Rəsmi iş yeri olmadan kredit veren banklar!
Müasir dövrdə ənənəvi gəlir mənbələri olmadan da fiziki və hüquqi şəxslərin, sahibkarların, startap müəlliflərinin və s. kimi hər bir şəxsin əlavə pul vəsaitlərini əldə etməsi mümkündür. Bunun üçün borcalan müvafiq xidməti həyata keçirən maliyyə institutlarına, təşkilatlara üz tuta bilər. Bu dəfəki məqaləmizdə rəsmi iş yeri olmadan kredit təqdim edən banklar və bank məhsullarından danışacağıq. Aşağıda adları qeyd olunan banklarda cari zamanda keçərli olan kredit məhsulları ilə tanış ola bilərsiniz. Qeyd edək ki, müvafiq məhsullar, kredit şərtləri, illik faiz dərəcələri, tələblər və s. hər ötən il dəyişə bilir.
“AccessBank”da rəsmi iş yeri olmadan kredit
Lombard krediti
Accessbank istehlakçılara rəsmi iş yeri olmadan lombard kreditindən yararlanmağı təklif edir. Müvafiq məhsul üzrə tələb və şərtlər isə aşağıdakı kimidir.
Şərtlər
- Kredit məbləği: maks. 50 000 AZN
- Kredit müddəti: min. 3 ay – maks. 36 ay
- İllik faiz dərəcəsi: 21%-dən başlayaraq
- Komissiya: 1-3%
- Təminat: qızıl-zinət əşyaları
- Ödəniş: annuitet sxemlə (bərabər hissələrlə)
- FİFD (Faktiki illik faiz dərəcəsi): min. 24,96% – maks. 39,9%
Tələblər
- Azərbaycan Respublikasının vətəndaşlığı
- 21-70 arası yaş həddi
- Şəxsiyyət vəsiqəsi
Müraciət üçün linkə keçid edə bilərsiniz.
“AFB Bank”da rəsmi iş yeri olmadan kredit
Əmanət girovu ilə kredit
“AFB Bank” müştərilərə rəsmi iş yeri olmadan AFB Bankdakı əmanət hesabı əsasında əmanət girovu ilə kredit imkanından yararlanmağı təklif edir. Müvafiq məhsul üzrə hazırki şərtlərə əsasən minimum məbləğ 500 AZN-dən başlayaraq, maksimal məbləğ əmanət məbləğinin 90%-ni təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“ABB”də (Azərbaycan Beynəlxalq Bankı) rəsmi iş yeri olmadan kredit
Əmanətçi kredit limiti
Azərbaycan Beynəlxalq Bankı 18 yaşdan yuxarı olan şəxslər üçün müvafiq bankda əmanətin 60%-dək, əmanətin valyutasında 50 000-dək kredit əldə etmək imkanı yaradır. Müştərilər depozitin müddətini keçməmək şərti ilə 12 ay müddətinə və komissiyasız krediti əldə edə bilər. Şəxsiyyəti təsdiq edən sənəd və əmanət müqaviləsi ilə banka müraciət etmək kifayətdir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Əmanətçi nağd krediti
“Azərbaycan Beynəlxalq Bankı” 18 yaşdan yuxarı olan şəxslər üçün müvafiq bankda əmanətin 70%-dək, əmanətin valyutasında 50 000-dək kredit əldə etmək imkanı yaradır. Müştərilər depozit müddətinin sonunadək (5 ildən yuxarı olmamaq şərti ilə) və 0.5% komissiya ilə krediti əldə edə bilər. Şəxsiyyəti təsdiq edən sənəd və əmanət müqaviləsi ilə banka müraciət etmək kifayətdir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Kredit kartları
“Azərbaycan Beynəlxalq Bankı” istehlakçılara “Tamkart” kredit məhsulunu təqdim edir ki, rəsmi iş yeri olmadan yalnız təqaüdçülər bu fürsətdən yararlana bilər. ABB-dən alınan kredit kartlarının əsas üstünlüklərindən biri də bu kartları pulsuz olaraq əldə etməyinizdir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Azər Türk Bank”da rəsmi iş yeri olmadan kredit
Təqaüdçülər üçün istehlak kreditləri
Təqaüdçülər üçün “Azər Türk Bank”da istehlak kreditlərindən yararlanmaq imkanı yaradılır ki, bu zaman kreditin məbləği 40 000 AZN-dək (zaminsiz kredit 35 000 azn-dək) həcmi əhatə edir. Müddət 3-48 ay təşkil edir. İllik faiz dərəcəsi isə 11%-dir.
