Maliyyə haqqında ətraflı araşdırma!
Məqalənin içindəkilər
Maliyyə anlayışı cəmiyyətin inkişafa açılan qapılarının əsas açarları sırasında yer alır. Tarixin qədim dövrlərindən tutmuş günümüzə qədər maliyyə münasibətlərinin inkişaf etməsi sayəsində insanların həyat şərtlərində və standartlarında əsaslı dəyişikliklər meydana gəlmişdir. İlk başda insanların topladığı yaxud yetişdirdiyi məhsulları bir-birləri ilə dəyişdirməsi ilə, sonralar isə satmağa başlaması ilə maliyyə münasibətlərinin əsası qoyuldu. Pulun kəşf olunması zaman keçdikcə cəmiyyətdə məhsulların və xidmətlərin alış-satış işlərini formalaşdırmağa başladı. Bütün bunların hamısı isə maliyye anlayışının təşəkkül tapmasına səbəb oldu.
Maliyyə nədir? Maliyye nedir?
Maliyyə pul və pul vəsaitlərinin idarə edilməsindən dolayı yaranan münasibətləri özündə ehtiva edən iqtisadi münasibətlərin məcmusudur. Buraya, həmçinin pulun əsas rol oynadığı investisiya, borclanma, büdcələşdirmə, qənaət, proqnozlaşdırma kimi anlayışları da daxil etmək olar. Ümumiləşdirsək, maliyye şəxslərin, müəssisələrin və dövlətlərin pul vəsaitlərinin idarə olunması, bölüşdürülməsi və istifadəsi ilə bağlı fəaliyyətləri özündə əks etdirir.
Maliyyə növləri hansılardır? Maliyye novleri hansilardir?
İqtisadi sferada adətən maliyyə anlayışı əsasən dövlət , korporativ və şəxsi olmaqla üç kateqoriya üzrə qruplaşdırılır.
Dövlet maliyyesi nedir?
Dövlət maliyyəsi iqtisadiyyatın müxtəlif sektorlarına resursların ayrılması üçün tənzimləyici qüvvə rolunu oynayır. Dövlət maliyyesinin əsas məqsədi cəmiyyətdə iqtisadi sabitliyin və rifahın qorunmasına nail olmaqdır. Dövlət qurumlarının ictimaiyyətə təqdim etdiyi bütün xidmətlər üzrə gəlirlərin və xərclərin hesablanması məhz bu növün payına düşür. Dövlət maliyyesi özündə vergi əməliyyatlarını, büdcə tərtibatını, sosial layihələri və investisiyaları, beynəlxalq ticarət münasibətlərini və inflyasiyanı tənzimləyən əməliyyatları əhatə edir.
Korporativ maliyye nedir?
Korporativ maliyyə adından da bəlli olduğu kimi, biznes fəaliyyətlərinə dair bütün maliyye proseslərini özündə ehtiva edir. Burada müvafiq biznes təmsilçilərinin maraqlarının qorunması və gəlirlərinin artırılması əsas rol oynayır. Korporativ maliyye bizneslərin inkişafını stimullaşdıran satınalma əməliyyatları, investisiya imkanlarının dəyərləndirilməsi, risklərin idarə edilməsi kimi fəaliyyətləri özündə cəmləşdirir. Korporativ maliyye planlaması bizneslərin bazar dəyərini artırır, səhmdarların və sahibkarların fəaliyyətini gücləndirir.
Şəxsi maliyye nedir?
Şəxsi maliyyə əldə olunan gəlirlərin ümumi həcmi əsasında formalaşır. Buraya əməkhaqqı, əmanətlər, kredit kartları, həyat və ev sığortası və digər əlavə gəlir mənbələrini aid etmək olar. Adıçəkilən kateqoriya insanların yaşayış şərtlərindən, məqsəd və istəklərindən asılı olaraq dəyişir. Şəxsi maliyyenin formalaşması üçün büdcənin, əmanət və investisiyaların idarə olunması, pensiya və təqaüd planlarının tərtib edilməsi, vergi ödənişlərinin tənzimlənməsi kimi əməliyyatlar xarakterikdir.
Sosial maliyye nedir?
Sosial maliyye əsasən sosial müəssisələrə, xeyriyyə təşkilatlarına və bir sıra təşkilatlar üçün ayrılan investisiyalar kimi xarakterizə olunur. Bundan başqa, sosial maliyyeyə kiçik sahibkarlara biznes fəaliyyətlərini böyütmək üçün ayrılan kreditlər də daxildir. Burada kreditorlar müvafiq kreditlər üzrə gəlir əldə etməklə yanaşı, eyni zamanda cəmiyyətin həyat standartlarını yaxşılaşdırmağa və iqtisadiyyatın inkişafına öz töhfələrini verirlər.
