Müəllimlərə kredit verən banklar haqqında araşdırma!
Məqalənin içindəkilər
Ölkəmizdə fəaliyyət göstərən bütün banklar rəsmi şəkildə fəaliyyət göstərən, minimum 6 ay iş stajına sahib müəllimlər, həmçinin ümumi təhsil işçiləri üçün kredit götürmək imkanı yaradır. Adətən nağd pul kredit sifarişi müştərinin kredit müraciəti məbləğindən, müddətindən, kredit tarixçəsindən və digər məlumatlardan asılı olaraq dəyişir. Bu dəfəki məqaləmizdə nağd pul kredit sifarişi 2024 – cü il üzrə müəllimlərə kredit verən bankları və müvafiq banklar tərəfindən təhsil işçilərinə təklif edilən özəl kampaniyaları araşdırdıq. Hazırda müəllimlərə komissiyasız və zaminsiz kredit təklif edən, həmçinin ümumilikdə müəllimlərə kredit verən banklar aşağıdakılardır.
Accessbank-da müəllimlərə güzəştli kredit – Müəllimlərə kredit verən banklar
“Accessbank”da müəllimlərə güzəştli kredit təklifi var. Belə ki müəllimlər 40 000 AZN-ə qədər məbləğdə istehlak kreditlərini 7%-dək güzəştlə əldə edə bilər. Kredit 6 aydan 48 ayadək çevik ödəniş müddətini əhatə edir. Eyni zamanda bu fürsət bütün təhsil işçilərinə də şamil edilir.
Qeyd edək ki, Accessbank-da müəllimlərə güzəştli kredit 2024 -cü il kampaniyası 2 sentyabr – 30 noyabr tarixləri aralığını əhatə edir.
Ətraflı məlumat üçün “AccessBank” filiallarına yaxınlaşa və ya linkə keçid edərək müraciət edə bilərsiniz.
Azərbaycan Beynəlxalq Bankı-nda müəllimlərə güzəştli kredit – Müəllimlərə kredit verən banklar
“Azərbaycan Beynəlxalq Bankı” müəllimlərə komissiyasız nağd pul krediti təklif edir.
Beləliklə ABB-də müəllimlərə aldıqları maaşın 25 qatı dəyərində krediti 5%-dək güzəştlə əldə etmək fürsəti təqdim olunur. Onlayn müraciət zamanı nağd krediti komissiyasız əldə etmək mümkündür. Kredit məbləği 60 000 AZN-dək, kredit müddəti isə 60 ayadək nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı-nda müəllimlərə güzəştli kredit 2024 -cü il kampaniyası 2 oktyabr – 15 oktyabr tarixləri aralığını əhatə edir.
Ətraflı məlumat üçün “Azərbaycan Beynəlxalq Bankı”nın filiallarına yaxınlaşa və ya onlayn formada müraciət edə bilərsiniz.
Bank of Baku-da müəllimlərə komissiyasız nağd pul krediti – Müəllimlərə kredit verən banklar
“Bank of Baku” müəllimlərə komissiyasız nağd pul krediti təklif edir. Özəl kampaniya müəllimlərlə yanaşı, bütün təhsil işçilərinə şamil olunur. Kredit məbləği maksimum 50 000 AZN-dək müəyyən olunub.
Qeyd edək ki, Bank of Baku-da müəllimlərə güzəştli kredit 2024 -cü il kampaniyası 1-31 oktyabr tarixləri aralığını əhatə edir.
Ətraflı məlumat üçün “Bank of Baku” filiallarına yaxınlaşa və ya linkə keçid edərək müraciət edə bilərsiniz.
Bank Respublika-da müəllimlərə komissiyasız nağd pul krediti – Müəllimlərə kredit verən banklar
“Bank Respublika” müəllimlərə komissiyasız nağd pul krediti təklif edir. Beləliklə təhsil işçiləri komissiyasız və zaminsiz kredit əldə etmək üçün “Bank of Baku”ya üz tuta bilər. Kredit üçün maksimum məbləğ 50 000 AZN, kredit müddəti üçün maksimum zaman aralığı isə 60 ayadək müəyyən olunub. Faiz dərəcəsi minimum 10% təşkil edir.
Qeyd edək ki, Bank Respublika-da müəllimlərə güzəştli kredit 2024 -cü il kampaniyası üçün hazırda hər hansısa məhdud tarix aralığı tətbiq olunmur.
Ətraflı məlumat üçün “Bank Respublika” filiallarına yaxınlaşa və ya linkə keçid edərək müraciət edə bilərsiniz.
Expressbank-da müəllimlərə komissiyasız nağd pul krediti – Müəllimlərə kredit verən banklar
“Expressbank” müəllimlərə komissiyasız nağd pul krediti təklif edir. Beləliklə, bank müəllimlərə komissiyasız nağd pul kredit sifarişi vermək imkanı yaradır. Müəllimlər və bütün təhsil işçiləri maaşın 24 mislinədək, maksimum 40 000 AZN-ə qədər məbləğdə nağd pul kreditini əldə eəd bilər. Kredit məbləği 300 – 40 000 AZN məbləği, kredit müddəti isə 3-59 ayı əhatə edir.
