BankKreditÜmumiXəbərlər

Gecikməsi olanlara kredit verən yerlər haradır?

Gecikməsi olanlara kredit götürmək üçün tövsiyələr!

Pul həyatımızda böyük məna ifadə edən anlayışlardandır. Tələbatların qarşılanmasından tutmuş xəyallarımızın həyata keçməsinə qədər pula hər yerdə ehtiyacımız vardır. Bəzən pul ehtiyacımız olan qədər həmişə əlçatan olmaya bilir. Ancaq bunun da çarəsi vardır. Kredit götürmək.. Kredit götürməklə ehtiyac olan məbləğdə pul əldə etmək mümkündür. Kredit götürənlər üçün isə problemli kredit, gecikmede olan kredit ifadələri yad deyildir. Bu dəfə bu barədə bəzi nünaslara aydınlıq gətirəcəyik. Gəlin, görək, gecikmədə olan kredit və ümumilikdə problemli kredit nədir?

Gecikmədə olan kredit nədir? 

Borcalan və borcverən götürülən kredit məbləği ilə bağlı qarşılıqlı razılaşma əsasında müqavilə imzalayır. Kredit məbləğini geri ödəmək üçün ödənişlərin həyata keçiriləcəyi vaxt təyin olunur. Kredit hansı müddətə götürülübsə, ödənişlər aylar üzrə bərabər miqdarda olmaqla bölünür. Müştəri üçün, həmçinin kreditin ödəniş tarixi ilə bağlı müəyyən güzəşt müddəti də tətbiq edilir. Əgər ödəniş müddəti gecikdirilirsə, yaxud ödənilmirsə, bu kredit gecikmədə olan kreditə və ya problemli kreditə çevrilir. Nəticədə borcalan problemli müştərilər siyahısına düşür. Onun gələcəkdə kredit götürmək fürsətləri azalır. Çünki ölkəmizdə hər bir borcalan haqqında bütün məlumatlar Azərbaycan Kredit Bürosunun məlumat bazasında saxlanılır. Müştəri kreditlə bağlı müraciət etdiyi zaman banklar və digər maliyyə təşkilatları həmin sistemdən müştərinin məlumatlarına baxıb, ona kredit ayrılması ilə bağlı qərar verir.

Kredit gecikməsi necə silinir? – Gecikməsi olanlara kredit

Borcalanları ən çox maraqlandıran suallardan biri də “Kredit gecikmesi nece silinir?”dir. Müştərilərin borc məlumatları Azərbaycan Kredit Bürosunun tarixçəsində 10 il ərzində icmal hesabat formasında saxlanılır. Bu o deməkdir ki, problemli krediti ödəyib itirdikdən sonra belə, illər ərzində bu məlumatlar bazada qalır. Ancaq ödənişləri tamamlamağınız, daha tez ödədiyiniz ödənişlər və ümumilikdə bütün məlumatlar da orada yer alır və daim yenilənir. 

Gecikmiş kredit tarixçəsini necə yaxşılaşdırmaq olar?

Banklar gecikməsi olanlara kredit vermək üçün borcalanın bütün kredit məlumatlarını və kredit sifarişini analiz edir. Kredit gecikməsini yaxşılaşdırmaq üçün tövsiyə olunur ki, kiçik məbləğli kreditlər götürüb, onları vaxtlı-vaxtında ödəyəsiniz. Bu nüans kredit tarixçənizi yaxşılaşdıracaq. Banklar və maliyyə təşkilatları kiçik məbləğli kredit sifarişlərini müsbət cavablamağa meyillidir. Tarixçəniz yaxşılaşdıqdan sonra isə daha böyük məbləğlər üzrə bankdan kredit sifarisi həyata keçirə bilərsiniz.

Gecikməsi olanlar necə kredit götürə bilər?

Bildiyiniz kimi krediti olanlara kredit verən, daha doğrusu gecikməsi olanlara kredit verən bankların sayı azdır. Bu kateqoriyaya daxil olan borcalanların banklardan və digər maliyyə təşkilatlarından kredit götürməsi üçün bir sıra üsullar vardır. Belə ki, kredit ödənişlərində gecikməsi olanlar zaminli və ya girov təminatlı kreditlər əldə edə bilər. Burada zamin qismində tələbdən asılı olaraq yaxın qohumlar, dostlar və ya digər şəxslər cəlb olunur. Girov təminatı olaraq isə daşınar və daşınmaz əmlak növləri (ev, torpaq, avtomobil və s.) qəbul edilir. Eyni zamanda, problemli krediti olanlar qızıl-zinət əşyalarının girov qoyulması ilə lombard kreditləri də əldə edə bilər. Gecikmesi olanlar ucun kredit faizi, məbləği və ümumi şərtləri banklardan, kredit təşkilatlarından asılı olaraq dəyişir. 

Gecikməsi olanlara kredit verən banklar

Aşağıdakı cədvəldə gecikmesi olanlara kredit veren banklar və gecikmesi olanlara kredit vermeyen banklar qeyd olunmuşdur. Gecikmə gününün sayından və kredit tarixçəsindən asılı olaraq nağd kreditlər əldə edə bilərsiniz. Daha ətraflı məlumat üçün isə bankların əlaqə nömrələri qeyd olunmuşdur.

