Problemli kredit borcunu öyrənmək haqqında!
Kredit gəlirlərimizin hesabına əldə etdiyimiz əlavə qazanc növüdür. Vətəndaşlara rəsmi gəlir, yaxud girov qismində təminat hesabına birdəfəlik ödəmə şəklində kredit məbləğləri verilir. Daha sonra borcalanlar həmin məbləği aylar üzrə hissəli ödəniş şəklində geri qaytarır. Burada qazancımız isə krediti götürmək məqsədlərimizin daha sürətli və asan həll olmasıdır. Maddi çətinliklərin aradan qaldırılmasından tutmuş aldığımız müxtəlif məhsullara, xidmətlərə qədər… Məsələn, endirimdə olan məhsulu birdəfəlik ödəmə şəklində alamq üçün pulumuz çatmayanda kreditlər yaxud kredit kartları köməyə çatır.
Bəzən gözlənilməz həyat hadisələri və ya problemlər götürdüyümüz kreditləri geri ödəməyə çətinlik törədə bilər. Aylarla yığılan gecikmis kredit odenisleri üçün kredit təşkilatlarından və banklardan asılı olaraq fərqli cərimə faizləri tətbiq olunur. Yaxud eyni anda bir neçə kredit götürmək, fərqli şəxslərə zamin durmaq, həmin şəxslərin krediti gecikdirməsi, girov olaraq təqdim edilən daşınmaz əmlakı satmağa çalışmaq və s. kimi bütün oxşar situasiyalar problemli kredit portfelinin yaranmasına gətirib çıxarır. Ancaq unutmaq olmaz ki, bütün kredit problemlərinin həll olması mümkündür və zamanla öhdəsindən gəlmək olar. Bu dəfə sizə problemli kredit borcunu öyrənmək haqqında danışacağıq.
Məqalənin içindəkilər! – Problemli kredit borcunu öyrənmək
Problemli kredit nədir?
Problemli kredit borcalanın kredit öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirə bilmək qabiliyyətini itirdiyi vəziyyətlərin ümumiləşdirilmiş adıdır. Buraya borcalanın maliyyə vəziyyətinin pisləşməsi, iş yerinin itirilməsi, biznesin uğursuzluğu və ya digər maliyyə çətinliklərini aid etmək olar. Eyni zamanda problemli kreditlərin formalaşması borcalanın maliyyə savadsızlığından, iqtisadi böhran və inflyasiyadan, kreditin məqsədyönlü istifadə edilməməsindən və digər oxşar səbəblərdən də qaynaqlana bilər. Hadisənin baş vermə səbəbindən asılı olmayaraq problemli kreditlər borcalan və borcverən tərəfin hər ikisinə mənfi təsir göstərir. Odur ki problemli kreditlərin hərəkət dinamikasını xəfiflətmək üçün kredit təşkilatlarının borcalanların ödəmə qabiliyyətini düzgün qiymətləndirməsi və əhalinin maliyyə savadlılığını artırmaq üçün maarifləndirmə işləri aparması vacibdir.
Problemli kredit borcu necə öyrənmək olar?
Azərbaycan Kredit Bürosu (AKB) tərəfindən vətəndaşların istifadəsinə verilən findoc.az portalı kredit tarixçənizi öyrənmək üçün ideal mənbələrdən biridir. Adıçəkilən portal AKB-nin məlumat bazasına inteqrasiya olaraq hazırlanıb. Beləliklə, borcalanların və borcverənlərin bütün borc məlumatlarını özündə əks etdirir. Nəticədə fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq hər kəs portalda qeydiyyatdan keçərək adi kredit tarixçəsindən tutmuş problemli kredit məlumatlarının sorğulanmasına qədər bütün məlumatları əldə edə bilər. Beləliklə, “Kredit borc qaligi nece oyrenim?”, “Kredit tarixceme nece baxim” deyirsinizsə linkə keçid edib məlumatlardan yararlanın.
Problemli kredit borcunu pulsuz öyrənmək olar?