Kreditin rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır.
- borcalanın və zaminin şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi);
borcalanın və zaminin gəlirlərini təsdiq edən rəsmi sənədlər: - sosial müdafiə orqanları tərəfindən pensiya və müavinətlərin ödənilməsi haqqında arayış;
- ölkə daxili sabit gəlirlərini təsdiq edən hesab çıxarışları (xidməti vəsiqə təqdim edildiyi halda);
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Əmanət qarşılığında kredit
“Azər Türk Bank”a əmanət yerləşdirən hər kəs bu krediti əldə edə bilər. Kreditin maksimum məbləği əmanət məbləğinin 90%-dən çox olmamalıdır. İllik faiz dərəcəsi isə əmanətin faizi + 3% təşkil edir.
Tələb olunan sənədlər aşağıdakılardır:
- şəxsiyyət vəsiqəsi
- əmanət müqaviləsi
- müştərinin həyat yoldaşının razılıq ərizəsi
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Bank Avrasiya”da rəsmi iş yeri olmadan kredit
Təcili kredit
“Bank Avrasiya”da əmanət yerləşdirən istehlakçılara rəsmi gəlir mənbəyini göstərmədən 10 000 AZN-dək nağd pul krediti əldə etmək imkanı verilir. İllik faiz dərəcəsi isə əmanət faizi +2% təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Təcili kart krediti
“Bank Avrasiya”da əmanət yerləşdirən istehlakçılara rəsmi gəlir mənbəyini göstərmədən 10 000 AZN-dək təcili plastik kart krediti əldə etmək imkanı verilir. İllik faiz dərəcəsi isə əmanət faizi +2% təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Bank of Baku”da rəsmi iş yeri olmadan kredit
Təqaüdçülər üçün təminatlı istehlak krediti
“Bank of Baku”da rəsmi iş yeri olmadan təqaüdçülər təminatlı istehlak kreditindən yararlana bilər ki, bunun üçün təqaüd haqqında arayışı və ya digər təsdiq edici sənədi təqdim etmək tələb olunur. Kredit məbləği minimum halda 3000 AZN-dən başlayaraq, 70 000 AZN-dək yüksəlir. İllik faiz dərəcəsi 15%-dir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Lombard krediti
“Bank of Baku” istehlakçılara qızıl-zinət əşyaları ilə minimum halda 300 AZN-dən başlayaraq, maksimum halda isə 30 000 AZN-dək kredit əldə etmək şansı yaradır. İllik faiz dərəcəsi minimum halda 24% təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Kredit kartları
“Bank of Baku”ya məxsus Bolkart kredit kartı vasitəsi ilə kredit əldə etmək üçün rəsmi iş yeri olmadan yalnız təqaüdçülər kredit əldə edə bilər. Standart Bolkart kredit kartı ilə 500-15 000 AZN, Bolkart Gold kredit kartı ilə 3000-15 000 AZN, Bolkart Diamond kredit kartı ilə isə 3000-30 000 AZN məbləğində kredit əldə etmək mümkündür. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Bank BTB”də rəsmi iş yeri olmadan kredit
Lombard krediti
“Bank BTB” zamin tələbi olmadan istehlakçılara 300 – 100 000 AZN-dək lombard krediti əldə etmək imkanı yaradır. İllik faiz dərəcəsi 20 %-dən başlayır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Kredit Kart
“Bank BTB”də yalnız yaşa və xidmət illərinə görə təqaüdə çıxanlar üçün kredit kartı vasitəsilə kredit əldə etmək mümkündür. Kreditin məbləği 300-10 000 AZN aralığında müəyyən olunur. Müştərinin istəyinə görə Visa Classic və ya Master Standart kartları istehlakçıya təqdim olunur. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Bank Respublika”da rəsmi iş yeri olmadan kredit
Lombard krediti
“Bank Respublika”da qızıl-zinət əşyalarını təqdim etməklə 300-30 000 AZN aralığında kredit əldə etmək mümkündür. İllik faiz dərəcəsi 18 %-dən başlayır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Əmanət təminatı ilə kredit
“Bank Respublika”da əmanət yerləşdirən hər kəs bu krediti əldə edə bilər. Kredit məbləği 100 000 AZN – depozit məbləğinin 70 %-na qədərdir.
