BankKartlar

Pulsuz bank kartları hansılardır? – 7 Bank, 16 Kart

Azərbaycanda bu banklar pulsuz bank kartları təklif edir!

Ölkəmizdə banklarımız tərəfindən müştərilərə ödənişsiz şəkildə müxtəlif pulsuz bank kartları, daha dəqiq desək, pulsuz debet kartları, pulsuz taksit kartları və pulsuz kredit kartları təqdim olunur. Pulsuz təqdim olunmasına baxmayaraq həmin kartlar vasitəsi ilə müştərilər müxtəlif ödənişlərini həyata keçirə, kommunal xərcləri idarə edə, vəsaitlərini nağdlaşdıra, kəşbek və bonuslar qazana, həmçinin bir çox üstünlüklərdən yararlana bilər. Gəlin, ölkəmizdə banklar tərəfindən müştərilərə təqdim olunan pulsuz bank kartları ilə ətraflı tanış olaq.

“Azərbaycan Beynəlxalq Bankı”nda pulsuz bank kartları

“Azərbaycan Beynəlxalq Bankı” müştərilər üçün “Tam DigiCard”, “TamKart VISA Classic Debet”, “TamGənc VISA Debet”, “TamGənc VISA Debet”, “TamEco VISA Classic Debet” kartlarını pulsuz əldə etmək imkanı yaradır. Müştərilər Azərbaycan Beynəlxalq Bankından pulsuz kart sifariş etmək üçün onlayn formada və ya bank yaxınlaşaraq müraciət edə bilər. Yuxarıda adı çəkilən kartlardan hər hansısa birini əldə edərkən aşağıdakı ümumi üstünlüklərdən yararlana bilər.

  • Bu kartlar beş il müddətinə pulsuz təqdim olunur;
  • Ölkədaxili NFC dəstəkləyən ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə zamanı hər iki əməliyyatın birgə həcmi aylıq 7000 AZN təşkil etdikdə komissiya tətbiq olunmur. Ancaq 7000 AZN-dən yuxarı məbləğ üçün isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur;
  • Bu kartlardan istifadə zamanı yüksək kəşbek qazanmaq üçün ABB mobil tətbiqində faydalı keşbek paketlərindən birini seçmək kifayətdir ki, toplanan kəşbeklər həmin anda kəşbek balansına köçürülür. Faydalı keşbek üçün aylıq limit 300 AZN məbləğindədir;
  • Kart hesabında qalan vəsait üçün illik faiz gəliri 7% təşkil edir. Bu fürsət isə yalnız AZN valyutalı kartlara şamil edilir. Faiz gəliri ayın sonunda kart hesabına köçürülür. Həmçinin faizlər kart hesabında mövcud olan vəsaitin minimum 200 AZN, maksimum isə 2500 AZN-dək olan hissəsinə hesablanır;
  • Sözügedən kartların istifadəçiləri arasında “Fayda Max” ilə “Qızıl” mərhələyə çatanlar ikiqat ƏDV qazana bilər;
  • Bütün kartlar üzrə aylıq “SMS xəbərdarlıq” xidməti 1 AZN təşkil edir;
  • Bütün kartlar üzrə “3D Secure” xidmətinə qoşulma xidməti ödənişsizdir;
  • “Tam DigiCard” istisna olmaqla digər üç kart istifadəçiləri gələcəkdə kredit limitinin açılması üçün müraciət etdikdə, müştərinin kredit limiti həmin kartda açılır.

İndi isə bu kartların xüsusi özəllikləri ilə tanış olaq.

Tam DigiCard – Pulsuz bank kartları

Azərbaycan Beynəlxalq Bankından pulsuz debet kart sifariş etmək istəyən müştərilər üçün bankın digər məhsulu “Tam DigiCard”dır. Bu kartı həm fiziki, həm rəqəmsal kart olaraq istifadə etmək mümkündür. Bu karta digər bank kartlarından mədaxil əməliyyatları yəni vəsait göndərilməsi pulsuzdur. Eyni zamanda “Tam DigiCard” sahibləri partnyor mağazalarda əməliyyatlar zamanı kəşbeklər qazana bilər.

