Ən gəlirli xırda biznes necə qurmaq olar? – 9 İdeya
Ən gəlirli xırda biznes sahibi olmağın yolları!
Məqalənin içindəkilər
Hər birimizin həyatında bir dəfə də olsa öz biznesini qurmaq xəyalı olur. Bu arzu müxtəlif səbəblərdən yarana bilir. Öz bacarıqlarını gəlir mənbəyinə çevirmək, səkkiz-doqquz saatlıq iş rejimində çalışmamaq istəyi, sevdiyin işdə çalışa bilməmək, əməkhaqqı təkliflərinin aşağı olması, iş kollektivinə uyğunlaşa bilməmək, sıxıcı iş mühitləri və siyahını artıra biləcəyimiz sonsuz səbəblər… Biznes qurmaq böyük qərardır, ancaq bütün bizneslər kiçik addımlardan başlayır.
Ölkəmizdə və dünyada karyeralarında böyük uğurlara imza atan şəxslərə, şirkətlərə nəzər salsaq, görərik ki, nailiyyətlər pillə-pillə addımlayaraq əldə olunur. Bəzən bu yolda büdrəcəyiniz anlar olacaq, bəzən qaçmaq lazım gələcək, bəzən isə bütün işlər öz axarında gedəcək. İstənilən halda biznes qurmaq qərarını verərkən dəqiq, planlı və məqsədyönlü olmaq mütləqdir. Təcrübə göstərir ki, başlanğıcda kiçik biznes ideyalarını gerçəkləşdirmək və zaman keçdikcə onu böyütmək ən ideal qərarlardandır.
Ən gəlirli xırda biznes qurmaq üsulları
Müasir dövrdə icad olunmayan texnologiya vasitəsi, həll üsulları, innovativ yanaşmalar, mobil proqramlar qalmayıb desək həm yanılarıq, həm yanılmaya bilərik. Süni intellektin inkişafı bir çox bizneslərə yeniliklər gətirdi, inkişaf etdirdi, yorucu metodları, işləri sıradan çıxardı və qazancları artırdı. Son illərdə kəşf olunan texnologiya cihazlarına, mobil proqramlara nəzər salsaq, həyatımızın köklü şəkildə dəyişdiyini görə bilirik. Bu dəyişikliklər isə daha böyük yeniliklərə lüzum yaradır. Günümüzdə texnologiya alətlərindən və vasitələrindən düzgün istifadə sayəsində istənilən sahə üzrə bacarığı, qabiliyyəti olan hamı minimum halda en gelirli xırda biznes sahibinə çevrilə bilər. Bəs, gəlin görək, biznes qurmaq üçün hansı addımları izləməliyik?
Boşluqları sezmək və dəyərli məhsul yaratmaq – Ən gəlirli xırda biznes
Dünyaca tanınmış simalardan biri olan Blake Maykoski öz biznes modeli ilə ticarətdə sosial məsuliyyət anlayışının formalaşmasında böyük rol oynamışdır. Onun “TOMS Shoes” markası insanlar arasında “Bir ayaqqabı al, bir ayaqqabı hədiyyə et” ənənəsini yaratdı. Belə ki, hər satılan ayaqqabının qarşılığında bir ayaqqabı ehtiyacı olan uşaq üçün göndərilirdi. Bu kampaniya “TOMS Shoes”un cəmiyyətə nümunəvi töhfə verməsini təmin edərək, həmçinin marka dəyərini artırdı. Cəmiyyətdə müşahidə etdiyi problemlərə diqqət çəkən Blake Maykoski biznesində satışları artırmağa nail olmuşdu.
Nümunədən anlayırıq ki, biznes qurarkən yaxud onu böyüdərkən daim axtarışda olmaq, müşahidə və analiz etmək mühümdür. Xüsusilə cəmiyyətdə olan boşluqları görmək, insanların ehtiyaclarını anlamaq və bu istiqamətlərdə en gelirli xirda biznes qurmaq fikri ilk addımı atanlar və ya bizneslərini böyütmək istəyənlər üçün ideal hərəkət planıdır. Bunun üçün region əhalisinin sıx toplaşdığı məkanlara getmək, sosial mediadan və süni intellekt vasitələrindən yararlanmaq, sorğu keçirmək kimi bir çox üsullardan istifadə etmək olar. Ümumilikdə unutmayın ki, bazarda və cəmiyyətdə özünəməxsus dəyər yaratmaq daim sizi fərqləndirəcək və önə aparacaq.
