KreditÜmumiXəbərlər

Azərbaycanda girovsuz faizə pul verən saytlar – 7 sayt

Girovsuz faizə pul verən saytların siyahısı barədə araşdırma!

Müəllif – Aida İsaq, budcedostu.az

Azərbaycanda banklar və BOKT-larla yanaşı digər girovsuz faizə pul verən yerlər də vardır. Buraya müxtəlif kredit platformaları daxildir. Müasir dövrdə maliyyə ehtiyaclarını qarşılamaq üçün onlayn kredit platformaları getdikcə populyarlaşır. Müştərilər bu platformalar vasitəsilə müraciət ünvanlayaraq zaminsiz, girovsuz, bir çox hallarda rəsmi iş yeri tələbi olmadan faizlə nağd kredit əldə edə bilər. Gəlin, bu platformalarla tanış olaq. İlk olaraq girovsuz onlayn kredit anlayışına nəzər salaq.

Girovsuz onlayn kredit nədir?

Girovsuz onlayn kreditlər, kredit götürən şəxsdən hər hansı bir əmlak və ya qiymətli əşya girov qoymadan verilən kredit növüdür. Bu kreditlər adətən qısa müddətli və nisbətən kiçik məbləğlərdə təqdim edilir.

Azərbaycanda girovsuz faizə pul verən saytlar

Onepoint.az

Girovsuz faizə pul verən yerlər arasında onepoint.az platforması da yer alır. Müsbət tarixçəsi olan, yaşı 20-65 aralığı olan hər Azərbaycan vətandaşına onepoint.az-da 2000 AZN-ə dək nağd kredit əldə etmək fürsəti yaradılır. Banka getmək və əlavə sənədləşmə tələb olunmur. Kredit ani təsdiq və köçürmə ilə onlayn şəkildə həyata keçirilir. Kredit məbləği istənilən yerli bank kartına 15 dəqiqə ərzində köçürülür. Təkrar müştərilərə limit artımı tətbiq olunur. Kredit ödənişini gecikdirdiyiniz halda platformada kredit verən bank və kredit təşkilatları tərəfindən cərimə məbləği hesablanır. Bu barədə sizinlə bağlanan elektron kredit müqaviləsinin şərtlərində qeyd olunur. Qeyd edək ki, gecikmələriniz kredit bürosunda qeydə alınır və kredit tarixçənizə mənfi təsir göstərə bilər.

fintedo.com – girovsuz faizə pul verən saytlar

Girovsuz faizə pul verən yerlərdən biri də fintedo.com platformasıdır. Müştərilər bu platformaya daxil olaraq 25%-dək faiz dərəcəsi ilə, 300 AZN-30 000 AZN arası məbləğində kredit vəsaiti əldə edə bilər. Kredit vəsaitləri 6-48 aylıq müddətini əhatə edir. Müştəriyə girovsuz nağd kredit təqdim olunarkən rəsmi gəlir mənbəyi tələb olunur.

manato.az

Yaşı 18-dən yüksək və Azərbaycan Respublikasının vətəndaşı olan hər bir şəxs manato.az platformasına daxil olaraq kredit sifariş verə bilər. manato.az kredit sifarişi həyata keçirmək üçün borcalanın mobil telefon nömrəsi, şəxsiyyət vəsiqəsi/yaşama icazəsi və Azərbaycan banklarından birində hesabı olmalıdır. Məbləğin bank hesabına köçürülməsi  10 dəqiqədən 3 iş gününədək çəkə bilər. Kreditin məbləği 50 manatdan 1500 manatadəkdir.

mani.az – girovsuz faizə pul verən saytlar

Müxtəlif kredit təşkilatlarından girovsuz nağd pul krediti və ya istehlak krediti sifarişi gerçəkləşdirmək istəyənlər mani.az platformasına daxil olaraq müraciət ünvanlaya bilər. Kredit məbləği maksimum 50 000 AZN-dək pul vəsaitini və 60 aya qədər müddəti əhatə edir.

borcal.az – girovsuz faizə pul verən saytlar

Girovsuz və zaminsiz borc pul götürmək üçün borcalanlar borcal.az saytına daxil ola bilər. Burada kredit müraciəti zamanı müştərinin rəsmi gəlir yeri və bank kartı olmalıdır. Ödəniş müddəti maksimum 6 aydır. Müştərilər kredit vəsiatlərini aşağıdakı formada əldə edə bilər.

