Ümumiİş fikirləriXəbərlər

Sayt nədir? Növləri, Üstünlükləri

Sayt nədir? sualı barədə ətraflı araşdırma!

Açılan sabahlarımızın vərdişləri uzun illərdir ki, dəyişib. Getdikcə daha da rənglənir, müxtəlifləşir. Bir dilim çörəyin üzərinə yaxılan şokaladsız günə başlamaq çətindir. Ya da bir fincan isti kofe və ya çay. Menyumuzda bal, meyvə dilimləri, portağal şirəsi də ola bilər. Zövqlər müxtəlifdir. İstəklərimiz isə hardasa eynidir. Xüsusən oyanar-oyanmaz ruhumuzun da aclığını doydurmalı oluruq. Özümüzü səhərdən-axşama qədər müxtəlif xəbərləri oxuyarkən, onlayn geyim seçərkən, araşdırma apararkən tapırıq. Nümunələrimiz az olsa da,af amma hamımız bilirik ki, bu siyahı genişdir. Biz özümüz də bilmədən əslində hər gün, bəlkə hər ay eyni yerlərdə qarşılaşırıq. Onlayn baş verdiyi üçün fiziki olaraq bir-birimizi görməyimiz çətindir. Söhbət hər gün və ya mütəmadi olaraq istifadə etdiyimiz veb saytlardan gedir. Bəs bu sayt nedir? Gəlin, ətraflı tanış olaq.

Sayt nədir?

Sayt internetdə dünyanın bir başından o biri başına kimi virtual formada gəzə biləcəyimiz, istədiklərimizi asan və sürətli formada tapa biləcəyimiz rəqəmsal məkandır. Saytları rəqəmsal dünyanın məlumat xəritəsinin şəhərləri kimi də adlandıra bilərik. Çünki burada müxtəlif məlumatları, xəbərləri, məhsul və xidmətləri, həmçinin elə insanların özünü də tapmaq olar. Biznes sahibləri, dövlət qurumları, özəl şirkətlər öz məhsul və xidmətlərini, həmçinin fəaliyyətlərini cəmiyyətə təqdim etmək üçün bu virtual məkandan istifadə edir. Təbii ki fiziki şəxslər də sayt açaraq istifadə edə bilərlər. 

Veb-saytlardan bilik və bacarıqlarınızı artırmaq, araşdırmalar aparmaq, onlayn satış etmək, başqaları ilə ünsiyyət qurmaq, sadəcə əylənmək və ya digər bir çox istiqamətlər üzrə istifadə etmək olar. Veb-saytlardan istifadə etmək üçün internet bağlantısının və müvafiq cihazların olması (noutbuklar, smartfonlar, planşetlər) tələb olunur. 

Saytlardan danışarkən tez-tez bu üç ifadənin birgə istifadə olunmasına rast gəlirik: veb-sayt, veb server, veb səhifə

Veb səhifə nədir?Sayt nədir?

Veb səhifəni veb-saytın spesifik məhsulu kimi başa düşə bilərik. Bu hər hansısa bir sənəd və ya səhifə ola bilər. Veb-saytların daxilində saymaqla bitirə bilməyəcəyimiz çoxlu veb səhifələr yer alır. Hazırda olduğunuz səhifə də veb səhifədir. Əsas səhifəyə keçdiyiniz zaman başqa veb səhifəyə daxil olacaqsınız. Ancaq yenə də eyni veb-saytda qalmış olursunuz.

Veb server nədir?Sayt nədir?

Veb server istifadəçilərin veb səhifələrə və digər verilənlər bazasına daxil olmasına şərait yaradan və müxtəlif proqramlarla təmin edilmiş kompüterdir. Biz veb saytların URL-ni yazdıqda, veb server lazımi sənədləri və faylları qəbul edir. Daha sonra veb səhifəni yaratmaq üçün bütün məlumatları vizuallaşdırır. 

Saytlar necə işləyir?Sayt nədir?