İlkin sərmayəsi az olan bisnes ideyasına üstünlük vermək – Ən gəlirli xırda biznes
Şəxsi biznes qurmaq üçün cəmiyyətdə tələbat olan sahələrlə yanaşı, kiçik büdcə tələb edən ideyalara fokuslanmaq da lazımdır. Bu daha az xərcləyərək daha çox qazanmağınıza şərait yaradacaq. İlkin başlanğıcda biznes ideyalarına böyük məbləğli investisiya yatırmaq hər zaman hamı üçün əlçatan olmaya bilir. Nəticədə ilkin addımı atmaq, bir qədər böyümək və daha sonra brendinizi tam ürəyinizcə olan daha böyük biznes modelinə çevirə bilərsiniz.
Əsasən orta təbəqəyə və xidmət sektoruna yönəlmək – Ən gəlirli xırda biznes
Təcrübə göstərir ki, əsasən xidmət sektorunda irəliləmək daha sürətli gəlir qazandırır. Buraya “McDonald’s”, “KFC”, “Wizz Air”, “Bolt” kimi qlobal markaları misal çəkmək olar. Sözügedən brendlər öz sektorlarında lider şirkətlər olaraq tanınır. Üstəlik qiymətlərinin münasib və keyfiyyətlərinin yüksək olması sayəsində bu markaların qlobal müştəri kütləsi hər ötən gün daha da artır.
Odur ki brend yaradarkən tələbatın yüksək olduğu xidmət sahələri üzrə unikal məhsullar yaratmağa üstünlük versəniz, bazarda bəxtinizin gətirmək şansı daha yüksək olacaqdır. Yaşadığınız bölgəyə uyğun xidmət brendi yaratmağa üstünlük vermək faydalıdır. Məsələn, əgər siz Qubada yaşayırsınızsa isti əlcəklər, paltarlar toxumaq, turistlərə milli yeməklər təklif etmək, özünəməxsus əl işi məhsullarından satmaq, turistlərin çox gəldiyini nəzərə alsaq fərqli konseptlərdə hədiyyələr düzəltmək, əyləncəli proqramlar təşkil etmək olar.
Marketinq işlərini düzgün şəkildə planlamaq – Ən gəlirli xırda biznes
Günümüzdə növündən asılı olmayaraq en gelirli xirda biznes qurmaq işlərini marketinq strategiyası olmadan təsəvvür etmək mümkünsüzdür. Sosial medianın həyatımızda böyük pay sahibi olması bunu əyani olaraq sübut edir. Eyni zamanda, böyük auditoriya toplusuna xitab etmək mümkündür ki, bu da işlərinizi asanlaşdıracaq. Fermerlərdən tutmuş müğənnilərə, jurnalistlərə, müəllimlərə qədər demək olar hamı smartfon istifadə edir. Bu üstünlüyü düzgün marketinq planlaması ilə sintez edərək şərtləri öz xeyrinizə dəyişə bilərsiniz. Burada kopirayterlərin, rəqəmsal marketinq mütəxəssislərinin, sosial media mütəxəssislərinin, dizaynerlərin xidmətindən yararlanmaq olar. Yaxud bu istiqamətlər üzrə kurslarda iştirak edib özünüzü inkişaf etdirməyiniz məqəsədəuyğundur.
Biznes qurmaq üçün kredit götürmək – Ən gəlirli xırda biznes
Sahibkarların əksəriyyəti ya dövlət qurumlarından, ya da özəl şirkətlərdən, banklardan kredit götürərək işlərə başlayır. Hətta böyük biznes sahibləri də işləri böyütmək üçün əlavə kreditlərə ehtiyac duyur. Odur ki biznes qurmaq ucun kredit goturmek qulağa riskli səslənsə də, xırda biznes ideyanız üçün götürəcəyiniz məbləğ də böyük olmayacaqdır. Biznesdə uğurlu olmaq riskləri gözə alaraq doğru yola tərəf addımlamaqdır. Bu səbəbdən də sərfəli şərtlərlə biznes krediti götürmək işlərinizi daha da asanlaşdırar. Adətən kicik biznes ideyalari ofisdə, evde biznes qurmaq barədə düşünməyə başlayarkən formalaşır. Elə olduğunuz yeri tərk etmədən internetdə serfeli biznes kreditləri başlığı ilə axtarış edin və biznes ideyanıza uyğun təkliflərlə tanış olun. Yaxud da nağd kreditlərdən də yararlana bilərsiniz.
