Ümumi

Kupça ilə kredit verən banklar – 18 Bank

Kupça ilə kredit verən banklar haqqında araşdırma!

Günümüzdə maliyyə ehtiyacları get-gedə daha da müxtəlifləşir və yenilənir. Maliyyə çətinliklərinin aradan qaldırılması, yeni hədəflərə çatmaq istəyi və bir çox planlarımız üçün kredit götürməyə ehtiyac duyuruq. Bu bəzən insanların şəxsi problemlərini başqa insanlara, ailə və əzizlərinə hiss etdirməməsi baxımdan da ideal seçimdir. Çünki kredit götürmək üçün prosedurlar nisbətən sadələşib. Kredit ödənişlərini ödəmək isə hər gün istifadə etdiyimiz smartfonlara inteqrasiya olunub. Odur ki bu dəfəki məqaləmizdə kupça ilə kredit verən banklar haqqında araşdırma edərək banklarımızın kredit şərtlərini bir araya topladıq.

Accessbank-da kupça ilə kredit

Kupça ilə kredit verən banklar arasında yer alan Accessbank daşınmaz əmlak kreditini borcalanlara minimum bir il müddətinə təklif edir. Burada girov olaraq təqdim edilən daşınmaz əmlak növü borcalanın öz və ya birinci dərəcəli qohumunun adına olmalıdır. Kredit məbləği və hesablanan bütün faizlər girov qismində qoyulan daşınmaz əmlakın bazar dəyərinin 65%-ni keçməmək şərtilə təyin edilir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Təminatlı kredit10.000-70.000 AZN12-59 ayİllik 18%-dən başlayır.

AFB Bank-da kupça ilə kredit

Kupça ilə kredit AFB Bank-da 20-65 yaş aralığında olan şəxslər üçün nəzərdə tutulub.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Təminatlı istehlak krediti5.000-80.000 AZN3-60 ayİllik 14%-dən başlayır.

Azərbaycan Beynəlxalq Bankı (ABB)-nda kupça ilə kredit

ABB-də kupça ilə kredit götürmək istəyən borcalanlardan, həmçinin rəsmi gəlirə dair sənəd də tələb edilir. Minimum 20, maksimum 70 yaş aralığında olan şəxslər yararlana bilər.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Təminatlı istehlak krediti200.000 AZN-dək59 aya qədər10%-14%

Azərbaycan Sənaye Bankı-nda kupça ilə kredit

ASB-də kupça ilə kredit götürmək üçün kreditin 150%-i dəyərindən az olmayaraq daşınmaz əmlak girovu tələb olunur. Əlavə olaraq girov sahibinin zaminliyi alınır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Girovlu ehtiyac krediti75.000 AZN-dək48 ay13%-17%

Azər Türk Bank-da kupça ilə kredit

ATB-də kupça ilə kredit, yəni girov kredit məhsulu hazırda mövcud deyil. Beləliklə, Azər Türk Bank kupça ilə kredit verən banklar arasında yer almır.

Bank Avrasiya-da kupça ilə kredit

Bank Avrasiya-da daşınmaz əmlak krediti mövcuddur ki, bu məhsulu rəsmi iş yeri olan və 19-65 yaş arası hər kəs əldə edə bilər.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak təminatlı kredit5.000-100.000 AZN12-59 ayİllik 12%-dən başlayır.

Bank of Baku-da kupça ilə kredit

Kupca ile kredit veren banklar arasında yer alan “Bank of Baku” borcalanlar üçün bu istiqamətdə iki kredit məhsulunu təklif edir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Təminatlı istehlak krediti3.000-70.000 AZN3-59 ayİllik 14%-dən başlayır.
Daşınmaz əmlak krediti500-100.000 AZN3-59 ayİllik 15%-dən başlayır.

Bank BTB-də kupça ilə kredit

Kupça ilə kredit verən banklar arasında yer alan Bank BTB-də daşınmaz əmlak girovu ilə kredit fərdi sahibkarlara və hüquqi şəxslərə şamil edilir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Mikro Kredit500-50.000 AZN1-48 ayAZN – 18%-26%USD – 12%-16%

Bank Respublika-da kupça ilə kredit

Bank Respublika-da daşınmaz əmlak girovu ilə girov qoyulan əmlakın dəyərinin maksimum 70%-i məbləğində kredit götürmək mümkündür. Kupça ilə kredit zaminsiz formada verilir. Ancaq girov qoyulan əmlak borcalanın öz adına olan daşınmaz əmlak və ya mənzil olmalıdır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak krediti50.000 AZN-dək36 aya qədərİllik 23%-dən başlayır.

Bundan başqa, sahibkar olaraq fəaliyyət göstərən şəxslərə də Bank Respublika-da kupça ile kredit götürmək imkanı yaradılır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Mikro və Aqro krediti500-100.000 AZN48 aya qədərİllik 10%-dən başlayır.

