BiznesÜmumiXəbərlər

Marja nədir? – Növləri, Üstünlükləri

Marja nədir? sualının hərtərəfli cavabları!

Müəllif – Aida İsaq, budcedostu.az

İqtisadiyyat və maliyyə sektorunda geniş şəkildə istifadə olunan terminlərdən biri də “marja”dır. Belə ki bir çox iqtisadi əməkdaşlıqların, valyuta əməliyyatlarının, həmçinin maliyyə yönümlü digər bir çox işlərin həyata keçirilməsində bu anlayışa tez-tez rast gəlinir.

Marja nədir?

Gəlin, marjanın iqtisadi lüğətdə yer alan tərifinə nəzər salaq. Marja qiymətli kağızların, əmtəə və xidmətlərin və s.-nin qiymətləri, məzənnələri, yaxud faiz dərəcələri arasındakı fərqi ifadə edir. Eyni zamanda iqtisadi subyektin cəlb etdiyi və yerləşdirdiyi kredit vəsaitlərinin faiz dərəcələri arasındakı fərq kimi izah olunur. 

Maliyyə sektorunda marja investorun broker firmasına və ya birjaya depozit şəklində təqdim etdiyi girov rolunu oynayır. Beləliklə, investor broker firması və ya birja üçün öhdəliyində olan kredit riskini ödəmək qabiliyyətinə malik olur. Biznes aləmində marja məhsul və ya xidmətin satış qiyməti ilə onun istehsal dəyəri arasındakı fərq və ya mənfəətin gəlirə nisbəti kimi başa düşülür. Beləliklə, marja investorlara alıcılıq qabiliyyətini artırmağa və gəlirlərini potensial olaraq artırmağa imkan verən maliyyə alətidir.

Marja hesabı nədir?Marja nədir?

Müştərinin broker şirkətində olan və ona maliyyə alətlərini kreditə götürmək fürsəti yaradan hesab marja hesabı adlanır. Bu zaman hesaba yalnız marja (müəyyən məbləğdə pul vəsaiti) daxil edilir.  

Marja hesabı ilə ticarət nədir?Marja nədir?

Marja hesabı hesabdakı puldan istifadə edərək ticarət əməliyyatlarının həyata keçirildiyi adi nağd hesablardan fərqlidir. Belə ki siz qiymətli kağızların alışı məqsədilə marja hesabına kredit üçün girov məqsədi daşıyan nağd pul vəsaitini yatırırsınız. İnvestisiyanın alış qiymətinin 50%-ə qədərini borc götürmək üçün bu vəsaitdən istifadə edə bilərsiniz. Beləliklə, 5,000 dollar depozit məbləği qarşılığında 10,000 dollara qədər qiymətli kağızların alışını həyata keçirmək mümkündür.

Broker qismində çıxış edən tərəf müvafiq kredit üçün faiz tətbiq edəcəkdir ki, qiymətli kağızlarınızı satdığınız halda əldə olunan vəsait ilk növbədə kreditinizin ödənməsi üçün xərclənəcək.

Marja ticarəti nədir?Marja nədir?

Marja ticarəti investora baza aktivini (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya əməliyyatıdır. Bu ticarəti növü fond və ya kriptovalyuta bazarında treyderin (fond birjasında əməliyyat hüququ olan istənilən hüquqi və ya fiziki şəxs) öz fəaliyyətində birja və ya onun istifadəçiləri tərəfindən verilmiş borc vəsaitlərindən (marja krediti) istifadə etməsini nəzərdə tutur.

Həmin borc vəsaitləri girov qoyularaq yeni aktivlər əldə olunur. Sadə dil ilə desək, marja ilə səhm satın almaq üçün alışı həyata keçirən tərəf brokerdən borc götürür. Siz bunu brokerdən alınan kredit kimi də düşünə bilərsiniz. Marjin ticarəti sizə normal olaraq ala biləcəyinizdən daha çox səhm almağa imkan verir. Beləliklə, brokerdən götürülmüş borc pul vəsaitləri hesabına qiymətli kağızların alışı həyata keçirilir. Marjin ticarət zamanı standart broker hesabından daha çox, marja hesabının olması vacib şərtlərdəndir. 

Marja hesablaması alətləriMarja nədir?

Marja həcmini hesablamaq, həmçinin nəzarət etmək üçün marja hesablaması həyata keçirilir. Marja hesablaması alətləri bizneslərin maliyyə təhlükəsizliyini qorumaq, gəlirliliyini artırmaq və daha effektiv qərarlar qəbul etmək üçün vacib vasitələrdir. Onlar kiçik bizneslərdən tutmuş böyük korporasiyalara qədər müxtəlif ölçülü şirkətlər tərəfindən geniş şəkildə istifadə olunur. Azərbaycanda marja hesablama aləti olaraq invest.az-ın təqdim etdiyi kalkulyatordan istifadə edə bilərsiniz. Həmçinin Excel cədvəllərdən, “Google”da “margin calculator” axtarışı edərək onlayn mənbələrdən yararlana bilərsiniz.