Borcalanlar problemli kredit borcunu oyrenmek üçün findoc.az portalında il ərzində iki dəfə pulsuz şəkildə kredit tarixçəsini əldə edə bilər. Ödənişsiz sorğu limiti bitdikdən sonra isə istifadəçilər kredit məlumatlarının növünə görə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə edə bilər. Bundan başqa vətəndaşlar kredit problemlərini öyrənmək, həmçinin kredit tarixçəsini almaq üçün ASAN kommunal xidmət mərkəzinə də üz tuta bilər. Eyni zamanda, elektron imza və ya notarial təsdiq olunmuş ərizə forması ilə müraciət edərək kredit məlumatlarını poçt vasitəsilə əldə etmək mümkündür.
Problemli kredit borcunu öyrənmək nəyə lazımdır?
Fiziki şəxslər kredit portfelini incələmək, adini problemli kredite gore yoxlamaq, məlumatları dəqiqləşdirmək, yeni kreditlər əldə etmək və ya digər maliyyə məqsədləri üçün kredit borc məlumatlarını sorğulaya bilər. Eyni zamanda, vətəndaşların kredit tarixçəsini yaxşılaşdırmaq məqsədi varsa, mütləq şəkildə kredit məlumatlarını incələməlidir. Bu nüans onlara kredit xəritəsi yaratmağa kömək edəcək. Çünki problemli kredit məlumatları ümumi bazada onları tam şəkildə ödədikdən 10 il sonra tamamilə silinir. Məlumatlarınızı analiz edib, daha sonra müxtəlif məbləğlərdə ödəmək qabiliyyətli olduğunuz kreidtlər əldə edərək vaxtlı-vaxtında ödəsəniz problemli kredit tarixçənizi yaxşılaşdıra bilərsiniz. Təbii ki problemli kreidtlər sizin ixtiyarınızda olmayan səbəblərdən də yarana bilər. Əgər səbəblər kredit təşkilatından qaynaqlanırsa, bu barədə müvafiq təşkilatdan arayış və ya digər sənəd ala bilərsiniz.
Həmçinin hüquqi şəxslər də müştərilərlə borc kredit muqavilesi bağlayarkən borc götürənin kredit qabiliyyətinin qiymətləndirilməsi, müştərinin əvvəlki kredit problem məsələləri və ya digər nüanslarla bağlı müraciət ünvanlaya bilər. Bəzən isə borcalanlar kredit məbləğinin demək olar hamısını ödəyib çox cuzi bir hissəsini gözdən qaçırırlar. Bu kiçik məbləğlər isə kredit faizləri sayəsində illərlə yığılıb daha böyük məbləğə çevrilə bilər. Odur ki həm kreditinizi tam şəkildə ödəməyinizi, həm də ümumi olaraq problemli kredit borcunu öyrənmək üçün məlumatlarınıza göz gəzdirməyi tövsiyə edirik.
Banklarda problemli kredit borcunu öyrənmək necədir?
Əgər bankdan kredit götürmüsünüzə, kredit problemleri ilə bağlı məlumatları da asanlıqla bankdan əldə edə bilərsiniz. Aşağıdakı siyahıda bankları və banklardan problemli kredit borcunu öyrənmək üçün əlaqə vasitələrini bir araya topladıq.
Sonluq – Problemli kredit borcunu öyrənmək
Yuxarıda qeyd olunan əlaqə vasitələrinə müraciət etməklə banklarla əlaqə saxlaya bilərsiniz. Yaxud bankların filiallarına yaxınlaşaraq problemli kredit borcunu öyrənmək, həmçinin digər sizi maraqlandıran bütün nüanslara aydınlıq gətirmək mümkündür. Kredit problemləri fərdi şəxslərlə yanaşı, banklara, maliyyə təşkilatlarına və ümumilikdə iqtisadiyyata mənfi təsirlər göstərir. Odur ki problemli kreditlərin öyrənilməsi və effektiv həll yollarının tapılması borcalanlar, borcverənlər və iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır. Tövsiyə edirik ki, kredit götürməzdən əvvəl fərdi və ya banklarin kredit kalkulyatorlari vasitəsilə hesablamalar aparın.Gələcək riskləri və kredit şərtlərini dəyərləndirin. Necə deyərlər işin içindən maksimum qazancla çıxmağa çalışın.
Həmçinin oxu: 1000 manat kredit haradan götürmək olar?