ÜmumiBankKreditXəbərlər

Torpaq girovu ilə kredit verən – 11 Bank

Torpaq girovu ilə kredit verən bank haqqında araşdırma!

İnsanlar müxtəlif məqsədlər və hədəflər üçün kredit əldə edir. Buraya kiçik məbləğlərdən tutmuş iri məbləğli kreditlərə qədər bütün məhsullar aiddir. Aşağı büdcələri əhatə edən kreditləri əldə etmək bir o qədər də çətin deyil. Ancaq daha böyük məbləğli kredit götürmək üçün banklar borcalanlardan müxtəlif təminat növləri tələb edə bilir. Bu təminatlardan biri də torpaq girovlu kredit məhsullarıdır. Belə ki, daşınmaz əmlakı girovu ilə iri kreditlər götürmək nisbətən daha asandır. Gəlin, torpaq girovlu kredit götürmək üçün üz tuta biləcəyimiz banklar, torpaq girovlu kredit faizləri, torpaq girovu ilə kredit şərtləri ilə ətraflı tanış olaq.

Accessbank-da torpaq girovu ilə kredit

Accessbank-ın borcalanlara təklif etdiyi kredit məhsullarından biri də “Təminatlı kredit”dir. Burada müştəri təminat qismində öz adına və ya birinci dərəcəli qohumunun adına olan daşınmaz əmlakını girov qoya bilər. 

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Accessbank-da təminatlı kredit 10.000-70.000 AZN12-59 ayİllik 18%-dən başlayır.

Qeyd edək ki, kredit məbləği girov olaraq qoyulan torpaq sahəsinin bazar dəyərinin 65%-ni ötməmək şərti ilə, təyin edilir. Burada kredit məbləğinə, həmçinin faizlər də aid edilir.

AFB Bank-da torpaq girovlu kredit

Hazırda AFB Bank-da daşınmaz əmlak girovu ilə kredit məhsulu mövcud deyil.

Azərbaycan Beynəlxalq Bankı-nda torpaq girovu ile kredit

Hazırda torpaq girovu ilə kredit ABB-də mövcud deyil.

Azərbaycan Sənaye Bankı (ASB)-nda torpaq girovu ilə kredit

Azərbaycan Sənaye Bankı-nın “Girovlu ehtiyac krediti” məhsulu daşınmaz əmlak sahibləri üçün kredit götürmək imkanı yaradır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Girovlu ehtiyac krediti

Rəsmi gəlirə dair sənəd tələb olunur.
75.000 AZN-dək48 ay13-17%

Torpaq girovu ilə krediti ASB-də vergilər çıxılmaqla minimum ümumi aylıq gəlir 500 AZN olduqda əldə etmək olar. Borcalanın 18-65 yaş aralığında olması və minimum iş stajının 6 ay olması tələb edilir.

Azər Türk Bank (ATB)-da torpaq girovu ile kredit

Hazırda torpaq girovu ilə kredit ATB-də mövcud deyil.

Bank Avrasiya-da torpaq girovlu kredit

Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan vətəndaşlar Bank Avrasiyada daşınmaz əmlak girovu ilə kredit götürə bilər.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak təminatlı krediti 

Rəsmi gəlirə dair sənəd tələb olunur.
5.000-100.000 AZN12-59 ayİllik 12%-dən başlayır.

Bank of Baku-da torpaq girovu ilə kredit

Bank of Baku borcalanlara daşınmaz əmlak girovu ilə kredit götürmək üçün iki kredit məhsulunu təklif edir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Təminatlı istehlak krediti

Rəsmi gəlir tələb olunur.
3.000-70.000 AZN3-59 ayMinimum 14%-dən başlayır.
Daşınmaz əmlak krediti

Rəsmi gəlirə dair sənəd tələb olunur.
500-100.000 AZN3-59 ayMinimum 15%-dən başlayır.

Bank BTB-də torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit Bank BTB-də fərdi sahibkarlar və hüquqi şəxslər üçün nəzərdə tutulub. Müştərinin cari iş yeri üzrə stajı minimum 12 ay olmalıdır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Mikro kredit

Rəsmi gəlirə dair sənəd tələb olunur.
500-50.000 AZN1-48 ayAZN – 18-26% 
USD – 12-16%

Bank Respublika-da torpaq girovu ilə kredit

Bnak Respublika iri məbləğli kredit götürmək üçün borcalanlara daşınmaz əmlak kredit məhsulunu təqdim edir. Borcalanın öz adına olan torpaq sahəsini girov olaraq qoya bilər. Bank Respublika-da torpaq girovu ilə kredit zaminsizdir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak krediti

Rəsmi gəlirə dair sənəd tələb olunur.
50 000 AZN-dək
(əmlakın dəyərinin maksimum 70%-i)
36 aya qədərİllik 23%-dən başlayır.