Marja çağırışı nədir?Marja nədir?

Marja çağırışı klirinq evi və ya broker tərəfindən, marja hesabı minimal tələbdən daha aşağı düşən əks tərəfdən (məsələn, müştəri) əlavə vəsait tələbidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların bazar dəyərinin azalması nəticəsində, müştərinin təqdim etdiyi pul vəsaitləri azalaraq təminat marjası məbləğinə bərabər olduqda və ya həmin məbləğdən aşağı düşdükdə, investisiya şirkəti tərəfindən dərhal marja çağırışı edilir. Marja çağırışı edilən müştəri hesabındakı kəsiri yalnız pul vəsaiti formasında ödəyə bilər. Marja çağırışı edilən müştəriyə investisiya şirkəti tərəfindən müştəri hesabındakı kəsirin aradan qaldırılması məqsədilə əlavə borc vəsaiti verilə bilməz. Marja çağırışı həddi aşağıdakı kimi hesablanır: 

MC: marja çağırışı həddi 

Q: əqdin məbləği 

İM: ilkin marja faizi 

TM: təminat marjasının faizi.

Marja nə üçün istifadə olunur?Marja nədir?

Marja əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur:

İnvestisiyalardan maksimum şəkildə istifadəni stimullaşdırır

İnvestorlar nağd pulla müqayisədə daha çox qiymətli kağız almağa şərait yaratdığı üçün, həmçinin alıcılıq güclərini artırmaq üçün marjadan istifadəyə üstünlük verir.

Qısa satışlar üçün

Qısa satış üçün marja hesabları tələb olunur, burada investorlar səhmləri daha aşağı qiymətə geri almaq ümidi ilə satmaq üçün borc götürürlər.

Seçim ticarəti üçün

Bəzi seçim strategiyaları üçün marja hesabları tələb olunur.

Pul vəsaitlərinin idarə edilməsi üçün

İnvestorlar investisiyalarını satmaq əvəzinə qısamüddətli borc ehtiyacları üçün marjadan istifadə edə bilərlər.

Marja növləriMarja nədir?

Marjanın aşağıdakı növləri var.

İlkin Marja: Marja mövqeyi açmaq üçün investorun hesabında olması lazım olan minimum kapital məbləğini ifadə edir.

Davam etdirmə təminatı

Marja hesabında saxlanmalı olan minimum kapital məbləğini ifadə edir.

Portfel marjası

Marja tələblərini portfelin ümumi riski ilə uyğunlaşdırmaqla kreditor üçün riskləri kompensasiya etmək üçün nəzərdə tutulmuş riskə əsaslanan marja tələbləri toplusudur.

Çarpaz marja

Treyderin marja hesabındakı artıq qalmış marjanın texniki təminat tələblərinə cavab vermək başqa girov hesabına köçürülən balanslaşdırma prosesidir. Sözügedən əməliyyat bir şirkətə və ya fərdi şəxsə bütün mövcud girovlarını bütün hesablarında istifadə etməyə imkan verir.

Günlük ticarət marjası

Gündəlik olaraq əməliyyatlar həyata keçirən treyderlər üçün xüsusi qaydalar tətbiq olunur. Bu investorlara fərqli texniki tələblər qarşılığında daha yüksək leveric verilə bilər. Leveric – kiçik bir məbləğ qarşılığında daha böyük məbləğdə investisiya etmək və ya ticarət aparmaq imkanı verən maliyyə texnikasıdır.

Marjanın üstünlükləriMarja nədir?

Marjadan istifadənin bir sıra üstünlüklər vardır ki, gəlin, onlar ilə tanış olaq.

Sərmayədarların alış gücünü və gəlirlərini artırır

Yuxarıda qeyd edildiyi kimi, marja investorlara nağd pulla əldə edə bildiklərindən daha çox qiymətli kağız almağa imkan verir. Nəticədə bu fonda onların potensial gəlirləri də artır.

Diversifikasiyanı stimullaşdırır

İlk olaraq diversifikasiya anlayışına nəzər salaq. Diversifikasiya – firmanın fəaliyyət sferasının müxtəlif çeşidli məhsulların istehsalını və ya müxtəlif bazarları əlavə etməsidir. Beləliklə, investorlar daha çox alış gücü ilə portfellərini daha geniş şəkildə şaxələndirə bilərlər. 

Çevikliyi təmin edir

Marja investorlara mövcud mövqeləri satmadan fürsətlərdən istifadə etməyə imkan verən maliyyə çevikliyini təmin edir.

Daha yüksək gəlirlər üçün potensial mənbədir

Əgər investisiyalar yaxşı performans göstərsə, leveric effektinə görə gəlirlər artırıla bilər.

Marja riskləri və vacib nüanslar

Marja sərmayədarlara üstünlüklər vəd etdiyi kimi, bəzi məqamlarda riskləri nəzərə almağı da özündə ehtiva edir.

