ÜmumiXəbərlər

Whatsapp-dan pul qazanmaq üçün nə edə bilərsiniz? – 8 Üsul

Whatsapp-dan pul qazanmaq üçün 8 metodu araşdırdıq!

Müəllif – Aida İsaq, budcedostu.az

Günümüzdə “Whatsapp” sadə mesajlaşma proqramı olmaqla yanaşı, istifadəçiləriə pul qazandıran platformaların siyahısında yer alır. Dünyada 3 milyarddan çox istifadəçisi olan “Whatsapp” proqramı sadə istifadəçilər və biznes sahibləri üçün misilsiz imkanlar təqdim edir. Bu o deməkdir ki, asan pul qazanmaq istəyənlər üçün sadəcə mobil telefona bu proqramı yükləmək və ondan düzgün istifadə etmək kifayət edir. İndi isə gəlin, Azərbaycanda “Whatsapp”dan pul qazanmaq üçün hansı yollarımız var onlara nəzər salaq.

Proqramları yüklədərək “Whatsapp”dan pul qazanmaq

Ölkəmizdə bir çox şirkətlər, banklar mobil proqramlarında istifadəçi sayını artırmaq məqsədilə yeni istifadəçilərə pul mükafatları təklif edir. Bu mükafatlar müxtəlif kəşbek formasında da ola bilər ki, bu kəşbeklər vasitəsilə müxtəlif məhsullar, qidalar əldə etmək olar. Məsələn, buraya “Leobank”, “Wolt”, “Trendyol” kimi mobil tətbiqləri misal göstərmək olar. “Leobank”ın yükləmə linkini “Whatsapp”dan dostlarınıza göndərərək pul mükafatı, “Wolt”ın yükləmə linki ilə qidaların alışına endirim balansı, “Trendyol” yükləmə linkini göndərərək isə alacağınız məhsullar üçün müxtəlif endirimlər qazana bilərsiniz. Beləliklə, adları çəkilən, yaxud digər mobil proqramların yükləmə linklərini “WhatsApp” vasitəsilə paylaşmaqla siz dostlarınızı və kontaktınızda yer alan şəxsləri bu xidmətlərə qoşulmağa dəvət edə bilərsiniz. Qarşılığında isə əlavə gəlir əldə etmiş olursunuz. Ancaq diqqət etməli olduğunuz məqam vardır ki, tövsiyə etdiyiniz mobil proqramların real olduğunu kiçik araşdırma apararaq dəqiqləşdirmək faydalıdır. 

Affiliate marketinq ilə Whatsapp-dan pul qazanmaq

Affiliate marketing nədir?

Bu marketinq növü məhsul və ya xidmətlərin onlayn platformalar vasitəsilə təşviqatı fonunda əldə olunacaq gəlirdən komissiya qazanılması prosesidir. Bu prosesdə üç əsas tərəf çıxış edir: Məhsulun və ya xidmətin təchizatçısı (satıcı), marketinq işini aparan şəxs (təbliğatçı) və alıcı (istehlakçı). Burada təbliğatçı qismində çıxış edən şəxs müvafiq məhsulun və ya xidmətin “WhatsApp”da reklamını həyata keçirən şəxsdir.

Ölkəmizdə mobil operator şirkətlərinin (azercell, bakcell, nar), daşınmaz əmlak təmsilçilərinin, dil kursklarının, mağaza və digər şirkətlərin məhsul və xidmətlərini sataraq komissiya qazana bilərsiniz. Bunun üçün müvafiq məhsul və xidmətə dair məlumatları, linkləri öz statusunuz, birbaşa ismarıc qutunuz vasitəsilə paylaşa bilərsiniz. Bir çox hallarda şirkətlər sosial media hesablarında bu formada satışlarını gücləndirəcək vasitəçilər axtarır. Bu cür elanları dəyərləndirmək sizin üçün faydalı olacaqdır. 

