BankBiznesKreditÜmumiXəbərlər

VÖEN ilə kredit verən banklar hansılardır? – 10 Bank

VÖEN ilə kredit verən banklar ilə bağlı araşdırma!

Müəllif – Aida İsaq, budcedostu.az

Ölkəmizdə fəaliyyət göstərən banklar sahibkarlıq fəaliyyətini böyütmək, inkişaf etdirmək istəyən şəxslərə müxtəlif kredit məhsullarından yararlanmaq imkanı yaradır. Biznes sahiblərinə güzəştli kredit götürmək imkanları, hissəli ödəniş, tək şəxsiyyət vəsiqəsilə kredit, zaminsiz kredit, əmanətli kredit, nağd kredit və s. kimi kredit məhsulları təqdim olunur. Məqsəd ölkə iqtisadiyyatının uğurlu inkişafına töhfə vermək, həmçinin ayrı-ayrı sahibkarların böyümə imkanlarını stimullaşdırmağa dəstək olmaqdır. Biznes sahibləri də daim onlar üçün yaradılan imkanları, güzəştləri dəyərləndirməyə maraqlıdır. Odur ki mövzunun aktuallığını nəzərə alaraq bu dəfəki məqaləmizdə VÖEN ilə kredit verən banklar haqqında danışacağıq. Aşağıdakı məlumatlara nəzər salaraq VÖEN hesabı ilə kredit götürmək mümkün olan banklar, kredit şərtləri və digər məlumatlarla tanış ola bilərsiniz. İlk olaraq VÖEN haqqında qısa məlumatla tanış olaq.

VÖEN nədir?VÖEN ilə kredit verən banklar

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməklə aparılır. 2001-ci ilin 1 yanvar tarixindək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. 

Vergi ödəyicilərinin vahid qeydiyyat sistemi VÖEN vasitəsilə həyata keçirilir və vergi ödəyicilərinin edintifikasiya nömrəsi şəklində açıqlanır. Azərbaycan Respublikası vergi məcəlləsinə görə fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər yalnız VÖEN nömrəsi aldıqdan sonra fəaliyyət göstərə bilərlər. İstənilən şəxs təkcə şəxsiyyət vəsiqəsi ilə yaşadığı ərazinin Vergi İdarəsinə və ya ASAN Xidmət mərkəzinə yaxınalaşaraq VÖEN açmaq üçün müraciət edə bilər.

“Accessbank”da VÖEN ilə kredit

“Accessbank”dan VÖEN ilə kredit əldə etmək üçün müştərilər Sahibkarlığın İnkişafı Fondunun (SİF) dəstəyi ilə bankın təqdim etdiyi güzəştli kredit təkliflərini dəyərləndirə bilər. Biznes fəaliyyətini genişləndirmək istəyənlərin illik 5%-lə 10 000 000 AZN-dək məbləğdə pul vəsaitlərini əldə etməsi mümkündür. “Accessbank” da SİF kreditləri üzrə dörd məhsul mövcuddur.

Güzəştli kredit (nağd kredit)VÖEN ilə kredit verən banklar

Bu kredit məhsulu üzrə illik faiz dərəcəsi 5%-dir və kredit vəsaiti 5 il müddətinə qədər təklif olunur. Kredit məbləği isə aşağıdakı kimi öç formada təqdim olunur.

  • 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər (3 ilədək);
  • 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər (5 ilədək);
  • 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər (10 ilədək).

Daha ətraflı məlumat və kredit kalkulyatoruna keçid üçün linkə daxil ola bilərsiniz.

Zəmanətli kreditlərVÖEN ilə kredit verən banklar

Bu məhsul üzrə müştərilər 3 000 000 AZN-dək məbləği illik 15% faiz dərəcəsi ilə əldə edə bilər. Müddət 36 aya qədər olan zamanı əhatə etməli, həmçinin faiz dərəcəsi 15%-dən yuxarı olmamalıdır. Kreditin 50 faizədək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. 

Daha ətraflı məlumat və kredit kalkulyatoruna keçid üçün linkə daxil ola bilərsiniz.

“AFB bank”da VÖEN ilə kredit

Sürətli Biznes kreditiVÖEN ilə kredit verən banklar

“AFB bank”dan VÖEN ilə kredit əldə etmək üçün müştərilər “Sürətli Biznes krediti” adlı məhsuldan yararlana bilər. Bu məhsul kiçik, orta, iri biznes fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər və sahibkarlar üçün nəzərdə tutulub. Borcalanlar illik 12%-dən başlayaraq maksimum 300 000 AZN-dək məbləğdə vəsaiti kredit şəklində əldə edə bilər. Borcalan Azərbaycan Respublikası ərazisində fasiləsiz 1 il ərzində fəaliyyət göstərməlidir.

