Azərbaycanda olmayan biznes ideyaları – 10 Tövsiyə
Azərbaycanda olmayan biznes ideyaları haqqında araşdırma!
Biznes qurmaq hər birimiz üçün fərqli mənaları ifadə edir. Məqsədlər, hədəflər, maraqlar, gözləntilər fərqlidir. Biznes qurmaq bəziləri üçün gəlir mənbəyi, bəziləri üçün xəyal etdiyi işi qurmaq, bəziləri üçün cəmiyyətə yeni dəyərlər qatmaqdır. Yaxud başqa nümunələr də mütləq ki, vardır. Səbəblərdən çox olsa da, hamımızın gözlədiyi tək nəticə var: Uğurlu olmaq.
Bəs ugurlu biznes qurmaq ideyalari necə yaranır? Ugurlu biznes nece qurulur? Ugurlu biznes qurmagin yollari hansılardır?
Bütün bu və oxşar suallarınıza cavab tapmaq üçün bu dəfəki məqaləmizdə Azərbaycanda olmayan biznes ideyalarından danışacağıq. Əgər sizdə evde biznes qurmaq, az pulla biznes qurmaq, en gelirli biznes qurmaq, qeribe biznes ideyalari haqqında düşünürsünüzsə, gözünüz bizdə olsun. Gəlin, birlikdə tanış olaq.
Məqalənin içindəkilər!
Təbii vasitələrlə müalicə edən xəstəxanalar – Azərbaycanda olmayan biznes
Sosial media kanallarında qarşımıza tez-tez müxtəlif müalicəvi reseptlərin hazırlandığı paylaşımlar çıxır. Çünki bu kimi məlumatlar daim marağımızdadır. Sağlam qidalanma və təbii vasitələrin sayəsində həyat enerjimiz artır, bədənimiz güclü olur, dərimiz gözəlləşir, xəstəliklərə qarşı imunitet qazanırıq. Məsələn, səhərlər ballı, limonlu sadə su içmək, içərisinə müxtəlif bitki toxumlarını əlavə etmək ən çox eşitdiyimiz tövsiyələrdəndir.
Burada diqqətdə saxlamaq lazımdır ki, bəzi reseptlər hər kəs üçün uyğun olmaya bilər. Ona görə təbabətin sirrlərinə yaxından bələd olan mütəxəssislərin təbii müalicəvi reseptlərindən yararlanmaq faydalı olar. Bu ideyaları cəmləşdirsək, yalnız təbii bitkilərdən, vasitələrdən müxtəlif qidalar, içkilər, vasitələr təklif edən xəstəxanalar açmaq fikrini Azərbaycanda olmayan biznes nümunəsi və gelirli biznes ideyasi hesab edə bilərik. Eyni zamanda, əlavə olaraq fizioterapiya xidmətləri də təklif oluna bilər. Dünyada bu istiqamətdə fəaliyyət göstərən bəzi xəstəxana nümunələri:
Rayonlarda “co-working” mərkəzləri açmaq
Bildiyiniz kimi kovorkinq mərkəzləri eyni bina (mənzil, otaq, ofis) daxilində bir neçə şirkətlərdə çalışan şəxslərin bir arada çalışmasını dəstəkləyən ofislərin cəmidir. Hazırda bu təcrübə yalnız paytaxtımızda geniş yayılmışdır. Odur ki kovorkinq təcrübəsini Azərbaycanda olmayan biznes nümunəsi kimi qəbul edə bilərik. Bu təcrübə rayonlarımızda da tətbiq olunmağa başlansa, bir çox yeniliklərin tətbiqinə, həmçinin inkişafa səbəb olar. Üstəlik kovorkinq mərkəzində fasiləsiz internet şəbəkəsinin, kitabxananın olması buradan istifadənin genişliyini artıracaqdır. İş adamları ilə yanaşı, yeni startap ideyası hazırlamaq istəyənlər, özünü inkişaf etdirmək istəyənlər və digər şəxslər üçün ideal məkan olacaqdır.
