BiznesİnvestisiyaÜmumiXəbərlər

İnvestisiya nə deməkdir? Növləri, Üstünlükləri

İnvestisiya nə deməkdir?

İnvestisiya müxtəlif növ aktivlərin doğru zamanda və perspektivli şərtlərlə əldə olunması fonunda gələcəkdə gəlir qazandırmağı hədəfləyən maliyyə əməliyyatlarının cəmidir. Belə ki investisiya dəyəri artan, artması gözlənilən, yaxud gəlir ödənişləri və ya kapital artımı şəklində gəlir təmin edən aktivlərin əldə olunmasına əsaslanır. Sərmayə qoyub gəlir əldə edə biləcəyiniz aktivlərin spektri genişdir. Aktiv rolunda müxtəlif obyektlər iştirak edə bilər ki, buraya zinət əşyaları, sənədlər, müxtəlif obyektlər, ev, pul yatırımı, səhm alışı, sığorta planlaması və s. aid ola bilər. 

İnvestisiya nədir? İnvestisiya nə deməkdir?

Yuxarıda qeyd etdiyimiz kimi investisiya müsbət gəlir qazanmaq məqsədilə müxtəlif istiqamətlərdə sərmayə yatırılmasını özündə ehtiva edir. Müsbət gəlir yatırılan ilkin investisiya məbləğindən artıq gəlirin qazanılması deməkdir. Məsələn, gələcəkdə bahalaşması gözlənilən səhmlərin, qiymətli kağızların, evlərin və s. alışı həyata keçirilir. Yaxud pul vəsaitləri banka depozit şəklində yerləşdirilə, sığorta haqqından gəlir qazandıran şirkətlərdən bu xidmət alına bilər. Hansı ki bu və ya başqa formada həyata keçirilən bütün əməliyyatların son nəticəsi mənfəət qazanmağa hesablanır. Məsələn, ölkəmizdə “Həyatın Yaşam Sığortası”nı təklif edən “Paşa Həyat” şirkəti vətəndaşlara bu xidməti dəyərləndirdikləri halda DSMF ödənişlərinin hesaba qaytarılmasını, gəlir vergisinin hesaba qaytarılmasını, həmçinin əlavə 3% depozit faizi qazanmağı təklif edir. Belə ki sərmayə olaraq yatırılan məbləğə uyğun əlavə gəlir qazanmaq mümkündür. 

İnvestisiya gəliri necə hesablanır? İnvestisiya nə deməkdir?

İnvestisiya nədir? sualına cavab tapdıqdan sonra investisiya gəliri ilə bağlı digər vacib suallara cavab tapa bilərik. İnvestisiya qoyuluşunu həyata keçirən sərmayədar əldə edəcəyi gəlirin təqribi miqdarını və zamanını da bir növ müəyyənləşdirmiş olur. Belə ki investisiya qoyuluşdan öncə hərəkət planı tərtib etməlisiniz ki, qazanacağınız gəliri əldə edə bilmə formasını da dəqiqləşdirəsiniz. Ümumilikdə investisiya gəlirinin forması, miqdarı, əldə olunma şəkli və s. pul yatırımının həyata keçirildiyi sektora görə dəyişir. Məsələn uzunmüddətli əmanət qoyuluşundan əldə ediləcək gəlir ilə hər hansısa əmtəəyə yatırılan sərmayədən əldə olunacaq gəlir fərqlənir.

İnvestisiya gəlirinin (ROİ) hesablanması investisiyadan əldə edilən gəlirin onun dəyərinə nisbəti ilə ölçülür. Gəlin, bir nümunə üzərindən baxaq.

İlkin İnvestisiya: 10,000 manat
Xalis mənfəət: 2000 manat
ROI hesablanması:

Bu nümunədə investisiya gəliri 20% təşkil edir ki, bu da investisiya qoyuluşundan bu yana 20% gəlir qazanıldığını göstərir.

