Girovsuz faizə pul verən yerlər – BOKT-lar haqqında araşdırma!
Müəllif – Aida İsaq, budcedostu.az
Məqalənin içindəkilər
Ölkəmizdə girovsuz faizə pul verən yerlər arasında BOKT olaraq fəaliyyət göstərən maliyyə şirkətləri də vardır. Bank Olmayan Kredit Təşkilatları (BOKT) müştərilərə müxtəlif şərtlər əsasında fərqli məbləğlərdə girovsuz faizlə kredit götürmək imkanı yaradır. Gəlin, daha ətraflı tanış olaq. İlk olaraq qeyd edək ki, əksər BOKT-ların girovsuz təklif etdiyi kreditlər istehlak və ya nağd pul kreditləridir.
BOKT nədir?
Bank olmayan kredit təşkilatı (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən BOKT-ların siyahısı ilə tanış olamq üçün linkə keçid edə bilərsiniz.
İstehlak krediti və ya nağd pul krediti nədir?
İstehlak krediti, maliyyə qurumları tərəfindən fiziki şəxslərə verilən, istehlak məqsədli mal və xidmətlərin alınması, müxtəlif maliyyə xərclərininin qarşılanması, yeni hədəflərə çatmaq, gündəlik xərcləri idarə etmək üçün, həmçinin digər səbəblərdən dolayı ayrılan kredit növüdür.
İstifadə olunduğu istehlak sahələri isə adətən aşağıdakı kimi olur:
- Məişət texnikası alışı;
- Mebel alışı;
- Təhsil xərcləri;
- Səyahət xərcləri;
- Toy və digər mərasim xərcləri;
- Avtomobil alışı;
- Təmir işləri və s.
İstehlak kreditlərinin əsas xüsusiyyətləri:
- Adətən qısa və orta müddətli olur (6 aydan 5 ilə qədər);
- Faiz dərəcələri digər kredit növlərinə nisbətən yüksək ola bilər;
- Əksərən girov tələb olunmur;
- Kredit məbləği nisbətən az olur.
İstehlak kreditlərinin əsas üstünlükləri:
- Sürətli əldə edilməsi;
- Nağd pula tez çıxış imkanı;
- Birdəfəlik böyük xərcləri hissə-hissə ödəmək imkanı.
Girovsuz faizə pul verən BOKT-lar
Gəlin, girovsuz faizə pul verən BOKT-ların siyahısı, kredit şərtləri ilə tanış olaq.
“AzFinans” BOKT MMC
“AzFinans” BOKT müştərilərə 24 ayadək illik 35% ilə istehlak krediti təklif edir.
“AZİNVESTKREDİT BOKT” MMC
“AZİNVESTKREDİT BOKT” girovsuz kredit götürmək istəyənlər üçün üç növ istehlak kredit məhsullarını təklif edir.
- Sərbəst kredit
Girovsuz və zaminsiz 20 000 AZN-dək.
- Səyahət krediti
18 aya qədər girovsuz, 3 000 AZN-dək.
- Təhsil krediti
Girovsuz 3 000 AZN-dək.
“EMBAFİNANS” BOKT QSC
“EMBAFİNANS” BOKT müştərilərə 500-5000 manat arası məbləğində illik 27% ilə girovsuz faizə nağd pul kredit götürmək imkanı yaradır. Kreditdən yararlanamq üçün şəxsiyyət vəsiqəsini və rəsmi gəlir sənədi təqdim etmək kifayətdir.
“City Finance” BOKT MMC
“City Finance” BOKT müştərilərə 10 000 AZN-dək illik 20%-dən başlayaraq istehlak kreditindən yararlanmaq imkanı təklif edir.
BOKT “Falcon Finance” MMC
BOKT “Falcon Finance” MMC rəsmi gəliri olan şəxslər üçün istehlak kreditindən yararlanmaq fürsəti yaradır. Müştərilər 500 AZN-dən başlayaraq 5000 AZN–dək zaminsiz, illik 18%-30% faiz dərəcələri arasında kredit vəsaitlərini əldə edə bilər.
MM “Finca Azerbaijan” QBKT
“Finca Azerbaijan” QBKT rəsmi iş yeri olan fiziki şəxslər üçün istehlak krediti məhsulunu təklif edir. Kreditin müddəti 6 aydan 30 aya qədər, məbləğ isə 500-5000 AZN arası vəsait təşkil edir. İllik faiz dərəcəsi 27%-dən başlayır. Girovsuz təqdim olunan bu kredit növü üzrə müştərinin kredit tarixçəsindən və müraciət edilən kreditin məbləğindən asılı olaraq zamin tələb oluna bilər.
“FİNOKO” BOKT ASC – girovsuz faizə pul verən yerlər
“FİNOKO” BOKT borcalanalar üçün 60 aya qədər müddətə girovsuz faizlə istehlak krediti məhsulunu təklif edir. Məbləğ 300-50 000 manat, faiz dərəcəsi isə 24%-30% aralığındadır.
