Biznesİş fikirləriÜmumiXəbərlər

1000 manatla biznes qurmaq üçün – 10 İdeya

1000 manatla biznes qurmaq üçün hansı addımları atmaq olar?

Yeni ilə başlayar-başlamaz planlarımıza, hədəflərimizə, addımlarımıza göz gəzdirmək mütləqdir. Xəyal etdiyimiz həyatı yaşamaq üçün bu vacib nüansdır. Yaxud arzuladığımız karyera uğurlarına, biznes planlarına çatmaq üçün çalışmalıyıq. Xüsusilə yeni il yaxınlaşdıqca, sahibkarlıq ruhu həmişəkindən daha çox canlanmağa başlayır. Düzgün planlama, gelirli biznes ideyalari və uğurlu addımlar sayəsində əslində bütün hədəflərimizə çata bilərik. Necə deyərlər, xəyal etdiyimiz hər şey öhdəsindən gəlməyi bacara bildiyimiz addımlardır. Günümüzdə yeni biznes qurmaq üçün innovativ texnoloji həllərdən tutmuş ənənəvi həyat tərzi bizneslərinə qədər imkanlar sonsuzdur. Bu dəfəki məqaləmizdə bacarıqlarınızı mənfəətə çevirə biləcək 1000 manatliq biznes ideyalarına nəzər yetirəcəyik.

1000 manatlıq biznes qurmaq ideyaları

Foto kabinələr yaratmaq – 1000 manatla biznes

Uzun illər keçsə də, bəzi sevgilər dəyişməz. Səyahətlərimizi, xoş anları, sevdiklərimizi, əzizlərimizi, qazandığımız uğurları şəkillərlə xatirələrə çevirmək ən sevdiklərimiz arasında yer alır. Müasir dövrdə smartfonların geniş şəkildə istifadəsi şəkillərimizi də rəqəmsallaşdırıb. Ancaq etiraf edək ki, şəkillərimizi çap etdirməyi əksəriyyətimiz sevirik. Xüsusilə son dövrlər kiçik dördbucaqlı formada şəkil çəkdirib çap etdirmək populyarlaşıb. Bu kimi şəkillərin ən maraqlı versiyaları isə foto kabinələrdə çəkilir.

Ölkəmizdə “Soyuq əllər isti ürək” 2024 yarmarkasında foto kabinələr istifadəyə verilmişdir ki, insanlar tərəfindən böyük maraqla qarşılanıb. Bu kimi kabinələrdə sadə şəkillərin çəkilməsi ilə yanaşı, maraqlı personajların, dekorativ bəzəklərin, arxa fonların əlavə edilməsi də mümkündür. Hər şey foto kabinəni istifadəyə verənin zövqündən asılıdır. Odur ki 1000 manat büdcə ilə foto kabinələr yaradıb pul qazana bilərsiniz. Üstəlik bu kimi kabinələri rahatlıqla müxtəlif əyləncə mərkəzlərinin, binaların, obyektlərin və s. daxilinə yerləşdirmək mümkündür. Həmçinin foto kabinələri küçələrdə, parklarda da istifadəyə vermək olar.

Agentlik yaradın – 1000 manatla biznes

Ətrafımızda müxtəlif peşələrə sahib dostlarımız, tanışlarımız və iş yoldaşlarımız var. Hansı ki onlarla bir araya gəldikdə möhtəşəm işlər başa çıxartmaq olar. Elə təsadüfi deyildir ki, dünyaca məşhur brendlərin bir çoxunun yaranma hekayəsinin arxasında da dostların öz güclərini birləşdirməsindən başlayır. Çox uzağa getməyək. Dünyaca məşhur texnologiya markası “Apple”in əsası Stiv Cobs və Stiv Voznyak adlı iki dostun kompüter istehsal etmək üçün şirkət açmaq niyyəti ilə qoyulmuşdur. “Apple”nin hekayəsi fərqlidir. Burada əsas məqam gücləri birləşdirməkdir.

