Ümumiİş fikirləriXəbərlər

Anket dolduraraq pul qazanmaq üçün hansı saytlar var?

Anket dolduraraq pul qazanmaq haqqında araşdırma!

Rəqəmsallaşan dünya gerçəkləri büdcəmizin formalaşmasına da təsirsiz ötüşməyib. İnternetdən pul qazanmağın yolları saymaqla bitməz. İçərisində təhlükəli olanlar da var, kifayət qədər etibarlı olanlar da. Söhbət əlavə iş görmədən, pul qoymadan pul qazanmaq üsullarından gedir. İnsanlar arasında bu formada pul qazanmağa olan maraq şirkətlər üçün biznes davranışlarında da dəyişikliklər yaratdı. Artıq şirkətlər üçün ənənəvi üsullarla müqayisədə onlayn şəkildə müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təqdim etmək daha asandır. Əgər əvvəllər insanlardan fikirlərini soruşmaq, cavab almaq müşkülə çevrilmişdisə, indi üçün eynisini deyə bilmərik. Artıq online anket doldurmaq pul qazanmaq və orijinal müştəri fikirlərindən ibarət baza yaratmaq üçün ideal seçimlərdəndir. Burada həm sıravi insanlar, həm də böyük markalar qazanır. 

Anket dolduraraq pul qazanmaq nədir?

Müxtəlif saytlarda əhalinin istifadə etdiyi məhsullar və xidmətlər barədə onlara suallar təqdim olunur. Suallar, həmçinin ümumi mövzualarda, qlobal problemlərlə, sosial mövzularla bağlı ola bilər. Hansı ki, həmin suallar anket doldur pul qazan prinsipi ilə işləyir. İstifadəçilər hər sualı cavabladıqca xallar qazanır. Həmin xalları pula və ya hədiyyə kuponlarına dəyişmək mümkündür. Suallar sadə olur, istifadə olunan xidmət və ya məhsullar barədə olur. Sualları cavablamaq üçün mövzu seçimi sərbəstdir. Hətta bəzi platformalarda istifadəçilərə sınaqdan keçirmək üçün məhsullar göndərilir. Onlar bu məhsulları istifadə edir və şərhlərini qeyd edirlər, xallar qazanırlar.

Azərbaycanda anket dolduraraq pul qazanmaq

Ölkəmizdə suala cavab ver pul qazan prinsipi ilə yaradılan saytlardan biri də fikrim.az-saytıdır. Burada istifadəçilər qeydiyyatdan keçərək profil məlumatlarını dolduran zaman bonus məbləğ qazanır. Daha sonra isə anket sorğuları cavablamaqla balansı artırmaq mümkündür. Suallar gündəlik istifadə etdiyiniz məhsullardan tutmuş sosial mövzulara qədər müxtəlif istiqamətləri əhatələyir. Minimum 10 manat balans topladıqda məbləği nağdlaşdıra bilərsiniz. Anket sorğular üzrə qazanılacaq məbləğlər isə sualların sayından, mövzusundan asılı olaraq dəyişir.

Türkiyədə anket dolduraraq pul qazanmaq üçün saytlar

Myiyo

Türkiyə daxil 15 ölkədə istifadəçilərin ixtiyarına verilən bu saytda sual cavablayaraq nağd pul qazanmaq mümkündür. Qeydiyyatdan keçərək profil məlumatlarınızı daxil etdikdə 500 xal, dostlarınızı link vasitəsilə dəvət etdikdə 500 xal, imeylinizi təsdiqlədikdən sonra isə 100 xal qazanırsınız. 100 xal 0.20 AZN-ə bərabərdir. Yeni anketlər sizə imeyl vasitəsilə göndərilir. Anketin növündən, uzunluğundan asılı olaraq 500-10.000 arası xal qazanmağınız mümkündür.