Premium Bank-da kupça ilə kredit

Premium Bank kupça ilə kredit verən banklar sırasında yer almır. Yəni bankın girov əsasında kredit məhsulu hazırda mövcud deyil.

Bank VTB Azərbaycan-da kupça ilə kredit

Bank VTB Azərbaycan kupça ilə kredit verən banklar sırasında yer almır. Yəni bankın girov əsasında kredit məhsulu hazırda mövcud deyil.

Expressbank-da kupça ilə kredit

Ev təmiri, təhsil, toy, səyahət və ya avtomobil almaq kimi xəyallarınızı gerçəyə çevirmək üçün Expressbank-da kupca ile kredit götürmək mümkündür.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Nağd pul krediti10.000-70.000 AZN59 aya qədərİllik 9.9%-dən başlayır.

Bank Melli İran Azərbaycan-da kupça ilə kredit

Bank Melli İran-da kupça ilə kredit götürmək üçün girov qoyulan əmlak Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu ərazisində yerləşən əmlak olmalıdır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlakın girovu ilə kredit100000 ABŞ dollarının manat ekvivalentinədək60 aya qədərİllik 12%-dən başlayır.

Yelobank-da kupça ilə kredit

Kupça ilə kredit verən banklar arasında yer alan Yelobank-da daşınmaz əmlak girovlu kredit götürmək üçün borcalanın əməkhaqqısı minimum 500 AZN olmalıdır. Girov qoyulacaq əmlak borcalanın yaxud birinci dərəcəli qohumunu adına olmalıdır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak girov krediti5.000-100.000 AZN12-54 ayİllik 14%-dən başlayır.

Paşa Bank-da kupça ilə kredit

Paşa Bank kupça ilə kredit verən banklar sırasında yer almır. Yəni bankın girov əsasında kredit məhsulu hazırda mövcud deyil.

Rabitəbank-da kupça ilə kredit

Kupça ilə kredit verən banklar sırasında yer alan Rabitəbank müştərilərə daşınmaz əmlak girovu ilə nağd kredit götürmək imkanı yaradır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Təminantlı nağd pul krediti200.000 AZN48 aya qədər18%-20%

Turanbank-da kupça ilə kredit

Daşınmaz əmlak girovu ilə kredit götürmək üçün Turanbank-a müraciət edə bilərsiniz. Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqlar və tikililər təminat olaraq qəbul edilmir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak girovlu istehlak krediti5.000-100.000 AZN12-59 aya qədər14%-20%

Unibank-da kupça ilə kredit

Kupca ile kredit goturmek Unibank-da sahibkarlara təklif olunur. Biznesini böyütmək istəyən şəxslər minimum 9 aydan başlayaraq 48 aya qədər müddət ərzində 50.000 AZN-dək kredit məbləği əldə eəd bilər.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Mikro kredit500-50.000 AZN48 aya qədər5%

XalqBank-da kupça ilə kredit

Kupça ilə kredit verən banklar sırasında yer alan XalqBank-da daşınmaz əmlak girovu ilə uzunmüddətli kredit götürmək olar. Belə ki, digər şərtlərlə müqayisədə bankın təklif etdiyi ən uzunmüddətli kredit məhsulu daşınmaz əmlak təminatı ilə olan kreditlərdir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
İstehlak krediti150.000 AZN-dək60 aya qədər12%-16%

Yapı Kredi Bank Azərbaycan-da kupça ilə kredit

Yapı Kredi Bank Azərbaycan-da kupça ilə kredit, yəni girov kredit məhsulu hazırda mövcud deyil. Beləliklə, Yapı Kredi Bank Azərbaycan kupça ilə kredit verən banklar arasında yer almır.

Ziraat Bank Azərbaycan-da kupça ilə kredit

Kupça ilə kredit verən banklar arasında yer alan Ziraat Bank Azərbaycan borcalanlara sərfəli istehlak krediti təklif edir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
İstehlak krediti10.000- 50.000 AZN12-36 ay12.9%

Sonluq- Kupça ilə kredit verən banklar

kupça ilə kredit verən banklar

Yuxarıda adları qeyd olunan bankların cari kredit şərtləri qeyd olunmuşdur. Kupca ile kredit goturmek istədiyiniz zaman banklarla əlaqə saxlayaraq daha dəqiq və ətraflı məlumat almaq mümkündür. Bundan başqa, “Google”da “kupça ile kredit veren banklar 2024”, “kupça ile kredit veren banklar 2025” yazaraq da bankların yenilənmiş kampaniya və təkliflərini araşdıra bilərsiniz.

Həmçinin oxu: Torpaq girovu ilə kredit verən – 11 Bank

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button