İnvestisiya gəliri nə zaman əldə olunur? İnvestisiya nə deməkdir?

Yatırılan investisiyalar adətən uzun müddətli zaman çərçivəsində müsbət gəlir qazanılmasına hesablanır. Bu səbəbdən investisiya spekulyasiyadan fərqlənir. Spekulyatorlar adətən həftələr, günlər və hətta dəqiqələr ərzində baş verən qısamüddətli qiymət dalğalanmalarından qazanc əldə edə bilir. İnvestorların məqbul investisiya gəliri əldə etməsi isə bəzən aylar və ya illər ərzində baş verir. Buna görə də investorlar adətən böyük məbləğlərin yatırılması, xərclənməsi müqabilində yaxın və ya uzaq gələcəkdə böyük rəqəmli qazancları hədəfləyir. Bəs yatırılan investisiyalar hər zaman gəlir qazandırırmı?

İnvestisiya riskləri nədir? İnvestisiya nə deməkdir?

İnvestisiya pul qazanmaq məqsədi daşısa da, bəzən bunun əksi də ola bilər. Söhbət puldan ümumilikdə maliyyə bazarlarına aid məsələlərdən gedirsə, risklər qaçınılmazdır. İnvestisiya riski yatırılan məbləğin bütövlükdə və ya bir qisminin, həmçinin əldə olunacaq gəlirin tam və ya qismən itirilməsi kimi qiymətləndirilir. Valyuta dalğalanmaları, ucuzlaşan səhmlər, ev qiymətləri, depozitlərdən gəlir faizinin azalması və digər amillər yatırılan sərmayənin bir hissəsinin və qazanılacaq gəlirin itirilməsinə gətirib çıxara bilər. İnvestisiya növlərindən asılı olaraq risk faktorları da dəyişir. İnvestisiya yatırımı zamanı qarşılaşa biləcəyiniz risk faktorlarını dəyərləndirmək riskə dözümlülüyü ölçmək deməkdir. Uzunmüddətli gəlir əldə etmək üçün qısamüddətli enişlərə uyğunlaşmaq yüksək risk tolerantlığından xəbər verir. 

İnvestisiya risklərinin idarə olunması. İnvestisiya nə deməkdir?

Sərmayədarlar arasında belə bir ifadə var ki, “Bütün yumurtaları eyni səbətə qoymaq olmaz”. Buradan aydın olur ki, müxtəlif bizneslərə, sahələrə investisiya yatırmaq daha doğru və perspektivli qərardır. Bu zaman itirmə riski də azalır. İnvestisiya dünyasında bu konsepsiya diversifikasiya adlanır. Beləliklə, sərmayə qoyuluşu zamanı şaxələnmənin düzgün istiqmaətləndirilməsi uğurlu, hərtərəfli investisiya portfelini yaradır. Fərqli bizneslər və müxtəlif aktiv sinifləri üzrə bir sıra investisiyalara sahib olmaqla, bir sahədəki itkiləri digər sahədəki qazanclarla əvəzləşdirmək olar. Nəticədə investisiya portfeli, daha doğrusu gəlir portfeli sabit və təhlükəsiz şəkildə zamanla böyüyür.

İnvestisiya növləri. İnvestisiya nə deməkdir?

İnvestisiya yatırmağın bir çox növləri vardır ki, onlar haqqında ətraflı məlumat toplayaraq üstünlüklərindən yararlana bilərsiniz. Buraya bank depozitləri, fond bazarı, qarşılıqlı investisiya fondları, daşınmaz əmlak, foreks və s. aid ola bilər.

Fond birjası

Fond birjası dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini  həyata keçirir. Hazırda ölkəmizdə fəaliyyət göstərən yeganə fond birjası Bakı Fond Birjasıdır. 

Səhmlər

Müxtəlif şirkətlərin səhmlərini almaqla həmin şirkətə investisiya yatırmaq mümkündür. Gələcəkdə müvafiq səhm qiymətlərinin bahalaşması və şirkətin mənfəətindən müntəzəm olaraq ödənilən dividendlər gəlir qazanmağı təmin edir.