Veb-saytlara daxil olmaq üçün cihazınızda Google Chrome, Internet Explorer, Microsoft Edge, Mozilla Firefox və ya Safari kimi veb brauzerlərin olması lazımdır. Brauzerinizə veb ünvanı və ya domen adını daxil etdiyiniz zaman kompüteriniz hostinq serverinə sorğu göndərir. Daha sonra sorğu serverin internet protokolu (IP) ünvanını axtarmaq üçün domen adı sisteminə (DNS) yönlənir. Məlumat və faylların internet üzərindən ötürülməsi üçün Hypertext Transfer Protocol (HTTP), Hypertext Transfer Protocol Secure (HTTPS) və File Transfer Protocol (FTP) kimi protokollardan istifadə olunur.

Server sorğunu qəbul etdikdən sonra veb səhifəni şəkillər və digər fayllarla birlikdə kompüterinizə geri göndərir. Brauzer daha sonra HyperText Markup Language (HTML) və Cascading Style Sheets (CSS) kimi texnologiyalardan istifadə edərək veb səhifəni göstərir. Bu texnologiyalar ekranda informasiyanın strukturlaşdırılması və təqdim edilməsi üçündür. Veb saytın yüklənmə müddəti serverin sürətindən, internet bağlantısının keyfiyyətindən, veb saytın ölçüsündən və digər amillərdən asılıdır.

Sayt yaratmaq prosesi necədir?Sayt nədir?

Günümüzdə ölkəsindən, peşəsindən, maraqlarından, işlədiyi qurumdan asılı olmayaraq hər kəs sayt açaraq istifadə edə bilər. Sayt yaratmaq bir növ maraqlarımız axitab edə bilər. Gəlirimizi artırmaq məqsədi daşıyar, portfoliomuzu gücləndirmək istiqamətli ola bilər. Təbii ki bu siyahı şəxslərin və şirkətlərin hədəf və məqsədlərindən asılı olaraq dəyişir. Ancaq internetde sayt acmaq üçün bəzi nüanslar barədə məlumatlı olmalısınız. Gəlin, sayt acmaq ucun ne etmek lazimdir​? sualı ətrafında məlumatlarla tanış olaq.

Sayt açmaq məqsədlərinizi dəqiqləşdirinSayt nədir?

Günümüzdə internetdə ümumi xəbərlər, şou xəbərlər, idman xəbərləri, gözəllik və sağlamlıq məsləhətləri, müxtəlif mobil tətbiqlər, dövlət qurumlarına məxsus xidmətlər və digər istiqamətlər üzrə müxtəlif veb saytlar mövcuddur. Sayt açmaq üçün mütləq mənada hədəf yolunuz və yol xəritəniz olmalıdır. Əks halda rəqəmsal dünyada özünə yer tutmaq çətindir. Bu fiziki şəxslərə, sahibkarlara, dövlət qurumlarına, özəl şirkətlərə və ümumilikdə sayt açmaq istəyən hər kəsə aiddir. Sayt açmaq məqsədindən dolayı burada yer alacaq veb səhifələri, xidmətləri, məlumat bazası növlərini və digər nüansları dəqiqləşdirməlisiniz.

Saytınızın şüarını və sloqanını seçinSayt nədir?

Uğurlu seçilən şüar və sloqan saytınızın uğur açarıdır. Təbii ki domen adından tutmuş saytınızda yer alacaq məhsul və xidmətlərə sərf etdiyiniz zəhmət dəyərlidir. Ancaq istifadəçinin ilk kəşflərindən biri, bəlkə də ən başlıcası sizin şüarınızdır. Yaradıcılığınızı masimum şəkildə işə salın, süni intellekt vasitələrindən ilhamlanın, bu işin peşəkarlarından xidmıt alın və ən yaxşı sloqanı seçib yazın.

