Telefonla pul qazanmaq üçün hansı üsullar var?
Telefonla pul qazanmaq haqqında araşdırma!
Smartfonların kəşfindən sonra həyatımızda bir çox şeylər dəyişdi. Həyat tərzimiz, asudə zamanlarımız, alış-veriş qərarlarımız, səyahət planlarımız, hətta bütün həyatımız dəyişdi deyə bilərik. Müsbət dəyişikliklər isə daha çoxdur. İndi işlərimizi və planlarımızı daha asan və sürətli həyata keçirə bilirik. Ən önəmlisi isə mobil telefonlarla hazırda pul qazanmaq mümkündür. Sıravi insanlardan tutmuş biznes sahiblərinə qədər hər kəs mobil telefonların sayəsində gəlir qazana, həmçinin gəlirlərini idarə edə bilərlər. Bu dəfəki məqaləmizdə sizin üçün Azərbaycanda telefon ilə pul qazanmaq üsullarından danışacağıq.
Məqalənin içindəkilər!
m10-da telefonla pul qazanmaq
“m10” mobil tətbiqi mağazalarda və restoranlarda alış-veriş zamanı, kommunal ödənişlər və pul köçürmələri zamanı istifadə edə biləcəyiniz mobil tətbiqdir. Həmçinin burada nağdlaşdırma və köçürmələr komissiyasızdır. Edəcəyiniz hər ödənişə görə keşbek qazanmaq fürsətiniz var. Tətbiq daxilində “lim10”lar qazanaraq onları da pula çevirə bilərsiniz. Bir növ tətbiqdən istifadə zamanı pul xərcləyərək pul qazanmaq mümkündür.
Bankların mobil tətbiqi ilə telefonla pul qazanmaq
Bildiyiniz kimi ölkəmizdə bank kartları ilə ödənişlər zamanı, balansda olan qalığa görə və ya digər istiqamətlərdə əlavə bonuslar, keşbeklər qazanmaq mümkündür. Bəzi banklarda həmin bonus və kəşbeklər avtomatik olaraq bank kartı hesabına köçürülür. Bəzi banklarda isə mobil tətbiq daxilində ayrıca balans şəklində göstərilir ki, onu da istifadə etdiyiniz bank kartına köçürmək mümkündür. Hər bankda kəşbek qazanmaq üçün faizlər alış-veriş məkanlarına, növlərinə və digər nüanslara görə dəyişir.
Üstəlik hazırda bir çox banklarda NFC ödənişləri ilə də əlavə kəşbek və ya bonus qazanmaq mümkündür. Bir məqamı nəzərinizə çatdıraq ki, bank kartlarında keşbekler adətən kateqoriyalar (mağaza, restoran, idman zalı və s.) üzrə hesablanır. Buna görə də bank kartlarınız olan bankların mobil tətbiqlərini yükləyərək keşbek hissədən hər ay minimum 3 kateqoriya seçməklə ödəniş edərək pul qazana bilərsiniz.
Həmçinin oxu: Azerbaycanda kesbek veren banklar: Keşbek verən kartlar hansılardır?
Mağazaların mobil tətbiqlərində telefonla pul qazanmaq
Ölkəmizdə fəaliyyət göstərən bəzi mağazaların bonus kartları mövcuddur. Alış-veriş zamanı həmin kartları kassaya təqdim edərkən aldığınız məhsullara görə əlavə bonus qazanmış olursunuz. Eyni zamanda, mağazadan onlayn sifariş edərkən də bonuslar hesablanır. Həmin bonuslar isə pul şəklində hesabınızda yığılır. İstədiyiniz zaman yenidən məhsulların alışında bonus hesabınızdan xərcləyə bilirsiniz. Həmin kartları plastik şəkildə əldə etməklə yanaşı, mağazaların mobil tətbiqlərini yükləyərək oradan da əldə edə bilərsiniz. Bu mağazalara “Bravo”, “Rahatmarket”, “Araz”, “Bazarstore”, “Grandmart”, “Oba Market”, “OMİD” və s. aiddir.
Onlayn mağazalardan telefonla pul qazanmaq
Bildiyiniz kimi ölkəmizdə və dünyada məşhur markalar onlayn satışlara xüsusi diqqətlə yanaşırlar. Vaxta və xərclərə qənaət edərək bu formada alış-veriş etmək həm satıcılara, həm alıcılara fayda toxundurur. Hamının hər iki tərəfdən çıxış edərək online pul qazanmaq fürsəti var. İlk olaraq qeyd edək ki, “Trendyol”, “Amazon”, “Aliexpress” kimi platformalarda müxtəlif məhsulların satışını həyata keçirə bilərsiniz. Buraya öz əşyalarınızdan tutmuş başqa markaların məhsullarına qədər hərşey satmaq daxildir. (öz əl işlərinizi, hazırladığınız qida vasitələrini və s. ) Bu məhsul satmaqla pul qazanmaq metodurur. Bundan başqa, alış-veriş etdiyiniz zaman əlavə bonuslar qazanmaq imkanınız var.