TamKart VISA Classic Debet – Pulsuz bank kartları

Azərbaycan Beynəlxalq Bankının (ABB) təqdim etdiyi “TamKart VISA Classic Debet” kartını həm debet, həm kredit kartı olaraq istifadə etmək mümkündür. “TamKart VISA Classic Debet” kartına digər bank kartlarından komissiyasız vəsait köçürmək üçün məbləğ 3000 AZN-ni keçməməlidir. Müvafiq məbləğ 3000 AZN-dən yüksək olduqda 0.5% komissiya tətbiq edilir. Bu şərt manat, dollar və avro olmaqla hər üç valyutalı kartlara şamil edilir. “TamKart VISA Classic Debet” kartla partnyor mağazalarda ödənişlər üzrə 20%-dək keşbek əldə etmək mümkündür.

TamGənc VISA Debet – Pulsuz bank kartları

Azərbaycan Beynəlxalq Bankının (ABB) təqdim etdiyi “TamGənc VISA Debet” kartını 18-29 yaş aralığında olan bütün gənclər əldə edə bilər. 18 yaşı tamam olacaq şəxslər ad günlərindən sonra 30 gün müddətində filiala yaxınlaşaraq kartı pulsuz sifariş edə bilər. “TamGənc VISA Debet” kartına digər bank kartlarından komissiyasız vəsait köçürmək üçün məbləğ 3000 AZN-ni keçməməlidir. Müvafiq məbləğ 3000 AZN-dən yüksək olduqda 0.5% komissiya tətbiq edilir. Bu şərt manat, dollar və avro olmaqla hər üç valyutalı kartlara şamil edilir. “TamKart VISA Classic Debet” kartla partnyor mağazalarda ödənişlər üzrə 20%-dək keşbek əldə etmək mümkündür.

TamEco VISA Classic Debet – Pulsuz bank kartları

Azərbaycan Beynəlxalq Bankının (ABB) təqdim etdiyi “TamEco VISA Classic Debet” kartının xüsusi bir özəlliyi vardır ki, bankın bu məhsulun materialı müəyyən qədər ekoloji standartlara cavab verir. Belə ki kart dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu kartı rəqəmsal kanallar vasitəsilə sifariş etdikdə pulsuz, ancaq filiallardan sifariş etdikdə 10 AZN məbləğinə əldə etmək mümkündür.

“Azərtürk bank”da pulsuz bank kartları

Atb Card – Pulsuz bank kartları

“Azərtürkbank”da pulsuz debet kart əldə etmək istəyən müştərilərə “atb card” kartı təklif olunur.  Kartı “atb360” mobil tətbiqi ilə onlayn sifariş etmək və ən yaxın filialdan əldə etmək mümkündür. Beş il müddətinə pulsuz təklif olunan bu kart vasitəsilə nağdlaşdırma, digər bank kartlarına vəsait köçürülməsi, həmçinin kartın balansının artırılması komissiyasızdır. Kart qalığına illik 5,5% gəlir hesablanır. Faiz gəliri gündəlik hesablanaraq hər ay hesaba əlavə olunur. Partnyor şəbəkələrdə “atb card” ilə 30%-dək keşbek əldə etmək mümkündür.

atb junior – Pulsuz bank kartları

“Azər Türk Bank” ilk junior kartını pulsuz təqdim edir. atb mobil tətbiqi ilə valideynlər bu kart üzrə xərclərə nəzarət edə bilir. Kart qalığına illik 6% gəlir hesablanır. Partnyor şəbəkələrdə “atb junior” ilə 5%-dək keşbek əldə etmək mümkündür. Bundan başqa, “atb junior” kart sahibləri bankın rəsmi tərəfdaşı olan “KidFi” platformasından faydalana bilər. Belə ki “KidFi”dən 20% endirim qazanmaq imkanı vardır ki, bunun üçün tətbiqdə qeydiyyatdan keçərək, ATB-R2V-CRB promokodunu daxil etmək kifayətdir.

