Kredit Kartı Necə İstifadə Edilməlidir? – Kredit Kartlarının Faydaları
Günümüzdə hansı ölkədə, şəhərdə yaşamasından, mənsub olduğu dindən, irqdən asılı olmayaraq hərkəs müxtəlif banklara, maliyyə təşkilatlarına məxsus kredit kartlarından istifadə edir. Gündəlik alış-verişlərdən tutmuş, böyük büdcəli ticarət əməliyyatlarına qədər bu kartların təklif etdiyi imkanlardan yararlanmaq mümkündür. Çünki, bəzən planladığımız işləri həyata keçirmək, xoşagəlməz vəziyyətlərdə, yaxud müxtəlif endirim kampaniyalarını zamanında dəyərləndirmək və s. kimi situasiyalarda maddi xərcləri qarşılamaq cəhətdən effektivdir.
Kredit Kartı Nədir?
Müasir dövrdə qida, əyləncə, avtomobil və s. kimi xərclərin ödənilməsi zamanı pul qabımızda mövcud olan plastik kartları pos terminallara yaxınlaşdırmaq və ya onlayn platformalara daxil etmək kifayət edir. Təbii ki, təkcə kartın fiziki cəhətdən varlığı ilə kifayətlənə bilmərik. Balansında kifayət qədər vəsaitinin olması da vacibdir. Bəzən müxtəlif ödənişlərin, əməliyyatların həyata keçirilməsi zamanı ehtiyac olan vəsaitin miqdarı daha yüksək ola bilir. Bu kimi məqamlarda və yaxud digər situasiyalarda kredit kartları köməyimizə çatır. Kredit kartları banklar tərəfindən istehlakçılara alış-veriş və müxtəlif ödənişlərin icrası kimi əməliyyatları həyata keçirilməsi üçün istifadəyə təqdim olunan plastik kartlardır. Kredit kartlarının balansı istehlakçının aylıq, illik gəlirinə yaxud maliyyə qurumunun şərtlərinə uyğunlaşdırılaraq, müəyyən limit daxilində təqdim olunur. Beləliklə, kredit kart sahibi ona təqdim olunan limit daxilində xərclərini qarşılaya bilir. İstifadəçi üçün ayrılan kredit məbləği öncədən razılaşdırılmış aylar üzrə bərabər şəkildə bölünür. Müştəri hər ayın müəyyən tarixində müvafiq olaraq bölünmüş ödənişi ödəməlidir. Əks halda ödənişin üzərinə faiz məbləği toplanır ki, bu isə əlavə xərc deməkdir. Odur ki, maliyyə qurumlarının kedit təmsilçiləri və ekspertlər istehlakçılara maksimum şəkildə b nüansı diqqətdə saxlamağı və qarşılaya biləcəkləri xərcə uyğun kredit əldə etməyi tövsiyə edir.
Ölkəmizdə və dünyada istifadə edilən kredit kartlarının üzərində isə “Visa”, “MasterCard”, “American Express” kimi beynəlxalq şirkətlərin loqolarına rast gəlmək mümkündür. Bu isə kredit kartının əldə olunduğu ölkədən asılı olmayaraq, müvafiq kartların dünya üzrə istifadəsini əlçatan edir. Yəni istehlakçılar ölkə hüdudlarından kənarda dollar və ya euro balanslı kredit kartlarını müxtəlif dövlətlərin ərazisində də istifadə edə bilərlər. Kredit kartı sahiblərinin kartları ilə alış-veriş, onlayn ödənişlər etmələri və təcili nağd pul ehtiyaclarını qarşılamaları mümkündür.
Kredit Kartları Necə İşləyir?
Kredit kartlarını istehlakçılar və emitent tərəfindən çıxış edən təşkilatlar arasında pul vəsaitlərinin dövri olaraq hərəkət etməsini təmin edən vasitə olaraq adlandıra bilərik. Çünki istifadəçilər kredit kartını əldə edərkən ehtiyac olan məbləği müəyyən limit daxilində bir dəfəlik yaxud hissəli şəkildə əldə etmiş olur. Qeyd olunan limit adətən müştərinin keçmiş kredit tarixçəsinə, hazırki əməkhaqqısına, iş təcrübə müddətinə və s. kimi amillərə əsasən müəyyən olunur. Artıq kredit kartını əldə edən müştəridən növbəti mərhələdə götürülmüş məbləği hissə-hissə ödəmək tələb olunur. Beləliklə, emitentin təqdim etdiyi vəsait minimum halda müştəriyə təklif olunan limit miqdarında yenidən geri qayıtmış olur. Ancaq əksərən maliyyə qurumları kreditləri müəyyən faiz qarşılığında müştəriyə təqdim edir. İstehlakçılara bu barədə öncədən məlumat verilir. Müvafiq fazi ödənişlərini ödəməyə razılıq verən istehlakçı maksimum şəkildə aylıq kredit ödənişlərini gecikdirməməlidir. Əks halda əlavə komissiya ödənişləri ilə üzləşə bilər.