İstiqrazlar

İstiqrazlar hökumətlər, bələdiyyələr və korporasiyalar kimi qurumların borc öhdəlikləridir. İstiqraz əldə edərək siz müəssisənin borcunda pay sahibi olursunuz. Beləliklə, dövri faiz ödənişlərini və müddəti başa çatdıqda istiqrazın nominal dəyərini əldə etmək hüququnuz olur.

Əmtəə

İnvestisya yatırılmasının nisbətən riskli hesab olunduğu əmtəə bazarı əsasən təcrübəli sərmayədarların üstünlük verdiyi sektordur. Əmtəə rolunda kənd təsərrüfatı məhsulları, enerji məhsulları, qiymətli metallar və s. çıxış edə bilər. Burada cari və gələcək şəraiti dəyərləndirmək, ona uyğun sərmayə ayırmaq tələb olunur. Məsələn, daşqın baş verən ərazilərdə buğdanın qiymətinin bahalaşması, karantin bölgələrində ərzağın bahalaşması və s. realdır. Əmtəə növlərinə investisiya ayırmaq riskli görünürsə, əmtəə istehsal edən şirkətlərin səhmlərini almaq kimi digər qiymətli kağızlar vasitəsilə əmtəələrə investisiya yatırmaq uğurlu addım ola bilər.

Daşınmaz əmlak

Ev, torpaq, yaşayış sahələri, müxtəlif obyektlər və s. daşınmaz obyekt qismində çıxış edir ki, bu sahəyə investisiya yatırmaq uğurlu seçimlərdəndir. Lakin real bazar imkanlarını, gələcək proqnozları, iqtisadi vəziyyəti və s. analiz etmək, nəticə çıxarmaq və buna uyğun yatırımlar etmək, addımlar atmaq vacibdir. Məsələn, hazırda ucuz qiymətə satılan evlərin yerləşdiyi ərazidə gələcəkdə hansı obyektlərin açılacağını araşdırmaq faydalı ola bilər. Tutaq ki, əgər bir ərazidə metro yoxdursa, amma yaxın 5-10 ildə tikilməsi planlaşdırılırsa, buradan ev, obyekt almaq gələcəkdə əlavə gəlir qazanmağınızı təmin edə bilər.

Bundan başqa, əgər real obyektlərə yatırım etmək sizin üçün riskli görünürsə, daşınmaz əmlak alışı-satışı üzrə fəaliyyət göstərən şirkətlərin səhmlərini ala bilərsiniz.

Qarşılıqlı investisiya fondları və ETF

İlk olaraq qısa şəkildə ETF nədir? sualına cavab tapaq. ETF (Exchange Traded Funds) birjada ticarət olunan fondlar olaraq tərcümə olunur. ETF riskləri minimuma endirməklə, eyni anda bir neçə maliyyə alətindən istifadə edərək fond bazarına ən optimal şəkildə investisiya yatırmağı ehtiva edir. Qarşılıqlı investisiya fondları və ETF-lər müəyyən bir strategiya əsasında səhmlərə, istiqrazlara və əmtəələrə investisiya yatırılmasını təmin edir. ETF və qarşılıqlı investisiya fondları vasitəsilə səhmləri satın aldığınız zaman bir addımda yüzlərlə və ya minlərlə aktivə sərmayə yatırmaq mümkündür. Bu metod fərdi şəkildə yatırılan investisiyalardan daha az riskli hesab olunur. Qarşılıqlı investisiya fondları aktiv şəkildə idarə olunması ilə seçilir və ETF-lərə nisbətən daha bahalıdır.

