ÜmumiBankKreditXəbərlər

Aylıq 200 manat ipoteka ilə ev almaq – 8 Vacib Məqam

Aylıq 200 manat ipoteka ev almaq haqqında araşdırma!

Həyatda hamı üçün mütləq ki, doğma olan yerlər vardır. Dünyaya göz açdığımız şəhərlər, uğur qazandığımız yerlər, sevdiklərimizin yanı və ya başqa… Demək olar ki, doğma hiss etdiyimiz hər yerin və hər anın bağlı olduğu məkan, yer və ya bir ev vardır. Bu gün həmin yerlərdən biri olan – evlərdən danışacağıq. Ya doğma olan xatirələrimizi daşıya biləcəyimiz, ya da yeni doğma xatirələr yarada biləcəyimiz evdən… Günümüzdə ev almaq istəyən şəxslərin əksəriyyəti birdəfəlik ödəniş etməkdə çətinlik çəkir. Buna görə də ipoteka kreditlərinə, yaxud başqa ev almaq ucun kredit növlərinə üz tutur. Ölkəmizdə dövlət tərəfindən yeni ev almaq istəyən vətəndaşların müəyyən qisminə guzestli sertlerle ev almaq imkanı yaradılır.

Əhali arasında “aylıq 200 manat ipoteka”, “200 manatlıq kredit evler”, “ucuz ipoteka evler”, “genc aileler ucun ipoteka evler” və s. kimi məşhurlaşan bu ipoteka kreditlərinin ödənişləri nisbətən aşağıdır. Söhbət Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan “Güzəştli mənzil” sisteminə daxil edilən mənzillərdən gedir.  Sözügedən mənzillərin ipoteka kreditləri üzrə satışı “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Güzəştli mənzillərin üstünlükləri nələrdir? – Aylıq 200 manat ipoteka

Guzestli menzillerin qiymeti daşınmaz əmlak bazarında təklif olunan mənzillərin bazar qiymətlərindən xeyli aşağı olması ilə fərqlənir. Eyni zamanda, vətəndaşlar mənzilləri 4%-li ipoteka krediti ilə əldə edə bilir. Bu isə daha sərfəli kredit şərti deməkdir. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

Güzəştli mənzilləri kimlər ala bilər? – Aylıq 200 manat ipoteka

MİDA-da sosial ev almaq üçün aşağıdakı kateqoriyalardan birinə daxil olmağınız vacibdir:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri 

  • Şəhid övladları
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları Azərbaycanın Milli Qəhrəmanının övladları 
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs 
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs 
  • Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs 
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs 
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) 
  • Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər

  • Şəhid ailəsinin üzvü (əri/arvadı) 
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı) Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı) 
  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs 
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs 
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) 
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs 
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər (müraciətləri qəbul edilən elmi işçilərin çalışdığı elmi müəssisə və təşkilatların siyahısı) 
  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs 
  • Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs

Güzəştli ev almaq üçün qeydiyyat prosesi necədir? – Aylıq 200 manat ipoteka

Yuxarıdakı kateqoriyalardan minimum halda hər hansısa birinə daxil olan vətəndaşlar MİDA-dan güzəştli ev almaq hüququna malik olan şəxs hesab olunur. Həmin şəxslər “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək elektron kabinet açmalıdır. Güzəştli mənzilin əldə edilməsi üçün müraciətlər gücləndirilmiş elektron imza (“Elektron İmza” və ya “Asan İmza”) vasitəsilə həyata keçirilir. Müvafiq elektron kabinetin yaradılması üçün hər hansısa son tarix müəyyənləşdirilməmişdir. Vətəndaşlar davamlı olaraq istədikləri tarixdə qeydiyyatdan keçə bilər. Hansı tarixdə müraciət edilməsindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş hər kəs mənzil seçimi zamanı bərabər hüquqlara malikdir.

Güzəştli mənzillərin seçim prosesi necədir? – Aylıq 200 manat ipoteka

Elektron kabinetə sahib olan vətəndaşlar sosial ev almaq üçün tam hüquqlu şəxs hesab edilmir. Çünki vətəndaş növbəti mərhələdə agent bankların birindən ilkin razılıq qərarını əldə etməlidir. Bunun üçün vətəndaş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin və güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə müəyyən edilmiş sənədləri banka təqdim edir. Bank vətəndaşın müraciətinə baxır və ilkin razılıq qərarı bank tərəfindən istifadəçinin elektron kabinetinin müvafiq bölməsində yerləşdirilir. İstifadəçi elektron kabinetində “İlkin razılıq qərarı” bölməsinə daxil olaraq agent bankın ilkin razılıq qərarını imzalamalıdır. İstifadəçinin imzaladığı ilkin razılıq qərarı agent bank tərəfindən verildiyi tarixdən etibarən 1 (bir) il ərzində qüvvədə olacaqdır. 

Bundan sonra vətəndaş mənzillərin seçim mərhələsində iştirak etmək hüququ qazanır. Qeyd edək ki, mənzillərin satışa çıxarılmasından öncə vətəndaşlara demo versiyada guzestli menzil secimi etmək şansı verilir. Bu proses vətəndaşların əsas mərhələdə müraciət və alış mərhələlərini uğurlu şəkildə icra etməsinə hazırlıq məqsədi daşıyır. Demo versiyada həyata keçirilən proseslərin nəticələri əsas olaraq qəbul edilmir. İstifadəçilər öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilər.

