BankKartlarKreditÜmumiXəbərlər

Tək şəxsiyyət vəsiqəsi ilə kredit pul verən banklar hansılardır? -17 Bank

Tək şəxsiyyət vəsiqəsi ilə kredit pul götürmək üçün bankların siyahısı!

Müəllif: Aida İsaq, budcedostu.az

Ölkəmizdə banklar borcalanlara tək şəxsiyyət vəsiqəsini təqdim edərək müxtəlif kredit məhsullarından yararlanmaq imkanı yaradır. Təhsil almağa hazırlaşanlardan tutmuş, evini təmir edən, yeni avtomobil almaq istəyən, biznesə başlayanlar və ehtiyacı olan digər hərkəs bu kreditlərdən yararlanaraq hədəflərinə ən qısa zamanda çata bilərlər. Bankların əksəriyyətində onlayn kredit sifariş vermək xidməti mövcuddur. Bu dəfəki məqaləmizdə tək şəxsiyyət vəsiqəsi ilə kredit pul götürmək mümkün olan bankları, onların şərtlərini, faiz dərəcələrini və  s. araşdırdıq. Qeyd edək ki, bir çox banklarda tək şəxsiyyət vəsiqəsi ilə nağd kredit əldə etmək üçün rəsmi gəlir mənbəyini təsdiqləmək tələb olunur. Gəlin, daha ətraflı tanış olaq.

“AccessBank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Nağd və əmanət əsasında kredit

Borcalanlar şəxsiyyət vəsiqəsi ilə kredit sifarişi üçün “AccessBank”a müraciət edə bilər. Bu cür müraciət sadə kredit növlərinə aid edilir. Həmçinin əmanət əsasında kredit əldə etmək istəyən müştərilər də sadəcə şəxsiyyət vəsiqəsi ilə banka müraciət edə bilər. Kreditin illik faiz dərəcəsi iş yeriniz və stajınız, kredit tarixçəniz, bankın daxili prosedurları və digər göstəricilərə əsasən dəyişə bilər. 

Lombard krediti

Rəsmi iş yeri olmadıqda müştərilərə qızıl girovu ilə lombard krediti də təklif olunur. Cari şərtlərə əsasən müştərilər 36 ayadək maksimum 50 000 manat məbləğində aylıq 1,5% faiz dərəcəsindən başlayaraq kredit götürə bilər.

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.

“AFB Bank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

“AFB Bank” borcalanlara sadəcə şəxsiyyət vəsiqəsini təqdim edərək əmanət əsasında və cari hesab balansına uyğun zaminsiz kredit götürmək imkanı yaradır. Beləliklə, fiziki və hüquqi şəxslər əmanət hesabındakı vəsaitlərini girov qoyaraq əlavə komissiyasız kredit əldə edə bilər. Kredit məbləği müvafiq vəsaitin 90%-nə qədər məbləği əhatələyir. Faiz dərəcəsi 8% təşkil edir. Cari hesaba görə kredit isə 5%-dən başlayan faiz dərəcəsi ilə müştərilərə təqdim olunur. Müştərilər müraciətləri üzrə kredit vəsaitlərini ödəniş kartı vasitəsilə də əldə edə bilər. 

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.

“Azərbaycan Beynəlxalq Bankı”nda tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Azərbaycan Beynəlxalq Bankı tək şəxsiyyət vəsiqəsi ilə müştərilərə zaminsiz kredit almaq imkanı yaradır. Kredit sifarişi üçün müştərilər mobil tətbiq və sayt üzərindən müraciət edə bilər. Bunun üçün şəxsiyyət vəsiqəsi üzrə məlumatları sistemə daxil edib müraciəti tamamlamaq kifayətdir. Kredit məbləğini istənilən ABB kartına köçürə, Bakı və Abşeron ərazisində kuryerlə pulsuz təhvil ala, yaxud istənilən ABB filialından əldə edə bilərsiniz. İllik faiz dərəcəsi 10,9%-dən başlayır. 

Kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Azər Türk Bank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

“Azər Türk Bank”da əmanət hesabınız varsa tək şəxsiyyət vəsiqəsi ilə kredit sifarişi edə bilərsiniz. Əmanət hesabının 90%-nə qədər kredit götürmək mümkündür. Faiz dərəcəsi +3% olmaqla əmanət məbləği üzrə dəyişir. Kiçik bir nüans vardır ki, borcalan şəxsiyyət vəsiqəsi ilə yanaşı, əmanət müqaviləsi və həyat yoldaşının razılıq ərizəsini təqdim etməlidir. Kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Bank Avrasiya”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

“Bank Avrasiya”da sadəcə şəxsiyyət vəsiqəsi ilə kredit əldə etməyin bir neçə yolu vardır.

Tək şəxsiyyət vəsiqəsi ilə nağd kredit

Müştərilər “Bank Avrasiya”dan illik faiz dərəcəsi 12%-dən başlayaraq nağd kredit sifarişi edə bilər. Şəxsiyyət vəsiqəsi ilə yanaşı, gəlirlərə dair arayış təqdim edərək krediti rəsmiləşdirmək mümkündür. 

Nağd kredit kalkulyatoru, kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Qızıl təminatlı kredit

“Bank Avrasiya” borcalanlara tək şəxsiyyət vəsiqəsi ilə qızıl təminatlı kredit pul əldə etmək imkanı yaradır. Müştərilər qızıl girovu təqdim etməklə illik 19%-dən başlayaraq nağd pul krediti imkanından yararlana bilər. 

Qızıl təminatlı kredit kalkulyatoru, kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Əmanət təminatlı kredit

Müştərilər “Bank Avrasiya”da yerləşdirdikləri əmanət əsasında əmanət müddətinin sonunadək kredit əldə edə bilər. Şəxsiyyət vəsiqəsi ilə yanaşı, gəlirlərə dair arayış təqdim edərək krediti rəsmiləşdirmək mümkündür. 

Əmanət təminatlı kredit kalkulyatoru, kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Bank of Baku”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Nağd kredit

Dövlət və özəl müəssisə əməkdaşları, təqaüdçülər “Bank of Baku”dan şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər (maaş kartı hesabından çıxarış, elektron arayış) təqdim edərək nağd kredit əldə bilər. Müştərilərə iş yerindən əmək haqqı məbləğindən, borclanma limitindən asılı olaraq 50000 AZN-dək zaminsiz kredit əldə etmək imkanı yaradılır. İllik faiz dərəcəsi minimum 10,9%-dən başlayır. Kredit kalkulyatoru, kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Lombard krediti

Bank müştərilərə lombart krediti sifarişi təklif edir ki, borcalanlar mimimum 24% faiz dərəcəsi ilə kredit pul əldə edə bilər. Daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Bank BTB”də tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Lombard krediti

“Bank BTB”də tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz kredit pul əldə etmək üçün lombard krediti üzrə sifariş ünvanlamaq mümkündür. Bu kredit məhsulu qızıl zinət əşyalarının təminatı ilə illik 18%-dən başlayaraq təklif olunur. Kreditin illik faiz dərəcəsi kredit komitəsinin qərarına əsasən cari faiz dərəcəsindən fərqli müəyyən edilə bilər. 

Nağd istehlak krediti

Həmçinin “Bank BTB”də illik 18%-dən başlayaraq nağd istehlak kreditini əldə etmək mümkündür. Kredit kalkulyatoru, kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Bank Respublikada”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Nağd istehlak krediti

“Bank Respublika”da zaminsiz kredit əldə etmək üçün nağd istehlak krediti məhsulu mövcuddur. Faiz dərəcəsi 10%-dən başlayır. 

Lombard krediti

“Bank Respublika”da zaminsiz, qızıl zinət əşyaları təminatı əsasında tək şəxsiyyət vəsiqəsi ilə 18% faiz dərəcəsi ilə lombard kreditindən yararlanmaq mümkündür.

