İnternetdən pul qazanmaq yolları hansılardır? – 20 ideya
İnternetdən pul qazanmaq üçün mütləq oxuyun!
Müəllif – Aida İsaq, budcedostu.az
Dünya əhalisinin hər ötən il sürətlə artması bütün sənaye və fəaliyyət sektorlarına öz təsirini göstərir. Əmək bazarında da son dövrlər müşahidə olunan tendensiyalar insanlar arasında yeni eraya uyğunlaşma meyarları formalaşdırır. Belə ki müxtəlif sahələr üzrə milyonlarla yeni kadrların əmək bazarına sürətlə daxil olması xidmətlərin və fəaliyyət istiqamətlərinin qiymətlərini bir növ ucuzlaşdırır və yaxud onların sıradan çıxmasına səbəb olur. Ötən illərlə müqayisədə hazırda kifayət qədər rəqabətli olan əmək bazarında öz yerini möhkəmləndirmək, gəlir səviyyəsini artırmaq üçün insan daim axtarışda olmalı, yeni bacarıqlar qazanmalı və öz üzərində işləməlidir.
Günümüzdə süni intellektin həyatımıza sirayət etməsi sayəsində əslində yeni karyera istiqamətləri tapmaq və özünü inkişaf etdirmək daha da asanlaşıb desək, yanılmarıq. Bu gün dünyada yaşayan insanların yarıdan çoxu internetə çıxış əldə edə bilir ki, bunu sayəsində sonsuz data bazasından yararlanmaq fürsəti qazanır. Yeni informasiyalar isə fərqli bacarıqları öyrənmək, kəşf etmək, yeni ixtisaslar öyrənmək deməkdir. Bu dəfəki məqaləmizdə internetdən pul qazanmaq üçün hansı addımlar ata biləcəyinizdən danışacağıq.
İnternetdən pul qazanmaq gəlirləri artırmaqla yanaşı, əslində insanın daha az vaxt və enerji sərf edərək çalışmasını təmin edir. Bu doqquzdan altıya işləmək streotiplərini qırmaq üçün ən effektiv metodlardan biridir. Gəlin görək, hansı addımları ata bilərik?
İnternetdən pul qazanmaq yolları
Musiqi bəstələyin
Mahnı bəstələmək, musiqi oxumaq kimi bacarığı olan şəxslər Songfinch platformasından yararlana bilər. Belə ki bu platformada ad günləri üçün hazırlanan qısa musiqi parçalarından tutmuş mahnılara qədər musiqi sifariş edən yüzlərlə istifadəçi mövcuddur.
Virtual köməkçi olun
Öz evinizdən harasa getmədən, rahatlığınızı pozmadan virtual köməkçi olaraq insanlara inzibati, texniki və ya yaradıcı xidmətlər təklif edə bilərsiniz. Flexjobs, 24/7 Virtual Assistants və Fancy Hands kimi platformalar bu istiqmaətdə köməyinizə çatacaqdır.
Kitab yazın
Söz sərrafı olduğunu düşünən, sözləri mirvari kimi cümlələrə düzən yaradıcı şəxslər üçün sevindirici xəbər var. Bildiyiniz kimi, artıq çap və nəşr kitabları ilə yanaşı, onlayn kitabların da kifayət qədər oxucusu var. Odur ki cümlə yaratmaq ustadları Barnes & Noble Press (milyonlarla oxucuya çap və ya elektron kitab satmağa imkan verir), Blurb (peşəkar keyfiyyətli foto kitablar hazırlamağa, çap etməyə və satmağa kömək edir), Lulu kimi paltformalaradn istifadə edə, öz kitablarını yayımlayaraq sata və beləliklə internetdən pul qazanmaq fürsətini dəyərləndirə bilər.
Sərbəst rejimdə çalışın
Günümüzdə qrafik dizaynerlərdən tutmuş mühasiblərə, data analitiklərə qədər artıq bir çox peşə sahibləri frilans şəkildə fəaliyyət göstərə bilir. Şirkətlərin müasir dövrün tələblərinə uyğunlaşması sayəsində artıq məsafədən çalışaraq pul qazanmaq imkanları asanlaşıb. Fiverr, Upwork, Freelancer və Working Not Working kimi platformalar frilans iş elanları ilə tanış olmağınıza və onlayn iş tapmağınıza köməklik edəcəkdir.
