Dividend Nədir? – Dividendlərlə Bağlı 7 Vacib Suala Cavab
Dividend Nədir?
Dividend müxtəlif şirkətlərin, korperasiyaların əldə etdiyi mənfəətdən səhmdarlar üçün ayrılan maliyyə vəsaitidir. Beləliklə, şirkətin illik mənfəətinin bir hissəsi nağd pul və ya əlavə səhmlər şəklində səhmdarlar arasında bölüşdürülür. Müvafiq bölüşdürülmə şirkətin direktorlar şurasının qəbul etdiyi qərarlara uyğun olaraq həyata keçirilir. Dividendlər investorlar arasında, ümumilikdə sektorda şirkətin gəlirliliyini və maliyyə sabitliyini sübut edən maliyyə aləti olaraq tanınır. Sözügedən maliyyə aləti səhmdarlara investisiyalarından gəlir gətirmək məqsədi daşıyır.
Dividendləri Necə Əldə Etmək Olar? Dividend Nədir?
Bir səhmin dividendindən faydalanmaq üçün müvafiq şirkətin səhmlərinə investisiya yatırımı əsas şərtdir. Dividendlər səhm sahibi olan hər kəsə bərabər şəkildə paylanır. İnvestorların səhmlər, qarşılıqlı fondlar və birjada satılan fondlar (ETF) daxil olmaqla dəyərləndirmək üçün bir neçə variantı mövcuddur. Dividend endirim modeli və ya Gordon artım modeli sərmayədarlara investisiyalarını seçməkdə kömək edə bilər.
Dividend endirim modeli nədir?
Dividend endirimi modeli cari anda müəyyən bir şirkətə məxsus səhmlərin qiymətini müəyyənləşdirməyə əsaslanır. Bu isə şirkətin səhmlərinin bütün gələcək dividend ödənişlərinin cəminə dəyər olmasına əsaslanır. Beləliklə, nəticədə müvafiq metod səhmləri qiymətləndirmək üçün gələcəkdəki dividend axınını proqnozlaşdırmağı özündə ehtiva edir.
Birdən çox səhmləri dividend ödəmə performansına əsasən müqayisə etmək üçün investorlar dividendləri şirkətin səhminin cari bazar qiymətinin faizi ilə ölçən dividend gəlir faktorundan istifadə edə bilərlər.
Dividend dərəcəsi hər bir səhmin səhm başına dividend (DPS) kimi aldığı dollar məbləği ilə ifadə edilə bilər. Dividend gəlirinə əlavə olaraq, müəyyən bir investisiyadan əldə edilən gəlirləri qiymətləndirmək üçün başqa bir vacib performans ölçüsü ümumi gəlir faktorudur. Bu rəqəm digər kapital gəlirləri ilə yanaşı, faiz, dividend və səhm qiymətlərindəki gəlirləri də özündə ehtiva edir.
Dividend Ödənişləri Necə Hesablanır? Dividend Nədir?
Dividend ödənişləri adətən səhm sayına əsasən həyata keçirilir. Təcrübədə dividend ödənişlərinin daha çox nağd şəkildə ödənildiyi məlumdur. Bir səhminin 1 dollara satıldığı və 25% dividend ödənilən şirkətin 100 səhmini əldə etdiyiniz təqdirdə, sizə 25 dollar ödəniləcək. Nağd dividendlər investora çek formasında və ya sonradan yenidən investisiyaya çevrilə biləcək şəkildə ödənilə bilər. Səhmlərin dividendləri fraksiyalı səhmlərlə ödənilir. Əgər şirkət 5% səhm dividend verirsə, səhmdarlar artıq sahib olduqları hər səhmə görə 0,05 səhm payı üzrə dividend əldə edir.
Dividend Növləri Hansılardır? Dividend Nədir?
Dividendlərdən müxtəlif formalarda və intervallarda istifadə olunur. Ümumilikdə dividendlər şirkətlərin investorları öz şirkətlərinə sərmayə yatırmağa sövq edə bilmələrinin bir yoludur. Bir neçə ümumi dividend növlərinə aşağıdakılar daxildir.
Nağd dividendlər – Dividend Nədir?
Dividend növləri arasında ən geniş şəkildə istifadə olunan nağd dividendlər səhmdarlara ödənişin nağd pul şəklində həyata keçirilməsini ehtiva edir. Bu dividendlər adətən rüblük əsasda ödənilir. Ancaq şirkətlər aylıq, yarımillik və ya birdəfəlik ödəmə metodunu da seçə bilər.
Səhm dividendləri – Dividend Nədir?
Şirkətlər nağd pul əvəzinə əlavə səhmlər şəklində dividend ödəməyə üstünlük verə bilər. Bu səhmdarlar üçün üstünlük ola bilər. Çünki, səhmdar bu səhmləri satana qədər müvafiq səhm dividendləri vergiyə cəlb edilmir. Amma ekspertlər bunun səhm qiymətini ucuzlaşdıra bilmə ehtimalının olduğunu da qeyd edir.
Skrip dividendləri – Dividend Nədir?
Bir şirkətin yaxın gələcəkdə dividendlər vermək üçün kifayət qədər vəsaiti olmadıqda, o, səhmdarlara daha sonra ödəməyi vəd edən veksel olan skrip dividendlər təqdim edir. Bu dividendlərə faizlər daxil edilə və ya edilməyə bilər.
Xüsusi dividendlər – Dividend Nədir?
Şirkətlər bir neçə il ərzində toplanmış və cari anda zərurət olmayan mənfəəti bölüşdürmək üçün xüsusi dividendlər buraxa bilər.
Ləğvedici bölgü – Dividend Nədir?