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Expressbank”da rəsmi iş yeri olmadan kredit
Depozit təminatlı istehlak krediti
Borcalanlar “Expressbank”da mövcud olan depozit hesabları əsasında sərfəli şərtlərlə kredit əldə edə bilər. Bu məhsul üzrə kredit məbləğinin maksimal səviyyəsi 200 000 AZN müəyyən olunub. İllik faiz dərəcəsi isə depozit faizi + 3%-dir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Qızıl girovlu kredit
“Expressbank”da rəsmi iş yeri olmadan qızıl girovlu kredit etmək mümkündür. Bu məhsul üzrə kredit məbləğinin maksimal səviyyəsi 30 000 AZN müəyyən olunub. İllik faiz dərəcəsi isə 18%-dən başlayır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Kapital bank”da rəsmi iş yeri olmadan kredit
Nağd pul krediti
“Kapital bank”da rəsmi iş yeri olmadan yalnız təqaüd alan şəxslərin nağd pul krediti əldə etməsi mümkündür. Kredit məbləği 50 000 AZN-dəkdir. İllik faiz dərəcəsi isə 10.9%-dən başlayır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Əmanət təminatlı kredit
“Kapital Bank”da “VİP depozit”, “Kapital depoziti” və “Müddətli Seçim Depoziti” üzrə depozit yerləşdirmiş müştərilərin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində minimum halda 500 AZN/USD olmaqla nağd kredit və ya kartla kredit xətti ayrıla bilər. İllik faiz dərəcəsi AZN əmanətlər üzrə 5%, USD və EUR əmanətlər üzrə isə 4%-dir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Bank Melli İran”da rəsmi iş yeri olmadan kredit
Pul vəsaitinin girovu ilə kredit
“Bank Melli İran”da təqdim olunan depozitin 90 %-i həcminədək kredit əldə etmək mümkündür. İllik faiz dərəcəsi müddətindən asılı olmayaraq 10 % təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Qızıl və ya qızıl zinət əşyalarının girovu ilə kredit
“Bank Melli İran”da təqdim olunmuş qızıl–zinət əşyalarının dəyərinin 70 % dərəcəsi ilə kredit əldə etmək mümkündür. İllik faiz dərəcəsi 20 % təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Zaminlik təminatı ilə verilən kredit
“Bank Melli İran”da illik 12%-dən başlayaraq proqramın təqdim etdiyi faiz dərəcəsi əsasında zaminlik təminatı ilə kredit əldə etmək mümkündür. Kreditin məbləği 10 000 ABŞ dollarının manat ekvivalentinədək qədərdir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Daşınmaz əmlakın girovu ilə kredit
“Bank Melli İran”da illik 12%-dən başlayaraq proqramın təqdim etdiyi faiz dərəcəsi əsasında daşınmaz əmlak təminatı ilə kredit əldə etmək mümkündür. Kreditin məbləği 100 000 ABŞ dollarının manat ekvivalentinədək qədərdir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Naxçıvanbank”da rəsmi iş yeri olmadan kredit
Təqaüdçü nağd pul krediti
Adından bəlli olduğu kimi bu kredit məhsulundan təqaüd alan şəxslər yararlana bilər. Kredit məbləği 10 000 manata kimidir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Kart Krediti