“FinTrend” BOKT MMC
“FinTrend” BOKT-da 30 000 manatadək məbləğdə girovsuz istehlak kreditini əldə etmək mümkündür. Müddət 60 aya qədərdir, illik faiz dərəcəsi isə 17%-dən başlayır.
“Merkuri BOKT” QSC
Müştərilər “Merkuri BOKT” QSC-də 10 000 AZN məbləğində, 36 ayadək və 21%-dən başlayan şərtlərlə nağd pul kredit sifarişi həyata keçirə bilər.
“M Bulak BOKT” MMC
“M Bulak BOKT” MMC müştərilərə 300 manatdan 5 000 manatadək məbləğdə girovsuz faizə pul verən ailə krediti məhsulunu təklif edir. Faiz dərəcəsi illik 23%-43,5% aralığındadır. Məbləğ 300 manatdan 1000 manatadək (daxil olmaqla) olduqda kreditlər zaminsiz və ailə üzvünün razılığı olmadan verilir. Məbləğ 1001 manatdan 2500 manatadək olduqda kreditlər zaminsiz verilir, ancaq kreditin alınması üçün bir ailə üzvünün yazılı razılığı tələb olunur. Qeyd edək ki, kredit işçisinin öz arzusuna əsasən zamin cəlb edilə bilər.
“REGİONAL” BOKT MMC
“REGİONAL” BOKT girovsuz faizə pul götürmək üçün müştərilərə “Mix” kredit məhsulunu təqdim edir. Bu krediti əmək haqqının 2 misli qədəri zaminsiz əldə etmək olar.
“TBC Kredit BOKT” MMC
“TBC Kredit BOKT” müştərilərə girovsuz istehlak krediti məhsulunu təqdim edir. Kreditin məbləği 1 000 – 30 000 AZN aralığındadır. Kreditin müddəti 3-36 ayı əhatə edir və faiz dərəcəsi 18%-dən başlayır. Bakı, Sumqayıt şəhərlərində və ya Abşeron yarımadasının ərazilərində yaşayan şəxslər müraciət edə bilər. 20 000 AZN-dən yuxarı məbləğdə kredit üçün girov tələb oluna bilər. Həmçinin zaminlik tələbi mövcuddur. Bu tələb müraciət olunan və daha artıq məbləğlərdə müsbət kredit tarixçəsinə malik olan şəxslərə istisna edilə bilər.
“TCF” BOKT ASC – girovsuz faizə pul verən yerlər
“TCF” BOKT fiziki şəxslərə girovsuz istehlak kreditləri təklif edir. Minimum məbləğ 300 AZN, maksimum məbləğ isə 20 000 AZN-dir. Müddət 3–24 ay, faiz dərəcəsi isə 15%-25% aralığındadır.
BOKT “AZPUL” MMC
Girovsuz faizə pul verən yerlər dedikdə ağıla gələn maliyyə şirkətlərindən biri BOKT “AZPUL“dur. Şirkət 20 manatdan başlayaraq 600 manatadək məbləğdə kredit təklif edir. Kreditin ödənilməsi üçün müddət 10-21 gün aralığındadır. Götürülən məbləğdən asılı olaraq faiz tətbiq olunur ki, bu barədə linkə keçid edərək məlumat ala bilərsiniz. Girovsuz nağd pul sifarişi üçün “Azpulmat” mobil tətbiqini yükləyərək müraciət etmək kifayətdir.
“NAS PROJECT BOKT” ASC – girovsuz faizə pul verən yerlər
“NAS PROJECT BOKT” rəsmi gəliri olan şəxslər üçün nağd istehlak krediti təklif edir. Kredit məbləğinə tətbiq olunacaq faiz 25-35% aralığındadır.
BOKT “ASET Maliyyə Texnologiyaları” MMC
“ASET Maliyyə Texnologiyaları” BOKT müştərilərə girovsuz istehlak kreditindən yararlanmağı təklif edir. Kreditin məbləği 300-50 000 AZN, kreditin müddəti isə 6-60 ay aralığındadır. İllik faiz dərəcəsi 20%-dən başlayır.
Sonluq – Girovsuz faizə pul verən yerlər
Yuxarıda girovsuz faizə pul verən BOKT-lar barədə məlumatlar cari ilə uyğun və şirkətlərin rəsmi saytlarından əldə olunaraq hazırlanıb. Ümumilikdə unutmayın ki, banksız faizə pul götürmək üçün şirkətlərin şərtlərini, təkliflərini dərindən araşdırmaq və maliyyə vəziyyətinizi nəzərə almaq vacibdir.
Həmçinin oxu: Tək şəxsiyyət vəsiqəsi ilə kredit pul verən banklar
user2038333@gmail.com
Rafailhemidov441@gmail.com
Salam mene kirdit lazim di
Toy üçün
Sabilov04@gmail.com