Kredit kartları ilə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda, əyləncə obyektlərində və s. kimi yerlərdə ödənişləri həyata keçirmək mümkündür. Beləliklər, kredit kartı ilə məhsul və ya xidmətləri satın aldıqdan sonra müvafiq ödəniş məbləği mövcud kredit limitinizə uyğun məbləğdəki vəsaitdən çıxılır. Emitentin kredit şərtlərinə uyğun olaraq, bəzi hallarda kredit kartları ilə həyata keçirdiyiniz əməliyyatlar zamanı xüsusi endirimlərdən, kampaniyalardan yararlanmaq, həmçinin, müxtəlif bonuslar qazanmaq da mümkündür. Bu barədə məlumatlı olmaq üçün isə kredit kartı əldə etməzdən əvvəl bazarda olan müvafiq məhsulları araşdırmaq, təklifləri gözdən keçirmək kifayətdir.
Qeyd edək ki, kredit kartı üzrə ödənişlərin gecikdirilmədən ödənilməsi, kart sahibinin kredit balına müsbət təsir göstərir. Bu gələcəkdə yenidən kredit müraciətlərinin həyata keçirilməsi zamanı işlərin sürətləndirilməsinə, həmçinin, müştərinin əlavə endirimlərdən yarralanmasına, yüksək faiz dərəcələrindən qurtulmasına və s. müsbət təsir göstərir.
Bütün Dünyada Keçərli Olan Kredit Kartları
İlk olaraq bildirək ki, kredit kartlarının istifadə şərtləri müvafiq kartları istehlakçıya təqdim edən emitentlərin yəni bankların fəaliyyət göstərdiyi ölkələrdəki dövlət siyasətinə və maliyyə institutlarının fəaliyyət qaydalarına əsasən dəyişə bilər. Bununla yanaşı, qlobal miqyasda kredit kartlarının istifadəsi əlçatan olan bəzi beynəlxalq maliyyə şəbəkələri mövcuddur. Hansı ki, həmin şirkətlərə məxsus kredit kartlarını müvafiq ölkədəki müxtəlif maliyyə qurumları vasitəsi ilə əldə etmək və kartın təqdim etdiyi xidmətlərdən yararlanmaq mümkündür. Nəticədə istifadəçilər ölkə hüdudlarından kənarda da, kredit kartlarının imkanlarından yararlana bilir. Gəlin, bir neçə nümunə ilə tanış olaq.
Visa Classic
Müştərilərə rahat, təhlükəsiz və çevik xidmət təklif edən Visa Classic kredit kartı özünəməxsus üstünlükləri ilə qlobal miqyasda geniş şəkildə istifadə olunur. Kredit tarixçəsi qənaətbəxş olan hər bir şəxs üçün əldə olunması əlçatandır.
Xüsusiyyət və üstünlükləri
- Şirkətin beynəlxalq müştərilər üçün 7/24 fəaliyyət göstərən dəstək xidməti istifadəçilərin ünvanladığı bütün sualları və sorğuları cavablayaraq, yardım göstərir
- Kartın təcili olaraq dəyişdirilməsi mümkündür
- Nağd pulun təcili olaraq əldə olunması mümkündür
- Beynəlxalq səyahətləriniz, həmçinin, alış-veriş zamanı müxtəlif endirimlərdən, kampaniyalardan yararlanmaq imkanı var
Azərbaycanda Visa Classic Kredit Kartını Necə Əldə Etmək Olar?
Visa Classic kartını ölkəmizdə fəaliyyət göstərən aşağıdakı banklardan və qurumlardan əldə etmək olar.
- Premium Bank
- Ziraat Bank
- Xalq Bank
- Yelobank
- Unibank
- Accessbank
- Naxçıvanbank
- Bank BTB
- Rabitəbank
- Bank of Baku
- Yapı Kredi Bank Azərbaycan
- Expresbank
- Paşa Bank
- Kapital Bank
- Azərbaycan Beynəlxalq Bankı
- Azərbaycan Sənaye Bankı
- Bank Avrasiya
- Bank Respublika
- AzərTürk Bank
- Turanbank
Mastercard Standart
Müxtəlif banklar və maliyyə institutları tərəfindən təqdim olunan Mastercard Standart kredit kartlarının təklif etdiyi üstün xidmətləri sayəsində dünya üzrə istifadə səviyyəsi kifayət qədərdir.
