Ümumi

500 manatla biznes qurmaq üçün  – 10 İdeya

500 manatla biznes qurmaq haqqında araşdırma!

Dünya əhalisinin sayı günü-gündən artır. Fərqli həyat tərzləri, mədəniyyətlər, din və dil müxtəlifliyi bizi bir-birimizə həm bağlayır, həm ayırır. Hansı coğrafiyada yaşamağımızın önəm daşımadığı bir çox ortaq nöqtələrimiz var. Dünyada elə bir insan yoxdur ki, kiçik də olsa biznes ideyası olmasın. İdeyadan yola çıxaraq dünya nəhənginə çevrilən brendlər də az deyil. Elə düşünməyin ki, bunun üçün böyük rəqəmli bank hesabının olması mütləqdir. Atalarımız yaxşı deyib, “Dama-dama göl olar”. Əgər siz də “Biznes qurmaq ucun ne etmeli” deyə düşünürsünüzsə diqqətiniz bizdə olsun. Bu gün sizə 500 manatla biznes qurmaq haqqında danışacağıq. Sözügedən məbləğ günümüzdə demək olar hərkəs üçün əlçatan miqdardır. Odur ki vaxt itirmədən mətləbə keçək.

500 manatla biznes qurmaq ideyaları

Xərclərə nəzarət üzrə məsləhətçi – 500 manatla biznes qurmaq

Böyük şirkətlərdən tutmuş kiçik sahibkarlara, hətta sıravi peşə sahiblərinə qədər hər kəsin xərclərin idarə olunmasına ehtiyacı var. Çünki əksərən insanlar pulun hardan gəlib-getdiyini planlamaqda çətinlik çəkir. Xərclər düzgün idarə edilmədikdə pul sağ ələ gəlir, sol əldən də çıxır. Odur ki müxtəlif şirkətlərə və şəxslərə bu istiqamətdə xidmətinizi təklif edə bilərsiniz. Bunun üçün isə ilk başda xərclərin düzgün idarə olunmasına dair kurslara qoşulmağınız, peşəkarlardan dərs almağınız, təcrübə qazanmaq məqsədilə bir müddət pulsuz xidmət göstərməyiniz məqsədəuyğundur. Tam püxtələşdikdən sonra məsafədən çalışaraq xərclərə nəzarət üzrə məsləhətçi kimi karyeranızda yeni səhifə aça bilərsiniz. “Linkedin”də, “Facebook”da “Xərclərə nəzarətçi məsləhətçi” yazaraq axtarış edib, bu sahə üzrə çalışan peşıkarları tapa və onlardan da məsləhət ala bilərsiniz. Bu ideya 500 manatla 0-dan biznes qurmaq üçün ideal seçimlərdən biridir. 

Adıçəkilən peşəyə dərindən yiyələnmək üçün kurs ala biləcəyiniz onlayn mənbələr:

Xaricdə təhsil mütəxəssisi – 500 manatla biznes qurmaq

Günümüzdə xaricdə təhsil almaq əsas karyera hədəflərindən birinə çevrilib. Fərqli ölkələrdə ixtisaslaşmış təhsil almaq gələcəkdə mütəxəssis olaraq yetişməkdə mühüm rol oynayır. Təbii ki, işin içində arzuladığın ölkədə yaşamaq xəyalları da var. Ancaq bəzən insanlar öz istəklərinə, büdcələrinə uyğun şəhərlər, universitetlər, kolleclər və s. tapmağa çətinlik çəkir. Sizin isə bunu öz karyera fürsətinizə çevirmək şansınız var. Beynəlxalq universitetlərlə kiçik ödənişlər qarşılığında əməkdaşlıqlar edə bilərsiniz. Hansı ki onlar sizə tələbələriniz üçün təqaüdlər, güzəştli şərtlər tətbiq edə bilər. Yaxşı araşdırmalar edib yataqxanalarla qiymət razılaşmaları əldə edə bilərsiniz.

Ümumiləşdirsək, sadəcə kommunikasiya quraraq həm insanların karyeralarında böyük uğurlara imza atmasına səbəb olacaqsınız. Həm də buradan gəlir qazanacaqsınız. Əgər xarici dil biliyiniz varsa, üstəlik tələbələrə xaricə getməzdən öncə öz dil tədrisinizi təklif edə bilərsiniz. Bütün bunların hamısını isə onlayn şəkildə kompaktlaşdırıb paket formasında insnalara sata bilərsiniz. Bunun üçün sözün özünüz də onlayn kurslara üz tutun. Həm xaricdə təhsil mütəxəssisi olmaq üçün, həm də fərqli dil biliklərinizi inkişaf etdirmək üçün… Sizin üçün bəzi mənbələrini qeyd edirik. 