Ləğvedici bölgü qismən və ya tam ləğvetmə zamanı səhmdarlara ödənilən dividend növüdür. Şirkət səhmdarlara ilkin məbləği qaytarır ki, nəticədə bu dividendlər adətən vergiyə cəlb edilmir.
Dividendlərlə Bağlı Hansı Məlumatları Mütləq Bilməlisiniz? Dividend Nədir?
Dividend səhmlərinə investisiya yatırarkən diqqət yetirməli olduğunuz bir neçə əsas şərt var. Belə ki,şağıda qeyd olunan anlayışları və tarixləri mütləq şəkildə yadda saxlamalı və əməliyyatları düzgün şəkildə həyata keçirməyə çalışmalısınız.
Dividend gəliri: Bir səhm üzrə illik dividendlərin səhmin qiymətinə bölünməsi dividend gəliri adlanır.
Qeydiyyat tarixi: Şirkətin dividend ödənişini almaq hüququ olan şəxslər haqqında məlumatları yoxlayacağı və qeyd edəcəyi tarixdir.
Dividendlər üçün son tarix: Bu, mahiyyətcə dividendlərlə bağlı həyata keçiriləcək əməliyyatları yekunlaşdırmaq üçün nəzərdə tutulan son tarixdir. Başqa sözlə, bu tarixdə və ya ondan sonra səhm alsanız, şirkətin ödəməli olduğu növbəti dividendləri əldə etməyəcəksiniz.
Bəyannamə tarixi: Bu, şirkətin direktorlar şurasının qarşıdan gələn dividend ödənişini rəsmi olaraq elan etdiyi gündür. Siz dividend məbləği, keçmiş dividend tarixi və ödəniş tarixi haqqında öyrənə bilərsiniz.
Ödəniş tarixi: Şirkətlərin səhmdarlara çeklər və ya onların broker hesablarına müvafiq məbləği göndərəcəyi gündür.
Hansı Şirkətlər Dividend Ödəyir? Dividend Nədir?
Proqnozlaşdırıla bilən mənfəəti böyük rəqəmlərlə ölçülən şirkətlər çox vaxt ən yaxşı dividend ödəyiciləri qismində çıxış edir. Aşağıdakı sənaye sektorları dividend ödənişləri bazarında liderliyini qoruyur:
- Əsas sənaye sektoru
- Neft və qaz
- Banklar və maliyyə qurumları
- Səhiyyə və əczaçılıq sektoru
- Kommunal xidmətlər
Texnologiya və ya biotexnoloji sektorlardakı startaplar müntəzəm dividendlər təklif edə bilməzlər. Buna səbəb isə sözügedən şirkətlərin inkişafın ilkin mərhələsində olması fonunda biznesin genişləndirilməsi və müxtəlif əməliyyat fəaliyyətləri üçün müəyyən gəlirə ehtiyacının olmasıdır.
Şirkətlərin Dividend Ödənişlərini Necə İzləmək Olar? Dividend Nədir?
Dividend gəliri, ödəmə nisbəti və digər müvafiq meyarlar əsasında səhmləri müqayisə etmək, incəliklərini ayırd etmək üçün onlayn səhm süzgəclərindən istifadə edə bilərsiniz. Yahoo Finance, Google Finance və ya digər xüsusi maliyyə platformaları kimi vebsaytlar bu alətləri təmin edir.
Dividend Təqvimi Üçün Ən Yaxşı Proqram Hansıdır? Dividend Nədir?
DivTracker dividend əməliyyatlarınızı yaxından izləmək üçün ən effektiv vasitələrdən biridir. Ödənişlər, portfel məlumatları, illik və aylıq gəlirləriniz barədə məlumatlar burada yer alır.
Dividend Ödənişləri İlə Nələr Edə Bilərsiniz?
Dividend ödənişlərini əldə etdikdən sonra onlardan istifadə edə biləcəyiniz bir neçə fərqli yol var. Dividendlərdən istifadə forması istehlakçı qismində çıxış edən tərəfin şəxsi maliyyə vəziyyətindən və investisiya məqsədlərindən asılı olaraq dəyişir.
Ödənişin şəxsi maliyyə vəsaiti olaraq saxlanılması
Dividend ödənişlərinizi aldığınız zaman müvafiq vəsaiti özünüzdə saxlaya bilərsiniz. Belə ki, dividend ödəyən səhmlər təqaüdçülər və müəssisələr üçün vacib olan təkrarlanan əsasda pul vəsaitlərinin hərəkətini təmin edə bilər.
Vəsaitlərin yenidən investisiya edilməsi
Əldə olunan vəsaitlərin yenidən investisiya mənbəyi olaraq istifadə olunması sərmayədarlara əlavə gəlir mənbəyini təmin etməyə və öz biznes portfellərini böyütməyə imkan verir. Hansı ki, bu addımın atılması uzunmüddətli perspektivdə daha qazanclı hesab edilir.
Həmçinin oxu – Hansı kiçik biznes ideyaları ilə brendinizi yarada bilərsiniz?
Nəticə – Dividend Nədir?
Son olaraq bildirək ki, dividendlər istehlakçıya sabit gəlir axını təmin etməklə, uzunmüddətli perspektivdə maliyyə mənbəsinin formalaşmasını təmin edir. Bu müntəzəm gəlir yaşayış xərclərini ödəməyə, gələcək məqsədlər üçün qənaət etməyə və hətta həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edən əlavə mənbə rolunu oynayır. Beləliklə, etibarlı dividendlər maliyyə sabitliyini təmin edir və xarici gəlir mənbələrindən asılılığı azaldır. Odur ki, müvafiq maliyyə alətinin yaratdığı üstünlüklərdən yararlanmaq sizə əlavə üstünlüklər vəd edir.