Xüsusiyyət və üstünlükləri
- “Zero liability protection” funksiyasına sahib Mastercard Standart kredit kartları vasitəsi ilə istifadəçinin icazəsi olmadan həyata keçirilən bütün əməliyyatlarda onların hüquqları qorunur. Buraya kart sahibinin xəbəri olmadan həyata keçirilənonlayn, şəxsən, telefonla və ya bankomatlarda edilən alışlar daxildir. Baş verən saxtakarlıqla bağlı ən qısa zamanda məlumat verməyiniz mütləqdir.
- 7/24 fəaliyyət göstərən dəstək xidməti mövcuddur. Bu xidmət sizə itirilmiş və ya oğurlanmış kartlar barəsində məlumat verməyə, təcili kartın dəyişdirilməsinə və ya nağd avans əldə etməyə, bankomatları tapmağa və hesabınızla bağlı digər suallarınız və ya narahatlığınızla bağlı kömək əldə etməyə imkan verir.
- Qarşılaşdığınız kibercinayətkarlıq, saxtakarlıq halları və s. zamanı müraciətiniz üzrə sizə dəstək olacaq mütəxəssis təyin olunur.
- Beynəlxalq səyahətləriniz, həmçinin, alış-veriş zamanı müxtəlif endirimlərdən, kampaniyalardan yararlanmaq imkanı var.
Azərbaycanda Mastercard Standart Kredit Kartını Necə Əldə Etmək Olar?
Mastercard standart kredit kartını ölkəmizdə fəaliyyət göstərən aşağıdakı banklardan və qurumlardan əldə etmək olar.
- Premium Bank
- Ziraat Bank
- Xalq Bank
- Yelobank
- Unibank
- Accessbank
- Naxçıvanbank
- Bank BTB
- Rabitəbank
- Bank of Baku
- Yapı Kredi Bank Azərbaycan
- Expresbank
- Paşa Bank
- Kapital Bank
- Azərbaycan Beynəlxalq Bankı
- Azərbaycan Sənaye Bankı
- Bank Avrasiya
- Bank Respublika
- AzərTürk Bank
- Turanbank
American Express Everyday Card
American Express Everyday Card istifadəçilərə xüsusi endirimlərdən və üstünlüklərdən yararlanmaq imkanı təqdim edir. Sözügedən kredit kartını əldə etmək üçün kredit tarixçəsinin yaxşı olması əsas tələblərdəndir.
Xüsusiyyət və üstünlükləri:
- Dünyanın hansı nöqtəsində olmağınızdan asılı olmayaraq, sizə “American Express Selects” proqramı ilə il boyu restoran, otel, avtomobil icarəsi, spa və alış-veriş ödənişlərində ən yaxşı endirim və kampaniyalar təklif olunacaq
- Alış-veriş edərkən və ya səyahətdə olarkən “American Express Everyday Card” kredit kartından rahatlıqla istifadə etməyiniz və əməliyyatlar zamanı qarşılaşa biləcəyiniz bütün problemlərin qısa zamanda həllini tapması üçün dəstək komandası daim xidmətinizdədir
- Sürətlə axıb gedən zamana ayaq uyduran “American Express Everyday Card” kredit kartları sizə vaxtınıza qənaət edərək, daha təhlükəsiz olan təmassız ödəniş etmək imkanı da yaradır
Azərbaycanda American Express Kredit Kartını Necə Əldə Etmək Olar?
Ölkəmizdə Azərbaycan Beynəlxalq Bankı tərəfindən istehlakçılara “American Express Green” kredit kartı təklif olunur. “American Express Green” kartını yalnız bankın filial və şöbələrinə yaxınlaşaraq sifariş edə bilərsiniz. Üç illik kart xidmətinin qiyməti 120 AZN təşkil edir. Müvafiq kart kredit rejimində istifadə edildiyi təqdirdə 45 təqvim gününədək faizsiz kredit xətti ayrıla bilər. Daha ətraflı məlumat üçün isə linkə keçid edə bilərsiniz.
Kredit Kartlarının Üstünlükləri
Müasir dövrdə istifadəsi geniş yayılan maliyyə alətləri arasında kredit kartları liderliyini qoruyur. Bəzi istifadəçilər arasında kredit kartlarından istifadə qorxulu proses kimi görünsə də, əslində düzgün istifadə edildiyi təqdirdə kredit kartları gəliri artırmağa, biznesi böyütməyə və s. kimi hədəflərə çatmaqda aparıcı rol oynayır. Önəmli olan odur ki, gələcək riskləri düzgün şəkildə qiymətləndirib, qarşılına bilənəcək məbləği əldə etməyə çalışmaq lazımdır. Bəzən isə təcili ehtiyac olan xərclərin qarşılanması zamanı kredit kartları ən sürətli həll yoluna çevrilir.