Davranis maliyyesi nedir?
Sadə dil ilə izah etsək, davranış maliyyesi davranış iqtisadiyyatının alt sahəsidir. Sözügedən anlayış psixologiyaya əsaslanan nəzəriyyələri özündə cəmləşdirir. Nəticədə qiymətlərdə kəskin artım və ya eniş kimi maliyye anomaliyalarını izah etmək daha da asanlaşır. Burada məqsəd insanların maliyyə seçimlərinin səbəblərini, istiqamətlərini və məqsədlərini müəyyənləşdirməkdir. Təcrübə göstərir ki, davranış maliyyesinə dair məlumat bazası və bazar iştirakçılarının xüsusiyyətləri sistematik olaraq fərdlərin investisiya qərarlarına, eləcə də bazar nəticələrinə birbaşa təsir göstərir.
Maliyye plani nedir?
Maliyyə planı şəxsin və ya bizneslərin həm cari, həm də gələcək maliyye vəziyyətinin detallı şəkildə planlaşdırılmasıdır. Burada maliyye vəziyyətinə müxtəlif aspektlərdən yanaşılır, məlumatlar bir araya toplanır, dəqiqləşdirilir, büdcə formalaşdırılır, risklər nəzərə alınır, gələcək hədəflər və yarana biləcək problemlər müəyyənləşdirilir. Maliyye planının tərtib edilməsində məqsəd maddi çətinliklərlə üzləşməyin, yarana biləcək risklərin və problemlərin qarşısını almaq, həmçinin stabilliyini qoruyaraq daha yüksək hədəflərə çatmağa nail olmaqdır.
Şəxsi maliyye planının qurulmasında şəxslərin özü, bizneslərdə isə müxtəlif maliyyə mütəxəssisləri yaxından iştirak edir. Burada əməkhaqqı, əlavə qazanc mənbələri, təqaüdlər, mükafatlar, bonuslar, daşınmaz və ya daşınar əmlak satışı və gəlir mənbələrini formalaşdıran digər nüanslar nəzərə alınır. Korporativ maliyye planları isə biznes sahiblərinin, analitiklərin və digər mütəxəssislərin iştirakı ilə hazırlanır. Burada isə şirkətin satış portfeli, gəlir mənbələri, büdcə planlaması, ötən illərin hesabatları, yeni hədəflər və digər nüanslar nəzərə alınır. Maliyye planlaşdırmasında ən vacib məqam gələcəkdə iqtisadiyyatın müxtəlif sektorlarında yarana biləcək dalğalanmalara qarşı çevik reaksiya verə biləcək marjaların formalaşmasına şərait yaratmaqdır.
Maliyyə riski nədir? Maliyye riski nedir?
Maliyye riski pul və ya kapital itkisi ilə nəticələnən yaxud itkilərin olacağını ehtimal edən iqtisadi proseslərin ümumi məcmusudur. Təcrübə göstərir ki, kredit riski, likvidlik və əməliyyat riskləri ən geniş yayılan maliyyə riskləri arasında ilk üçlüyü tamamlayır. Sıravi insanlardan, kiçik şirkətlərdən tutmuş dövlətə qədər hər bir şəxs və iri təşkilatlar müxtəlif maliyyə riskləri ilə qarşılaşırlar. Maliyye riskləri adətən gəlir və ya kapitalın azalması, borcların ödənilməməsi, bazarda tələb-təklifin dəyişməsi kimi və digər oxşar situasiyalarda meydana gəlir. Bu kimi risklərin qarşısını almaq üçün investisiyaları müxtəlif sahələrə yatırmağa üstünlük vermək, sığorta növlərindən yararlanmaq, bazarları analiz etmək, mütəxəssis dəstəyindən yararlanmaq, yaxşı araşdırma etmək və digər strateji addımları tətbiq etmək məqsədəuyğundur.
Maliyye idarəetmesi nedir? Maliyye menecmenti nedir?