Korporativ hədiyyələrin hazırlanması – 500 manatla biznes qurmaq

Müasir dövrdə şirkətlər korporativ hədiyyə mövzusuna xüsusi diqqət yetirirlər. Bu şirkətlərin yerli və ya beynəlxalq biznes mühitində reputasiyasını müəyyənləşdirir. Həmçinin brendlərin tanınmasını dəstəkləyir, yeni əməkdaşlıqlara yol açır. Bu baxımdan korporativ hədiyyə üçün hansı unikal təkliflər verə biləcəyinizi, hansı məhsullar təklif edə biləcəyinizi araşdırın. Hədiyyə qutuları üçün dizaynlar fikirləşin, hədiyyəni daha fərqli formatda təqdim olunması barədə düşünün. Bir növ yaradıcılıq bacarıqlarınızı bazar standartları ilə uyğunlaşdırsanız, ortaya mükəmməl məhsul qoya bilərsiniz. Daha sonra həm şirkətlərə təklif göndərmək olar. Həm də sosial media kanalları vasitəsilə öz korporativ hədiyyə markanızı tanıda bilərsiniz. Korporativ hədiyyələr haızrlayaraq 500 manatla biznes qurmaq üçün qarşınızda demık olar ki, heç bir maneə yoxdur.

Bunun üçün yenə də onlayn kurslardan yararlanmağınızı, bu işlə məşğul olan şirkətləri araşdırmağınızı tövsiyə edirik. Ən önəmlisi çalışın empatiya qurun. Hədiyyələr empatiya quraraq hazırlandıqda və ya seçildikdə zövq oxşayır. İlhamlanmaq üçün “Pinterest”dən istifadə edə bilərsiniz. Həmçinin minimum büdcə ilə keyfiyyətli kurslar ala biləcəyiniz bəzi platformaları təqdim edirik:

Fotostudiya açmaq – 500 manatla biznes qurmaq

Yəqin ki, sosial şəbəkələrdə sizin də qarşınıza evinin balkonunu əsl istirahət köşəsinə çevirən insanlar çıxır. Kimisi kitab oxumaq üçün, kimisi çay içmək üçün, kimisi film izləmək, dostlarla söhbət və s. Kiçik bir ərazini göz oxşayan istirahət zonasına çevirməklə də pul qazanmaq olar. Bunun üçün hazırda yaşadığınız evin bir otağını, yaxud əlavə mənziliniz varsa, oranı istifadə etmək olar. Yaxud kiçik ödənişlər edərək məkan da icarəyə götürmək olar. Bunun üçün tap.az, bina.az, dasınmazhemlak.az kimi saytlarda axtarış edə, plazaların icarə qiymətlərini öyrənmək üçün sorğu göndərə bilərsiniz.

Məsələn, Caspian Buisness Cneter, AFF Mall və s. Qiymətləri araşdırdıqdan, məkanı seçdikdən sonra isə oranı fotostudiyaya çevirməyə başlayın. İdeal hesab etdiyiniz stili seçin. Məsələn, cütlüklər üçün çəkiliş yeri ola bilər, fərqli estetik görünüşə sahib yer ola bilər və s. İdeyanız varsa, onu daha da rəngləndirmək, yoxdursa ilhamlanmağınız üçün saytları təqdim edirik:

Mövzunu seçdikdən sonra həmin məkanın içərisini dekorlarla, əşyalarla bəzəyin və rəngləyin. İndi “Trendyol”, “Temu”, “Shein” kimi onlayn mağazalarda kifayət qədər sərfəli qiymətə dekorlar, bəzəklər, əşyalar tapmaq mümkündür. Kiçik studiyadan böyük studiyaya çevrilmək üçün bu istiqmaətdə minimum 500 manatla biznes qurmaq, bəlkə də daha az məblləğlə başlamaq kifayət edə bilər.

Şəxsi aşbaz olmaq – 500 manatla biznes qurmaq

500 manatla biznes qurmaq

Ötən illərlə müqayisədə hazırda biznes sahiblərinin sayı artıb və bu dinamika yüksəkliyə doğru gedir. Bu zaman isə ev işlərinə zaman ayırmaq müşkül məsələyə çevrilib. Əgər dadı damaqda qalan yeməklər hazırlaya bilirsinizsə, şəxsi aşbaz olaraq çalışmağa başlaya bilərsiniz. Hazırladığınız yeməkləri sosial mediada reklam edərək daha çox insana çatmağınız mümkündür. Zaman keçdikcə isə bir də görəcəksiniz öz şəxsi restoranınız var. Bu, isə minimum 500 manatla biznes qurmaq üçün ideal seçimlərdəndir. Ancaq çalışdıqca yenə də yemək bişirmə qaydalarını öyrənməyə davam etməlisiniz. Bunun üçün yenə də onlayn kurslardan yararlanmağınızı tövsiyə edirik. 