Daha ətraflı məlumat və kredit kalkulyatoruna keçid üçün linkə daxil ola bilərsiniz.

Kiçik və orta sahibkarlıq kreditiVÖEN ilə kredit verən banklar

“AFB bank”ın borcalanlar üçün VÖEN ilə kredit götürmək üçün təklif etdiyi növbəti məhsulu “Kiçik və orta sahibkarlıq krediti”dir. Müştərilər illik 17-18% dərəcəsi şərti ilə, əldə edə biləcəyi kreditin minimum məbləği 30001 AZN, maksimal məbləğ isə 250 000 AZN təşkil edir. “AFB bank”da VÖEN ilə kredit götürmək üçün yuxarıda adı çəkilən müvafiq məhsul üzrə tələblər isə aşağıdakı kimidir.

  • Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs;
  • Yaş həddi 21 yaşdan başlayaraq kreditin son ödəniş tarixinə yaşı 70 yaşdan çox olmayan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
  • Borcalan Azərbaycan Respublikası ərazisində fasiləsiz 1 il ərzində fəaliyyət göstərməlidir;
  • Borcalanın ümumi maliyyə vəziyyəti qənaətbəxş olmalıdır.

Daha ətraflı məlumat və kredit kalkulyatoruna keçid üçün linkə daxil ola bilərsiniz.

“Azərbaycan Beynəlxalq Bank”ında VÖEN ilə kredit

“Azərbaycan Beynəlxalq Bank”ı VÖEN ilə kredit götürmək istəyən kiçik sahibkarlar üçün “ABB Biz” mobil tətbiqini istifadəyə verib. Sahibkarlar tətbiqdə qeydiyyatdan keçdikdən sonra sadələşdirilmiş proseslə kredit müraciətlərini başlada və qısa zamanda kredit əldə edə bilər. 

Biznes kreditiVÖEN ilə kredit verən banklar

Borcalanlar ABB-dən illik 10.9% ilə maksimal 40 000 AZN olmaqla 60 ayadək onlayn kredit sifarişlərini həyata keçirə bilər. Bu zaman kreditin məbləği, müddəti və faiz dərəcəsi müştərinin rəsmi gəliri, kredit tarixçəsi, iş stajı və digər amillər nəzərə alınmaqla təyin olunur. Biznes kreditini əldə etmək üçün müştərilərdən rəsmi şəkildə minimum 12 ay fəaliyyət göstərməsi tələb olunur.  Sifariş üçün linkə keçid edə bilərsiniz. 

“Bank Avrasiya”da VÖEN ilə kredit

“Biznes Avto”VÖEN ilə kredit verən banklar

“Bank Avrasiya”da VÖEN ilə kreditdən yararlanmaq istəyən kiçik və orta biznes sahiblərinin 10 000 AZN-dən başlayaraq 100 000 AZN-dək illik 10%-dən başlayaraq avtomobil kreditini əldə etmələri mümkündür. Kreditin illik faiz dərəcəsi 10%-12% təşkil edir.

Daha ətraflı məlumat və kredit kalkulyatoruna keçid üçün linkə daxil ola bilərsiniz.

 “Bank of Baku”da VÖEN ilə kredit

“Bank of baku” VÖEN hesabı əsasında kənd təsərrüfatı sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün kredit götürmək imkanı yaradır. Məqsəd kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi məqsədilə əkinçilik, bağçılıq, heyvandarlıq, quşçuluq, digər ailə-kəndli təsərrüfatlarının maliyyələşdirilməsidir. Borcalanlar 3-36 ay müddət ərzində illik 12% faiz dərəcəsi ilə minimum 500 manat olmaqla 15 000 manatadək kredit əldə edə bilər.

Daha ətraflı məlumat və kredit kalkulyatoruna keçid üçün linkə daxil ola bilərsiniz.

“Bank Respublika”da VÖEN ilə kredit

“Bank Respublika” kiçik və orta sahibkarlar üçün minimum 20,000 AZN, maksimum isə 1,000,000 AZN məbləğində VÖEN ilə kredit əldə etmək fürsəti yaradır. Buraya kredit, kredit xətti, SKMF kreditləri, Aqrokredit (Bank və Kənd Təsərrüfatı Nazirliyi vasitəsi ilə təqdim olunan kreditlər) daxildir. 

Daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

“Bank VTB Azərbaycan”da VÖEN ilə kredit

VÖEN ilə kredit verən banklar arasında “Bank VTB Azərbaycan” da yer alır. Bank “Mikro biznes krediti” adlı məhsulunu illik 17% faiz dərəcəsi ilə 36 ayadək müddətə təqdim edir. Mikro krediti banka gəlmədən onlayn sifariş etmək və rəqəmsal SİMA İmza ilə məsafəli şəkildə rəsmiləşdirmək mümkündür. Həmçinin girovsuz təqdim olunan əlverişli mikro biznes kredit məhsulunun ünvana çatdırılması da mümkündür. Müvafiq kredit məhsulu üzrə maksimal məbləğ isə 50 000 AZN təşkil edir.

Daha ətraflı məlumat və müarciət üçün linkə daxil ola bilərsiniz.

SİF KreditiVÖEN ilə kredit verən banklar

“Bank VTB Azərbaycan” borcalanlar üçün 10 il ərzində minimum 5 000 manatdan başlayaraq, maksimum 10 000 000 manatadək məbləğdə kredit əldə etmək fürsəti yaradır. İllik faiz dərəcəsi 5%-dir. 

Daha ətraflı məlumat və müarciət üçün linkə daxil ola bilərsiniz.

“Kapital bank”da VÖEN ilə kredit

“Kapital bank”ın kiçik biznes portfelli müştəriləri mikro kredit məhsulundan yararlana bilər. Borcalanlar 36 ayadək müddət ərzində minimum 1 000 AZN-dan başlayaraq, maksimum 100 000 AZN-dək kredit əldə edə bilər. İllik faiz dərəcəsi 16%-dən başlayır. Tələblər isə aşağıdakı kimidir.

  • Yaş həddi: 20-dən yuxarı 
  • Sahibkarlıq və peşə fəaliyyəti: minimum 12 ay 
  • VÖEN

Daha ətraflı məlumat və müarciət üçün linkə daxil ola bilərsiniz.

“Paşa bank”da VÖEN ilə kredit

“Paşa bank”da VÖEN ilə kredit götürmək üçün kiçik biznes sahibləri illik faiz dərəcəsi 12%-dən başlayaraq 250 000 AZN-dək kredit əldə edə bilər. Kreditin minimum məbləği isə 5000 AZN təşkil edir. Müştəri bankın təklifini qəbul etdiyi gün vəsait hesaba köçürülür. Tələblər isə aşağıdakı kimidir. 

  • Bank hesablarından çıxarış 
  • Şəxsi hesab vərəqəsi (Hüquqi şəxslər üçün)
  • Şirkət və təsisçilər barəsində kredit tarixçəsinin əldə edilməsinə dair razılıq ərizəsi Təsisçinin kredit üçün müraciətə dair qərarı (Hüquqi şəxslər üçün)
  • Dövlət reyestrindən çıxarışın nüsxəsi (Hüquqi şəxslər üçün) 
  • Təsisçilərin zaminliyi (Hüquqi şəxslər üçün)
  • ASAN İmza 
  • Cari biznesdə 1 ildən çox fəaliyyət
  • Bank hesablarından mütəmadi istifadə
  • Müsbət kredit tarixçəsi

Daha ətraflı məlumat və müarciət üçün linkə daxil ola bilərsiniz.

“Ziraat Bank Azərbaycan”da VÖEN ilə kredit

“Ziraat Bank Azərbaycan” VÖEN hesabı olan müştərilərə müxtəlif kredit məhsullarından yararlanmaq imkanı yaradır. Buraya “Korporativ kreditlər”, “Kiçik və Orta Biznes Kreditləri”,  “Kredit Xətti” kimi məhdullar daxildir. Borcalanların amüraciətləri zamanı onlara bank tərəfindən fərdi yanaşma tətbiq oluna bilər ki, müştərilər bu imkanlarla banka müraciət etdikdən sonra tanış ola bilər.

Daha ətraflı məlumat və müarciət üçün linkə daxil ola bilərsiniz.

Yuxarıda sadalanan məlumatlar bankların rəsmi saytlarından və banklarla əlaqə saxlanan zaman əldə olunub. Şərtlər, kredit məhsulları və s. bankların kampaniyalarından və cari fəaliyyət planlarından asılı olaraq hər il dəyişə bilər. 

Həmçinin oxu – Pulsuz bank kartları hansılardır?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button