“Bank of Baku”da pulsuz bank kartları

Bolkart – Pulsuz bank kartları

Bank of Baku”da pulsuz kart sifariş etmək istəyən müştərilərə beş il müddətinə “Bolkart” kartı pulsuz təqdim edilir. Sözügedən pulsuz debet kartı “Mastercard” və “Visa” olmaqla iki formada və hər üç valyuta (manat, dollar, avro) üzrə əldə etmək mümkündür. AZN valyutalı kart istifadəçiləri kart qalığı 100 manatdan çox olmaq şərti ilə illik 7%-dək faiz gəliri əldə edir. Hər bir müştəri yalnız bir dəfə “Bolkart” debet kartını pulsuz şəkildə əldə edə bilər. Yenidən debet kartın sifarişi zamanı istifadəçi hesaba minimum 300 AZN/USD/EUR vəsait yatırarsa, bu zaman kartın 18 AZN əvəzinə yenidən pulsuz əldə edilməsi mümkündür.

“Bolkart” kartı ilə 2000 manatadək məbləğ üçün nağdlaşdırma komissiyasızdır. 2000 manatdan artıq olduqda isə 2000 manatı keçən hissəyə 1% (min. 1 AZN/USD/EUR) komissiya tətbiq olunur. Kartın balansını 200 AZN-dək əlavə komissiyasız artırmaq mümkündür, 200 AZN-dən çox mədaxil edildikdə, 200 AZN-dən artıq hissəyə 1% (min.1 AZN) komissiya tutulur. Bundan başqa, “Bolkart” kartı ilə hazırda hər alış-verişdən müxtəlif kəşbeklər qazanmaq mümkündür ki, “Dostbank” mobil tətbiqi vasitəsilə qazandığınız kəşbekləri izləyə bilərsiniz.

“Bank Respublika”da pulsuz bank kartları

Digital Card (Rəqəmsal Kart) – Pulsuz bank kartları

“Bank Respublika” pulsuz kart əldə etmək istəyən müştərilərə mobil tətbiq vasitəsilə bir illik pulsuz rəqəmsal kart əldə etmək imkanı yaradır. Kartdan, həmçinin bankın müştərisi olmayan istifadəçilər də faydalana bilər. Mobil tətbiqdən müvafiq kartın dizaynını müştəri öz zövqünə uyğun seçə bilir. Bu kart vasitəsilə onlayn olaraq, həmçinin NFC xidməti vasitəsilə POS terminal ilə ödənişləri həyata keçirmək mümkündür. Müvafiq kart üzrə “Bank of Baku” müştəriləri üçün illik mədaxil və məxaric limiti 15000 AZN, bank müştərisi olmayanlar üçün isə 1000 AZN təşkil edir.

“Wolt” kart – Pulsuz bank kartları

“Bank Respublika” dünyada ilk dəfə “Wolt” şirkəti ilə kobrend məhsulunu istifadəyə verib ki, bu VISA ödəniş sistemi əsasında təqdim olunan “Wolt” kartıdır. Pulsuz təqdim olunan bu kart  VISA ödəniş sisteminin bütün üstünlüklərini və “Bank Respublika”ya məxsus rahat xidmət növlərini özündə cəmləşdirir. Kartı Bakı, Sumqayıt və Gəncə şəhərlərində sifariş etmək mümkündür.

“Kapitalbank”da pulsuz bank kartları

Birbank Cashback – Pulsuz bank kartları

“Kapital bank” pulsuz kart sifarişi üzrə müştərilərə “Birbank Cashback” kartını üç il müddətinə pulsuz təklif edir. Müştərilərin iki dəfə pulsuz taksit və ya debet kart əldə etmək imkanı var. Əgər iki ədəd pulsuz “Birbank Cashback” kartına sahibsinizsə, bu zaman yenidən pulsuz taksit kartı əldə edə bilərsiniz. Taksit kartları 24 ayadək faizsiz və 63 günədək güzəşt müddəti ilə təqdim olunur. Ancaq eyni valyutalı debet kartını əldə etmək üçün isə 15 AZN ödəniş tələb olunacaqdır. Bu kart vasitəsilə alış-veriş zamanı 30%-dək keşbek və ikiqat ƏDV qazanmaq imkanı, şəxsi vəsaitdən pulsuz köçürmə və nağdlaşdırma mümkündür. 