Günümüzdə qrafik dizayner və İT mütəxəssisi olan, fotoqraf və vizajist olan, rəssam və memar olan, mühasib və biznes analitik olan dostların, həmkarların bir arada şirkət yaratmaq istəyi böyük uğurlara yol aça bilər. Bu o deməkdir ki, ixtisasınıza yaxın olan tanışlarınızla, yaxud işinizi qurmaq üçün sizə yardımı ola biləcək şəxsləri cəlb etməklə böyük işlərə imza ata bilərsiniz. Məsələn, əgər bir şirkətdə mühasib olaraq çalışırsınızsa, insan resurslarında, xəzinədarlıq şöbəsində, satış şöbəsində və digər bölmələrdə çalışan həmkarlarla güclərinizi birləşdirib yeni biznes qurmaq yolunda işlərə start verin. Yeni brendiniz ilk mərhələdə onlayn şəkildə insanlara xidmət göstərə bilər. Komandanıza üzvlər cəlb edərkən isə çalışın ki, məsuliyyətli, zəhmətkeş şəxslərə, tanışlara üstünlük verəsiniz.

Psixoloq xidmətləri göstərin – 1000 manatla biznes

Peşəsindən, inancından, ailə vəziyyətindən və digər bir çox meyarlardan asılı olmadan hər kəsin psixoloqa və ya hər hansısa psixoloji dəstəyə ehtiyacı vardır. Özümüzü xoşbəxt və ya depressiyada hiss etməyimizin fərqi yoxdur. Maraqlısı budur ki, biz ən çox da bəzən sadəcə söhbət etməyə insan və ya insanlar axtarırıq. Yaxşı olar ki, işin içində bir peşəkar toxunuşu da olsun. Odur ki insanlar arasındakı bu ehtiyacdan yaranan marağı xidmət brendi olaraq inkişaf etdirmək olar. Burada yəqin ki, “1000 manatla nece biznes qurmaq olar” deyə düşündünüz. Gəlin, ata biləcəyiniz addımlarla tanış olaq:

Görüşlər keçirmək üçün məkan tapın

Hazırda plazalardan tutmuş psixologiya mərkəzlərində münasib qiymətə otaqlar icarəyə verilir. Və ya sadəcə sizin xidmət göstərə biləcəyiniz adi ofislər, mənzil otaqları da tapa bilərsiniz. Həftədə bir neçə dəfə istifadə üçün, saatlıq istifadə etmək üçün qiymət təklifləri alın və dəyərləndirin.

Psixoloq mentor tapın

Əgər özünüz psixoloqsunuzsa, bu böyük üstünlükdür. Mentor olaraq çıxış etməyə hazırlaşın. Əgər sahəniz bu istiqamətdə deyilsə, peşəkarlığına güvəndiyiniz psixoloqlara və ya sahə üzrə təhsil alan tələbələrə üz tutun. Tələbələrə üz tutmaq siz qorxulu gəlməsin. Bu, həm onlara təcrübə qazandıracaq, həm də insanlarla həmsöhbət olmaq üçün adi insanlardan nisbətən daha çox peşəkarlıq nümayiş etdirəcək.

Sosial media hesabları açın

Psixoloji qrup terapiyaları, görüşləri və ümumilikdə fəaliyyətiniz barədə sosial media kanallarında paylaşımlar etmək daha geniş auditoriyada maraq yaradacaq. Sosial mediadan aktiv şəkildə istifadə etmək, trendlərə qoşulmaq, etibarlılığınızı sübut etmək pul xərcləmədən pul qazanmaq hədəfinizə çatmağa yardım edəcək. 