Əmanət təminatı ilə kredit

Bundan başqa, müştərilər əmanət təminatı ilə kredit əldə edə bilər ki, müştərilər depozit məbləğinin 70%-na qədər kedit əldə edə bilər. Təminat olaraq isə eyni valyutada olan depozit qəbul olunur. İllik faiz dərəcəsi manat valyutalı depozitlər üçün 5%, dollar valyutalı əmanətlər üçün isə 3% təşkil edir. Girova qoyulan əmanət “Bank Respublika”nın istənilən filialında yerləşdirilə bilər. Kredit kalkulyatoru, kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Bank VTB Azərbaycan”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Nağd pul krediti

“Bank VTB Azərbaycan”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul götürmək üçün müştərilərə zaminsiz və komissiyasız nağd pul krediti təqdim edilir. İllik faiz dərəcəsi 10.49%-dən başlayır. İstədiyiniz məbləğ üzrə aylıq ödənişi kredit kalkulyatorunda asanlıqla hesablamaq olar.

Qızıl girovu ilə lombard krediti

Bundan başqa, bankda qızıl girovu ilə lombard krediti əldə etmək olar. İllik faiz dərəcəsi 18% təşkil edir. kredit kalkulyatoru, kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Expressbank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Nağd istehlak krediti

“Expressbank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul əldə etmək üçün nağd istehlak kreditindən yararlanmaq olar. Bu krediti təminatsız şəkildə və ev təminatı ilə sifariş etmək mümkündür. Hər iki halda illik faiz dərəcəsi 12%-dən başlayır. Təminatsız kredit üzrə sığorta tələbi yoxdur.

Qızıl girovlu kredit 

“Expressbank” müştərilərə tək şəxsiyyət vəsiqəsi ilə qızıl girovlu kredit götürmək imkanı yaradır. Kreditin ümumi məbləği (əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri) girovun dəyərinin maksimum 70% hissəsini təşkil edə bilər. İllik faiz dərəcəsi 21.6%-dən başlayır.

Depozit təminatlı istehlak krediti

Borcalanlar depozit təminatlı istehlak kreditini də sifariş edə bilər ki, bankda olan depozitləri əsasında sərfəli şərtlərlə kredit götürmək mümkündür. İllik faiz dərəcəsi depozit faizi + 3% təşkil edir.

“Kapital bank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Əmanət təminatlı kredit

“Kapital Bank” rəsmi iş yeri olmadan kreditə pul götürmək istəyənlər üçün Əmanət təminatlı kredit krediti məhsulunu təklif edir. Bankda depozit hesabı olan şəxslər bu kreditdən yararlana bilər. Əmanət məbləğinin maksimum 80%-i həcmində kredit götürmək mümkündür. İllik faiz dərəcəsi manat əmanətləri üzrə 5%-dən; dollar və avro əmanətləri üzrə 4%-dən başlayır.

Nağd kredit

“Kapital Bank” və ya digər bankdan rəsmi gəliri olan şəxslər nağd kredit məhsulundan yararlana bilər. İllik faiz dərəcəsi 10.9%-dən başlayır. Xüsusi hallarda zamin tələb edilə bilər. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçü müştərilər üzrə staj tələbi mövcud deyil.

Hər iki kredit məhsulu üzrə kredit kalkulyatoru, kredit məbləği, müddəti və digər məlumatlarla daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

“Yelo Bank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

“Yelo Bank” xərclərini idarə etməyə çətinlik çəkənlər üçün sadəcə şəxsiyyət vəsiqəsini təqdim edərək kredit götürmək imkanları yaradır. 

İstehlak krediti

İstehlak kreditini “Yelo Bank” filialına yaxınlaşaraq və ya onlayn sifariş verə bilərsiniz. Bu kredit üzrə faktiki illik faiz dərəcəsi 14% təşkil edir. İstehlak kreditinin faizləri kreditin müddətinə görə dəyişir. Kredit götürən təkrar müştəri olduqda istehlak kreditinin faizlərinə endirim edilir.

Əmanət təminatlı kredit

“Yelo bank”da tək şəxsiyyət vəsiqəsi ilə əmanət təminatlı kreditdən yararlanmaq mümkündür. Faktiki illik faiz dərəcəsi 4%-dən başlayır. 

“Rabitəbank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

“Rabitəbank”da şəxsiyyət vəsiqəsini təqdim edərək, bir çox kredit məhsullarından yararlanmaq olar.