Müştərilər ay ərzində ümumilikdə 5000 AZN-dək məbləği “Kapital Bank” bankomatlarında komissiyasız nağdlaşdıra və yerli bank kartlarına köçürə bilər. Ümumi məbləğ 5000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 0,5% (min. 1 AZN/USD/EUR) komissiya hesablanır. Ölkə daxilində digər banklara məxsus bankomatlarda nağdlaşdırma zamanı məbləğdən asılı olmayaraq 2 AZN/USD/EUR komissiya tutulur. Kartınızın kredit xəttindən nağdlaşdırma və köçürmə zamanı komissiya kredit şərtlərinə uyğun olaraq 1,5% (min. 2 AZN) təşkil edir. Hazırda Bakı, Abşeron və Sumqayıt ərazilərində yaşayan müştəriıərə kart pulsuz çatıdırılır.

Birbank UmicoBirbank Umico Premium – Pulsuz bank kartları

“Kapital bank” pulsuz kart sifarişi etmək istəyən müştəriləri üçün digər bank məhsulu olan “Birbank Umico” və “Birbank Umico Premium” kartlarını təklif edir. Debet və taksit kartı olaraq istifadə edilə bilən “Birbank Umico” və “Birbank Umico Premium” kartlarını müştərilər üç il müddətinə pulsuz şəkildə əldə edə bilər. Ancaq qeyd edək ki, “Birbank Umico”dan fərqli olaraq “Birbank Umico Premium kartını” taksit kartı kimi pulsuz, debet kartı kimi isə 50₼ ödənişlə əldə etmək olar. Həm debet, həm taksit kartı ilə ödəniş edilən zaman “Birbank Umico” kartında 1,3%-dək, “Birbank Umico Premium” kartlarında isə 1,9%-dək bonus qazanmaq mümkündür. Taksit kartları 24 ayadək faizsiz və 63 günədək güzəşt müddəti ilə təqdim olunur. 

Hər iki qat üzrə ay ərzində kart balansından ümumilikdə 4000 AZN-dək məbləğin “Kapital Bank” bankomatlarında nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur. Ümumi məbləğ 4000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 0,5% (min. 1 AZN/USD/EUR) komissiya hesablanır. Ölkə daxilində digər banklara məxsus bankomatlarda nağdlaşdırma etdikdə 0,5% (min. 1 AZN/USD/EUR) komissiya tətbiq edilir. Kartınızın kredit xəttindən nağdlaşdırma və köçürmə zamanı komissiya kredit şərtlərinə uyğun olaraq 1,5% (min. 2 AZN) təşkil edir. Hazırda Bakı, Abşeron və Sumqayıt ərazilərində yaşayan müştəriıərə kart pulsuz çatıdırılır.

Birbank Miles – Pulsuz bank kartları

Səyahət həvəskarları üçün üç il müddətinə pulsuz təqdim olunan “Birbank Miles” kartını həm debet, həm taksit kartı olaraq istifadə etmək olar. Qeyd edək ki, bu kartı taksit kartı kimi pulsuz, debet kartı kimi isə 80 AZN ödənişlə əldə etmək olar. Taksit kartı 24 ayadək faizsiz və 63 günədək güzəşt müddəti ilə təqdim olunur. 

Ölkədaxili ödənişlər zamanı hər 1 AZN minimum 1 mil, ölkəxarici ödənişlərdə isə 1,5 mil qazandırır. Partnyorlarda ödənişlər zamanı hər 1 AZN ödəniş üçün 20 milədək səyahət milləri əldə edə bilərsiniz. Qazanılan millər 2 il ərzində qüvvədə qalır. Toplanan millərin dəyəri “65 mil = 1 AZN” qaydası ilə hesablanır. Bu kart ilə həm də “MasterCard Airport Experiences” və “Lounge Key” xidmətlərindən də yararlanmaq mümkündür. Kart balansındakı qalığa AZN valyutalı kartlarda illik 2%, dollar və avro valyutalı kartlarla isə 0,1% gəlir hesablanır.

