Pensiya kartı ilə kredit verən banklar hansılardır?
Pensiya kartı ilə kredit verən banklar haqqında araşdırma!
İnsan hansı yaşda olmasından asılı olmayaraq daim yenilik axtarışında olur. Yeni ev əşyaları, avtomobili təmir etmək, səyahətə çıxmaq və saya biləcəyimiz sonsuz siyahı… Bu zaman ehtiyac olan pulu biraz öz cibimizdən xərcləyə, bir qədərini isə borc götürə bilərik. Çünki bəzən xərclərimiz büdcəmizdən bir qədər çox ola bilir. Belə hallarda isə bankların sərfəli istehlak kreditləri işlərimizi daha da asanlaşdırır. Bu dəfəki məqaləmizdə sizin üçün pensiya karti ile kredit verən banklar haqqında danışacağıq. Aşağıdakı cədvəllərdə banklar, banklarda pensiya kreditləri və şərtləri barədə məlumatları bir araya topladıq.
Məqalənin içindəkilər!
Accessbank-da pensiya kartı ilə kredit
Accessbank təqaüdçülər üçün daha sərfəli şərtlərlə kredit götürmək imkanı yaradır.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Pensiya karti ile kredit | 500-40.000 AZN | 6-48 ay | İllik 10%-dən başlayır. |
AFB Bank-da pensiya kartı ilə kredit
AFB Bank təqaüdçülər üçün AZN, USD və EUR olmaqla hər üçü valyuta üzrə kredit götürmək fürsəti təklif edir.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd pul krediti | 500-50.000 AZN | 3-59 ay | İllik 10.9%-dən başlayır. |
Azərbaycan Beynəlxalq Bankı-nda pensiya kartı ilə kredit
ABB-də pensiya karti ile kredit götürmək mümkündür.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd pul krediti | 40.000 AZN-dək | 60 aya qədər | İllik 10.9%-dən başlayır. |
Azərbaycan Sənaye Bankı-nda pensiya kartı ilə kredit
ASB pensiya kartı ilə kredit verən banklar sırasında yer almır. Yəni bankın pensiyaçı kredit məhsulu hazırda mövcud deyil.
Azər Türk Bank-da pensiya kartı ilə kredit
ATB-də pensiya kartı ilə təqaüdçülərə kredit götürmək imkanı yaradılır. Borcalan müraciət etdikdən sonra maksimum 3 gün ərzində kredit rəsmiləşdirilir.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
İstehlak krediti | 40.000 AZN-dək | 3-48 ay | 11% |
Bank Avrasiya-da pensiya karti ile kredit
Bank Avrasiya pensiya kartı ilə kredit verən banklar sırasında yer almır. Yəni bankın pensiyaçı kredit məhsulu hazırda mövcud deyil.
Bank of Baku-da pensiya karti ile kredit
Bank of Baku-da təqaüd məbləğindən asılı olmayaraq bütün pensiyaçılara kredit götürmək imkanı yaradılır.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Pensiyaçılara özəl kredit | 300-50.000 AZN | 3-59 ay | İllik 12.9%-dən başlayır. |
Bank BTB-də pensiya karti ile kredit
Bank BTB pensiya kartı ilə kredit verən banklar sırasında yer almır. Yəni bankın pensiyaçı kredit məhsulu hazırda mövcud deyil.
Bank Respublika-da pensiya karti ile kredit
Pensiyaçı krediti Bank Respublika-da nağd istehlak kreditləri üzrə ayrılır. Minimum 500 AZN aylıq gəliri olan şəxslər bu imkandan yararlana bilər.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd İstehlak Krediti | 500-50.000 AZN | 6-60 ay | İllik 10%-dən başlayır. |
Premium Bank-da pensiya kartı ilə kredit
Bank BTB pensiya kartı ilə kredit verən banklar sırasında yer almır. Yəni bankın pensiyaçı kredit məhsulu hazırda mövcud deyil.
Bank VTB Azərbaycan-da pensiya karti ile kredit
Bank VTB Azərbaycan pensiya kartı ilə kredit verən banklar sırasında yer almır. Yəni bankın pensiyaçı kredit məhsulu hazırda mövcud deyil.