CevablaKazan

Saytın mobil tətbiqini yükləyərək sualları cavablayıb pul və ya hədiyyə çekləri qazanmaq olar. Hesabınızda ən azı 50 TL pul yığıldıqda bank kartınıza köçürə bilərsiniz. Və ya yığılmış məbləği Play store, Hepsiburada və ya Migros üçün hədiyyə kartlarına dəyişmək olar. Bundan başqa saytda hədiyyə məhsul qutuları xidməti də mövcuddur. Belə ki, yerli və xarici markaların test məhsulları sizə pulsuz şəkildə göndərilir. Siz istifadə edib proqramda şərhlərinizi qeyd edirsiniz.

Fikir Pazarı

“Dynata” firmasının türk dilində xidmət göstərən anket sorğu təmsilçisidir. Cavabladığınız hər sual üçün xal qazanırsınız. Xallarınızı nağd pul kimi çıxarmaq mümkün deyil. Qarşılığında sizə CarrefourSA, DeFacto, Teknosa və Uber kimi şirkətlərin endirim kuponları təqdim olunur.

Surveytime

Anket dolduraraq dollar qazanmaq üçün ideal platformalardan biridir. Pulun nağdlaşdırılması üçün hər hansısa limit tətbiq edilmir. Hər anket sualı üçün sabit ödənişlər qazanırsınız. Bu isə bir sual üçün 1 dollar təşkil edir. Türkiyə istifadəçiləri qazandıqları məbləği Amazon-da endirim kuponuna və ya Coinbase-də bitkoinlərə dəyişə bilər.

Valueed opinions

Anket dolduraraq pul qazanmaq saytlari arasında yer alan etibarlı mənbələrdən biridir. Sizə maraqlı ola biləcək anketləri yönəltmək üçün əsas anket sualları göndərilir. Cavabladıqdan sonra imeyl ünvanınıza həmin istiqamətlərdə olan suallar təqdim edilir. Sualları cavabladıqca səviyyəniz artır. Bundan sonra daha çox anket gəlir. Bu saytda nağd pul qazanmaq bir qədər çətin olsa da, məşhur brendlərə məxsus hədiyyə kuponlarını asanlıqla əldə edə bilərsiniz. Hansı ki həmin kuponları məhsul və xidmətlər üçün xərcləmək mümkündür.

Anket dolduraraq pul qazanmaq üçün qlobal saytlar

Swagbucks.com

Qlobal sferada internet istifadəçilərinə mükafatlar qazandıran populyar saytlardan biridir. Burada istifadəçilər internetdə onlayn həyata keçirdikləri gündəlik fəaliyyətlər üçün mükafatlar qazana bilir. İstifadəçiləri “Amazon”, “Paypall” hədiyyə kartları və nağd pul şəklində mükafatlar gözləyir. Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Hindistan, Avstraliya və İrlandiyada yaşayan şəxslər online pul qazanmaq üçün adıçəkilən saytdan istifadə edə bilər. Qeyd edək ki, saytdan qeydiyyatdan keçmək üçün minimum 13 yaşınızın olması tələb olunur.

Pinecone Research

Sözügedən sayt istifadəçilərə onlayn sorğularda iştirak etmək üçün müxtəlif kompensasiyalar təklif edir. Bir sorğuda iştirak etdiyiniz zaman minimum 3 dollar qazanmaq imkanı var. Əgər 18 yaşınız tamam olubsa və ABŞ, Kanada, Böyük Britaniya, Almaniya vətəndaşısınızsa, anketləri doldurmaq üçün saytdan qeydiyyatdan keçməyə tələsin.

YouGov

İstifadəçilərdən sosial xarakterli və ümumi mövzular ətrafında sualları cavablamaq tələb edilir. Burada onların şəxsi rəyləri öyrənilir. Daha sonra istifadəçilər pul və mükafatlar əldə etmək üçün xallar qazanır. Əgər Amerika Birləşmiş Ştatlarında yaşayırsınızsa və ən azı 14 yaşınız varsa, həmçinin Böyük Britaniyada yaşayırsınızsa və ən azı 16 yaşınız varsa, saytdan qeydiyyatdan keçə bilərsiniz.

