Kartlar

Visa kartları ilə Sea Breeze-də Pulsuz üstünlüklər

Sizində Visa kartlarınız varsa aşağıdakı üstünlüklərdən Sea Breeze istirahət mərkəzi üçün faydalana bilərsiniz.

Parking Area 1

Parklama yerinə görə narahat olmayın! Premium Visa kart sahibləri parklama yerini bron edə bilərlər:

  • Visa Platinum — 2 dəfə;
  • Visa Signature — 4 dəfə;
  • Visa Infinite — 6 dəfə.

Visa Concierge çat-botunda xidməti seçin və eyni günə yer bron etmək üçün cari gün saat 20:00-dək, növbəti günə yer bron etmək üçün cari gün saat 20:00-dan sonra QR-kod yaradın. Premium Visa kart sahibləri üçün ayrılmış 40 yer arasında boş yer mövcud olarsa, xidmət keçərli hesab olunur. 24 saat ərzində yalnız 1 QR-kod əldə etmək mümkündür.

*Aksiyanın təşkilatçısı təklifin şərtlərini, yaxud müddətini əlavə xəbərdarlıq etmədən dəyişdirə bilər.

Beach Club

Visa ilə Beach Club-da premium xidmətdən zövq alın. Beach Club zonasına giriş üçün premium Visa kart sahiblərinə özəl üstünlükdən yararlanın.

Mövcud keçid sayı:

  • Visa Platinum premium kartları ilə – 2;
  • Visa Signature premium kartları ilə – 4;
  • Visa Infinite premium kartları ilə – 6.

Xidmət QR-kod alınan andan 24 saat müddətində, cari gün ərzində keçərlidir. Visa Platinum, Visa Signature və Visa Infinite kart sahibləri üçün ayrılmış 40 yer arasında boş yer mövcud olarsa, xidmət keçərli hesab olunur. Təklif yalnız premium Visa kart sahibləri üçün keçərlidir, kart sahibi özünə ayrılmış QR-kodlar ilə başqa bir qonaq keçirə bilməz.

*Aksiyanın təşkilatçısı təklifin şərtlərini, yaxud müddətini əlavə xəbərdarlıq etmədən dəyişdirə bilər. 

Beach Club

Aperol Spritz və Mojito sevirsiniz? Beach Club-a yollanın və QR-kod ilə bu kokteyllərdən birini hədiyyə alın.

  • Visa Platinum premium kart sahibləri 2 içki əldə edə bilər;
  • Visa Signature premium kart sahibləri – 4;
  • Visa Infinite premium kart sahibləri – 6.

Kokteyl seçimləri – alkoqollu Aperol Spritz və ya alkoqolsuz Mojito. QR-kod ilə gün ərzində sadəcə 1 ədəd kokteyl əldə etmək mümkündür.

İçki hədiyyəsindən cari gündə, QR-kod alınandan etibarən 24 saat ərzində istifadə edin.

*Aksiyanın təşkilatçısı təklifin şərtlərini, yaxud müddətini əlavə xəbərdarlıq etmədən dəyişdirə bilər. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button