Qeyd edək ki, Expressbank-da müəllimlərə güzəştli kredit 2024 -cü il kampaniyası 1-10 oktyabr tarixləri aralığını əhatə edir.
Krediti bankın bütün filiallarından və ya linkdəki formu dolduraraq sifariş edə bilərsiniz.
Rabitəbank-da müəllimlərə komissiyasız nağd pul krediti – Müəllimlərə kredit verən banklar
“Rabitəbank” müəllimlərə komissiyasız nağd pul krediti təklif edir. Təhsil işçiləri kreditin məbləğindən və müddətindən asılı olmayaraq sərfəli şərtlərlə komissiyasız nağd pul krediti əldə edə bilər. Borcalanların 10.5%-dən başlayaraq 30 000 AZN-dək məbləğdə kreditlərini 48 ayadək müddətə qədər rəsmiləşdirmələri ümmkündür. Bundan başqa, “Rabitəbank”da bütün nağd pul məhsulları və kredit kartı üzrə minimum əmək haqqı region filialları üzrə 250 AZN, Bakı, Sumqayıt və Qaradağ filialı üzrə isə 350 AZN təyin olunub. Borcalanın yaş həddi 20-65 yaş aralığında olmalıdır. Ümumi iş stajı 6 aydan fasiləsiz, sonuncu iş yerində iş stajı isə 4 aydan az olmamalıdır.
Qeyd edək ki, Rabitəbank-da müəllimlərə güzəştli kredit 2024 -cü il kampaniyası üçün tarix aralığı qeyd olunmamışdır.
Ətraflı məlumat üçün “Rabitəbank” filiallarına yaxınlaşa və ya linkə keçid edərək müraciət edə bilərsiniz.
Sonluq – Müəllimlərə kredit verən banklar
Müəllimlər cəmiyyətimizin inkişaf sütunlarıdır desək, yanılmarıq. Buna görə də restoranlardan tutmuş banklara qədər müxtəlif fəaliyyət sektorlarında, müəllimlərə xüsusi yanaşma tətbiq olunur. Təsadüfi deyildir ki, hər ilin 5 Oktyabr tarixi Beynəəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Müəllimlərə özəl yanaşma tətbiq edən şirkətlər arasında banklar xüsusi yer tutur. Müəllimlərə kredit verən bankların təklif etdiyi xüsusi kampaniyalar, təhsil sahəsində çalışanların maliyyə ehtiyaclarını qarşılamaq cəhətdən böyük əhəmiyyətə malikdir.
Müəllimlər, təhsil işçiləri bu kredit imkanlarını dəyərləndirərək müxtəlif xərclərini asanlıqla qarşılaya bilər. Eləcə də müəllimlərə özəl kredit kampaniyaları onların şəxsi və peşəkar həyatlarını daha da asanlaşdırmaq məqsədi daşıyır. Kredit dedikdə adətən məişət xərclərinin qarşılanması başa düşülsə də, müəllimlər, həmçinin öz karyera inkişaflarına nail olmaq üçün də bu kreditləri əldə edə bilər. Müxtəlif bankların təqdim etdiyi güzəştli kredit şərtləri, bankların aşağı faiz dərəcələri və uzunmüddətli ödəniş imkanları, müəllimlərin maliyyə yükünü azaltmağa kömək edir. Beləliklə, müəllimlər öz gələcək planlarını daha asan, sürətli və maddi sıxıntılarsız həyata keçirə bilərlər.
Son olaraq qeyd edək ki, yuxarıda müəllimlərə kredit verən banklar siyahısında adları olmayan banklarda da mütəmadi olaraq təhsil işçiləri üçün güzəştli kredit sifarişi imkanı təqdim olunur. Kreditin məbləği, müddəti, faiz dərəcəsi, zamin tələbi və s. kimi digər məlumatlar isə banka kredit müraciəti zamanı müştəriyə təqdim olunur.
Azərbaycanda fəaliyyət göstərən bankların siyahısı 2024
- “ACCESSBANK” QSC
- “AFB BANK” ASC
- “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC
- “AZƏRBAYCAN SƏNAYE BANKI” ASC
- “AZƏR-TÜRK BANK” ASC
- “BANK AVRASİYA” ASC
- “BANK OF BAKU” ASC
- BANK “BTB” ASC
- “BANK RESPUBLİKA” ASC
- “PREMİUM BANK” ASC
- BANK VTB (AZƏRBAYCAN) ASC
- “EXPRESSBANK” ASC
- “KAPİTAL BANK” ASC
- MELLİ İRAN BANKI BAKI FİLİALI
- “YELO BANK” ASC
- “PAŞA BANK” ASC
- “RABİTƏBANK” ASC
- “TURANBANK” ASC
- “UNİBANK” ASC
- “XALQ BANK” ASC
- “YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC
- “ZİRAAT BANK AZƏRBAYCAN” ASC
Həmçinin oxu – Azərbaycanda sərfəli internet paketləri hansılardır?
Müəllif – Aida İsaq, büdcedostu.az
Kredit ucun muracyett
Salam
azimzaderehim29@gmail.com
Vusalb031@gmail.com