Domen adı seçin

Domen istifadəçilərin veb-saytınıza daxil olması üçün internet ünvanıdır. İstifadəçilərin sizin saytınıza daxil olması üçün brend kimliyinizi və ya biznesinizi əks etdirən xüsusi ad seçin. Adın qısa, lakonik, anlaşıqlı, təklif etdiyiniz məhsul və ya xidmətlərə, bazar trendlərinə uyğun olması vacibdir. Həmçinin fəaliyyətinizdən dolayı digər nüanslara da diqqət ayıra bilərsiniz. Domen almaq üçün aşağıdakı saytlar köməyinizə çatacaq. Həmçinin özünüz də internetdə axtarış edə bilərsiniz. 

Domen almaq ucun saytlar:

Domen uzantısını seçin

Veb saytlarda domen adının sonunda nöqtə işarəsi və domen uzantısı yer alır. Məsələn, google.com. Domen uzantıları ölkəyə, veb-saytın istifadə məqsədinə, aid olduğu quruma və digər amillərə əsasən müəyyənləşdirilə bilir. Aşağıda bəzi nümunələrlə tanış ola bilərsiniz. Domen adını və domen uzantısını seçərkən istisnasız olaraq sayt açmaq hədəflərinizi, ölkəni, beynəlxalq arenaya çıxmaq planlarınızı, saytın məqsədini nəzərdə saxlayın.

Domen uzantı nümunələri:

  • .az- Azərbaycanda müxtəlif saytlar üçün istifadə olunur
  • .com – kommersiya təşkilatları
  • .org – qeyri- kommersiya təşkilatları 
  • .edu – təhsil müəssisələri 
  • .biz – sahibkarlıq fəaliyyəti
  • .gov – dövlət və yerli idarə orqanları
  • .info– kütləvi informasiya vasitələri
  • .name – fiziki şəxslər
  • .net – Rəqəmsal inkişafı dəstəkləyən, bu istiqamətdə fəaliyyət göstərən təşkilatlar və layihələr üçün
  • .store – Onlayn mağazalar və elektron ticarətlə məşğul olanlar üçün və s.

Hostinq xidmətləri alın

Hostinq veb-saytınızın fayllarını saxlayan və onları internetdəki istifadəçilər üçün əlçatan edən xidmət növüdür. Bunun sayəsində saytınızda yer alan hər bir məlumatın, həmçinin istifadəçilərin təhlükəsizliyi qorunur və ziyarətçilərinizin saytdan istifadə imkanları artır. Domen adı alacağınız saytların hostinq xidmətindən də yararlana bilərsiniz. Həmçinin internetdə “Hostinq almaq ucun saytlar” adlı axtarış edib uyğun təkliflər tapmağınız mümkündür. 

Sayt şablonu seçin

Veb-sayt şablonu dedikdə saytın tərtibatını, rəng palitrasını, şrift seçimini və bütün vizual elementləri özündə birləşdirən dizayn nümunəsi başa düşülür. Şablonu öz zövqünüzə uyğun şəkildə dizayn edə, yaxud hazır şablonları da internetdən ala bilərsiniz.

Saytı vizual kontentlərlə rəngləndirin

Kontent veb-saytın döyünən ürəyidir. Google axtarış sistemində ön planlarda çıxmaq, daha çox auditoriyaya çatmaq, məhsul və ximətlərinizi satmaq, bəzən sadəcə cəmiyyəti maarifləndirmək və digər bütün məqsədlər üçün veb-saytın mükəmməl formada yazılan kontentə ehtiyacı var. Xüsusilə axtarış motoru üzrə optimallaşdırılmış (SEO) məqalələr, mətnlər sizə hədəflərinizə daha tez çatmağa kömək edəcək. Bu yeni sayt acmaq istəyən, yaxud artıq saytı olan hər kəsin xüsusilə diqqət yetirməli olduğu mövzudur. Bundan başqa kontentlərə, saytınızın şablonuna uyğun vizualların seçilməsinə də xüsusi diqqətlə yanaşmağınız tövsiyə olunur. 