Ay ərzində kartın balansından ümumilikdə 5000 AZN-dək məbləğin “Kapital Bank” bankomatlarında nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur. Ümumi məbləğ 5000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 0,5% (min. 1 AZN/USD/EUR) komissiya hesablanacaq. Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitinizdən nağdlaşdırma etdikdə məbləğdən asılı olmayaraq 2 AZN/USD/EUR komissiya tutulur. Kartınızın kredit xəttindən nağdlaşdırma və köçürmə zamanı komissiya kredit şərtlərinə uyğun olaraq 1,5% (min. 2 AZN) təşkil edir. Hazırda Bakı, Abşeron və Sumqayıt ərazilərində yaşayan müştəriıərə kart pulsuz çatıdırılır.

“Unibank””da pulsuz bank kartları

Digital card – Pulsuz bank kartları

“Unibank” müştərilər üçün banka gəlmədən və bankda hesab olmadan beş il müddətinə pulsuz “Digital Card” əldə etmək şansı yaradır. Beləliklə, “UBank” mobil tətbiqində nömrə ilə qeydiyyatdan keçən bütün müştərilər bu kartı əldə edə və onlayn ödənişlərini həyata keçirə bilər. “Digital Card” ilə digər bank kartına (Leobank kartı daxil) aylıq 2000 AZN məbləğədək vəsait köçürülməsi zamanı komissiya tətbiq olunmur. 2000 AZN-dən yuxarı məbləğlərə isə 1% (min. 1 AZN/USD/EUR) komissiya haqqı tətbiq olunur.

Leobank – Pulsuz bank kartları

Müştərilər “Leobank” mobil tətbiqini yükləyərək ödənişsiz çatdırılma ilə “Leobank” pulsuz kart sifarişini həyata keçirə bilər. “Leobank” kartı debet, taksit və kredit kartı kimi istifadə olunur. “Leobank” kartı ilə müxtəlif məkanlarda ödəniş edən zaman 20%-dək kəşbek qazanmaq mümkündür. Bundan başqa, sözgedən kartın balansındakı məbləğə görə “Leo qara kart” sahibləri illik 6%, “Leo Prime kart” sahibləri isə illik 7% olmaqla gündəlik gəlir əldə edir. Müştərilər üçün 62 günədək komissiyasız, aylıq 15 000 manatadək kredit limiti ayrılır. Kartın balansını artırmaq üçün və 2000 manatadək digər kartlara köçürmələr zamanı komissiya tətbiq olunmur. Köçürmə zamanı məbləğ 2000 manatdan yuxarı olduqda komissiya haqqı 1% təşkil edir.

Ay ərzində kart balansındakı 2000 manata qədər olan şəxsi vəsaitləri “Unibank” bankomatlarından pulsuz şəkildə, 2000 manatdan yüksək olanları 0.5% komissiya, digər bankların bankomatlarından isə 0.5% (min 1 ₼) komissiya ilə nağdlaşdırmaq olar. Kredit vəsaitlərinin nağdlaşdırılması zamanı isə “Unibank” və digər bank bankomatlarından əməliyyatın icrası zamanı 2% komissiya haqqı tutulur.

Ziraatbank”da pulsuz bank kartları

Mastercard Debit Standart – Pulsuz bank kartları

“Ziraatbank”ın pulsuz təqdim etdiyi “Mastercard Debit Standart” kartı ilə dünyanın istənilən nöqtəsində alış-veriş etmək, onlayn ödənişləri həyata keçirmək və ya rahat şəkildə nağd pul çıxarmaq mümkündür. Bu kart vasitəsilə mobil bankçılıq üzrə “Card to Card” əməliyyatı ilə vəsait köçürülməsi zamanı ölkədaxili 1% (min. 1AZN/USD/EUR/20 TRY), ölkəxarici isə 2% (min. 2 AZN/USD/EUR/30 TRY) komissiya tətbiq olunur. Müvafiq əməliyyat bankdaxili həyata keçirildikdə komissiya 0.12% (min. 0.20 AZN) təşkil edir.

Qeyd edək ki, yuxarıda sadalanılan pulsuz bank kartları siyahısı, həmçinin onların üstünlükləri, xüsusi şərtləri bankların siyasətindən asılı olaraq arta və ya azala bilər. Ətraflı və ən son məlumatlarla tanış olmaq üçün bankların rəsmi saytlarını və sosial media hesablarını izləyə bilərsiniz.

Həmçinin oxu – Kredit Kartı Nədir?

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button