 90 32 055 247 00 49 | kredlizinq.az |
KredAqro | Bakı şəhəri, N.Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1 | 012 526-54-97055 202-80-00 | kredaqro.com |
AutoStar Kaukasus | Babək prospekti 1145 | *5545012 496 51 31 | mercedesbenz.autostar/ |
Online lizinq krediti sifarisi etmək olurmu?
Müxtəlif lizinq şirkətlərinin veb-saytları və ya sosial media hesabları vasitəsilə lizinq sifariş edə bilərsiniz. Həmçinin onlayn lizinq krediti sifariş etmək üçün b2bagro.az platforması mövcuddur. Bu saytda lizinqə götürmək istədiyiniz məhsulu və şirkəti seçə bilərsiniz. Həmçinin müxtəlif növ avadanlıqların, məhsulların qiymətini onlayn şəkildə soruşmaq olar.
Lizinq şirkətlərinin üstünlükləri nələrdir?
- İlkin ödəniş məbləğinin aşağı olması;
- Sürətli və asan formada təsdiq olunur;
- Yeni texnologiyalardan və məhsullardan istifadə etmək imkanı mövcuddur;
- Seçim imkanları genişdir;
- Borcalanın büdcəsinə uyğun ödənişlər təyin etmək imkanı var;
- Sonda müvafiq avadanlığa və məhsula sahib olmaq mümkündür.
Sonluq – Lizinq şirkətləri
Lizinq fərdi şəkildə borcalanların və sahibkarların bir növ maddi çətinliklərini qarşılamaq üçün istifadə olunur. Çünki lizinq kreditlərini əldə edərkən yüksək məbləğdə ilkin kapital tələb edilmir. Lizinq kredit sertleri ilk növbədə yaxşıca araşdırılmalı, daha sonra müqavilə imzalanmalıdır. Bu halda bütün imkanları və riskləri dəyərləndirməklə, daha çox üstünlüklərdən yararlanmaq mümkündür.
Həmçinin oxu: Azərbaycanda olmayan biznes ideyaları – 10 Tövsiyə
Salam,
Ümidvaram işləriniz qaydasındadır. Siz kreditlər ilə bağlı yazdığınız məqalədə Pasha Bank tərəfindən kiçik və orta sahikarlar üçün verilən kreditlərin məlumatı səhvdir. Zəhmət olmasa aşağıdakı link-ə daxil olaraq düzgün məlumat əldə edərdiniz:
https://sme.pashabank.az/onlayn-biznes-kredit/tecili-biznes-krediti
– Girovsuz
– 1 iş gününə
– Onlayn şəkildə
– 250000 AZN-dək
– 48 aya-dək
– İllik faiz dərəcəsi 12% -dən
– Komissiya 1%