Maliyye idarəetməsi (menecmenti) büdcəni formalaşdıran gəlirlərə və xərclərə nəzarət etmək məqsədilə həyata keçirilən tədbirlər planının məcmusudur. Bu zaman işlər məqsədyönlü şəkildə planlaşdırılır, həyata keçirilir, yönləndirilir və nəzarət işləri aparılır. Korporativ maliyye menecmenti əməkhaqqının ödənilməsi, avadanlıqların alınması, sifarişlərin həyata keçirilməsi, dövlət orqanlarına hesabatların təqdim edilməsi kimi bir çox sadə və mürəkkəb prosesləri əhatə edir. Maliyye idarəetməsi şirkətlərin qazanc əldə etməsində aparıcı rol oynayır. Bu səbəbdən də şirkətlərdə maliyye menecmentinin düzgün şəkildə aparılması üçün mühasiblərdən, arxiv işçilərindən, biznes analitiklərdən və digər müvafiq şəxslərdən ibarət xüsusi komanda olur.
Şəxsi maliyye idarəetməsi isə insanların fərdi şəkildə tətbiq etdiyi maliyye planlama prosesidir ki, bu, gəlir və xərclərin idarə olunması, borcların ödənilməsi və gələcək hədəflərə çatmaq üçün düzgün qərarların qəbul edilməsini əhatə edir.
Ümumiləşdirsək, maliyyənin idarə olunması cəmiyyətdə maliyyə savdalılığını artrırır, resurslardan effektiv istifadəyə, borc öhdəliklərini icra etməyə, risklərin qarşısını almağa, gəlirləri artırmağa və xərcləri azaltmağa münbit şərait yaradır.
Maliyyə hesabatı nədir? Maliyye hesabati nedir?
Maliyye hesabatı təşkilatların, müəssisələrin və ya şəxsin gəlir və xərclər üzrə fəaliyyətini, həmçinin ümumi iqtisadi vəziyyətini qiymətləndirmək məqsədilə hazırlanan hesabat növüdür. Bu hesabatlar balans, mənfəət, zərər, pul vəsaitlərinin hərəkəti, kapital dəyişiklikləri və digər məlumatlar əsasında hazırlanır. Maliyye hesabatı açıqlamaq şirkətlərə biznes mühitində etibarlı tərəfdaş obrazı yaratmağa kömək edir. Bundan başqa, gələcək hədəflər, investisiya cəlbi, gəlirlər, xərclər və böyümə planları, həmçinin ümumi fəaliyyət barədə qərarlar qəbul etmək üçün bu hesabatlardan geniş şəkildə istifadə olunur. Mükəmməl maliyye hesabatı hazırlamaq üçün qlobal brendlərin, şirkətlərin, yaxud yerli müəssisələrin veb saytlarına daxil olmaq kifayətdir. Yaxud “google” axtarış sistemində “maliyye hesabatlari 2024″, ,”maliyye hesabatlari 2025” yazaraq sonsuz hesabatlar ilə tanış ola bilərsiniz.
Maliyyə alətləri nədir? Maliyye aletleri nedir?
Adıçəkilən alətlər bazarlarda əməliyyatların həyata keçirilməsini, idarə edilməsini və ümumilikdə tənzimlənməsini təmin edən vasitələr olaraq tanınır. Maliyye alətlərinin aşağıdakı növləri vardır:
- Əsas alətlər: Pul vəsaitləri, əmtəə növləri (neft, qızıl və s.)
- Törəmə alətlər: Fyuçerslər, opsionlar, svoplar
- Kapital cəlb etmək məqsədilə istifadə olunan alətlər: Səhmlər, istiqrazlar
- Borclara dair alətlər: Kreditlər, ipoteka kreditləri
- Risklərin idarə olunmasına dair alətlər: Sığorta müqavilələri
Sonluq
Maliyye insan həyatından tutmuş müəssisələrin və dövlətin fəaliyyətinə qədər hər zaman işlərin qaydasında getməsində mühüm rol oynayan sektorlardan biridir. Maliyye idarəetməsinin effektiv şəkildə həyata keçirilməsi gəlirlərin artması, xərclərin optimallaşdırılması və maliyyə sabitliyinin qorunması üçün dəyişilməz şərt olaraq qalır. İstər şəxsi büdcələrin, istərsə də qlobal bazarların inkişaf dinamikasında müşahidə olunan hər kiçik dəyişiklik bütöv gələcəyimizi formalaşdırır. Odur ki maliyye savadlılığı ilə bağlı geniş məlumat toplamaq, daim axtarmaq və araşdırmaq həm şəxsi, həm də korporativ fəaliyyətimizi gücləndirər.
Müəllif: Aida İsaq, budcedostu.az
Həmçinin oxu: Birja nədir? – Növləri, Üstünlükləri
2000m pul lazımdır