Premium Bank-da torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit Premium Bank-da mövcud deyil.

Bank VTB Azərbaycan-da torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit Bank VTB Azərbaycan-da mövcud deyil.

Expressbank-da torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit Expressbank-da mövcud deyil.

Kapital Bank-da torpaq girovu ilə kredit

Hazırda torpaq girovu ile kredit Kapital Bank-da mövcud deyil.

Bank Melli İran Bakı-da torpaq girovu ilə kredit

Bank Melli İran Bakı-da torpaq grovlu kredit Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yerləşən daşınmaz əmlaklara şamil edilir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlakın girovu ilə kredit100000 ABŞ dollarının manat ekvivalentinədək.60 aya qədərİllik 12%-dən başlayır.

Yelo Bank-da torpaq girovu ilə kredit

Yelo Bank-da daşınmaz əmlak girovlu kredit məhsulu mövcuddur. Torpaq girovu borcalanın və yaxud birinci dərəcəli qohumlarının adında olmalıdır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak girovu krediti

Rəsmi gəlirə dair sənəd tələb olunur.
5.000-100.000 AZN12-54 ayİllik 14%-dən başlayır.

Paşa Bank-da torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit Paşa Bank-da mövcud deyil.

Rabitəbank-da torpaq girovu ilə kredit

Böyük məbləğlərdə kredit götürmək üçün Rabitəbank müştərilərə daşınmaz əmlak girovlu kredit məhsulunu təklif edir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak girovu krediti

Rəsmi gəlirə dair sənəd tələb olunur.
200.000 AZN3-48 ay3-12 ay müddətinədək 18% 
13-24 ay müddətinədək 19% 
25-48 ay müddətinədək 20%

TuranBank-da torpaq girovu ilə kredit

TuranBank borcalanlara torpaq girovlu kredit götürmək üçün imkan yaradır. Kənd təsərrüfatı təyinatlı torpaqların və tikililərin təminat qismində girova  təqdim edilməsinə icazə verilmir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak girovu krediti

Rəsmi gəlirə dair sənəd tələb olunur.
5.000-100.000 AZN12-59 ay14%-20%

Unibank-da torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit Unibank-da mövcud deyil.

Xalqbank-da torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit XalqBank-da mövcud deyil.

Yapı Kredi Bank Azərbaycan-da torpaq girovu ilə kredit

Yapı Kredi Bank Azərbaycan-da daşınmaz əmlak girovlu kredit götürmək imkanı mövcuddur. 

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Daşınmaz əmlak krediti15.000 AZN-dən başlayır.24-120 ay12.2%- max. 22.2%

Ziraat Bank Azərbaycan-da torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit Ziraat Bank Azərbaycan-da mövcud deyil.

torpaq girovu ilə kredit

Torpaq girovu ile kredit goturmeyin faydalari

Torpaq sahənizi girov qoyaraq əldə edəcəyiniz kredit məhsulunun bir çox üstünlükləri vardır.

  • Daha yüksək məbləğdə kredit əldə etmək imkanı
  • Uzunmüddətli ödəniş şərtləri
  • Daha aşağı faiz dərəcələri
  • Girov kimi göstərilən əmlakın dəyəri ilə əlaqədar daha əlverişli şərtlər
  • Krediti təmin etmək üçün əlavə zəmanət tələb olunmaması
  • Kredit təşkilatları tərəfindən daha sürətli təsdiq prosesi və s.

Torpaq girovu ile kredit götürmək kredit tarixçənizi yaxşılaşdırmaqdan tutmuş maliyyə xərclərinizi qarşılamağa, biznes planlarınızı həyata keçirməyə qədər bir çox işlərinizi gerçəkləşdirməyə münbit şərait yaradır. Yuxarıda adı qeyd olunan məlumatlarda bankların rəsmi veb saylarından əldə olunan cari şərtləri qeyd olunmuşdur. Ən son məlumatları “Google”da “torpaq girovu ilə kredit 2024” və ya “torpaq girovu ilə kredit 2025” yazaraq izləyə bilərsiniz. Eyni zamanda, bankların rəsmi saytlarında və sosial media kanallarında elan etdiyi kampaniyaları və güzəştli kredit şərtlərini izləyərək yararlana bilərsiniz.

Həmçinin oxu: İşsizlərə kredit verən banklar – 17 Bank

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button