ÜmumiBankBiznesKredit

Kiçik biznes krediti hansı banklarda var?

Kiçik biznes krediti təklif edən banklar haqqında araşdırma!

Sahibkarlar üçün biznes modelləri doğma övlad qədər əzizdir. Axı bu bizneslər yuxusuz gecələrlə, günlərlə çəkilən zəhmətlə, böyük həvəs və sevgi ilə qurulur. Bəzən tək başına bir çox işlərin öhdəsindən gəlməli olursan. Ən maraqlısı isə nə qədər pul yığsan da, qənaət etsən də, həmişə hardansa əlavə xərclər çıxır. Uğurlu bizneslərin 90%-i belə qurulur desək, yanılmarıq. Sevindirici məqam odur ki, bu xərcləri indi qarşılamaq çox asan və sürətlidir. Ölkəmizdə banklar xırda biznes qurmaq istəyən, yaxud artıq ilk addımını atanlara, müəyyən biznes yolu qət edənlərə, bir sözlə ütün sahibkarlara kicik biznes krediti goturmek imkanı yaradır. Elə isə gəlin, bankların serfeli kredit sertleri ilə tanış olaq. Aşağıdakı cədvəldə bankların biznes krediti məhsulları və biznes krediti sertleri ilə tanış ola bilərsiniz.

Azerbaycanda biznes krediti veren banklar

Kreditin adıKredit məbləğiKredit müddətiKredit faizi

Accessbank-da kiçik biznes krediti
Mikro kreditlər500-10.000 AZN60 aya qədər12%-dən başlayır.
Kiçik və orta biznes kreditləri50.000-3.000 000 AZN60 aya qədərMüştəriyə görə təyin olunur.
AFB Bank-da biznes krediti
Sürətli Biznes krediti300.000-dək3-36 ay12%-dən başlayır.
Kiçik və orta sahibkarlıq krediti30.000-250.000 AZN6-36 ay17-18%
Azərbaycan Beynəlxalq Bankı-nda kicik biznes krediti
Mikro kredit20.000 AZN-dək36 aya qədər19%-dən başlayır.
Sahibkar krediti350.000 AZN-dək36 aya qədər12%-dən başlayır.
“Tərəfdaşlara anında dəstək” krediti/kredit xətti350.000 AZN-dək12 aya qədər12%-dən başlayır.
Azərbaycan Sənaye Bankı-nda biznes krediti
Biznesə dəstək krediti5.000 AZN-dək36 aya qədər12%-18%
Azər Türk Bank-da biznes krediti
Biznes krediti5.000-300.000 AZN48 aya qədər11.21%-18.6%
Bank Avrasiya-da biznes krediti
Mikro Biznes Krediti10.000-100.000 AZN60 aya qədər13%-dən başlayır.
Bank of Baku-da kiçik biznes krediti
Mikrokredit500-50.000 AZN3-36 ay11%-dən başlayır.
Kiçik və orta sahibkar krediti5.000-1.000 000 AZN3-48 ay11%-dən başlayır.
Bank BTB-də biznes krediti
Kiçik və Orta Sahibkarlığın İnkişafı üçün kredit1.000 000 AZN-dək36 aya qədər 17%-dən başlayır.
Bank Respublika-da kiçik biznes krediti
Kiçik və orta bizneslər üçün kredit20.000-1.000 000 AZN24 aya qədərMüştəriyə görə təyin olunur.
Premium Bank-da biznes krediti
Şərtlər müştəriyə görə dəyişir.
Bank VTB Azərbaycan-da biznes krediti
Mikro biznes krediti50.000 AZN-dək36 aya qədər18%-dən başlayır.
Kiçik və orta biznes kreditləri7.000 000 AZN-dək60 aya qədər15%-17%
Expressbank-da kicik biznes krediti
Mikro kredit500-70.000 AZN-dək48 aya qədər18%-dən başlayır.
Kapital Bank-da kicik biznes krediti
Sərfəli Mikro kredit1.000-100.000 AZN36 aya qədər16%-dən başlayır.
Melli İran Bankı Bakı filialı-nda biznes krediti
Yelobank-da kicik biznes krediti
Mikro biznes krediti500-100.000 AZN6-48 ay16%-dən başlayır.
Mikro biznes kredit kartı5.000 AZN-dəkİstifadə olunan məbləğə görə faiz hesablanır.
Paşa Bank-da kicik biznes krediti
Kiçik və orta biznes kreditiKreditin məqsədi və şirkətin maliyyə vəziyyətindən asılı olaraq dəyişir.7 ilədəkİndividual tətbiq olunur.
Rabitəbank-da kicik biznes krediti
Serfeli mikro kredit500-100.000 AZN3-36 ay15%-28%
TuranBank-da biznes krediti
Mikro, kiçik və orta sahibkarlar üçün kredit2.000 000 AZN-dək36 aya qədər16%-dən başlayır.
Unibank-da kicik biznes krediti
Onlayn biznes krediti15.000- 10. 000 000 AZN48 aya qədər5%-dən başlayır.
XalqBank-da kiçik biznes krediti
Biznes kreditiTələbata uyğun72 aya qədər10%-dən başlayır.
Yapı Kredi Bank Azərbaycan-da biznes krediti
Nağd kredit*300-50.000 AZN3-59 ay15.3%-28.4%
Ziraat Bank Azərbaycan-da biznes krediti
Sahibkar kreditiBütün şərtlər müştərinin maliyyə gəlirinə əsasan təyin olunur.

*Yapı Kredi Bank Azərbaycan-da kiçik biznes krediti götürmək üçün adi qaydada nağd kredit sifarişi həyata keçirmək kifayətdir.

Azərbaycanda girovsuz kiçik biznes krediti verən banklar

Yuxarıdakı cədvəldə yer alan məlumatlara əsasən Azerbaycanda girovsuz kicik biznes krediti veren banklar ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Girovsuz biznes krediti (kiçik)
Accessbank
AFB Bank
Azərbaycan Beynəlxalq Bankı
Azər Türk Bank
Bank Respublika
Bank VTB Azərbaycan
Expressbank
Kapital Bank
Yapı Kredi Bank Azərbaycan

Sonluq – Kiçik biznes krediti təklif edən banklar

kiçik biznes krediti

Qeyd edək ki, məlumatlar bankların rəsmi veb-saytlarından və sosial media hesablarından əldə olunub. Odur ki ilkin məlumat və şərtlərlə tanış olduqdan sonra, sizə kredit lazım olan dövrdə yenidən seçim etdiyiniz bankla əlaqə saxlayıb şərtlərlə ətraflı tanış olun. Bəzən güzəştli şərtlər, müxtəlif kampaniyalar elan edilir. Bu fürsətləri qaçırmaq olmaz! Biznesiniz varsa, mütləq ki qazancınız da olacaq. Biznes krediti goturmek sizin üçün riskli görünürsə, biznes planınız, gələcək risklərinizi, ata biləcəyiniz addımları və digər bütün nüansları qeyd edin. Yaxşıca düşünün və addım atmaqdan qorxmayın. Doğru addımlar və düzgün hədəflərlə xərclədiyiniz pullar bir gün sizə daha böyük rəqəmlərlə geri dönəcəkdir!

Həmçinin oxu: Pensiya kartı ilə kredit verən banklar hansılardır?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button