SEO yönümlü məqalələr yazmaq üçün işinizə yarayacaq mənbələr:

Sayt haqqında bu qədər danışdıqdan sonra aranızda yəqin ki, sayt acmaq yollari haqqında düşünməyə başlayanlar oldu. Yeni sayt açmaq üçün yuxarıda adları qeyd olunan mənbələrə, yaxud internetdə araşdırdığınız mənbələrə müraciət edə bilərsiniz. Əgər veb-sayt yaratmaq istiqamətində ilk addımlarınızı atırsınızsa, büdcəniz azdırsa, o zaman pulsuz sayt yaratmaq imkanlarını dəyərləndirməyiniz mümkündür. Bu fürsət ilk mərhələdə məqsədlərinizi daha da dəqiqləşdirməyə və zənginləşdirməyə, müəyyən gəlir qazanana qədər fəaliyyətinizi davam etdirməyə, auditoriya qazanmağınıza, satışlarınızı artırmağa və digər işlərinizin öhdəsindən gəlməyə yardım edəcəkdir. Nəzərə alın ki, pulsuz saytlarda bəzi funksiyalar, özəlliklər, plaqinlər, şablonlar əlavə etmək və s. aktiv olmaya bilər. Bu baxımdan istəklərinizə uyğun araşdırma aparmağınız məqsədəuyğundur. 

Pulsuz sayt acmaq ucun saytlar – Sayt nədir?

Sayt açmaq qiymətləri – Sayt nədir?

Günümüzdə rəqəmsal media vasitələrindən istifadənin populyarlaşması fonunda veb-saytlar bütün dünyada istifadəçilərlə əlaqə yaratmağı stimullaşdıran alətlərdən birinə çevrilib. Orta hesabla bir veb sayt yaratmaq qiyməti 300 dollardan 5000 dollara qədər dəyişir. Sayt acmaq qiymetleri domen adından, domen uzantısından, veb-saytın mürəkkəbliyindən, əlavə olunacaq xüsusiyyətlərdən, funksiyalardan, həmçinin digər amillərdən asılı olaraq dəyişə bilər. Bundan başqa, domen qiymətləri 10-20 dollardan, hostinq xidmətləri isə aylıq 2-5 dollardan başlayır.

Sayt növləri hansılardır? – Sayt nədir?

Xəbər saytları

Adından da bəlli olduğu kimi xəbər saytları müxtəlif məlumatların dərc olunduğu onlayn informasiya mənbələrdir. Buraya cari hadisələr, yerli və dünya gündəmi haqqında aktual xəbərlər, siyasət, idman, şou xəbərlər və s. aid edə bilərik. Əksər xəbər saytları abunəlik sistemi, reklamlar vasitəsilə gəlir əldə edir. 

İlhamlana biləcəyiniz xəbər saytları:

Bloqlar

Bloq saytlar gündəlik xəbərlərdən tutmuş köşə yazılarına, araşdırma yazılarına qədər geniş çeşiddə məqalələr dərc etməyinizə şərait yaradır. Beləliklə, bloq sayt açaraq müxtəlif məhsul və ya xidmətləriniz barədə məlumatlar dərc edə bilərsiniz. Məqalələrin SEO yönümlü yazılması, dizaynın gözoxşayan olması, istifadəçilərdən gələn rəylərin sürətli cavablandırılması saytınızın trafikini artıracaq. Daha geniş kütləyə xitab etməyinizi təmin edəcək. Təcrübəyə əsasən deyə bilərik ki, WordPress-də bloq saytlarının açılması daha geniş yayılmışdır. 

İlhamlana biləcəyiniz bloq saytlar:

  • medium.com –  Texnologiya, şəxsi inkişaf, biznes və digər mövzular haqqında bloq yazıları paylaşılır.
  • brainpickings.org – Mədəniyyət, incəsənət və elm haqqında mütaliə etməyi sevənlər üçün bloq yazıları paylaşılır.
  • theminimalists.com – Minimalist həyat tərzi ilə maraqlanırsınızsa, bu bloq tam sizin üçündür.