- Kredit kartları həm onlayn, həm də oflayn olaraq rahatlıq vəd edən və geniş şəkildə tətbiq olunan ödəniş üsuludur
- Yüksək məbləğdə nağd pul vəsaitlərini daşımaq ehtiyacını aradan qaldırır
- Kredit kartlarından istifadə sayəsində müxtəlif kəşbeklər, bonuslar və ya səyahətlər üçün millər qazanmaq mümkündür
- Kredit kartlarına əksər obyektlərdə, mərkəzlərdə endirimlər tətbiq olunur
- Bəzi kredit kartlarına səyahət sığortası, hava limanı salonuna giriş, otellərdə, avtomobillərin kirayəsi zamanı endirimlərin tətbiqi daxildir
- Fövqəladə hallarda və ya gözlənilməz xərcləri qarşılamaq üçün kredit kartları alternativ vəsait əldə olunana qədər maliyyə yastığı rolunu oynuyur
- Əksər kredit kartlarında əldə etdiyiniz məbləği geri ödəməyiniz üçün güzəşt müddəti tətbiq edilir
- Ənənəvi və onlayn alış-veriş zamanı yüksək məbləğli ödənişləri birdəfəlik qarşılamaq üçün istifadə olunur
- Kredit kartları ilə ödənişlər zamanı istehlakçının təhlükəsizliyi qorunur
Hansı Kredit Kartını Almalısınız?
Bazarda mövcud olan kredit kartlarının çoxluğu bəzən başgicəlləndirici ola bilir. Çünki, qarşımızda təkliflər və seçimlərin çoxluğu fonunda dəqiq bildiyimiz tək şey ehtiyac olan vəsaitin miqdarıdır. Kredit kartını qısa müddətə əldə etməyə çalışsaq da, sonrakı aqibəti düşünməkdə də fayda var. Elə kart növünü seçmək lazımdır ki, həm bizim maliyyə ehtiyaclarımızı qarşılasın həm də bir qədər faiz ödənişləri az, bonus və endirim qazandırmaq imkanları geniş olsun. Yaxud da güzəşt müddətinin uzun olması da bizim xeyrimizə olar. İlkin olaraq kredit kartını hansı məqsədlə əldə etmək istədiyinizi müəyyənləşdirin. Daha sonra isə bazarda bu istiqamətdə hansı məhsulların təqdim olunduğuna nəzər yetirin. Ümumilikdə, adətən kredit əldə edərkən hərkəsin mütləq bir hədəfi olur. Məsələn, dünya təcrübəsində və ölkəmizdə istehlakçılar daha çox kəşbek qazandıran, səyahət, biznes və s. məqsədli kredit kartlarını əldə etmək üçün müvafiq banklara müraciət edir.
Azərbaycan Banklarında Hansı Kredit Kartları Təklif Olunur?
* AccessQazanc loqosu olan ticarət obyektlərində ödəniş etdikdə, məbləğin müəyyən hissəsini geri qazanırsınız.
** Kart sifariş etdikdən sonra “Miles” kredit xətti ilə bağlı müraciət edə bilərsiniz.
*** Qeyd edək ki, müvafiq məlumatlar adları qeyd olunan bankların rəsmi saytlarından əldə olunaraq, əlavə olunub.
Nəticə
Son olaraq qeyd edək ki, kredit kartları istehlakçılara müxtəlif üstünlüklər qazandıra, həmçinin, əlverişli biznes mühiti yarada bilər. Bunlar isə emitentdən, kartın istifadə şərtlərindən, müştərinin kredit tarixçəsindən və s. kimi amillərdən asılı olaraq dəyişə bilər. Ehtiyac olan kredit kartını əldə etmək üçün bazarda olan təklifləri araşdırmalı, ən münasib və uyğun şərtlərə, yüksək bonuslara, kəşbeklərə və yaxud sizə uyğun xüsusiyyətlərə sahib məhsulu əldə etmək məqsədəuyğundur. Məsələn, əgər sizin təcili pula ehtiyacınız varsa və həmçinin, tez-tez səyahətlər edirsinizsə, millər qazandıran kredit kartını əldə etməyiniz ikiqat qazanclı olacaqdır. Bundan başqa, hədəfləriniz daha böyükdürsə, biznes kredit kartı əldə etmək istəyirsinizsə, ancaq ağlınızda suallar varsa sahə üzrə ekspertə müraciət edərək, məsləhətlərdən yararlana da bilərsiniz. Unutmayın ki, daim təmkinli davranmaq və ən uyğun şərtləri dəyərləndirmək mütləqdir!
Həmçinin oxu – Pula qənaət etmək üçün ən effektiv yollar! -“Forbes”dən tövsiyələr