Ən gəlirli xırda biznes qurmaq ideyaları
“Google” axtarış sistemində biznes qurmaq ideyaları ilə bağlı axtarış etdikdə çıxan nəticələr adətən ölkəmiz üçün uyğun olmur. Ya bəzi xidmətlər ölkəmizdə aktual deyil, ya bir sıra xidmətlər aktiv olmur, ya da tələbat səviyyəsi aşağıdır. Odur ki gəlin, Azərbaycanda en gelirli xirda biznes qurmaqla bağlı bəzi ideyalarla ətraflı tanış olaq.
İnsanlara dəyər qatan xidmətlər təklif etmək – Ən gəlirli xırda biznes
Biz insanlar bizə özəl hazırlanan, özümüzü fərqli hiss edə biləcəyimiz bütün növ xidmətləri və məhsulları sevirik. Hər zaman onları almağa hazırıq. Aksesuar hazırlamaq, rəsm çəkmək, paltar tikmək və digər oxşar bacarıqlarınız varsa, hər bir müştərinizə özəl məhsul hazırlamağı təklif etsəniz, bu onların diqqətini çəkə bilər.
Məsələn, üst geyimi toxumağınızla bağlı sifariş aldıqda müştəridən rəng, ölçü kimi lazımi məlumatları əldə edin. Daha sonra həmin məhsulun üzərində xüsusi bəzək düzəltməklə bağlı müştəridən fikrini soruşub, bunu ona hədiyyə edə bilərsiz. Yaxud üst geyimi ilə tərzi uyğunlaşan əlavə əlcək toxuyub versəniz, bu nüans həmin müştərinin yaddaşında ömürlük qalmağınızı təmin edəcək. Nəticədə bir razı qalan müştəri özü ilə daha çox müştəri gətirə bilər. Oxşar addımlar fərqli biznes ideyaları üçün tətbiq edilə bilər. Önəmli olan insanlara dəyərli olduqlarını xatırladın və fərqi hiss edin.
Evinizi kirayə vermək – Ən gəlirli xırda biznes
Əsasən bağ evi olan şəxslər mülklərini “ağıllı ev sistemləri” ilə və dekorativ bəzəklərlə yeniləyərək turistləri və ya yerli sakinləri unikal tətil keçirməyə təşviq edə bilər. Bunun üçün “Airbnb”, “Booking.com” kimi saytlardan ilhamlana bilərsiniz. Qonaqlama sayı kifayət qədər olduqda isə daha yüksək xidmətlər göstərməyə keçid edə bilərsiniz. Məsələn, turistlər hər zaman gözəl mənzərəyə açılan “A-frame” evlərə, qidalanma təklif edən yerlərə və digər oxşar seçimlərə daha çox pul ödəməyə hazır olur. Bu isə ən gəlirli xırda biznes qurmaq xəyalınızın getdikcə böyüyüb, daha çox qazanc gətirməsi deməkdir.
Üzvi gübrələr hazırlayaraq satmaq – Ən gəlirli xırda biznes
Gündəlik meyvə, tərəvəz, bitki qalıqları kimi əsasən təbii mənşəli məişət tullantılarını qarışdıraraq, üzərinə maye və digər maddələr əlavə edərək üzvi mənşəli gübrələr hazırlaya bilərsiniz. (ət, sümük, plastik məhsullar istisna olmaqla) Bu daha çox kənd və rayonlar üçün xarakterik olsa da şəhərlərdə də restoranlardan, marketlərdən müvafiq tullantıları əldə etmək olar. Üzvi gübrələrin kənd təsərrüfatları üçün hədsiz faydalı olduğunu nəzərə alsaq, bu yolla asanlıqla gəlir qazana bilərsiniz. Qeyd edək ki, ölkəmizdə fermerlər “TikTok”, “Facebook” platforması vasitəsilə kənd təsərrüfatı məhsullarının sürətli satışını həyata keçirir.