Elektron ticarət saytları

Ticarətlə məşğul olan şəxslər üçün veb-sayt açmaq hava-su kimi vacibdir. Sifarişləri və ödənişləri sürətli şəkildə qəbul etmək, geniş müştəri bazası formalaşdırmaq, müştərilərin şikayət və təkliflərini rahat formada izləmək, bazar trendlərinə uyğunlaşmaq baxımdan və digər aspektlərdən üstünlüklər qazandıran onlayn mağazadır. Beləliklə, biznes fəaliyyətiniz varsa, mütləq şəkildə onlayn satış mağazası açın. Bu, həm xərclərinizə qənaət etməyə kömək edəcək, həm da az əmək sərf edəcək, həm də zamanınızı özünüzə ayırmağınıza səbəb olacaq. 

İlhamlana biləcəyiniz elektron ticarət saytları:

Portfolio saytlar

Sayt nədir?

Portfolio saytların məqsədi şəxsin və ya bizneslərin imza atdığı uğurları cəmiyyətə təqdim etməkdir. Buraya həyata keçirilən işlər, layihələr, təcrübələr və digər bütün addımların hər biri daxildir. Beləliklə, əvvəlki layihələrinizi, təcrbələrinizi paylaşaraq potensial müştəriləri, işəgötürənləri və ya tərəfdaşları cəlb etmək üçün istifadə edə bilərsiniz. Portfolio veb-saytında şəkillər, videolar, göstərilən xidmətlərin təsvirləri, habelə müştəri rəyləri yerləşdirilə bilər.

İlhamlana biləcəyiniz saytlar:

  • behance.net – Dizaynerlər, kopirayterlər, fotoqraflar və s. üçün
  • dribbble.com – Dizaynerlər, animasiyalar hazırlayanlar və s. üçün
  • portfolio.adobe.com – Burada istifadəçilər öz portfoliolarını asanlıqla yarada bilər.

Bir səhifəlik veb-saytlar (Landing page or single page sites)

Son dövrlər bir səhifəlik veb-saytlardan istifadə geniş yayılıb. Bu veb-saytlar xidmətləri, üstünlükləri, yeni kampaniyaları və ya digər bütün məlumatları özündə əhatə edən, adətən reklam məqsədi daşıyan rəqəmsal vizit kart rolunu oynayır. Böyük şirkətlərin müxtəlif kampaniyaları və elanları zamanı bu cür saytlara link keçid verdiklərini görə bilərsiniz.

Sayt açmağın üstünükləri – Sayt nədir?

Biznes dünyasına ilk addımlarınızı ata bilərsiniz. Uzun illər fəaliyyətdə olan şirkət sahibi olmağınız da önəm daşımır. Bütün hallarda veb-sayt açmaq sizə bir çox üstünlüklər qazandırır.

  • Bazarda rəqabət qabiliyyətinizi artırır
  • Daha geniş auditoriyaya çatmağınızı təmin edir
  • Xərclərinizə qənaət etməyə kömək edir
  • Məhsul və xidmətləri daha asan və sürətli satmaq imkanı və s.

Sonluq – Sayt nədir?

Müasir dövrün tələbləri ilə ayaqlaşmaq özü bir üstünlükdür. Veb-sayt açmaq və düzgün şəkildə idarə etmək bütün işlərinizi bir addımda yoluna qoya bilər. Sadəcə bir sayt açmaqla həm satmağın, həm reklam etməyin, həm müştərilərin nə istədiklərini öyrənməyin mümkün olduğunu düşünəndə, doğrudan da bu əsl sehr kimidir. Geriyə sehri işə salmaq və baş verəcəkləri seyr etmək qalır. Təbii ki saytın günün tələblərinə cavab verməsi də vacibdir. Əmin olun ki, inkişafınız üçün açdığınız hər veb səhifənin, serverin və saytın sizə qazandıracağı daha böyük üstünlükləri olacaqdır.

Müəllif: Aida İsaq, budcedostu.az

Həmçinin oxu: Azərbaycanda pul qazandıran saytlar hansılardır? – 5 İdeya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button