Telefon aksesuarları satmaq – 500 manatla biznes qurmaq

Hazırda smartfon istifadə etməyən insan nadir tapılar. Təbii ki, hər kəsin smartfonla birgə istifadə etdiyi aksesuarlar da mütləq ki, vardır. Aksesuarları xarici saytlardan sifariş edib sataraq Azərbaycanda biznes qurmaq ideyanızı gerçəkləşdirə bilərsiniz. Düşünürsünüzsə, bazarda bu cür şirkətlər çoxdur. Ancaq siz bu işi daha da kreativləşdirməyə üstünlük verin. Süni intellekt alətlərindən istifadə edib ideyalar alın, saytlardan ilhamlanın. Məsələn, telefon qabları üçün xüsusi dizaynlar hazırlayıb, o formada çap etmək olar. Yaxud ölkədə az tapılan, əl işi olan telefon aksesuarlarını gətirib sata bilərsiniz. Sizin üçün bu istiqamətdə faydalı ola biləcək mənbələr:

etsy.com – Unikal və əl iş olan telefon aksesuarları üçün platforma

makersrow.com – Yaradacağınız yeni brend üçün istehsal və digər proseslər barədə məlumat ala biləcəyiniz platforma

BehanceDribbble – Hazır dizaynlar tapmaq, ilhamlanmaq, yeni dizaynlar hazırlamaq üçün uyğun olan platformalar

society6.com – Dizaynerlər tərəfindən hazırlanan telefon qabları və aksesuarlar üçün platformalar

wgsn.com – Texnologiya sahəsi üzrə yenilikləri izləyə biləcəyiniz platforma

Tibbi masaj xidmətləri – 500 manatla biznes qurmaq

Fizioterapiyadan tutmuş müxtəlif masaj növlərinə qədər cəmiyyətə xidmət sataraq sonsuz sayda xırda biznes qurmaq yolları vardır. Xüsusilə tibbi masaj xidmətləri sizə daha çox gəlir qazandıra bilər. Bunun üçün isə bu istiqamətdə kurslara gedərək 500 manatla biznes qurmaq tendensiyasına qoşula bilərsiniz. Kursların qiyməti sırf 500 manat olacağı haqqında dəqiq məlumat verə bilməsək də, ancaq qiymətlər bu rəqəmlərə yaxın, bir qədər yüksək də ola da bilər.

Sizə tövsiyə edərdik ki, ilk olaraq bu barədə dərin araşdırmalar aparıb, kitablar oxuyub, onlayn video dərsləri izləyib işin nəzəri hissəsinə tam bələd olun. Bu istiqamətdə çalışan peşəkarların yanında təcrübəçi olaraq çalışıb yaxşıca izləyin və öyrənin. Bir də görəcəksiniz ki, siz ölkənin ən tanınmış mütəxəssislərindənsiz. Unutmayın ki, insanlar sağlamlıq mövzusunda daim pul xərcləməyə hazırdır. Sizin üçün bu istiqamətdə faydalı ola biləcək mənbələr:

amtamassage.org – Tibbi masaj üzrə peşəkar resurslar və təlim materialları təqdim edən platforma

massagemastery.online – Tibbi masaj üzrə peşəkar bacarıqlarınızı artıra biləcəyiniz platforma

Coursera – Tibbi masaj üzrə peşəkar bacarıqlarınızı artırmaq üçün kurslar tapa biləcəyiniz platforma

Udemy – Tibbi masaj üzrə peşəkar bacarıqlarınızı artırmaq üçün kurslar tapa biləcəyiniz platforma

Dərzilik etmək – 500 manatla biznes qurmaq

Müasir dövrdə süni intellektin təsir göstərməkdə çətinlik çəkdiyi sahələrdən biri də dərzilikdir. Çünki insanlar daim estetik, fərqli və göz oxşayan görünüşlü geyimlərə qarşı həssasdır. Odur ki yaradıcı ruhunuz varsa, az da olsa əl qabiliyyətiniz varsa, minimum 500 manatla biznes qurmaq üçün işlərə başlaya bilərsiniz. Kurslar və ilkin olaraq laızm ola biləcək vasitələri almaq üçün bu məbləğ kifayət edə bilər. Hətta hazırda ölkəmizdə Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə kurslarına qoşularaq ödənişsiz şəkildə kurslarda iştirak edib, daha sonra tikiş avadanlıqlarını da əldə edib biznesiniz üçün addımlar atmağa hazırlaşmaq şansınız var. Həmçinin sizin üçün bu istiqamətdə faydalı ola biləcək mənbələr:

