ÜmumiBankKreditXəbərlər

İşsizlərə kredit verən banklar – 17 Bank

İşsizlərə kredit verən banklar haqqında araşdırma!

Kredit maddi çətinliklər olduğu zaman yada düşür. Xərcləri qarşılamaq büdcəmizə uyğun olmayanda, yeni işlərə başlamaq üçün və digər səbəblərdən dolayı kredit götürməyə ehtiyac duyuruq. Banklar əksər hallarda kredit vermək üçün müştərilərin rəsmi gəlirinin olmasına üstünlük verir. Ancaq ətrafımızda rəsmi işi olmayan insanlar da az deyil. Bəs onların hansısa nöqtədən başlamaq üçün pula olan ehtiyacları necə qarşılana bilər? Banklar bu istiqamətdə vətəndaşlarımızı tək qoymur. Belə ki, banklarda rəsmi iş yeri olmadan kredit götürmək mümkündür. Gəlin, iş yeri tələbi olmadan kredit verən banklar ilə ətraflı tanış olaq. 

Accessbank – İşsizlərə kredit verən banklar

Rəsmi iş yeri olmadan Accessbank-dan kredit götürmək mümkündür. Bunun üçün borcalanlar aşağıdakı kredit məhsullarını əldə edə bilər.

İşsizlərə Accessbank-da təminatlı kredit 

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Accessbank-da təminatlı kredit 10.000-70.000 AZN12-59 ayİllik 18%-dən başlayır.

Accesbank işsizlərə daşınmaz əmlak təminatı əsasında kredit götürmək imkanı yaradır. Təminat qismində müştərinin və ya birinci dərəcəli qohumunun adına olan daşınmaz əmlak qəbul edilir. Kredit məbləği və hesablanan bütün faizlər girov qismində qoyulan daşınmaz əmlakın bazar dəyərinin 65%-ni keçməməlidir. 

İşsizlərə Accessbank-da depozitli kredit 

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Accessbank-da depozitli kredit Minimum 300 AZN, USD3-36 ay3.1%-18.73%

Kreditin rəsmiləşdirilməsi ücün komissiya kredit üzrə hesablanacaq faiz məbləğlərinin cəmi girov qismində çıxış edən əmanətin məbləğinin 90%-ni keçməməlidir. Kreditin rəsmiləşdirilməsi zamanı kredit məbləğinin 1%-i məbləğində komissiya tətbiq edilir.

İşsizlərə Accessbank-da lombard krediti

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Accessbank-da lombard krediti
50.000 AZN-dək1-36 ayİllik 18%-dən başlayır.

Rəsmi iş yeri olmadan Accessbank-dan lombard kreditini 1-3% komissiya haqqı ilə əldə etmək olar. Sözügedən kredit məhsulu 21-70 yaş aralığında olan Azərbaycan vətəndaşları üçün təklif olunur.

AFB Bank – İşsizlərə kredit verən banklar

AFB Bank-da işsizlərə nağd kredit məhsulu mövcud deyil. Ancaq AFB Bank rəsmi iş yeri olmayanlara əmanət girovu ilə kredit götürmək imkanı yaradır.

İşsizlərə AFB Bank-da əmanət girovu ilə kredit

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Əmanət girovu ilə kredit
500 AZN – Əmanət məbləğinin 90%-i1-36 ayƏmanətin faiz dərəcəsinə 3% əlavə edilməklə

Əmanət girovlu kredit götürmək üçün həm AZN, həm USD valyutalarında kredit götürməyinizdən asılı olmayaraq, məbləğ minimum 500 AZN təşkil etməlidir. Kreditin faiz dərəcəsi eyni valyuta olduqda əmanətin faiz dərəcəsinə 3% əlavə edilməklə, fərqli valyutada olduqda isə (xarici valyuta qarşılığı AZN) 1-12 ay – 10%, 13-24 ay – 11%, 25-36 ay – 13 % təşkil edir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) – İşsizlərə kredit verən banklar

Rəsmi gəlir olmadan ABB-də kredit götürmək əmanət girovu ilə mümkündür.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Əmanət girovu ilə kredit
Əmanətin 70%-dək – Əmanətin valyutasında 50 000-dəkDepozit müddətinin sonunadək (5 ildən yuxarı olmamaq şərti ilə)Milli valyutada – depozitin faiz dərəcəsi + 5% 
Xarici valyutada – depozitin faiz dərəcəsi + 3%

ABB-də əmanət girovu ile kredit sifarişi üçün 18 yaşdan yuxarı olan hər kəs müraciət edə bilər. Borcalan şəxsiyyəti təsdiq edən sənədini və əmanət müqaviləsini təqdim etməlidir.