Güzəştli mənzillər nə vaxt satışa çıxarılır? – Aylıq 200 manat ipoteka

Sosial evlerin satış tarixi barədə elan satışın başlanması tarixinə ən azı 30 (otuz) gün qalmış verilir. Elan barədə təfərrüatlar və məlumatlar istifadəçilərə elektron poçt və (və ya) sms vasitəsilə göndərilir. 

Güzəştli mənzillərin qiyməti nə qədərdir? – Aylıq 200 manat ipoteka

Sosial evlerin qiymeti barədə məlumatlar MİDA tərəfindən satışla bağlı elan paylaşıldıqda ətraflı şəkildə qeyd olunur. MİDA evlerinin qiymeti mənzilin yerləşdiyi şəhərdən, küçədən, otaq sayından və digər nüanslardan asılı olaraq dəyişir. 

Məsələn, 2023-cü ildə Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi və Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılan mənzillərin qiyməti aşağıdakı formada olmuşdur:

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:

  • 1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan,
  • 2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
  • 3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayıb.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

  • Studio tipli mənzilin qiyməti – 34 085 manat,
  • 2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
  • 3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
  • 4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayıb.

Cari ildə e-gov.az güzəştli mənzil qiymətləri barədə ilkin təsəvvür yaratmaq üçün “Google”da “Mida sosial evler 2023 qiymetleri”, “Mida sosial evler 2024 qiymetleri”, “Mida sosial evler 2025 qiymetleri” yazaraq axtarış edə bilərsiniz.

Güzəştli mənzillərin aylıq qiymətləri nə qədərdir?- Aylıq 200 manat ipoteka

Sosial evlerin ayliq qiymetleri MİDA-nın ipoteka kreditlərinin verilmə qaydası ilə tənzimlənir. Güzəştli evlərin ipoteka kredit faizi maksimum 4% təşkil edir. İlkin ödəniş üçün minimum halda ümumi məbləğin 10%-ni ödəmək tələb olunur. Kredit 36 aydan başlayaraq 360 aya qədər müddətə verilir. Aylıq ödənişləri hesablamaq və digər məlumatlar barədə ilkin tanışlıq üçün guzestli menzillerin ipoteka kalkulyatoru köməyinizə çatacaqdır. 

Nümunə üzərindən danışsaq, 2023-cü ildə həyata keçirilən sosial evlərin satışı zamanı Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə aylıq ödənişlər aşağıdakı kimi olmuşdur.

İllik faiz dərəcəsiMüddətMinimal ilkin ödənişAylıq ödəniş* 
4%3-30 il10%Studio tipliİki otaqlıÜç otaqlıDörd otaqlı
147 AZN211 AZN266-281AZN361-419AZN

* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

Cədvəldən də göründüyü kimi, sözügedən evlərin ümumi satış qiymətləri və aylıq kredit ödənişləri olduqca münasibdir. Bu səbəbdən də, əhali arasında aylıq 200 manat ipoteka, aylıq 300 manat ipoteka kimi məşhurlaşmışdır.

Güzəştli mənzillərə endirim tətbiq olunurmu? – Aylıq 200 manat ipoteka

Güzəştli ipoteka krediti vasitəsilə mənzil sahib olmaq istəyən vətəndaşlar minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək. Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaşlar üçün də, həmçinin mənzillərin satış qiymətlərinə endirimlər tətbiq olunur. Bu barədə MİDA tərəfindən sosial evlərin satışı ilə bağlı elan məlumatı paylaşıldıqda ətraflı qeyd olunur. 

Müqayisə üçün aşağıdakı cədvəldə 2023-cü ildə Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılan sosial evlerin endirimli qiymetleri ilə tanış ola bilərsiniz:

Otaqların sayıMənzilin qiyməti Əlavə endirim məbləği Əlavə endirimdən sonra mənzilin qiyməti
Studio tipli 34.085 AZN3408 AZN30.677 AZN
İki otaqlı49.028 AZN4903 AZN44.125 AZN
Üç otaqlı61.897 AZN6190 AZN55.707 AZN
Dörd otaqlı83.895 AZN8389 AZN75.506 AZN

Sosial evler elaqe nomreleri – Aylıq 200 manat ipoteka

Vətəndaşlar MİDA sosial evlərinin satışı barədə onları maraqlandıran bütün sualları “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, 1 saylı Sumqayıt və 1 saylı Gəncə) yaxınlaşaraq müvafiq əməkdaşlara ünvanlaya bilər. Eyni zamanda, “108” çağrı mərkəzi, mida.gov.az veb-saytı və MİDA-ya məxsus sosial media kanalları da vətəndaşların müraciətləri üçün açıqdır.

Sonluq – Aylıq 200 manat ipoteka

aylıq 200 manat ipoteka

Son olaraq qeyd edək ki, vətəndaşlar satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə guzestli menzil elektron sistemi vasitəsilə tanış ola bilər. Bu barədə məlumatlar istifadəçinin elektron kabinetinin müvafiq bölmələrində və ya www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidində yer alır.

Müəllif: Aida İsaq, budcedostu.az

Həmçinin oxu: 500 manatla biznes qurmaq üçün  – 10 İdeya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button