Bank depozitləri

Ölkəmizdə fəaliyyət göstərən banklar müştərilərə müxtəlif şərtlər əsasında yerləşdirdikləri depozitlər əsasında faiz gəliri qazanmağı təklif edir. Beləliklə müəyyən passiv gəlirinizi aktiv gəlirə çevirə bilərsiniz. Bunun üçün vəsaitlərinizi banka əmanət şəklində yerləşdirməyiniz kifayətdir. Hazırda ölkəmizdə banklar yerləşdirilən əmanətlər üçün 5-11 faiz aralığında gəlir qazanmağı təklif edir.

İnvestisiya şirkəti nədir? İnvestisiya nə deməkdir?

İnvestisiya şirkətləri səhmlərin, əmlakın, istiqrazların, pul vəsaitlərinin, fondların və digər aktivlərin alınması və satışı ilə məşğul olur və bunun müqabilində gəlir əldə edir. İnvestisiya şirkətləri, həmçinin sərmayədarlar üçün müxtəlif analiz statistikası tərtib edə, investorlara portfellərinin idarə olunmasına dəstək göstərə, onların suallarını cavablaya və digər xidmətlər təklif edə bilər.

Azərbaycanda investisiya şirkətləri. İnvestisiya nə deməkdir?

Ölkəmizdə hazırda 13 investisiya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər üçün rəsmi qanunvericilikdə əsas investisiya xidmətləri (əməliyyatları) formalaşdırılıb. Yəni sözügedən investisiya şirkətləri aşağıdakı xidmətləri həyata keçirir:

  • Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi; 
  • Fərdi investorların portfelinin idarə edilməsi; 
  • İnvestisiya məsləhətlərinin verilməsi;
  • Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
  • Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi; 
  • Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması; 
  • Marja ticarəti.

Azərbaycanda investisiya şirkətlərinin siyahısı:

  • “AzFinance İnvestisiya Şirkəti” QSC
  • “Unicapital İnvestisiya Şirkəti” ASC 
  • “İnvest-Az İnvestisiya Şirkəti” QSC 
  • “Paşa Kapital İnvestisiya Şirkəti” QSC 
  • “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 
  • “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 
  • “Assist Finance İnvestisiya Şirkəti” ASC 
  • “ABB-İnvest İnvestisiya Şirkəti” QSC 
  • “MFX-Trading İnvestisiya Şirkəti” ASC 
  • “CPM-İnvest İnvestisiya Şirkəti” ASC 
  • “Troni İnvestisiya Şirkəti” QSC 
  • “Capital Partners İnvestisiya Şirkəti” QSC 
  • “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC

İnvestisiya saytları hansılardır? İnvestisiya nə deməkdir?

Statistikaya görə 2024-cü il üzrə dünyada ən populyar 5 investisiya saytı bunlardır:

Nəticə – İnvestisiya nə deməkdir?

Ümumilikdə investisiya sərmayədarın fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq maliyyə planlaşdırmasının əsas komponentidir. İnvestisiya qoyuluşu şəxslərə və şirkətlərə gəlirlərini artırmağa, kapital qoyuluşunu stimullaşdırmağa, maliyyə məqsədlərinə çatmağa və gələcəyin pozitiv rəqəmli maliyyə mənzərəsini formalaşdırmağ təmin etməyə imkan verir. İnvestisiya yatırmaqla bağlı əsaəsn ilkin mərhələdə bizi qorxu və risklər qarşılasa da, sərmayə yatırımı üçün o qədər də böyük məbləğlər tələb olunmur. Təbii ki bu seçilıən investisiya növünə görə dəyişə bilir. Maliyyə büdcəniz çərçivəsində plan qurmağınız, gələcək riskləri dəyərləndirməyiniz və buna uyğun investisiya yatırmağınız faydalı olacaqdır.

Xatırladaq ki, ilkin addımlar zamanı investisiya qoyuluşu üzrə peşəkar fəaliyyət göstərən mütəxəssislərdən və şirkətlərdən məsləhət almağınız xeyrinizədir.

Həmçinin oxu – Pulsuz bank kartları hansılardır?

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button