Azərbaycan Sənaye Bankı (ASB) – İşsizlərə kredit verən banklar

Hazırda işsizlər üçün kredit ASB-də mövcud deyil.

Azər Türk Bank (ATB) – İşsizlərə kredit verən banklar

Rəsmi iş yeri olmadan ATB-də əmanət qarşılığında kredit götürmək olar. Bunun üçün borcalanın şəxsiyyət vəsiqəsi, əmanət müqaviləsi və müştərinin həyat yoldaşının razılıq ərizəsi lazımdır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Əmanət girovu ilə kredit
Əmanətin 90%-dək Əmanət üzrə + 3%

Bank Avrasiya – İşsizlərə kredit verən banklar

Bank Avrasiya rəsmi gəlir olmadan qızıl təminatı ilə kredit götürmək imkanı yaradır. Qızl girovu ilə kredit götürmək üçün 19-65 yaş arası şəxslər şəxsiyyət vəsiqəsi ilə birgə banka müraciət edə bilər.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Qızıl girovu ilə kredit
250-20.000 AZN48 ay19%

Bank of Baku – İşsizlərə kredit verən banklar

Rəsmi iş yeri olmadan kredit götürmək Bank of Baku-da hazırda “Lombard krediti” əsasında mümkündür. Borcalanlar qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürə bilər.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Lombard krediti
300-50.000 AZN3-36 ayMinimum 24%

Bank BTB – İşsizlərə kredit verən banklar

Rəsmi iş yeri tələbi olmadan Bank BTB-də lombard krediti götürmək mümkündür. Lombard krediti zaminsiz təklif olunur və 20-yaşdan yuxarı şəxslər əldə edə bilər.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Lombard krediti
300-100.000 AZN1-48 ayMinimum 18%

Bank Respublika – İşsizlərə kredit verən banklar

Rəsmi gəlir olmadan, tək şəxsiyyət vəsiqəsi ilə kredit Bank Respublika-da əmanət təminatı ilə mümkündür. Bundan başqa, adıçəkilən bankda işsizlərə zaminsiz lombard krediti də mövcuddur.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Əmanət təminatı ilə kredit
100 000 AZN – depozit məbləğinin 70 %-na qədərDepozit müddətiAnnuitet qaydada (və ya əsas borc müddətin sonunda): AZN +5%, USD + 3%
Kredit xətti: İllik AZN/USD – 25/10% 
Lombard krediti300-30.000 AZN48 aya qədərİllik 18%-dən başlayır.

Premium Bank – İşsizlərə kredit verən banklar

Premium Bank-da rəsmi iş yeri olmadan kredit mövcud deyil.

Bank VTB Azərbaycan – İşsizlərə kredit verən banklar

Bank VTB Azərbaycan qızıl zinət əşyalarının təminatı ilə iş yeri olmadan kredit götürmək imkanı yaradır. Qeyd edək ki, lombard krediti üzrə illik faiz dərəcəsi müddətə görə dəyişmir. Azərbaycan Respublikasının 21-65 yaş aralığında olan vətəndaşları bu məhsuldan yararlana bilər.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Lombard krediti
300-40.000 AZN 3-36 ay18%

Expressbank – İşsizlərə kredit verən banklar

Expressbank vətəndaşlara rəsmi gəlir olmadan, tək şəxsiyyət vəsiqəsi ilə kredit götürmək imkanı yaradır. 

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Qızıl girovlu kredit
750-30.000 AZN 3-36 ayİllik 18%-dən başlayır.
Depozit təminatlı istehlak krediti200.000 AZN-dəkDepozit müqaviləsinin bitmə tarixinədək.Depozit faizi + 3%

Kapital Bank – İşsizlərə kredit verən banklar

Kapital Bank-da “VİP depozit”, “Kapital depoziti” və “Müddətli Seçim Depoziti” üzrə əmanət yerləşdirən müştərilər iş yeri tələbi olmadan kredit sifariş edə bilər. Kapital Bank-ın əmanət təminatlı kreditini əldə etmək üçün 18 yaşınız tamam olubsa, tək şəxsiyyət vəsiqəsiylə banka yaxınlaşmağınız kifayətdir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Əmanət təminatlı kredit
“VİP depozit” üzrə: Min. 5000 AZN/USD/EUR; Mak. əmanət məbləğinin maksimum 80%-i
“Kapital depoziti” və “Müddətli Seçim Depoziti” üzrə: Min. 500 AZN/USD/EUR; Mak. əmanət məbləğinin maksimum 80%-i
Əmanət müddətinin bitmə tarixindən əvvəlki iş gününə kimi.AZN əmanətlər üzrə: +5%; 
USD və EUR əmanətlər üzrə: +4%