“Naxçıvanbank”da borcalanlara zaminlik, girov və ya bankda yerləşdirilmiş əmanət təminatı fonunda MC Platinum, MC Gold, MC standart, Visa Platinum, Visa Gold, Visa Classic kimi kredit kartlarını əldə etmək şansı yaradılır. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçünxüsusi ehtiyatların yaradılması Qaydaları” və “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”ya əsasən kreditin məbləği hesablanır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Yelobank”da rəsmi iş yeri olmadan kredit
Əmanət təminatlı kredit
“Yelobank”da 18 yaşdan yuxarı şəxslər əmanət təminatlı kredit əldə edə bilər ki, bu zaman məbləğ minimum 300 AZN-dən başlayaraq, (və ya ekvivalentində), maksimum isə əmanət məbləğinin 100%-ni təşkil edir. İllik faiz dərəcəsi əmanətin faiz dərəcəsi + 3% təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Rabitəbank”da rəsmi iş yeri olmadan kredit
Lombard krediti
Borcalanlar rəsmi əməkhaqqı olmadan “Rabitəbank”da zinət əşyalarını girov qoymaqla 36 ayadək nağd pul krediti əldə edə bilərsiniz. Kredit məbləği 20 000 AZN-dəkdir. Faiz dərəcəsi 29.99%-dən başlayaraq dəyişir. Qeyd edək ki, təkrar müştərilər üzrə 1% endirim tətbiq olunur. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“TuranBank”da rəsmi iş yeri olmadan kredit
Lombard krediti
“TuranBank”da qızıl-zinət əşyalarını girov qoymaqla illik faiz dərəcəsi minimum 18% olmaqla nağd pul krediti əldə etmək mümkündür. Faiz dərəcəsi kreditin müddətindən, ərizəçinin “TuranBank”da və ya digər banklarda olan kredit tarixçəsindən asılıdır. Kreditin minimum məbləği 300 manat təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
“Xalq Bank”da rəsmi iş yeri olmadan kredit
Əmanət təminatlı kredit
Xalq Bankda “Müddətli”, “Proqress” və “VİP-Rantye” növləri üzrə depozit yerləşdirmiş müştərilər əmanət məbləğinin maksimum 90%-i həcmində nağd kredit əldə edə bilərlər. Kreditin müddəti kredit xətləri üzrə 12 ayadək (təkrar müştərilər üçün 24 ayadək), müddətli kreditlər üzrə 48 ayadək təşkil edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Yuxarıda qeyd olunan məlumatlar bankların rəsmi saytlarından əldə olunub. Qeyd edək ki, ilin müxtəlif dövrlərində banklar tərəfindən güzəştli kredit kampaniyaları elan edilir ki, mütəmadi olaraq bankların sosial media səhifələrini, saytlarını izləyərək, bu fürsətlərdən yararlana bilərsiniz. Bundan başqa, unutmayın ki, yalnız ehtiyacınız olan məbləğdə kredit götürməyiniz məsləhət görülür. Həmçinin, gələcək riskləri dəyərləndirərək, müvafiq məbləğdə pul vəsaitlərini əldə etmək məqsədəuyğundur.
Həmçinin oxu – Banksız kredit pul necə götürmək olar? – 5 Alternativ
Eflatun Quliyev
Salam
Rseyidov29@gmail.com
Salam
Kredit
Rseyidov29@gmail.com
Salam
Burda pul nece goture bilerem resmi olaraq
Salam
Salam resim iş yerim yoxdu ama kənd təsərrüfatı ilə meşgulam aylıq gəlirim 500 manatdi
Sumqayit
Salam resmi is yerim yoxdu ama 13 ildi dj kimi fealiyetdeyem
Kiredit