Bankın adıGecikməsi olanlara kredit verən banklarƏlaqə
AccessbankMüştərinin kredit tarixçəsindən və gecikmə müddətindən asılı olaraq verilə bilər.*151
AFB BankÜmumi gecikmə günlərinin sayı son 12 ay üzrə 30 gündən artıq olmadıqda verilir.*1545
Azərbaycan Beynəlxalq BankıVerilmir.*937
Azərbaycan Sənaye BankıMüştərinin kredit məlumatları təhlil olunduqdan sonra gecikməsi olanlara kredit verilə bilər.*137
Azər Türk BankVerilir.*945
Bank AvrasiyaVerilmir.*2226
Bank of BakuDəqiq məlumat əldə etmək üçün şəxsiyyət vəsiqəsi ilə filiala müraciət etməyiniz xahiş olunur.*145
Bank BTBVerilmir.*946
Bank RespublikaVerilmir.*144
Premium BankVerilmir.*931
Bank VTB AzərbaycanMüştərinin kredit tarixçəsindən və gecikmə günün sayından asılı olaraq kredit ayrıla bilər.*986
ExpressbankMüştərinin kredit tarixçəsindən və gecikmə günün sayından asılı olaraq kredit ayrıla bilər.*132
KapitalbankMüştərinin kredit tarixçəsindən və gecikmə günün sayından asılı olaraq kredit ayrıla bilər.*196
YelobankVerilmir.*981
Paşa Bank
RabitəbankMüştərinin kredit tarixçəsindən və gecikmə günün sayından asılı olaraq kredit ayrıla bilər.*133
TuranbankMüştərinin kredit tarixçəsindən və gecikmə günün sayından asılı olaraq kredit ayrıla bilər.*935
UnibankMüştərinin kredit tarixçəsindən və gecikmə günün sayından asılı olaraq kredit ayrıla bilər.*117
Xalq BankMüştərinin kredit tarixçəsindən və gecikmə günün sayından asılı olaraq kredit ayrıla bilər.*138
Ziraatbank AzərbaycanBu barədə məlumat təqdim olunması üçün müştərilərdən bankın filiallarından birinə yaxınlaşmaq tələb olunur.*9229

Gecikməsi olanlar başqa haradan kredit götürə bilər?

Azərbaycanda kredit gecikməsi olan borcalanlar banklardan başqa digər kredit təşkilatlarından da kredit əldə edə bilər. Gəlin, baxaq görək, problemli krediti olanlara kredit verən yerlər haradır?

Bank Olmayan Kredit Təşkilatları (BOKT) – BOKT-larda gecikməsi olanlara kredit vermək imkanı mövcuddur. Bu zaman isə müştəridən kreditin rəsmiləşdirilməsi zamanı zamin və ya girov tələb oluna bilər. Ölkəmizdəki hazırkı BOKT-ların siyahısı və təklif etdikləri kredit məhsulları haqqında ilkin məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Kredit təklif edən saytlar – Bu saytlarda aşağı məbləğlərdə olan kredit əldə etmək mümkündür. Faiz dərəcəsi saytlara görə dəyişkəndir. Kredit sifarisi online formada həyata keçirildiyi üçün girov və ya zamin tələbi olmaya bilir. Kredit goturmek saytlari ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Lombardlar – Kredit tarixçəsində gecikməsi olan şəxslər üçün çıxış yollarından biri də lombardlardır. Banklardan fərqli olaraq lombard krediti əldə edərkən prosedurlar daha sadə və sürətli şəkildə həyata keçirilir. Müştərinin kredit tarixçəsi araşdırılmasa da, burada əsas məqam qızıl-zinət əşyalarının yaxud digər qiymətli əşyaların girov kimi qoyulmasıdır. Bundan başqa, lombard krediti götürmək üçün bir qədər yaxşı düşünmək lazımdır. Çünki lombard kreditlərinin faiz dərəcələri bank kreditlərindən yüksək olur. Həmçinin kredit ödənişləri ödənilməzsə, lombard sahibi qiymətli əşyaları sata bilər. Təbii ki müqavilə imzlaayarkən şərtlərə diqqətlə nəzər yetirməyiniz mütləqdir.

Sonluq – Gecikməsi olanlara kredit

Gecikmədə olan kreditiniz və ya kreditləriniz varsa, onları bir araya toplamağa çalışın. Bəzi banklarda basqa banklarda krediti olanlara kredit verilir. Bu fürsətdən yararlanıb ümumi bir kredit borcunuzun olması faydalıdır. Bu kredit tarixçənizi yaxşılaşdırmağa da kömək edəcək. Bundan başqa, gecikmede olan krediti baglamaq üçün başqa bankın daha yaxşı kredit təklifi, kredit kampaniyası varsa, mütləq dəyərləndirin. 

Həmçinin oxu: Problemli kredit borcunu öyrənmək üsulları!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button