Bacarıqlarınızı onlayn bazarda satın
Ev təmizliyi işindən ustalıq, rəngsazlıq işinə qədər müxtəlif növ bacarıqlarınızı onlayn bazarda sata bilərsiniz. TaskRabbit platforması xidmət sifarişçilərini müxtəlif tapşırıqları yerinə yetirə bilən təcrübəli mütəxəssislərlə əlaqələndirən platformadır.
Gündəlik vərdişlərinizi pula çevirin
Musiqi dinləmək, oyun oynamaq, xəbərləri oxumaq, alış-veriş etmək və ya videolara baxmaq kimi gündəlik vərdişləri Mode Earn App tətbiqi vasitəsilə pula çevirmək mümkündür.
Sorğular apararaq pul qazanın
Günümüzdə bir çox şirkətlər təkcə sizin dediklərinizi eşitməklə kifayətlənmək istəmir. Həmçinin xidmətlər, məhsullar və daha çox şey haqqında fikirlərinizi bölüşdüyünüz üçün sizə pul ödəyir. Sorğular vasitəsilə Swagbucks, Qmee and Cash Karma kimi platformalardan pul qazana bilərsiniz.
Məhsul hazırlayaraq bazara çıxarın
Müxtəlif aksesuarlar, bəzək əşyaları, paltar və s. kimi məhsulları hazırlamaq kimi bacarığınız varsa, bu məhsulları da satışa çıxarmaq üçün bir çox metod mövcuddur. Uncommon Goods və s. kimi saytlardan yararlanmaq olar. Həmçinin əntiq əşyaları və əldə hazırlanan məhsulları Etsy-də də dəyərləndirə bilərsiniz.
Dizayn məhsullarınızı satın
Sosial media vizuallarından tutmuş geyindiyimiz paltarların, evlərdə istifadə etdiyimiz xalçaların dizaynına qədər bütün növ rəsm və dizayn bacarığınız əsasında hazırladığınız işləri və məhsulları satmaq üçün sonsuz platformalar vardır. Creative Market, Spoonflower kimi platfomalarda sizin sənət əsərlərinizi satın alacaq sifarişçi sayı çoxdur.
Proqram yaradın və satın
Hər hansısa tətbiq yaratmaqla bağlı ideyanız varsa, bunu gəlir mənbəyinə çevirmək üçün mütləq şəkildə Appy Pie saytına baş çəkin. Tətbiqi hazırlayıb tamamlandıqdan sonra onu App Store və ya Google Play Store-da sata bilərsiniz.
Onlayn repetitorluq edin
Müəyyən bir fənn, ixtisas, dil və s. kimi sahələr üzrə tədris bacarıqlarınız və ya təcrübəniz varsa, insnalara onlayn repetitorluq xidmətləri təklif edə bilərsiniz. Tutor.com, Preply və Cambly platformaları bu işdə sizə yardımçı olacaqdır.
Konsaltinq xidmətləri təklif edin
Tədris və metodologiyadan yararlanmaq təkcə təkcə tələbələr üçün aktual deyil. İnsanlar daim biznes sahələri, sağlam qidalanma, həyat kouçluğu və digər istiqamətlər üzrə mentor dəstəyinə ehtiyac duyur. Təcrübəli olduğunuz sahə varsa, fərdlərə və ya müəssisələrə bu istiqamətdə öz xidmətlərinizi təklif edə bilərsiniz. Bunun üçün Kajabi platformasını dəyərləndirmək faydalı olacaqdır.
Kursunuzu hazırlayın və satın
Peşəkarı olduğunuz hər hansısa bir sahə ilə bağlı onlayn kurs materialı hazırlayaraq onu passiv gəlirə çevirə bilərsiniz. Buraya rəqəmsal marketinq, dil öyrənilməsi, dizayn, data analitika və s. kimi sahələrə aid kurslar aid ola bilər. Çalışmaq lazımdır ki, cari anda aktual olan sahələrə hədəflənən kurslar hazırlansın. Gumroad, Udemy və Teachable platformaları məhz bu məqsədlər üçün nəzərdə tutulub.
Bloq yazıları yazın
Marağınız olan və ya hazırda fəaliyyət göstərdiyiniz sahələr haqqında, yaxud sırf daim araşdırmalar etdiyiniz mövzular barəsində bloq yazıları hazırlaya bilərsiniz. İnsanlar daim keyfiyyətli məzmun oxumağa, müxtəlif vacib və detallı məlumatları əldə etməyə maraqlıdır. Bunun sayəsində bloq səhifənizin trafiki artıra nəticədə müxtəlif şirkətlərlə əməkdaşlıq edə bilərsiniz. Təbii ki reklam razılaşmaları da işin ən başında gəlir. Bunun üçün GoDaddy, SquareSpace və Wix kimi platformalara baş çəkməyinizdə fayda var.