“WhatsApp Business”dən pul qazanmaq

Biznesini qurmaq istəyənlər üçün ilkin mərhələdə “WhatsApp Business” hesabı açaraq fəaliyyətə başlamaq olduqca çox faydalıdır. “WhatsApp Business” hesabı yaratmaq müştərilərlə qarşılıqlı əlaqə qurmaq üçün peşəkar profil sahibi olmağa imkan verir. “WhatsApp”ın geniş istifadəçi bazasına malik olması “WhatsApp”dan pul qazanmaq işini asanlaşdırır. Məhsul və ya xidmətləri birbaşa tətbiq vasitəsilə satmaq, sifarişləri idarə etmək və müştərilərə dəstək xidməti göstərmək olduqca asan və sürətlidir. Təklif etdiyiniz məhsul və xidmətləri ümumi kataloq içərisində cəmləşdirərək, profilinizdə kataloq yarada bilərsiniz. İstifadəçilər sizin nömrəyə baxdıqda nömrənin aşağısında həmin kataloqu, yerləşdiyiniz ünvanı, həmçinin digər məlumatları görə bilir. Reklam etmək üçün “WhatsApp”ın yayım siyahılarından istifadə edə bilərsiniz. Burada məhsul qismində isə müxtəlif qidalar, kosmetik vasitələr, kurslar, cihazlar, təmizlik xidməti və s. ola bilər. Yəni gündəlik olaraq insanlara laızm olan məhsullar və xidmətləri təklif edərək pul qazana bilərsiniz.

“WhatsApp Business” marketoloqu olaraq Whatsapp-dan pul qazanmaq

“WhatsApp Business”də kontakt siyahınızı formalaşdıraraq, zaman keçdikcə bu auditoriyanı genişləndirərək, keyfiyyətli auditoriya toplayaraq fərqli məhsul və ximətlərin təbliğatını apara bilərsiniz. Beləliklə “WhatsApp” marketoloqu olaraq siz müştərilərdən reklam mesajlarına görə ödəniş ala, yayım siyahıları yarada və müştərilərlə qarşılıqlı əlaqə qura bilərsiniz. Bunun üçün güclü marketinq strategiyası hazırlamaq, uğur hekayələrinizi nümayiş etdirən bir portfolio yaratmaq və müştərilərə fərdi marketinq həlləri təklif etmək faydalı olacaqdır.

Müxtəlif icma və qruplar yaradaraq Whatsapp-dan pul qazanmaq

Bildiyiniz kimi “Whatsapp”da insanlarla şəxsi ismarıc qutusunda ünsiyyət qurmaq mümkün olduğu kimi, müxtəlif istifadəçilərin yer aldığı icma və qrup yaratmaq da mümkündür. Hansı ki bu qruplarda maarifləndirici, faydalı, yeni, gündəm mövzularına uyğun, insanlar üçün son dərəcə vacib və faydalı olan geniş çeşiddə məlumatları paylaşa, fərqli tədbirlər haqqında məlumat verə, pullu, pulsuz və ya endirimli biletlər təklif edə, həmçinin bir çox məlumatları paylaşa bilərsiniz. Yaxud müəyyən sektorlara dair spesifik qruplar vardır ki, orada həm adi istifadəçilər, həm də ekspertlər yer alır. Burada birgə müzakirələr aparmaq və suallar ünvanlamaq mümkün olur. Bəzən isə sadəcə oyun oynayaraq, kitab müzakirləri və s. edərək xoş ünsiyyət yaratmaq olur. Bu cür qruplar yaradıb, qarşılığında üzvlərdən qrupa qoşulmaq haqqı alaraq pul qazana bilərsiniz. 