LifePoints

Platformada istifadəçilərə texnologiya avadanlıqları və məişət brendləri ilə bağlı sorğular ünvanlanır. Bu bazar araşdırmaları üçün həyata keçirilir. Toplanan xalları hədiyyə kartlarına və nağd pula çevirmək mümkündür. Ən azı 16 yaşınızın olması tələb olunur.

Toluna

Adıçəkilən saytda istifadəçilərə məhsulları sınaqdan keçirmək və onlayn sorğularda iştirak etmək üçün pul ödənilir. Saytda ardıcıl olaraq anket doldurmaq pul qazandırmaqla yanaşı, istifadəçilərə əlavə güzəştlər əldə etmək fürsəti də yaradır. Saytdan yararlanmaq üçün minimum yaş tələbi isə 16-dır.

Anket doldurmaqla pul qazanmaq təhlükəlidirmi?

Anket dolduraraq pul qazandıran saytlar barədə diqqət etməli olduğunuz bəzi nüanslar vardır. Etibarlı mənbələrdən istifadə etdiyiniz halda sualları cavablayaraq pul qazanmaq təhlükəsizdir. Daxil olduğunuz saytın orijinallığını yoxlayın, platformanın tələblərinə göz gəzdirin. Qanuni formada fəaliyyət göstərən anket-sorğu saytları sizə müəyyən miqdarda pul mükafatları vəd edəcək. Hansı ki, bu miqdar gözə çarpacaq qədər yüksək məbləğlərdə olmur. Əgər həddindən artıq yüksək məbləğlər vəd olunursa, ehtiyat edin. 

Bəzi anket-sorğu saytları məlumatların tamlığını təmin etmək və digər vacib nüanslar üçün sizdən bəzi şəxsi məlumatları təqdim etməyinizi istəyə bilər. Buraya yaşınız, yaşadığınız yerlər, ailə üzvləri sayınız, getdiyiniz retsoranlar və s. aid ola bilər. Ancaq unutmayın ki,  heç bir qanuni anket-sorğu saytı sizdən bank kartı və kredit kartı məlumatlarınızı, sığorta məlumatlarınızı tələb etmir.

Ödənişli sorğuları onlayn doldurmaq üçün ödənişlər və ya mükafat strukturu ilə bağlı aydın və qısa məlumat tapa bilmirsinizsə, həmin saytdan qaçmalısınız. Digər məqam ondan ibarətdir ki, anket-sorğu saytlarında sualları cavablamaq üçün istifadəçidən hər hansısa ödəniş tələb olunmur. Pulsuz suala cavab ver pul qazan əvəzinə sizdən ödəniş etmək tələb olunursa, ehtiyat etmək lazımdır.

Saytlarda məxfilik siyasətinin ciddi şəkildə təmin olunduğuna diqqət yetirin. Veb-saytın məxfilik siyasətini diqqətlə gözdən keçirin. Məxfilik siyasəti sizə məlumatlarınızın saxtakarlıq yolu ilə başqa tərəflərə satılıb-satılmayacağını və ya məxfi saxlanılacağını bildirməlidir.

Sonluq – Anket dolduraraq pul qazanmaq

Anket-sorğular internetden pul qazanmagin yollari arasında öz yerini möhkəmləndirir. Beləliklə, deyə bilərik ki, anket dolduraraq pul qazanmaq 2025-ci ildə də şirkətlər və internet istifadəçiləri üçün gündəmdə olacaq. Təcrübə göstərir ki, bu prosedur şirkətlərə əlavə xərclərdən qurtulmağa kömək edir. Nəticədə daha çox müştəri məlumatlarını əldə etmək asanlaşır. İnsanlar arasında isə yararlandıqları məhsul və xidmətlər barədə şərhlərini bölüşmək, təkliflərini vermək mədəniyyəti formalaşır. Hər iki halda bütün tərəflər işin içindən qazanclı çıxmış olur. Tövsiyə edərdik ki, əgər anket-sorğular vasitəsilə pul qazanmaq istəyirsinizsə, bir neçə etibarlı saytlardan qeydiyyatdan keçin. Bu halda qazancınız daha yüksək olacaq. 

Həmçinin oxu: 1000 manatla biznes qurmaq üçün – 10 İdeya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button