Bank Melli İran Bakı – İşsizlərə kredit verən banklar

Bank Melli İran Bakı-da işsizlərə kredit götürmək üçün bir neçə kredit məhsulu təklif edilir.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Pul vəsaitinin girovu ilə kredit
Təqdim olunan depozitin 90 %-i həcminədək.60 aya qədərMüddətindən asılı olmayaraq 10 %
Qızıl və ya qızıl zinət əşyalarının girovu ilə kreditTəqdim olunmuş qızıl – zinət əşyalarının dəyərinin 70 % dərəsi ilə.36 aya qədərİllik 20 %
Zaminlik təminatı ilə verilən kredit10000 ABŞ dollarının manat ekvivalentinədək.60 aya qədərİllik 12%-dən başlayır.

Yelo Bank – İşsizlərə kredit verən banklar

Yelo Bank “Daha yaxşı həyat üçün…” şüarı ilə borcalanlara tək şəxsiyyət vəsiqəsi ilə kredit götürmək imkanı yaradır.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Qızıl təminatlı kredit
1.000-20.000 AZN12-36 ay24.3%-28.5%
Əmanət təminatlı kredit400 AZN (və ya ekvivalentində),- Əmanət məbləğinin 100%-iƏmanət müddətinin sonunadəkƏmanətin faiz dərəcəsi + 3%

Paşa Bank – İşsizlərə kredit verən banklar

Paşa Bank-da rəsmi iş yeri olmadan kredit mövcud deyil.

Rabitəbank – İşsizlərə kredit verən banklar

Nağd pul krediti Rabitəbank-dan götürmək üçün rəsmi iş yeri olmadan dəyərləndirə biləcəyiniz iki kredit məhsulu var.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Lombard krediti
20.000 AZN-dək3-36 ay29.99%-32.79%
Əmanət təminatlı nağd pul60 aya qədərƏmanət müqaviləsinin faizi + 1% 

TuranBank – İşsizlərə kredit verən banklar

TuranBank-da tək şəxsiyyət vəsiqəsilə kredit götürmək imkanı mövcuddur.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Lombard krediti
300 AZN-dən başlayır1-36 ayMinimum 18%

Unibank – İşsizlərə kredit verən banklar

Unibank-da rəsmi iş yeri olmadan kredit mövcud deyil.

Xalqbank – İşsizlərə kredit verən banklar

Xalq Bank-da “Müddətli”, “Proqress” və “VİP-Rantye” növləri üzrə əmanət yerləşdirən müştərilərin nağd kredit əldə etmək imkanı mövcuddur.

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Əmanət təminatlı kredit
Əmanət məbləğinin 90%-dək48 ayadək+2% və ya +4%

Yapı Kredi Bank Azərbaycan – İşsizlərə kredit verən banklar

Yapı Kredi Bank Azərbaycan müştəriləri bankda yerləşdirdikləri əmanətlər hesabına Worldcard kredit kartından yararlana bilər. Bunun üçün rəsmi iş yeri tələbi yoxdur. 

Kreditin adıKreditin minimum və maksimum məbləğiKredit müddətiKredit faizi
Depozit Qarşılıqlı Kredit
Əmanət məbləğinin maksimum 80%-i qədər12-36 ay1.6%-13.6%

Ziraat Bank Azərbaycan – İşsizlərə kredit verən banklar

Ziraat Bank Azərbaycan-da rəsmi iş yeri olmadan kredit mövcud deyil.

işsizlərə kredit verən banklar

Son olaraq qeyd edək ki, banklar müntəzəm olaraq müxtəlif kredit kampaniyaları elan edir. Bu baxımdan bankların rəsmi veb saytlarını və sosial media kanallarını nəzərdən keçirməyinizi tövsiyə edirik. Kredit götürərkən isə mütləq şəkildə araşdırma edin, tam dəqiqləşdirib, daha sonra kredit sifarişinizi gerçəkləşdirin. Bu gələcək maliyyə risklərinizin öhdəsindən gəlməyə kömək edəcək.

Həmçinin oxu: 500 manat kredit verən yerlər – Banklar, Saytlar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button