Ümumi

Azərbaycanda ən yaxşı dermatoloqlar

Dəri problemlərinə xərclənən pulun böyük hissəsi çox vaxt həkimə yox, nəticə verməyən kremlərə və yanlış müalicələrə gedir. Azərbaycanda ən yaxşı dermatoloqu axtaran pasiyentlərin bir çoxu həkimə artıq illərlə pul və vaxt itirdikdən sonra gəlir. Dermatoloq Dermatoloq Mehdi Mahmudi ilə gecikmiş müraciətin nəyə başa gəldiyindən danışdıq. Həkimin fikrincə, vaxtında edilən dermatoloq müayinəsi həm sağlamlıq, həm də büdcə üçün ən sərfəli addımdır.

Mehdi həkim, pasiyentlər sizə gələnə qədər adətən hansı yolu keçir?

Uzun yol. Əvvəl aptekdən krem alınır, sonra tanışın tövsiyə etdiyi vasitə, sonra internetdən sifariş edilən məhsullar. Bir neçə il belə keçir. Pasiyent gələndə əlində böyük bir krem torbası olur. Onların çoxu problemə heç aid deyil, bəziləri isə vəziyyəti ağırlaşdırıb.

Gecikmə müalicəni necə bahalaşdırır?

Üç nümunə deyə bilərəm. Tək ziyil qısa bir prosedurla götürülür. Evdə qoparılıb yayılandan sonra isə bir neçə seans lazım olur. Aktiv sızanaq dərman müalicəsi ilə nəzarətə alınır. Ondan qalan çapıqların korreksiyası isə uzun və bahalı prosesdir. Üz qızartısı erkən mərhələdə daha asan idarə olunur. İllərlə qalan, damarları genişlənmiş dəridə daha çox seans tələb olunur.

Ən çox pul hansı səhvlərə gedir?

Diaqnozsuz müalicəyə. Üzdəki qızartını allergiya sayıb aylarla allergiya dərmanı qəbul edənlər var. Hormonlu kremlə müvəqqəti rahatlıq alıb sonra daha ağır vəziyyətə düşənlər var. Həkim olmayan yerlərdə prosedur etdirib yanıq və ləkə ilə gələnlər var. Hər birində əvvəlcə bu səhvin nəticəsini düzəltməli, sonra əsas xəstəliyi müalicə etməli oluruq.

Pasiyent müalicənin xərcini necə planlaşdıra bilər?

İlk qəbulda soruşsun: diaqnoz nədir, müalicə neçə mərhələdən ibarətdir, təxminən neçə seans lazımdır, sonra hansı qulluq tələb olunur. Xroniki xəstəliklərdə müalicə bir dəfəlik xərc deyil, mərhələli prosesdir və pasiyent bunu əvvəlcədən bilməlidir. Planı yarıda kəsmək ən böyük israfdır, çünki xəstəlik qayıdır və hər şey başdan başlayır.

Sizcə, yaxşı dermatoloqu nə fərqləndirir?

Pasiyentə lazım olmayanı təklif etməməsi. Yaxşı həkim diaqnozu izah edir, real nəticəni deyir və pasiyentin imkanlarını nəzərə alaraq plan qurur. Mənim üçün ən dəyərli qiymət pasiyentin “neçə il əziyyət çəkdim, indi rahatam” deməsidir. Amma hər dəfə düşünürəm ki, o, bu yolu daha qısa və daha ucuz keçə bilərdi.

Dermatoloq Mehdi Mahmudi dermatoloq-kosmetoloqdur, 24 ildən artıq klinik təcrübəsi var. Bakıda, Salutem Dermatoloji Klinikasında qəbul edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button