KreditBank

Banksız kredit pul necə götürmək olar? – 5 Alternativ

Banksız kredit pul almağın yolları!

Günümüzdə maliyyə sektorunun ən aktiv istifadə olunan məhsulları siyahısında kredit növləri ön sıralarda gəlir. Yaranan əlavə xərcləri qarşılamaq bəzən zəruri olmasa da, lakin təcrübə göstərir ki, son illərdə insanların ehtiyacdan yaranan və öhdəsindən gəlməkdə çətinlik çəkdiyi xərcləri üstünlük təşkil edir. Bu zaman isə müxtəlif maliyyə təşkilatları, institutları tərəfindən təqdim edilən kredit əldə etmək imkanları işlərin qaydasına düşməsinə kömək olur. Hazırda istehlakçıların kredit götürmək üçün ən çox banklara üz tutsa da, banksız kreditə pul götürməyin digər alternativ yolları da mövcuddur. 

Banksız Kredit Pul Necə Götürmək Olar?

Günümüzdə bankların yaranmasından uzun illər keçməsinə baxmayaraq, istehlakçılar maliyyə ehtiyaclarını qarşılamaq üçün hələ də ənənəvi bank institutlarına müraciət etməyə üstünlük verir.  Bu fonda bank kreditlərinin əldə olunmasından kənarda borc pul götürmək ideyası standartlardan uzaq, hətta riskli görünə bilər. Ancaq, fiziki şəxslərin və müəssisələrin bank kreditinə müraciət etmədən vəsait əldə edə bilməsi üçün bir çox alternativlər mövcuddur. Odur ki, gəlin görək, müasir dövrdə banksız kredit pul götürmək üçün hansı seçimlərimiz var.

Peer-to-Peer Lending (P2P)Banksız Kredit Pul Götürmək

Peer-to-peer kredit platformaları ənənəvi bank kredit sisteminə uyğun onlayn şəkildə fəaliyyət göstərən alternativ mənbə olaraq tanınır. Müvafiq platformalar borcalanları borca pul verməyə hazır olan investorlarla əlaqələndirir. Müvafiq xidmətləri həyata keçirən saytlarda qeydiyyatdan keçən investorlar öz kredit müraciətçilərini müxtəlif kateqoriyaları seçərək individuallaşdıra bilir. Bəzi saytlar borcalanların xüsusi növləri üzrə ixtisaslaşır. Məsələn, bir çox platformalarda kiçik bizneslərə kredit ayrılmasına üstünlük verilir. Pul köçürmələri və aylıq ödənişlər müvafiq platformalar vasitəsilə həyata keçirilir. Beləliklə, borcalanlar əldə etmək istədikləri vəsaitləri daha sürətli və uyğun şərtlərlə əldə edə bilirlər. Peer-to-Peer Lending (P2P) kredit sistemi üzrə fəaliyyət göstərən bir çox platformalarla linkə keçid edərək tanış ola bilərsiniz. Qeyd edək ki, P2P kreditləri üçün defolt dərəcələri ənənəvi maliyyə institutları ilə müqayisədə daha yüksəkdir.

Kraudfandinq (Crowdfunding)Banksız Kredit Pul Götürmək

Kraudfandinq sistemi fərdi şəxslərə və müəssisələrə müxtəlif məqsədlər üçün kapital cəlb etməyə imkan verir. Beləliklə, Kickstarter, Indiegogo və ya GoFundMe kimi onlayn platformalar vasitəsilə borcalanlar öz layihələrini və ya hekayələrini geniş auditoriyaya çatdırmaq şansı qazanır. Təbii fəlakətlərdən əziyyət çəkənlər, yeni startap layihəsini başlatmaq istəyənlər, ümumilikdə müəyyən bir maliyyə dəstəyinə ehtiyac olan şəxslər və şirkətlər bu istiqamətdə istəklərini qeyd edərək, investorlardan dəstək gözləyir. Bunun üçün ilk olaraq konkret hədəf göstərilməli daha sonra bu məqsədə çatmaq üçün ehtiyac olan miqdarda pul təyin olunmalı, bütün xərclər hesablanaraq qeyd edilməli və nəhayət əməliyyatların gedişatı haqqında olan məlumatlar hər kəsə açıq şəkildə qeyd olunmalıdır. İstehlakçılara bir növ investisiya əldə etmək imkanları yaradan kraudfandinq sistemi banksız pul vəsaitlərinin əldə olunması istiqamətində yaradılan perspektivli layihələrdəndir.