Səhər yaxud nahar yeməyi hazırlayaraq satmaq – 500 manatla biznes qurmaq

Belə bir ifadə vardır ki, insanların qəlbinə gedən yol mədəsindən keçir. Bu ifadə bir qədər kobud səslənsə də, ancaq doğruluğunu təsdiq etmiş cümlələrdəndir. Dadlı və fərqli yeməklər hər zaman qəlbləri fəth edər. Odur ki günə başlamaqda çətinlik çəkənlər, yaxud komfortuna bağlı olanlar, fərqli dadları sevənlər üçün səhər yeməkləri ideal təkliflərdəndir. Burada fərqli dad dedikdə hazırlayacağınız səhər yeməklərini müxtəlif təbii məhsullar, meyvə və tərəvəzlərlə, fərqli qidalarla rəngləndirə bilərsiniz.

Əgər bu səhər yeməyini təklif edə biləcəyiniz kiçik həyətiniz, yeriniz yoxdursa, ölkəmizdə fəaliyyət göstərən “BoltFood”, “Wolt”, “Yango” və digər tətbiqlər vasitəsilə insanların öz ünvanlarına göndərə bilərsiniz. Eyni şərtlər nahar yeməklərinə də aiddir. Ev üsulu ilə hazırlanan, münasib nahar yeməklərinə yox deyən insan az tapılar. Müxtəlif yeməklər hazırlamaq üçün isə sosial media kanlları, həmçinin onlayn platformalar köməyinizə çatacaq. Həmçinin sizin üçün bu istiqamətdə faydalı ola biləcək mənbələr:

Vasitəçi olmaq – 500 manatla biznes qurmaq Vasitəçi olmaq

Biznes qurmaq ucun ne etmeli? deyə düşünürsünüzsə, sizə minimum məbləğlə biznes qura biləcəyiniz ideyanın vasitəçisi olmaq olduğunu deyə bilərik. Xüsusilə Bakıda biznes qurmaq istəyənlər üçün effektiv olduğunu söyləyə bilərik. Belə ki, insanların aldığı, almaq istədiyi məhsul və xidmətləri onlar üçün əlçatan etdiyinizi düşünün. Qarşılığında isə öz zəhmət haqqınızı almaq işin ən zövqlü tərəfidir. Bunun üçün araşdırma, süni intellekt vasitələri ilə çalışmaq, empatiya qurmaq kimi bəzən yumşaq, bəzən texniki bacarıqlar tələb olunur. Bəs hansı istiqamətlərdə vasitəçilik edə bilərisniz? İstiqamət növünü bazar standartlarını nəzərə almaqla, öz marağınıza uyğun seçməyiniz məqsədəuyğundur. Aşağıdakı ideyalardan ilhamlana bilərsiniz:

  • ev alqı-satqısı, kirayə
  • endirimli məhsulları araşdırmaq
  • təqaüd proqramlarını araşdırmaq
  • faydalı məlumatları araşdırıb, kompakt formada təqdim etmək 
  • frilans işləri tapıb aidiyyəti üzrə olan insanlara yönləndirmək və s.

Sonluq – 500 manatla biznes qurmaq

Yuxarıda sadaladığımız ideyalardan gördüyümüz qədər minimum büdcə ilə Azərbaycanda biznes qurmaq mümkündür. Təbii ki, ölkə sərhədlərindən kənarda da. Ancaq yaşadığınız coğrafiyadan, büdcədən, ideyalarınızdan asılı olmayaraq uğurlu biznes qurmaq üçün düzgün planlama, davamlı şəkildə öyrənmək və əzmkarlıq tələb olunur. Ən önəmlisi isə kiçik addımlarla başlayaraq daha böyük hədəflərə doğru irəliləmək üçün cəsarətli və inamlı olmağınız vacibdir. Unutmayın ki, bu yolda bəzən işlər axarında gedə, bədən büdrəyə bilər. Tövsiyəmiz hər zaman şərtləri öz xeyrinizə dəyişməyə çalışın, sonda əldə edəcəyiniz nailiyyətlərə fokuslanın.

Müəllif: Aida İsaq, budcedostu.az

Həmçinin oxu: Telefonla pul qazanmaq üçün hansı üsullar var?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button