İtkilər: Marja investorun gəlirlərini artırdığı kimi, onun yaranan risklər fonunda itkilərinin ola bilməsi ehtimalını da özündə ehtiva edir.

Marja çağırışları: Marja hesabında qiymətli kağızların dəyəri saxlanılma marjasından aşağı olarsa, investor əlavə vəsait və ya qiymətli kağızlar qoymağı tələb edən marja çağırışı ilə üzləşə 

Faiz xərcləri: Marja kreditlərinə faizlər hesablanır ki, bu əldə olunacaq gəlirlərə öz təsirini göstərir.

Məcburi ləğvetmə: Bazarda ciddi tənəzzül müşahidə olunduqda brokerlər marja tələblərinə cavab vermək üçün investorun qiymətli kağızlarını məsləhətləşmədən sata bilərlər.

Tənzimləmə dəyişiklikləri: Marja tələbləri dəyişə bilər və bu investorun strategiyasına təsir göstərən potensial səbəblərdəndir.

Azərbaycanda marja ticarəti Marja nədir?

Ölkəmizdə marja ticarətinə dair hüquqi tənzimləyici çərçivənin və nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə 2021-ci ildə “Marja ticarəti Qaydası” təsdiq olunmuşdur. Burada marja ticarəti ilə bağlı qanunvericilikdə yer alan müddəalar, şərtlər, tələblər, öhdəliklər və s. yer alır. Daha ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Azərbaycan Respublikasında marja ticarəti yalnız “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq lisenziyalaşdırılmış investisiya şirkətləri tərəfindən həyata keçirilə bilər. Lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) və yaxud aşağıdakı siyahıdan tanış ola bilərsiniz.

  • “AzFinance İnvestisiya Şirkəti” QSC
  • “Unicapital İnvestisiya Şirkəti” ASC
  • “İnvest-Az İnvestisiya Şirkəti” QSC
  • “Paşa Kapital İnvestisiya Şirkəti” QSC
  • “PSG-Kapital İnvestisiya Şirkəti” ASC
  • “Xalq Kapital İnvestisiya Şirkəti” QSC
  • “Assist Finance İnvestisiya Şirkəti” ASC
  • “ABB-İnvest İnvestisiya Şirkəti” QSC
  • “MFX-Trading İnvestisiya Şirkəti” ASC
  • “CPM-İnvest İnvestisiya Şirkəti” ASC
  • “Troni İnvestisiya Şirkəti” QSC
  • “Capital Partners İnvestisiya Şirkəti” QSC
  • “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC

DİQQƏT

Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi saytında yayımlanan məlumata görə, marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsinə dair investisiya şirkəti ilə bağlanacaq müqavilədən əlavə olaraq aşağıdakı məlumatlarla tanış olmağınız tövsiyə olunur:

  1. İnvestisiya şirkəti tərəfindən açılacaq marja hesabları və bu hesablarla aparılan bütün əməliyyatlar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarına və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.
  2. Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılan əməliyyatların bazarda Sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də yüksək kredit həddinin Sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda olan əks qiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.
  3. Marja hesabları ilə əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmış təhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.
  4. Alqı-satqı əməliyyatlarında Sizə təqdim edilən qiymətlər və spredlər (baza aktivinin alış qiyməti ilə satış qiyməti arasındakı fərq) ən yaxşı qiymət fərqini əks etdirməyə bilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyiniz məqsədəuyğundur.
  5. Ticarət əməliyyatlarına başlamazdan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidmət haqları (komissiya) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həmin xərclər aydın bildirilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən məlumatı yazılı formada tələb etmək hüququna maliksiniz.
  6. Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də bazar şərtlərindən asılı olaraq, fərq müqavilələri üzrə qiymət boşluqları (bazar şərtlərindən asılı olaraq, qiymətli kağız və ya fərq müqavilələri üzrə növbəti qiymətin bir neçə qiymət addımından sonra formalaşması nəticəsində qiymətlər arasında yaranmış boşluq) və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.
  7. Marja çağırışının hansı formada (ticarət platforması, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizə verilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.

SonluqMarja nədir?

Son olaraq qeyd edək ki, marja investorun bazar imkanlarından yararlanmaq qabiliyyətini stimullaşdıran güclü maliyyə alətidir. Bununla yanaşı, marja risklərlə davranış və diqqətli idarəetmə bacarıqları tələb edir. İnvestorlar marja ticarətinə başlamazdan əvvəl marja anlayışını, tələblərini, üstünlüklərini, şərtlərini hərtərəfli araşdırmalı, müvafiq bazarı yaxından incələməli və izləməlidirlər. Hər hansı bir investisiya strategiyasında olduğu kimi, marjadan istifadənin maliyyə məqsədlərinizə və risklərə dözümlülüyünə uyğun olub olmadığını müəyyən etmək üçün maliyyə mütəxəssisi ilə məsləhətləşmək faydalıdır.

Həmçinin oxu : İnvestisiya nə deməkdir? Növləri, Üstünlükləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button