Məsələn, “Trendyol”dan pul qazanmaq üçün istifadəçilər aldıqları məhsullarla bağlı fikirlərini, məhsulun şəklini həmin məhsulun rəy hissəsinə əlavə etməklə bonuslar qazanır. Eyni zamanda, məhsulların linkini dostlarla paylaşdıqda, müxtəlif məhsullardan ibarət kolleksiyalar yaradıb, satışların həyata keçməsinə nail olmaqla da bonuslar qazana bilərsiniz. Bu bonuslar isə pul şəklində hesabınızda toplanır. Daha sonra almaq istədiyiniz məhsulların ödənişlərini bonus şəklində həyata keçirə biləcəksiniz. Alış-veriş edərək pul qazanmaq üçün saytlar:
Mobil tətbiqlərdən telefonla pul qazanmaq
Azerbaycanda pul qazandiran tetbiqler
Aşağıdakı mobil tətbiqlər müxtəlif mağaza və istirahət məkanlarında alış-veriş edərkən əlavə keşbek qazanmağınız üçündür. Həmçinin bir çoxlarında ünvana çatdırılma xidməti də aktivdir. Beləliklə, gəlin, mobil tetbiq yükleyerek pul qazanmaq imkanlarını kəşf edək:
Umico – Geniş çeşiddə məhsulları onlayn sifariş edərək “Umico” məntəqələrindən götürə, yaxud ünvana çatdırılma xidmətindən yararlana bilərsiniz. Taksit və kredit kartları ilə ödəniş imkanı da mövcuddur.
Coffein – Bu tətbiq vasitəsilə şəhərin bir çox restoranlarından məhsul alarkən keşbeklər qazanmaq mümkündür. Eyni zamanda, mobil tətbiqdə balansı artırarkən də keşbek qazanmaq olar. İstifadəçilər abunəlik xidmətindən yararlanaraq limitsiz kofe almaq fürsəti də əldə edə bilər..
Payonix – Əhalimizə müxtəlif restoranlardan sifariş edərkən yüksək faizli keşbek qazandırır. Həmçinin QR kodla ödənişlər zamanı da keşbek qazanmaq mümkündür.
aptekonline.az – Həm onlayn formada, həm də “aptekonline” partnyor şəbəkəsinə daxil apteklərdən ənənəvi alış-veriş zamanı keşbeklər qazanmaq mümkündür. Bundan başqa, mütəmadi olaraq hər ay lotereyalar keçirilir və qaliblərə dəyərli hədiyyələr tətbiq olunur.
Ozio.az – “Ozio Plus” keşbek kartı istifadəçilərə yüzlərlə partnyor şəbəkəsindən alış-veriş edərkən keşbek qazanmaq imkanı yaradır. Bundan əlavə hər ay bir-birindən fərqli və sərfəli keşbek aksiyaları keçirilir.
Whitecard – Restoranlardan tutmuş klinikalara, gözəllik salonlarına qədər geniş çeşidli məkanlarda xidmətlərdən və məhsuldan yararlanaraq əlavə keşbekler qazanmaq mümkündür. Üstəlik əhatəliliyi artırmaq üçün hazırda “Whitecard”la partnyor olmaq ödənişsizdir.
McDonald’s – Dünyaca məşhur fastfud şəbəkəsi “McDonald’s”ın mobil tətbiqini yükləyərək bonuslar qazana bilərsiniz ki, bu bonuslarla sonra ödənişsiz şəkildə hədiyyələr, qida və içki almaq mümkündür.
Qeyd edək ki, bu tətbiqlərdə qazandığınız bonuslar, keşbeklər nağd pul şəklində əldə etmək mümkün olmasa da, qarşılığında məhsul və xidmətləri balansınıza uyğun şəkildə ala bilərsiniz. Bu bir növ pul xərcləyərək pul qazanmaq, daha sonra isə qazandığın pulu yenidən xərcləmək kimidir.
edvgerial.az-dan telefonla pul qazanmaq
Ölkəmizdə müxtəlif məhsul və xidmət satışı mərkəzlərinin, obyektlərinin hər birindən ödənişlər etdikdən sonra müştərilərə qəbz təqdim olunur. Həmin qəbzdə məhsulun ƏDV-ni geri almaq üçün QR kod və ya fiskal kod yer alır. Həmin kodu oxudaraq və ya fiskal kodu əl ilə daxil edərək ƏDV çeki ilə pul qazanmaq mümkündür. Bunun üçün ilk olaraq edvgerial.az saytından qeydiyyatdan keçmək lazımdır. Hazırda “Kapital Bank”da, “Beynəlxalq Bank”da, “Bank of Baku”da və digər bir çox banklarda ƏDV qəbzini oxutmaq funksiyası aktivdir. ƏDV məbləği balansınıza köçdükdə avtomatik olaraq onu bank kartınıza köçürərək həm onlayn formada istifadə edə, həmçinin nağdlaşdıra bilərsiniz.