Eyni zamanda, bu mərkəzləri turistlərin müntəzəm istifadə etdiyi saytlara yerləşdirsəniz, turistlərin də istifadəsini təmin etmiş olarsınız. Çünki kovorkinq mərkəzlərində görüş, təlim otaqları da yer alır. Hansı ki, həmin təlim otaqlarından həm yerli, həm xarici iş adamları asanlıqla istifadə edə bilər.
Süni intellekt vasitələrindən istifadə edərək kovorkinq açmaq ideyalarınızı təkmilləşdirə bilərsiniz.
Pul qazandıran anket-sorğu platforması yaratmaq – Azərbaycanda olmayan biznes
Anket-sorğu saytlarından istifadə qlobal səviyyədə geniş yayılmışdır. Azərbaycanda hazırda bu istiqamətdə sadəcə fikrim.az saytı fəaliyyət göstərir.
Gəlin, anket-sorğu saytlarının bir qədər məğzini açaq. Günümüzdə demək olar hər on evdən doqquzunda internet şəbəkəsi var. Bu o deməkdir ki, hər on nəfərdən doqquzunun müxtəlif mövzulara dair fikirlərini, şərhlərini, təklif və iradlarını öyrənmək olar. Bəs bu nəyə lazımdır deyə düşünürsünüzsə, bu məlumatları satmaqla gəlir qazanmaq mümkündür.
Məsələn, “Alpen Gold” şokolad markası barədə əhali arasında hansı fikirlərin (məhsulun keyfiyyəti, qiyməti, əlçatanlığı və s.) mövcudluğunu toplayırsınız. Daha sonra şirkətə bu məlumatları təqdim edirsiniz. İnsanları anket-sorğularda iştiraka təşviq etmək üçün isə, kiçik pul mükafatları və hədiyyə kuponları təqdim etmək olar. Bu istiqamətdə ilhamlana biləcəyiniz nümunələr:
Turizmlə bağlı mobil tətbiqlər yaratmaq
Bildiyiniz kimi ölkəmizə hər il minlərlə turist gəlir. Onların işgüzar və ya istirahət məqsədli səyahətlərini daha da rəngləndirərək gəlir qazanmaq olar. Bu dil tərcüməsini dəstəkləyən, səyahət ediləcək yerlərin siyahısını göstərən, taksi sifarişini və otellərin rezervasiyasını həyata keçirməyə imkan verən, həmçinin digər funksiyaları özündə cəmləşdirən mobil tətbiq ola bilər. Yaxud başqa maraqlı ideyanız varsa, dünya təcrübəsindən də yararlanıb tamamilə fərqli məhsul ortaya qoymaq mümkündür.
Müxtəlif bölgələrimizdə çoxlu ucqar kəndlərin, maraqlı təbiəti olan yerlərin sayının çox olduğunu nəzərə alsaq, bu ideya olduqca mükəmməl hesab edilə bilər. Hansı ki, bu tətbiq vasitəsilə turistlər yerli bələdçiləri tapa, rayonlarda müxtəlif məhsullar satın ala bilər. Siz də həmin məhsul və ximət satmaq istəyən yerli əhali ilə əməkdaşlıq edə bilərsiniz. Buraya təbi kənd məhsullarından tutmuş əl işlərinə, toxuculuq məhsullarına qədər hər şey daxil ola bilər. Azərbaycanda olmayan biznes layihələrindən biri olan turistlər üçün unikal mobil tətbiq yaratmaq üçün ilhamlana biləcəyiniz nümunələr:
Daşınabilən mobil istixanalar yaratmaq – Azərbaycanda olmayan biznes
Bildiyiniz kimi təbii dadlar hər zaman insanların çox sevdiyi, axtardığı şeylərdən biridir. Meyvə-tərəvəz alarkən, restorana gedərkən kənddən gələn məhsullarla hazırlanan qidalar və elə məhsulların özü bizi valeh edir. Odur ki insanların şəxsi istifadəsi və ya məkan sahibləri üçün mobil daşınabilən istixanalar düzəldib satmaq və ya icarəyə vermək olar. Bu barədə araşdırmalar aparıb 0-dan biznes qurmaq işlərinə başlaya bilərsiniz. Bu istiqamətdə ilhamlana biləcəyiniz şirkətlər:
Freight Farms – ABŞ-da fəaliyyət göstərən “Freight Farms” şirkəti köhnə dəniz konteynerlərini mobil istixanalara çevirir.