Mikromaliyyə TəşkilatlarıBanksız Kredit Pul Götürmək

Mikromaliyyə təşkilatları ənənəvi bank xidmətlərindən yararlanmaqda məhdud imkanlara sahib fiziki şəxslərə və kiçik bizneslərə xidmət göstərir. Sözügedən qurumlar müəyyən vəsaitə ehtiyacı olan şəxslərə və sahibkarlığa dəstək göstərmək məqsədi ilə tərəflərə kiçik məbləğli kreditlər ayırır. Banklardan fərqli olaraq mikromaliyyə təşkilatları istehlakçılara daha aşağı faiz dərəcələri və minimal girov tələbləri ilə kreditə pul götürmək imkanları yaradır. Ölkəmizdə hazırda 54 Bank Olmayan Kredit İttifaqları (BOKT) fəaliyyət göstərir ki, onlar haqqında məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Onlayn şəkildə maliyyə xidmətləri göstərən platformalarBanksız Kredit Pul Götürmək

İstehlakçılara onlayn şəkildə kredit ayıran və alternativ maliyyə xidmətlərini həyata keçirən platformalar günümüzdə banksız kreditə pul götürmək əməliyyatlarını olduqca asanlaşdırıb. Sözügedən mənbələr taksitli kreditlərdən nağd avanslara qədər müxtəlif ehtiyac və şəraitlərə uyğunlaşdırılmış bir sıra maliyyə məhsulları təklif edir. Faiz dərəcələri ənənəvi bank kreditlərindən daha yüksək olsa da, onlayn kreditorlar daha sürətli təsdiqləmə sisteminə və nisbətən münasib şərtlərə malik olur. Marcus by Goldman Sachs, Kiva, OnDeck və s. kimi xarici, həmçinin, ölkəmizdə azpul.az, manato.az kimi platformalardan kreditə pul əldə etmək mümkündür.

Lombard kreditləriBanksız Kredit Pul Götürmək

Ənənəvi bank sistemindən fərqli olaraq, lombard kreditləri nisbətən daha sadə şərtlərə malik olur. İstehlakçılar zərgərlik, elektronika məhsullarından tutmuş musiqi alətlərinə və ya əntiq əşyalara qədər qiymətli əşyalarını təqdim edərək, məhsullarının qiymətləndirilmiş dəyərinə əsasən kreditə pul əldə edirlər. Lombard kreditləri bir neçə həftəlik və ya aylıq zamanı əhatə edərək, qısamüddətli olur.

NəticəBanksız Kredit Pul Götürmək

Günümüzdə Peer-to-peer kreditləşməsindən tutmuş mikromaliyyə təşkilatlarına, onlayn kreditorlara qədər borcalanlar maliyyə ehtiyaclarını ödəmək üçün daha asan və çevik imkanlara malik mənbələrdən istifadə edirlər. Müvafiq alternativ mənbələrin özünəməxsus şərtləri və riskləri olsa da, borc alma seçimlərinin genişlənməsi ənənəvi bank sistemindən kənar alternativlərin istifadəliliyini getdikcə aktuallaşdırır. Zərurətdən, üstünlüklərindən, və yaxud yenilikçi olmasından asılı olmayaraq, banksız kreditə pul götürmək müasir maliyyə ekosistemində əlverişli və populyar bir seçimə çevrilmişdir. Odur ki, istehlakçılar müvafiq mənbələrə üz tutaraq, daha qısa zamanda ehtiyac olan məbləğə uyğun vəsaitləri əldə edə bilər.

Həmçinin oxu – Dividend Nədir? – Dividendlərlə Bağlı 7 Vacib Suala Cavab

14 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button