Qeyd edək ki, münasib şərtlərlə məkan qiymətləri və mentor xidmətləri tapmağa çətinlik çəksəniz, ilk addımlarınızı onlayn görüşlər vasitəsilə ata bilərsiniz. Yaxud “Facebook”, “Linkedin” kimi platformalarda müvafiq şəxslərdən dəstək ala bilərsiniz. Məsələn, təşəbbüsünüz haqqında paylaşım edirsiniz və müəyyən müddətlik könüllülük əsasında sizə xidmət və məkan təklif edə biləcək şəxsləri tapırsınız. Bəzən layihənizi kifayət qədər maraqlı və faydalı formada təqdim etmək kifayət edir. İnvestorlar sizinlə əməkdaşlıq etməyə maraqlı olacaq, dəstəklərini əsirgəməyəcəkdir. 

Bizneslərə dəstək olun – 1000 manatla biznes

Sosial media elanlarından tutmuş startapların təqdimat yarışlarına qədər investisiya yatırımı gözləyən sonsuz sayda biznes layihələri vardır. Onlar arasında kifayət qədər gəlirli olan layihələr vardır. Siz 1000 manat büdcə ayıraraq onların inkişaf etməsində pay sahibi ola bilərsiniz. Hansı ki, gələcəkdə daha yüksək qazanc sizi gözləyir. Hətta başqa tandığınız şəxsləri də 1000 manata biznes qurmaq ideyasına cəlb edə bilərsiniz. Beləliklə, investorlar və sərmayə məbləği artdıqca işlərin yaxşıya doğru getməsi də getdikcə daha da ciddiləşir. Hansı layihələrə pul yatırmağın daha düzgün qərar olduğunu isə araşdırmalar apararaq, mütəxəssislərlə məsləhətləşərək dəqiqləşdirmək olar.

Müxtəlif peşə bacarıqlarına yiyələnin – 1000 manatla biznes

Gelirli biznes qurmaq yaratdığın brendə nə qədər bələd olmağından başlayır. Məsələn, qrafik dizayner olaraq fəaliyyətə başlamaqla gələcəkdə “Art director”, daha sonra şəxsi biznesinizin yaradıcısı ola bilərsiniz. Ancaq işin dərinliklərinə yaxından bələd olmaq vacib şərtlərin başlıcasıdır. Beləliklə, xirda biznes qurmaq üçün özünüzə daha doğrusu karyeranıza investisiya yatırmaqdan başlaya bilərsiniz. Hazırda ölkəmizdə işsizlər və işaxtaranlar üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təqaüdlü peşə kursları təşkil ololunur. Peşə kurslarının təşkil olunduğu peşə sahələri ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz:  sosial.gov.az/media/xeberler/2516?hl=az Bu kurslar pulsuz biznes qurmaq, evde biznes qurmaq, kendde biznes qurmaq, sermayesiz biznes qurmaq istəyənlər, ümumilikdə 0-dan biznes qurmaq və ya biznesini böyütmək istəyənlər üçün ideal imkanlardandır.

Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramları çərçivəsində ödənişsiz şəkildə kurslara qoşulub, müxtəlif peşələrə dərindən yiyələnə bilərsiniz. Technest təqaüdlerine muraciet technest.az saytı vasitəsilə həyata keçirilir. Bütn bunlardan başqa, əgər başqa imkanlar varsa, dəyərləndirib, özünüzü inkişaf etdirib daha sonra 1000 manatla biznes qurmaq xəyallarınızı gerçəyə çevirə bilərsiniz.

Heyvanlar üçün mehmanxana – 1000 manatla biznes

Hazırda ölkəmizdə ev heyvanları üçün otellər fəaliyyət göstərmir. Paytaxtımızda ev heyvanı saxlayan yüzlərlə insan var və onlar ehtiyac olduqda ev heyvanlarını etibar edə biləcəkləri yer tapa bilmir. Məsələn, səyahətə gedərkən, ev təmir edərkən və s. Odur ki, 1000 manatla ilk addımda kiçik “zoohotel” yaradıb, daha sonra bu işi böyüdə bilərsiniz. Əlavə olaraq heyvan qulluğu, tibbi dəstək kimi xidmətlər də təklif edə bilərsiniz. Heyvanlar və ya quşlar üçün qəfəslər, müxtəlif alətlər “Sədərək” ticarət mərkəzində münasib qiymətlərdə mövcuddur. Yaxud onlayn mağazalara üz tutmaqda fayda var. 

