KampaniyalarŞirkətlər

Ad günününə görə endirim verən yerlər

Ad günü hər il səbirsizliklə gözlədiyimiz və sevdiklərimizlə qeyd etmək istədiyimiz xüsusi bir gündür. Bu özəl günü unudulmaz etmək üçün bir çox məkanlar ad günü endirimləri və xüsusi təkliflər təqdim edir. Bəs, bu təklif və endirimlərdən harada yararlana bilərik?

1. Park Cinema– Doğum gününüzdə şəxsiyyət vəsiqənizi təqdim edərək pulsuz bilet əldə edə bilərsiniz. VİP zal xaric!
2. Papa Johns pizzaYaşın qədər endirimlə pizza əldə edə bilərsiniz. Mini pizzalara aid edilmir, yalnız restoran içi və al-apar üçün keçərlidir.
3. Dominos pizza- Yaşın qədər endirim fürsəti ilə burada da endimlə pizza əldə edə bilərsiniz.
4. Sağlam Ailə Tibb Mərkəzi– Bu mərkəzdə yaşın qədər endirim kampaniyası keçərlidir. Belə ki, daha öncə Sağlam Ailə Tibb Mərkəzinin xidmətlərindən istifadə etmiş pasiyentlər doğum günləri olan ayda həm laborator, həm də poliklinik müayinələrdən Yaşları qədər endirim faizi ilə keçirlər.
5. Prime accessories – Prime loyal kartınız varsa,  doğum gününüzə özəl 30% endirimlə aksesuar əldə edə bilərsiniz
6. Baku Electronics– Muştəri kartınızla doğum günü endirimlərindən yararlana həmçinin, nağd alışda 3%-dək keşbek qazana bilərsiniz.
7. Starex– Ad gününüzə özəl Türkiyə, ABŞ və Çin-dən sifariş etdiyiniz bağlamaların daşınma ödənişinə 15% endirim tətbiq olunur. 30 gün müddətində keçərlidir.
8. Ali və Nino– İstənilən filialda məhsulları 10% endirimlə əldə etmək olar. Sadəcə şəxsiyyət vəsiqəsi təqdim etmək kifayətdir
9. Royal Gallery- Ad günü olan daimi müştərilərə 30% endirim olur
10. Gilas Optic– Yalnız əvvəl müştərisi olmuş şəxslərə, doğum günündə ‘yaşın qədər endirim’ tətbiq olunur

11. Kapital bank da ad gününüzə özəl alış verişlərdən keşbek qazandırır. Tətbiq vasitəsi ilə bildirişlər verir.

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button