Bloq linkləri ilə Whatsapp-dan pul qazanmaq

Bloq saytınız varsa, tək telefonla pul qazanmaq kimi üstünlüyünüz vardır. Belə ki bloq yazılarınıza keçid linklərini “Whatsapp”da statusunuzda, müxtəlif qruplarda, ismarıc qutunuzda insanlarla paylaşaraq saytınızın trafikləri artıra, bunun müqabilində əlavə reklam və digər əməkdaşlıq təklifi ala bilərsiniz. Eyni zamanda bloq sayt sahibləri ilə danışaraq komissiya qarşılığında onların platformalarını, xəbər linklərini də reklam edə bilərsiniz.

Stikerlər və “meem”lər hazırlayaraq Whatsapp-dan pul qazanmaq

Son dövrlərdə stikerlər və “meem”lər istifadəçilər arasında kifayət qədər populyarlaşıb. Buna görə də fərdi, xüsusi, tendensiyalara uyğun stiker və “meem”lər hazırlamaq və satmaqla pul qazana bilərsiniz. Bu stikerləri onlayn platformalar vasitəsilə asanlıqla hazırlamaq mümkündür. Qruplarda müzakirələr zamanı, insanlarla şəxsi söhbət edərkən bu cür stiker və “meem”lərdən istifadə edə, gizlin şəkildə bu bacarığınızı reklam edə, nəhayət diqqət çəkdikdən sonra onlara hazır stiker və “meem”ləri pul qarşılığında təklif edə bilərsiniz.

Yükləmə başına ödəniş (PPD) ilə  Whatsapp-dan pul qazanmaq

“Pay per Download” (PPD) şəbəkələri paylaşdığınız faylın hər yeni istifadəçi tərəfindən yüklənməsi zamanı sizə pul ödəyir. Faylları bu şəbəkələrə yükləyərək və yükləmə linklərini “WhatsApp”da paylaşaraq pul qazana bilərsiniz. Öncədən hər hansısa ödəniş etməyiniz tələb olunmur. Sadəcə olaraq istifadəçilərə dəyərli və aktual olan rəqəmsal məhsullar təklif etməyiniz məqsədəuyğundur. Spam və ya aşağı keyfiyyətli məzmun paylaşmamaq lazımdır. Məhsulunuzu bir kliklə əldə etmək istəyənlər üçün inandırıcı, səmimi və reallığa uyğun şəkildə təbliğ edin.

Hazırda ən çox istifadə olunan PPD şəbəkə siyahısı 2024

“Whatsapp”dan pul qazanmaq təcrübələriWhatsapp-dan pul qazanmaq

“Whatsapp” platforması sadəcə telefonla pul qazanmaq istəyənlər üçün ideal şəbəkələrədn biridir. Ancaq gəlirinizin daimi və artan olması üçün bəzi nüanslara diqqət eytirməyiniz vacibdir:

Sınaqdan keçirdiyiniz məhsul və xidmətləri təklif edin

İzləyiciləriniz arasında inam yaratmaq və ümumilikdə sizə olan güvəni hər zaman qorumaq üçün etibar etdiyiniz, yoxladığınız, istifadə edib təcrübə qazandığınız məhsul və ya xidmətləri paylaşmağa üstünlük verin.

Müntəzəm olaraq paylaşımlar edin

“Whatsapp”ın story bölməsində keyfiyyətli və aktiv saatlarında paylaşımlar etmək faydalıdır. Ancaq çalışın ki, kəmiyyət yox keyfiyyət üstünlük təşkil etsin. Yəni ard-arda sonsuz şəkil-video paylaşmaq əvəzinə, fəaliyyət mövzunuza uyğun insanları narahat etməyəcək sayda paylaşımlar edin. Daha peşəkar görünmək üçün şəkil-video dizayn edən onlayn platformalardan da istifadə edə bilərsiz.

Daimi ünsiyyətdə olun

İstifadəçilərlə daim qarşılıqlı əlaqədə olmaq, maraqlanmaq, fikirlərini soruşmaq, hansı problemlərlə qarşılaşdığını, razı qalıb-qalmadığını və digər məıumatları öyrənmək sizə qarşı xüsusi maraq və inam yaradacaqdır.