Agricool – Fransa mərkəzli şirkət əhaliyə pestisidlərsiz, təbii məhsullar əldə etmək imkanı yaradır. İstixanalar bərpa olunan enerji mənbələri və daha az su istehlakı ilə çalışır.
VR məkanlarda psixoloji terapiya mərkəzləri açmaq
Süni intellekt vasitələrindən istifadə edərək terapiya mərkəzləri açmaq müasir dövrün ən yaxşı həll üsullarından biri hesab oluna bilər. Beləliklə, dünya təcrübəsində virtual reallıq (VR) texnologiyası stresi azaltmaq, qorxuları aradan qaldırmaq və digər meditasiya məqsədli fəaliyyətlər üçün istifadə edilir. Bu barədə araşdırmalar aparıb faydalı və maraqlı xidmət ortaya çıxarmaq olar. Virtual reallıq mərkəzi açmaq üçün ilhamlana biləcəyiniz biznes nümunələri:
Oxford VR – Şirkət İngiltərədə yerləşir. Qorxu və fobiyalar, sosial narahatlıq və depressiya kimi problemlər üçün VR əsaslı terapiya həlləri təklif edir.
Barcelona expat life – İspaniya mərkəzli şirkət narahatlıq, travma sonrası stres pozğunluğu və qorxuların müalicəsi kimi problemlərin həlli məqsədilə VR mühitli müalicə üsulları təklif edir.
Təmir məqsədli keramika mərkəzləri – Azərbaycanda olmayan biznes
Sosial media kanallarında sınmış qabların bərpası ilə bağlı videolar qarşınıza çıxa bilər. Əsasən Yaponiyada məşhur olan bu sənətkarlıq fəaliyyəti kintqsui adlanır. Burada insanların bərpa etmək istədikləri qab-qacaqlar və ya digər əşyalar qızıl və ya gümüş məhlullarla bərpa edilir. Üstəlik bunun insanlar arasında mənəvi dəyəri də vardır. Belə ki, inanca görə həyatımızda baş verən büdrəmələri bu formada mükəmməlləşdirə bilərik. Azərbaycanda olmayan biznes sahələrindən biri olan kintqsui ilə bağlı ilhamlana biləcəyiniz nümunələr:
Müxtəlif mütəxəssisləri bir araya toplayan sayt hazırlamaq
Dünyada bu istiqamətdə müxtəlif saytlar fəaliyyət göstərir. Ancaq Azərbaycana məxsus yerli veb-sayt açmaq da faydalı olar. Hansı ki, bu saytda müxtəlif peşə sahibləri haqqında məlumatlar, sertifikatları, uğurları, işlədiyi yer və s. qeyd olunsun. Əhali peşəkar həkim, memar, jurnalist, müəllim və digər peşə sahibləri haqqında ətraflı məlumat ala biləcəyi mütəxəssisləri tapa bilsin. Həmçinin göstərdikləri xidmətlər üzrə qiymətlərlə tanış ola bilsin. Bu saytı bir qədər zənginləşdirmək də sizin ixtiyarınızdadır.