Rəqəmsal məzmunlar hazırlayın
Bloq yazısı sizə bir o qədər də maraqlı deyilsə Youtube, Instagram, Tiktok, Twitch, Filmless. və s. kimi platformalarda vizual və video məzmunlar yaradaraq pul qazana bilərsiniz.
Foto və videolar hazırlayıb satın
Əgər fotoqrafiya və ya videoqrafiya sahəsində fəaliyyət göstərirsinizsə və ya sadəcə marağınız varsa daha çox pul qazanmaq vaxtıdır. Müəllifi olduğunuz işlərinizi Shutterstock, iStock or Adobe Stock kimi platformalar vasitəsilə sata bilərsiniz.
Tərcümə xidməti təklif edin
Səlis bildiyiniz dillər üzrə tərcümə xidməti təklif edərək gəlir qazana bilərsiniz. Unbabel və Gengo tərcümə fəaliyyətinizi daha da stimullaşdıracaq.
Əşyalarınızı satın
Kitab və elektronika məhsullarından tutmuş geyim və məişət əşyalarına qədər istənilən növ məhsulu sataraq pul qazanmaq mümkündür. eBay, Facebook Marketplace, Craigslist və OfferUp plaftormaları bu işlərinizi daha da asanlaşdıracaq.
Onlayn pul qazanacağınız saytları kəşf edin
Günümüzdə onlayn pul qazanmaq üçün sonsuz sayda platformalar mövcuddur. Axtarış edərək, daim trendləri izləyərək bu kimi saytlar barəsində məlumat toplaya və gəlirlərinizi artıra bilərsiniz.
Azərbaycanda internetdən pul qazanmaq
Ölkəmizdə yuxarda sadalanan xidmətlər üzrə, eləcə də müxtəlif metodlardan yararlanaaraq internetdən pul qazanan kifayət qədər insan var. Buraya rəqəmsal kanallarda müxtəlif məzmunlar paylaşmaq, reklam etmək, məhsul satmaq, tətbiqlər yaratmaq, canlı yayınlar açmaq, süni intellekt vasitələrinin tətbiqi ilə məhsullar yaratmaq və s. kimi istiqamətlər daxildir. Eyni zamanda, ölkəmizdə müxtəlif platformalarda qruplar yaradaraq da sadəcə telefonla pul qazanmaq da mümkündür.
Azərbaycanda internetdən pul qazanmaq saytları
- frilans.az – Frilans iş imkanlarını kəşf edərək pul qazanmaq
- tap.az – Müxtəlif elanlar paylaşmaq
- turbo.az – Maşın elanları paylaşmaq
- bina.az – Daşınmaz əmlak elanları paylaşmaq
- agrohub.az – Kənd təsərrüfatı məhsulları satmaq
- Brainpriz.com – onlayn yarışma platforması
- fikrim.az – Sorğu anketləri saytı
- Azdo.az – Xidmət bazarı platforması
- Walkwin.az – Gündəlik gəzərək pul qazanmaq
İnternetdən pul qazanmaq 2024
2024-ci ildə onlayn şəkildə gəlir qazanmaq tendensiyaları yeni bir mərhələyə qədəm qoydu. Onlayn sahibkarlıq statistikası ötən illərdən geri qalmayaraq, bu ildə də sürətlə artır. İnternetdən pul qazanmaq 2023 – cü il üzrə statistik göstəricilərə əsasən deyə bilərik ki, onlayn şəkildə gəlir qazanmaq üçün bütün gücünüzü səfərbər etməkdə fayda var. 2023-cü ilin göstəricilərinə əsasən, dünyada 207 milyon məzmun yaradıcısının olduğu qeydə alınıb. Linktree-nin məlumatına görə 50-100 min arası dollar gəlir qazanan yaradıcıların 52%-i məzmunun yaradılmasına həftədə 10 saat və ya daha az vaxt sərf edir. Bu isə həftəlik 35-40 saat işləməklə müqayisədə olduqca yaxşı rəqəmdir. Odur ki bacarıqlarınızı kəşf etmək, inkişaf etdirmək və yeni yollara çıxmaq üçün geridə qalmayın!
Həmçinin oxu – VÖEN ilə kredit verən banklar hansılardır?