Sağlam qidalar və qulluq vasitələri hazırlayın – 1000 manatla biznes

Günümüzdə sağlamlıq mövzusu ötən illərlə müqayisədə daha aktualdır. İnsanlar sağlam, şəkərsiz, təbii maddələrlə zəngin qida qəbuluna maraqlıdır. Odur ki evinizdə zəruri avadanlıq və ərzaqları alaraq təbii məhsullar hazırlaya bilərsiniz. Əmin olun ki, bazara düzgün şəkildə daxl olsanız, müştəriləriniz hər ötən gün artacaq. Sosial media kanallarının üstünlüklərindən yararlanın. Kimyəvi qatqılar, konservantlar olmayan qidalara kim yox deyərki? Buraya çörəklərdən tutmuş salatlara, yeməklərə qədər hər şey daxildir. Hətta içkilər, meyvə şirələri, çaylar və s. də aid ola bilər. 

Bundan başqa, təbii gözəllik vasitələri – maskalar, dodaq boyaları, qidalandırıcı kremlər və s. də hazırlaya bilərsiniz. Bunun üçün isə mütləq şəkildə etibarlı mənbələrdən kurslar alın, peşəkarlara müraciət edin. Çünki insanların üz dəriləri, orqanizmləri müxtəlifdir. Bir qədər ehtiyat etməkdə fayda var.

Yoqa müəllimi olun – 1000 manatla biznes

İnsanların sağlamlıq haqqında düşüncələri getdikcə daha da möhkəmlənir. Xüsusilə mənəvi sağlamlığın qayğısına qalmağı gözardı etmək olmaz. Yoqanın insanların özünü yaxşı hiss etmək, stresdən qurtulmaq, özünü kəşf etmək baxımdan faydaları vardır. Bu səbəbdən yoqa ilə məşğul olmaq tövsiyə olunan məşğuliyyətlərdəndir. Odur ki yoqa təlimatçılarına tələbat durmadan artır. Beləliklə, ilk olaraq özünüz yoqa təlimləri alıb, yoqa ilə məşğul olmağa başlayıb, mütəxəssis kimi yetişib, sertifikatlar alıb, daha sonra yoqa müəllimi olaraq fəaliyyətə başlaya bilərsiniz. Yaxud yoqa ilə artıq uzun müddətdir məşğulsunuzsa, işlərə start vermək zamanıdır.

Evinizdən yaxud kiçik ofis icarəyə götürüb oradan onlayn dərslər keçməyə başlayın. Zaman keçdikcə ənənəvi dərslər təşkil etmək, qazanclarınızı artırmaq imkanlarınız da olacaq. Bu istiqamətdə sosial media kanallarında hesablar açmaq işlərinizi daha da asanlaşdıracaq. Məsələn, Adriene Mişler adlı yoqa mütəxəssisi Texas ştatında kiçik siniflərdə dərs deyən yoqa təlimatçısı kimi işə başlayıb. O, hazırda bütün dünyada milyonlarla izləyicisi olan və inkişaf edən yoqa biznesinə səbəb olan məşhur “Adriene ilə Yoga” adlı “youube” kanalının yaradıcısıdır. Sizin də başlamaq zamanınız lap indidir. 