  • 1-ci müraciət zamanı 500 AZN
  • 2-ci müraciət zamanı 650 AZN 
  • 3-cü müraciət zamanı 800 AZN 
  • 4-cü müraciət zamanı 1000 AZN

Məbləğ əmək haqqı kartına və ya debet kartına köçürülür. Məbləği bank kartınıza uyğun ATM-dən (bankomat) nağdlaşdıra bilərsiniz.

mbulak.az – girovsuz faizə pul verən saytlar

mbulak.az  plaftforması müştərilərə 300 manatdan 5 000 manatadək məbləğdə girovsuz faizə pul verən ailə krediti məhsulunu təklif edir. Faiz dərəcəsi illik 23%-43,5% aralığındadır. Məbləğ 300 manatdan 1000 manatadək (daxil olmaqla) olduqda kreditlər zaminsiz və ailə üzvünün razılığı olmadan verilir. Məbləğ 1001 manatdan 2500 manatadək olduqda kreditlər zaminsiz verilir, ancaq kreditin alınması üçün bir ailə üzvünün yazılı razılığı tələb olunur. Qeyd edək ki, kredit işçisinin öz arzusuna əsasən zamin cəlb edilə bilər.

Tezpul.az – girovsuz faizə pul verən saytlar

Tezpul müştərilərə rəsmi iş yeri olmadan girovsuz faizlə pul əldə etmək imkanı yaradır. Borcalan şəxsiyyət vəsiqəsini, bank kart hesabını, 4 qohum üzrə əlaqə nömrəsini təqdim etməlidir. Beləliklə, girovsuz olmaqla yanaşı tezpul zaminsiz kredit imkanı yaradır ki, müştərilər aşağıdakı ardıcıllıqla kredit məbləğlərini əldə edə bilər.

  • 1-ci müraciət zamanı 50 AZN
  • 2-ci müraciət zamanı 100 AZN 
  • 3-cü müraciət zamanı 300 AZN 
  • 4-cü müraciət zamanı 340 AZN

Təyin olunan məbləğ müştərinin bank hesabına köçürülür, həmçinin vəsaitləri müvafiq banka məxsus ATM-lərdən nağdlaşdırmaq mümkündür.

Girovsuz onlayn pul verən saytların üstünlükləri

  • Ənənəvi bank kreditləri ilə müqayisədə daha sürətli təsdiqlənir;
  • İstənilən vaxt, istənilən yerdən müraciət etmək mümkündür;
  • Kredit qaytarılmadığı halda, girov qoyulan əmlakın itirilməsi təhlükəsi olmur;
  • Kiçik məbləğli və qısa müddətli kreditləri vaxtında ödəmək kredit tarixinizi yaxşılaşdıra bilər;
  • Adətən az sayda sənəd tələb olunur.

Sonluq – girovsuz faizə pul verən saytlar

Azərbaycanda girovsuz faizə pul verən saytlardan girovsuz faizə pul götürmək maliyyə xərclərinizi idarə etmək üçün işlərinizi daha sürətli və rahat həll etməyə sövq edir. Lakin bu addımı atmazdan əvvəl bütün riskləri və üstünlükləri diqqətlə nəzərdən keçirmək, maliyyə vəziyyətinizi realist qiymətləndirmək vacibdir. Məsuliyyətli yanaşma şərti ilə onlayn kreditlər qısa müddətli maliyyə ehtiyaclarınızı qarşılamaq üçün faydalı hesab olunur.

Həmçinin oxu: Girovsuz faizə pul verən yerlər haradır? – 16 BOKT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button