Spam göndərməməyə çalışın

İzləyicilərinizin şəxsi ismarıc bölməsinə hörmətlə yanaşın və tez-tez onları reklam mesajları ilə narahat etməməyə çalışın.

Daim analizçi olun

Paylaşımların, linklərin performansını izləmək və strategiyalarınızı tənzimləmək üçün müvafiq alətlərdən istifadə edin.

İzləyiclərə istədiklərini verin

Auditoriyanıza xəbərlərdən tutmuş endirim elanları, əyləncə xarakterli məlumatlara qədər hər zaman onları maraqlandıran mövzularda paylaşımlar etməyə və təkliflər verməyə üstünlük verin.

Müştərilərin fikirlərini paylaşın

“WhatsApp”da pul qazandığınız istiqamət üzrə insanlara göstərdiyiniz xidmət barəsində onların müsbət fikirlərini paylaşmağı unutmayın. Bu digər insanları da sizin xidmətdən yararlanmağa təşviq edəcək. Əgər mənfi dəyərləndirmələr varsa, mütləq şəkildə bunu araşdırın və mümkün qədər aradan qaldırmağa çalışın.

“Whatsapp”dan pul qazanmaq qaydaları

“WhatsApp”dan istifadə edərək pul qazanan şəxslər aşağıdakı qaydalara diqqət yetirməlidir.

Fəaliyyətinizin daimi olması və bloklanmaması üçün “WhatsApp”ın xidmət şərtlərinə uyğun formada tənzimləyin;

Şəxsi məlumatları paylaşmayın və ya onlardan sui-istifadə etməyin;

Ortaq şəkildə həyata keçirdiyiniz xidməti, məhsul satışını, tədbirləri və s. açıq şəkildə istifadəçilərə bildirin və şəffaflığınızı qoruyun;

Göndərdiyiniz mesajların sayına deyil, qarşılıqlı əlaqənizin keyfiyyətinə diqqət yetirin;

Yeni istifadəyə verilən funksiyalardan xəbərdar olmaq və onları tətbiq etmək, həmçinin bu fonda biznes fəaliyyətinizi rəngləndirmək və gəlirlərinizi artırmaq üçün “WhatsApp”da ən son tendensiyaları və yeniləmələri daim izləyin.

Sonluq – Whatsapp-dan pul qazanmaq

Demək olar hər gün internet resurslarında, sosial şəbəkələrdə “Whatsapp”dan pul qazanmaq başlığı ilə sonsuz sayda məqalələr, elanlar, keçid linkləri və digər məlumatlar paylaşılır. Bu cür elanlara qarşı diqqətli olmaq, kibercinayətkarların qurbanına çevrilməmək vacibdir. Əks halda şəxsi məlumatlarınız, bank kartınızdan pullar oğurlana bilər. Odur ki, güvənmədiyiniz, tanımadığınız insanlardan sizə göndərilən linklərə keçid etməyin, şəxsi məlumatlarınızı, sosial media hesablarınızın login və şifrələrini, həmçinin digər məlumatları insanlarla və ya digər saytlarda qeydiyyatlar zamanı paylaşmayın. “Whatsapp”da ikili təsdiqləmə funksiyasını aktivləşdirin. Yuxarıda qeyd olunan üsullardan istifadə edərək “Whatsapp” vasitəsilə evdən pul qazanmaq şansınızı yoxlaya, gəlirlərinizi artıra, gələcək biznesiniz üçün ilkin addımlar ata bilərsiniz. Yaxud biznes sahiblərinin də geniş auditoriyaya sahib bu platformadan düzgün istifadə edərək sürətli və asan şəkildə hədəflərinə çatması mümkündür.

Həmçinin oxu: Azərbaycanda girovsuz faizə pul verən saytlar – 7 sayt

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button