Milli yeməklərimizi və şirniyyatlarımızı satmaq – Ən gəlirli xırda biznes
Azərbaycanın “Eorovision” mahnı müsabiqəsi, “Avropa oyunları”, “Bakı İslam Oyunları”, “Formula 1” yarışları, “COP29 – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı” (United Nations Climate Change Conference) kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi sayəsində ölkəmizə turist axınının ardı-arası kəsilmir. Bunu fürsətə çevirərək özünüzəməxsus biznes modeli yaradıb inkişaf etdirə bilrəsiz. Turistlərə milli və qədim yeməklər, şirniyyatlar, meyvə şirələri hazırlayaraq sata bilərsiniz. Yəqin ki, milli yeməklərimizi evində bişirməyən çox az adam tapılar. Hazırladığınız bu kimi məhsulları isə xüsusi başlıqlar altında təklif etməyə üstünlük verin. Məsələn, “Doğma dadlar”, “Dadı damaqda qalan xatirələr” və s.
Şirkətlər üçün korporativ tədbirlərin təşkili – Ən gəlirli xırda biznes
Oyun oynamağı, əylənməyi və ən əsası əyləndirməyi sevirsinizsə, demək olar ki, en gelirli xirda biznes modeliniz də hazırdır. Belə ki, hazırda özəl və dövlət olmasından asılı olmayaraq, şirkətlərin əksəriyyətində əməkdaşları korporativ tədbirlərə, “team building”lərə cəlb etmək ənənəsi geniş yayılmışdır. Odur ki kiçik büdcə xərcləyərək oyun alətləri, kağızlar, toplar və s. alaraq müxtəlif əyləncəli oyunlar düşünə və bunları korporativ tədbirlər adı altında kompaktlaşdıra bilərsiniz. Bunun üçün isə 2-3 komanda yoldaşı şəklində fəaliyyətə başlasanız, kifayət edəcəkdir.
İnsanlara yeni təcrübələri sınaqdan keçirməyə dəvət etmək – Ən gəlirli xırda biznes
Günümüzdə insanlar arasında gildən müxtəlif məhsullar hazırlamaq, kətan üzərinə rəsm çəkmək, aksesuar düzəltmək kimi müxtəlif master klaslara maraq yaranıb. Bazarı araşdıraraq və təkrarçılığa yol vermədən, insanlara yeni təcrübələr sınaqdan keçirməyi təklif etsəniz kiçik biznesinizin ilk uğurlarına hamımız şahidlik edəcəyik. Xüsusilə uşaqların maraq dairəsinə xitab etsəniz, işin içinə biraz əyləncə qatsanız daha tez böyümək imkanınız olacaqdır.
Bunu öz peşənizlə yaxud peşəkarı olduğunuz hər hansısa sahə ilə əlaqələndirə də bilərsiniz. Məsələn, insanların psixoloji seans məqsədli film izləmələrini təşkil etmək və seansın nəticələrinə uyğun gələn şəxslərə konsultasiya hədiyyə etmək.
Süni intellekt alətlərindən yararlanaraq biznes qurmaq – Ən gəlirli xırda biznes
Onlayn formada fəaliyyət göstərə bilən peşə sahiblərinin frilans iş təklif edən veb saytlarda qeydiyyatdan keçməklə şəxsi bizneslərini qurmaları mümkündür. Məsələn, dizaynerlər vizuallarını, developerlər mobil tətbiqlərini, data analitiklər “dashboard”larını, kopirayterlər mətnlərini asanlıqla qarşı tərəfə sata və gəlir qazana bilər. Günümüzdə istifadəyə verilən sonsuz süni intellekt alətləri vardır ki, onlara sadəcə kiçik əmr yazmaq kifayət edir ki, bütün işin strukturunu sizə ötürsün.
Ancaq unutmayın ki, istənilən halda satacağınız məhsul və xidmətlər sizin biznes adınızdır. Onu sizdən alan şəxslər də insanlar olduğu üçün, robotlaşdırılmış məlumatlardan sadəcə ilhamlanmaq üçün istifadə etməyiniz daha optimal olar. Necə deyərlər robotlar insanlardan çox bilsələr də, onlar insan kimi duyğulara sahib deyillər.