Abunəlik xidməti yaradın – 1000 manatla biznes

Biznes ruhuna sahib şəxslər vardır. Onlar əlini nəyə vursa, asanlıqla pula çevirir. Ancaq bu sinifə daxil şəxslər bəzən haradan və necə başlamalı olduqlarını bilmir. Biznes ruhu özündə satış, mükəmməl kommunikasiya, yenilikçi davranış, sürətli həll yolları taoma və digər bacarıqları özündə birləşdirir. Beləliklə, siz özünüzü bu cür insnalardan hesab edirsinizsə, yeni brend yaratmaq zamanıdır. Müxtəlif şirkətləri, istirahət və əyləncə mərkəzlərini, xidmət sahələrini özündə birləşdirən abunə sistemi yarada bilərsiniz. Məsələn, “Umico” proqramı bir çox məkanlarda ödənişlər edərkən əlavə keşbek balansı qazanmaq imkanı yaradır. Bu fürsət həmin məkanlarda satışları artırır, brendlərin tanınmasını təmin edir. Odur ki bu istiqamətdə sizin də öz brendinizi yaratmağınız mümkündür. Sadəcə olaraq yaxşıca araşdırmalar edin, bazardakı boşluqları dəyərləndirin və daha üstün imkanlar təklif etməyə çalışın. 

Onlayn kurslar yaradın – 1000 manatla biznes

Online pul qazanmaq üçün hazırda hansı peşədə fəaliyyət göstərməyinizin fərqi yoxdur. Sevdiyiniz yaxud peşəkarı olduğunuz ixtisasları biznesinizə çevirmək mümkündür. Onlayn kanallar, sosial media hesabları açın və fəaliyyətə başlayın. Bazarı araşdırın, daha üstün təkliflər verin. Etibarlı və peşəkar mütəxəssis olduğunuzu əsaslandırın. Xarici dil kurslarından tutmuş dizayn, proqramlaşdırma dərslərinə qədər onlayn kurslar tədris edə bilərsiniz. Bu istiqamətdə ənənəvi dərsər keçmək üçün isə 1000 manat pul biznes hədəflərinizə çatmağa kömək edə bilər. Kiçik ofisdən başlamaq, yavaş-yavaş böyümək mümkündür.

1000 manatla biznes qurmaq üçün işinizə yarayacaq saytlar

  • Etsy – Əl işləri, dekorativ məhsullar və digər əşyalar satmaq üçün qlobal platforma
  • Upwork – Tərcümə, dizayn, məqalə yazmaq, sosial media idarəçiliyi və s. kimi istiqamətlərdə frilans şəkildə xidmətlərinizi təklif edə biləcəyiniz platforma
  • Fiverr – Frilans şəkildə xidmətlər təklif edə biləcəyiniz platforma
  • Shopify – Onlayn mağazanızı yarada biləcəyiniz platforma
  • Coursera, Udemy – Marketinq, dizayn, biznes və digər istiqamətlərdə olan bacarıqlarınızı təkmilləşdirmək üçün, həmçinin öz tədris xidmətlərinizi təklif edə biləcəyiniz platformalar
  • Canva – Brendinizi tanıtmaq üçün sadə və peşəkar dizayn nümunələri (loqo, flayer, sosial media postları və s.) hazırlamağa imkan verən platforma
  • Wix – Sürətli və sadə şəkildə vebsayt qurmaq üçün platforma
  • Printful – Brendinizə uyğun geyim, aksesuar və digər məhsullar çap etmək üçün platforma
  • MasterClass – Dünyaca məşhur aşbazların (məsələn, Gordon Ramsay, Thomas Keller) dərslərini təklif edən, həmçinin müxtəlif texnikaları öyrənmək üçün platforma
  • ChefsFeed – Peşəkar aşbazların xidmətlərini təklif etməsi, məqalələr paylaşması üçün nəzərdə tutulmuş platforma

Sonluq – 1000 manatla biznes

Dövrümüzdə biznes qurmaq su içmək kimi asandır desək, yanılmarıq. Çünki imkanlar genişdir, öyrənmək, tətbiq etmək, inkişaf etmək və başlamaq üçün mənbələr sonsuzdur. Sahib olduğunuz imkanları və fürsətləri mütləq dəyərləndirin. Biznes dünyasında atacağınız istənilən addım sizi yalnız irəliyə doğru aparacaqdır. Unutmayın ki, təcrübə qazanmaq, qazandıqlarınızı gəlirə çevirmək üçün ən doğru zaman elə bu gündən başlamaqdır.

Həmçinin oxu: 500 manatla biznes qurmaq üçün  – 10 İdeya

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button