Expressbank-da pensiya karti ile kredit
Expressbank-da pensiyaçı krediti almaq üçün minimum təqaüd məbləği 351 AZN-dən yüksək olmalıdır.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd İstehlak Krediti | 300-70.000 AZN | 3-59 ay | İllik 9.9%-dən başlayır. |
Kapital Bank-da pensiya karti ile kredit
Kapital Bank-da təqaüdçü krediti götürmək üçün maksimal yaş kreditin son ödəniş tarixinədək 70 yaşı keçməməlidir. Digər banklarda krediti olan şəxslərə də kredit verilə bilər. Həmçinin əsasən zamin tələb edilmir.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd İstehlak Krediti | 50.000 AZN-dək | 59 aya qədər | İllik 10.9%-dən başlayır. |
Bank Melli İran Azərbaycan-da pensiya karti ile kredit
Bank Melli İran-da pensiya kartı ilə kredit götürmək üçün kredit məbləğindən asılı olmayaraq zaminlərin sayını kredit komitəsi müəyyən edir.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd Pul Krediti | 100000 ABŞ dollarının manat ekvivalentinədək | 60 aya qədər | İllik 12%-dən başlayır. |
Yelobank-da pensiya karti ile kredit
Pensiya karti ile kredit goturmek üçün Yelobank-a müraciət edə bilərsiniz. Minimum 350 AZN təqaüd alan şəxslərin müraciətləri qəbul edilir.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd pul krediti | 400-50.000 AZN | 6-59 ay | İllik 11.7%-dən başlayır. |
Paşa Bank-da pensiya karti ile kredit
Paşa Bank pensiya karti ile kredit verən banklar sırasında yer almır. Yəni bankın pensiyaçı kredit məhsulu hazırda mövcud deyil.
Rabitəbank-da pensiya karti ile kredit
Rabitəbank pensiya karti ile kredit verən banklar sırasında yer almır. Yəni bankın pensiyaçı kredit məhsulu hazırda mövcud deyil.
Turanbank-da pensiya karti ile kredit
Turanbank pensiya karti ile kredit verən banklar sırasında yer almır. Yəni bankın pensiyaçı kredit məhsulu hazırda mövcud deyil.
Unibank-da pensiya karti ile kredit
Unibank pensiya karti ile kredit götürmek istəyən şəxslərə illik 9.5%-dən nağd kredit əldə etmək şansı yaradır. Bunun üçün ilkin olaraq şəxsiyyə vəsiqəsini, təqaüd haqqında arayış və təqaüd kartı hesabından son 6 ayın çıxarışını təqdim etmək tələb olunur.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd kredit | 300-50.000 AZN | 60 aya qədər | İllik 9.5%-dən başlayır. |
XalqBank-da pensiya karti ile kredit
Pensiya karti ile kredit verən banklar sırasında yer alan XalqBank pensiyaçılara təminatlı və təminatsız olmaqla kredit götürmək imkanı yaradır.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd kredit | 5000 AZN-dək (təminatsız) 20 000 AZN-dək (təminatlı) | 36 aya qədər (təminatsız) 48 aya qədər (təminatlı) | 14-16% (təminatsız) 12-16% (təminatlı) |
Yapı Kredi Bank Azərbaycan-da pensiya karti ile kredit
Təqaüdçülər üçün pensiya karti ile kredit təklif edən “Yapı Kredi Bank Azərbaycan”da minimum 300 AZN, maksimum 50.000 AZN məbləğində nağd kredit götürmək mümkündür. Maksimal müddət, götürüləcək məbləğin həcmindən və digər amillərdən asılı olaraq bank tərəfindən müəyyənləşdirilir.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd kredit | 300-50.000 AZN | 3-59 ay | 11.5%-16% |
Ziraat Bank Azərbaycan-da pensiya kartı ilə kredit
Ziraat Bank Azərbaycan pensiyaçılara illik 12.9% faizlə kredit götürmək imkanı yaradır. Burada yeni krediti təminatsız əldə etmək üçün kreditin aylıq ödəniş məbləği ilə müştərinin mövcud və zamin olduğu öhdəliklərinin aylıq məbləğləri cəminin aylıq toplam xalis gəlirinə nisbəti 30%-i aşmayan kredit müraciətlərində aylıq xalis gəlirin üç mislinədək, sözügedən nisbət 35%-45% aralığında olduğu təqdirdə isə aylıq xalis gəlirinin iki mislinədək bərabər olmalıdır.
Kreditin adı | Kreditin minimum və maksimum məbləği | Kredit müddəti | Kredit faizi |
Nağd kredit | 10.000-50.000 AZN | 12-59 ay | 12.9% |
Sonluq
Gördüyünüz kimi, banklarımız təqaüd alan vətəndaşlarımız üçün də kredit götürmək imkanları yaradır. Bəzi banklarda pensiya karti ile kredit götürmək mümkün olmasa da, sərfəli şərtlər təklif edən banklar da az deyil. Maliyyə planlarınızı bu kreditlər vasitəsilə həyata keçirə və hissə-hissə ödəyərək işlərinizi daha da asanlaşdıra bilərsiniz. Ümumiyyətlə təqaüdçü kreditləri barədə yeni məlumatlar almaq üçün isə “Google”da “pensiya karti ile kredit banklar 2024” və ya “pensiya karti ile kredit banklar 2025” yazıb axtarış etmək olar. Həmçinin sərfəli pensiya krediti kampaniyalarını qaçırmamaq üçün isə banklarla əlaqə saxlamağı, veb saytlarını və sosial media kanallarını izləməyinizi tövsiyə edirik.
Həmçinin oxu: Kupça ilə kredit verən banklar – 18 Bank