Bundan başqa, biznes ideyası olan şəxslər sosial mediada tanınmaq üçün ilk başda onalyn alətlərdən yararlanaraq vizuallar, videolar, mətnlər hazırlaya bilərlər. Ancaq çalışmaq lazımdır ki, işin içinə insan əməyi də qatılsın. Həddindən artıq robotlaşmaya üstünlük verməyin.
Startap layihələri qəbul edən şirkətlərə müraciət etmək – Ən gəlirli xırda biznes
Ölkəmizdə və dünyada müxtəlif böyük şirkətlər yeni ideyalar və startaplar üçün büdcələr ayırır. Cəmiyyətdə fərq yaradan, faydalılıq əmsalı yüksək olan, ətraf mühitin qorunmasına yönələn və digər bir çox istiqamətlərdə olan startapların maliyyələşməsi hər zaman diqqət mərkəzindədir. Odur ki biznes ideyanızı startap plan halına salaraq müxtəlif qurumlara müraciət edə bilərsiniz.
Ölkəmizdə dövlət qurumları ilə yanaşı, “LütfiZadə Texnologiya Mərkəzi”, “Sabah Hub”, “İnnab” kimi şirkətlərin bu kimi ideyalar üçün qapılarını döymək işinizə yarayacaqdır. Dövlət qurumlarının və özəl şirkətlərin veb saytlarını izləməklə bu kimi elanları daha yaxından izləyə, yaxud özünüz də startap layihənizi götürüb qurumlara baş çəkə bilərsiniz.
Mentor olaraq xidmət göstərmək – Ən gəlirli xırda biznes
Elə bir insan yoxdur ki, həyatında bir dəfə də olsun hansısa sahə ilə bağlı mütəxəssis dəstəyindən yararlanmasın. Buraya insan resursları xidmətinin mütəxəssisləri, mühasiblər, müəllimlər, bank əməkdaşları və s. aiddir. Fəaliyyət göstərdiyiniz və ya sevdiyiniz işin, ixtisasın peşəkar təhsilini (kurs da ola bilər) alaraq özünüzü inkişaf etdirə bilərsiniz. Daha sonra ilkin sınaq məqsədli xidmətlərinizi göstərib, püxtələşdikdən sonra mentor və ya mütəxəssis olaraq xidmətinizi satmaq üçün qarşınızda hər hansısa maneə olmayacaqdır. Bunu həm ənənəvi dərslər, görüşlər şəklində, həmçinin onlayn platformalar vasitəsilə həyata keçirmək mümkündür.
Beləliklə, təhsilə, öyrənməyə az miqdarda pul xərcləyərək en gelirli xirda biznes quranlardan birinə çevrilmək olar. Günün tələblərinə uyğun peşə mentorluğunu seçdikdə isə, artan tələbat sayəsində hər yeni gün daha çox qazanmağa başlayacaqsınız.
Yuxarıda qeyd olunan ideyalar ümumiləşmiş formada təqdim olunub. Siz öz zövqünüzə, hədəflərinizə, büdcənizə uyğun en gelirli xirda biznes ideyalarını asanlıqla kəşf edə, həmçinin inkişaf etdirib, tamamilə yeni məhsul yarada bilərsiniz. Bu barədə “ChatGPT”, “Gemini” kimi süni intellekt alətləri köməyinizə çatacaq.
Sonluq – Ən gəlirli xırda biznes qurmaq
Unutmayın ki, böyük uğurlar kiçik addımlardan ilhamlanar. İdeyanızın böyük, büdcənizin kiçik olmasından qorxmayın. Biznes ideyanıza uyğun bazar araşdırması aparmaq, onu yaradıcı və innovativ həllərlə zənginləşdirmək, gələcək müştərilərinizin ehtiyaclarını anlamaq və empati qurmaq böyük uğurlara doğru aparan yolun başlanğıcıdır. Əmin olun ki, bazar dəyərlərini düzgün qiymətləndirərək, fürsətləri dəyərləndirərək unikal və gəlirli biznes modeli qurmağınız mümkündür. Biznes ideyanızın ilk siması, ilk müştərisi, ilk qiymətləndiricisi də sizin özünüzsünüz, özünüzü daim ən yüksək şəkildə qiymətləndirin və zirvələrə doğru aparın.
Müəllif: Aida İsaq, budcedostu.az
Həmçinin oxu: Azərbaycanda pul qazandıran saytlar hansılardır?