Onlayn nagd pul krediti

Təcili kredit götürmək və ya xərclərini qarşılamaq istəyənlər üçün “Rabitəbank”da sadəcə şəxsiyyət vəsiqəsi ilə kredit imkanları vardır. Onlayn müraciət etmək ümmkündür. Faiz dərəcəsi 10.5%-dən başlayır. Kredit kalkulyatoru vasitəsilə öncədən kredit məlumatlarını əldə etməyiniz mümkündür.

İstehlak krediti

“Rabitəbank”da illik cəmi 10.5%-dən başlayan sərfəli şərtlərlə istehlak krediti əldə etmək mümkündür.

Lombard krediti

“Rabitəbank” müştərilərə təcili pul krediti əldə etmək üçün zinət əşyalarını girov qoymaqla nağd pul krediti təklif edir. Faktiki illik faiz dərəcəsi 29.99%-dən başlayır. Təkrar müştərilər üzrə 1% endirim tətbiq olunur.

Əmanət təminatlı nağd pul krediti

“Rabitəbank”da əmanət hesabı olan hər bir şəxs 18% faiz dərəcəsindən başlayaraq nağd pul krediti əldə edə bilər. Kredit müddəti 36 aydan yuxarı olduqda kreditin məbləği təminatın 85%-dən çox olmamalıdır Əmanət xarici valyutada, kredit milli valyutada olduqda kreditin məbləği təminatın 70%-dən çox olmamalıdır.

“TuranBank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

“Turanbank” müştərilər üçün şəxsiyyət vəsiqəsini təqdim edərək lombard kreditindən yararlanmaq imkanı təklif edir. Adından da bəlli olduğu kimi lombard krediti zamanı əlavə sənəd tələbi olmur və qızıl zinət əşyaları girov olaraq təqdim olunur. Faiz dərəcəsi kreditin müddətindən, ərizəçinin “TuranBank”da və ya digər banklarda olan kredit tarixçəsindən asılıdır.

“Unibank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

“Unibank”da kredit sifarişi etmək üçün əlavə sənədlərə ehtiyac olmadan, asan və sürətli şəkildə nağd kredit götürmək mümkündür. Tək şəxsiyyət vəsiqəsi üzrə məlumatları daxil edərək, həmçinin rəsmi gəlir mənbəyinizi təsdiqləyərək “Unibank”da kredit müraciəti istəyinizi gerçəkləşdirə bilərsiniz. İllik faiz dərəcəsi 9,5%-dən başlayır. 

“Xalqbank”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Əmanət təminatlı kredit

“Xalq Bank”da “Müddətli”, “Proqress” və “VİP-Rantye” növləri üzrə yerli valyuta əsasında depozit yerləşdirmiş müştərilər əmanət məbləğinin maksimum 90%-i həcmində nağd kredit əldə edə bilər. Əmanət və kredit fərqli valyutada olduqda isə həcm 70% təşkil edir. İş yeri və yaş tələbi yoxdur. 

“Yapı Kredi Bank Azərbaycan”da tək şəxsiyyət vəsiqəsi ilə kredit pul

Sürətli Kredit

“Yapı Kredi Bank Azərbaycan” nağd pul krediti əldə etmək istəyənlər üçün zaminsiz, girovsuz tək şəxsiyyət vəsiqəsi və iş yerinə dair arayışla Sürətli Kredit məhsulundan yararlanmağı təklif edir. İstisna hallarda “Yapı Kredi Bank Azərbaycan” girov tələb edə bilər. Girovlara isə daşınan və daşınmaz əmlak, müddətli və müddətsiz əmanətlər aid edilə bilər. İllik faiz dərəcəsi 17% təşkil edir.

Sonluq

Banklar daim müxtəlif kampaniyalar elan edir ki, burada tək şəxsiyyət vəsiqəsi ilə kredit əldə etmək üçün şərtlər daha sadə ola, kredit məhsulları və məbləğlər arta, faizlər isə azala bilər. Bankların rəsmi saytlarını və sosial media hesablarını izləmək faydalıdır.

Həmçinin oxu – VÖEN ilə kredit verən banklar hansılardır?

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button