Məsələn, sayta iş adamlarının və ümumilikdə insanların yararlana biləcəyi ölkədəki kovorkinq mərkəzlərini, iş yerlərini, plazaları və s. əlavə edə bilərsiniz. Haqqında danışdığımız layihə nümunəsi Azərbaycanda olmayan biznes sahəsi kimi qiymətləndirmək olmaz. Çünki oxşar istiqamətlərdə bəzi saytlar vardır. Amma onlar eyni məqsədləri hədəfləmir. Odur ki vaxt itirmədən dəyərləndirə bilərsiniz. Bu istiqamətdə ilhamlana biləcəyiniz nümunələr:
Proqnozlaşdırıcı təkliflər vermək üçün proqram yaratmaq – Azərbaycanda olmayan biznes
Hazırda süni intellekt vasitələrinin sayəsində müxtəlif biznes sahələri üçün müştəri davranışlarını, strategiyalarını, atılan addımları və s. dərindən araşdıraraq gələcəklə bağlı daha sürətli proqnozlaşdırıcı həll yolları təklif etmək mümkündür. Hansı ki, bu təkliflər və proqnozlar daha böyük nəticələrə çatmağı stimullaşdırır. Bu işi ən yaxşı görə biləcək şəxslər data analitiklər və developerlərdir.
Əgər bu istiqamətdə çalışırsınızsa, yaxud bacaran tanışlarınız varsa, yeni proqram yaratmaq barədə işlərə start verin. Çünki bu, Azərbaycanda olmayan biznes istiqamətlərindən biridir. Pərakəndə satış, nəqliyyat, turizm kimi müxtəlif biznes sahələrində müştəri davranışlarını və bazar tendensiyalarını təhlil edərək daha dəqiq tələb və təklif proqnozları təklif edən proqram nümunəsi yarada bilərsiniz. Süni intellekt vasitələrinin köməyindən yararlanaraq avtomatik həllər təklif edən proqram ola bilər. Yaxud mütəxəssislərin rəylərini ənənəvi formada təqdim edən proqram kimi də hazırlamaq olar. İlhamlana biləcəyiniz nümunələr:
Unikal festivallar təşkil etmək – Azərbaycanda olmayan biznes
Avropa ölkələrində və Amerikada müntəzəm olaraq keçirilən yüzlərlə festivallar var. Buraya “La Tomatina” (İspaniya, pomidor festivalı), “Coachella Valley Music and Arts Festival” (Musiqi və İncəsənət festivalı, ABŞ, Kaliforniya), “Burning Man” (ABŞ, Nevada), “Tomorrowland” (Elektron musiqi festivalı, Belçika) və s. aid ola bilər. Bu festivalları unikal hesab etmək olar ki, bənzərləri olsa da, eynilik təşkil edən nümunələr demək olar yoxdur.
Odur ki Azərbaycanda da unikal ola biləcək festival ənənəsi yaratmaq olar. Doğrudur ki, hər il ölkəmiz müxtəlif tədbirlərə, festivallara ev sahibliyi edir. Ancaq həm yerli əhalinin, həm də dünyanın diqqətini çəkə biləcək ideya düşünə bilərsiniz. Daha sonra reallaşdırmaq üçün dövlət dəstəyi almağınız, yaxud investorlardan sərmayə cəlb etməyiniz mümkündür. Əmin olun ki, kreativ və faydalı olan, gəlirlilik imkanı yüksək olan layihə ideyaları hər zaman lazımınca qiymətləndirilir.
Sonluq – Azərbaycanda olmayan biznes
Yuxarıda Azərbaycanda olmayan biznes ideyaları üçün 10 nümunə təqdim etdik. Ölkəmizdə xırda biznes qurmaq imkanlarından tutmuş gelirli biznes qurmaq kimi bir çox kreativ biznes ideyalar barədə məqamlara toxunduq. Bu ideyaların sizin üçün ilham mənbəyi olacağına inanırıq. Bundan başqa tövsiyə edərdik ki, bacarıqlı və maraqlı olduğunuz sahələr üzrə biznes ideyaları gerçəkləşdirməyə çalışın. İşin içində maddi maraqlarla yanaşı, sevgi və bacarıqlar da olduqda daha mükəməl işlər ortaya çıxara biləcəksiniz. Yaxud da işinin peşəkarları olan şəxslərlə əməkdaşlıq etməyiniz faydalı olacaqdır.
Müəllif – Aida İsaq, budcedostu.az
Həmçinin oxu: Anket dolduraraq pul qazanmaq üçün hansı saytlar var?