Səhm alaraq telefonla pul qazanmaq
Ölkəmizdə fəaliyyət növündən asılı olmayaraq bir çox yerli və xarici şirkətlərin səhmlərini almaq mümkündür. Səhm alaraq asan pul qazanmaq üçün mütləq şəkildə araşdırmalar aparmaq, bazarı araşdırmaq və dəyərləndirmək, gələcək riskləri qiymətləndirmək vacibdir.
Azerbaycanda sehm alaraq pul qazanmaq üçün mənbələr:
- Unicapital investisiya şirkəti ASC
- PAŞA Kapital investisiya şirkəti QSC
- INVEST-AZ investisiya şirkəti QSC
- PSG-Kapital investisiya şirkəti ASC
- “CFI Financial İnvestisiya Şirkəti” QSC
- Xalq Kapital investisiya şirkəti QSC
- Assist Finance İnvestisiya şirkəti ASC
- ABB-İnvest investisiya şirkəti QSC
- MFX Trading İnvestisiya Şirkəti ASC
- CPM-İnvest İnvestisiya Şirkəti ASC
- Capital Partners İnvestisiya Şirkəti QSC
- Troni İnvestisiya Şirkəti QSC
Sosial şəbəkələrdən telefonla pul qazanmaq
Hər birimiz fərqli ixtisaslarda və iş yerlərində çalışırıq. Yaxud kiçik, orta və ya iri sahibkar ola bilərik. Fəaliyyət növündən və yerindən asılı olmayaraq hər kəs telefon ile pul qazanmaq imkanlarına sahibdir. Bu zaman isə sosial şəbəkələr köməyə çatır. Buraya Instagram, Facebook, Linkedin, Tiktok, Youtube, Reddit və digər platformalar aid edə bilərik. Karyera istiqamətinizə və ya sahibkarlıq növünə uyğun olaraq sosial media hesabları açmaqla, bu şəbəkələrdə trendləri izləməklə asanlıqla gəlir qazana bilərsiniz. Yaxud yeni trendləri elə özünüzün də yaratmaq imkanınız genişdir.
Məsələn, 2024-cü ilin yeni il trendlərindən nümunə çəkək. Belə bir hədiyyə forması viral olub ki, ayın bütün günlərinin qeyd olunduğu təqvim qutuları var və qutuda ayın hər günü üçün hədiyyə hissəsi var.
Burada biznes sahibləri bu ideyanı “Sevdiklərinizi ilin hər günü sevin”, “Sevdiklərinizə hər gün hədiyyə edin” və digər şüarlarla təqdim edir. Bu və oxşar formalarda, yaxud tamamilə fərqli konsepsiyanı seçərək sosial şəbəkələr vasitəsilə gəlirinizi artırmağınız mümkündür.
Sosial media hesabları açaraq pul qazanmağınız üçün faydalı ola biləcək saytlar:
- Hootsuite – Sosial media marketinq və idarəetmə platforması
- Buffer – Marketinq alətləri təqdim edən platforma
- Canva – Dizaynlar hazırlamaq üçün platforma
- Mailchimp – E-poçt marketinqi kampaniyaları yaratmaq və izləmək üçün platforma
- Grammarly – Yazılı mətnlərdə qrammatik və üslub səhvlərini yoxlamaq üçün platforma
- ChatGPT – Sadə, sürətli məzmun yaradılması və ideyalar üçün platforma
- Figma – UX/UI dizaynı üçün platforma
- AnswerThePublic – İstifadəçilərin suallarına əsaslanan məzmun ideyaları yaratmaq üçün platforma
Sonluq
Müasir dövrün yazılmayan qanunlarından biri də telefon ilə pul qazanmaq tendensiyasına uyğunlaşmaqdır. Zaman keçdikcə istifadə etdiyimiz məhsul və xidmətlər bahalaşır. Hazırda həm yüksək əməkhaqqı almaq, biznes sahibi olmaq, əlavə gəlirlər qazanmaq üçün də telefondan gəlirlərini idarə etmək mütləqdir. Bu istiqamətdə uğurlu olmaq üçün isə kreativlik, davamlı araşdırmaq, düzgün alətlərdən istifadə, vaxtı səmərəli idarə etmək və planlaşdırma işləri aparmaq önəm daşıyır. Telefonunuz artıq yalnız ünsiyyət vasitəsi deyil. Həm də bu günümüzü və gələcəyinizi formalaşdıran güclü maliyyə alətdir. Zamanın tələblərinə uyğunlaşaraq daha çox qazanın!
Müəllif: Aida İsaq, budcedostu.az
afetnifteliyeva@gmailncom