Şirkətlər

Bonus kartı olan marketlər və üstünlükləri

Bonus qazanmaq, endirimlərdən yararlanmaq, xüsusi kampaniyalarda iştirak etmək kimi imkanlar təqdim edən bonus kartları xüsusilə ərzaq alış-verişi üçün çox faydalıdır. Hətta bir çoxunun artıq xüsusi tətbiqi var və bu tətbiqdə olan yenilikləri sizinlə tez tez bölüşməkdəyik.

Bəs bonus kartı hansı marketlərdə keçərlidir və nə kimi üstünlükləri var?

1️⃣ ‘Neptun market’– Marketin bonus kartı ilə etdiyiniz alış-verişdə hər 10 manata 10 qəpik bonus hesablanır. Hər həftənin cümə günü isə 50 man alış-verişdə 50 bonus qazana bilərsiniz / neptun.az

2️⃣ ‘Bravo’ market – Umico kartı ilə hər alış-veriş etdiyiniz məbləğin 1% -i geri qaytarılır. 1 manat = 1 bonus / bravo

3️⃣ ‘Bazarstore’ market – Hər 20 manatlıq alış-verişə 20 qəpik bonus əldə edirsiniz. Əlavə olaraq SuperKart sahibləri seçilmiş məhsulları endirimlə əldə edə bilər/ bazarstore

4️⃣ ‘OBA’ market – Marketdə 10 AZN və daha çox alış-verişdə 1% keşbek əldə edə bilərsiniz. Bonus kartı onlayn – mobil tətbiq vasitəsilə istifadə olunur / oba

5️⃣ ‘Bolmart’ market – Umico kartları keçərlidir və 1% keşbek hesablanır. / bolmart

6️⃣ ‘Rahat’ market –  Bonus kartları onlayn tətbiq olunur. 1 manatlıq alış-verişə 1 qəpik bonus qazanırsınız.«Rahat Market»in Port Baku filialında alış-veriş edilərsə, bonuslar 2 qat hesablanacaq. 
rahatmarket

7️⃣ “Araz Supermarket” – Bu şəbəkənin kartı ilə hər 10 AZN dəyərində alış-verişə görə 2% keşbek qazanırsınız. 3 ay ərzində istifadə olunmayan kart deaktiv olunur və qazandığınız keşbeklər silinir. Mobil tətbiqi yükləyərək kartdan istifadə edə bilərsiniz / arazmarket

Bu kartlar sayəsində siz daha az xərcləyib daha çox qənaət edə bilərsiniz. Kartlar ilə alış-verişin dadını çıxarın!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button